Azərbaycanda pensiya təminatı sisteminin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığına nail olunması məqsədilə "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası" qəbul edilib.
Azərbaycan Prezidentinin Sərəncamı ilə noyabrın 4-də təsdiqlənən Konsepsiyada 2014-2020-ci illər ərzində pensiya sistemində bəzi mühüm dəyişikliklərin aparılması nəzərdə tutulub. Tədbirlər planında "Əmək pensiyaları haqqında" və "Sosial sığorta haqqında" qanunlarda təkmilləşdirilmə aparılması planlaşdırılır.
"Əmək pensiyaları haqqında" qanunda nəzərdə tutulan dəyişikliklər çoxistiqamətlidir. Konsepsiyaya əsasən, gələcəkdə pensiya sistemində sığorta prinsiplərinə əsaslanmayan xərclər minimuma endiriləcək. Əmək pensiyasının baza hissəsi restrukturizasiya (strukturunun dəyişdirilməsi - red.) olunacaq və minimum pensiya məbləği göstəricisinin tətbiqinə başlanılacaq.
Beləliklə də, əmək pensiyasının baza hissəsi əvəzinə minimum pensiya məbləği tətbiq ediləcək. Pensiya vətəndaşların fərdi hesab məlumatları əsasında təyin olunacaq.
Vətəndaşa hesablanan pensiya minimum pensiyadan aşağı olsa, işçinin stajı nəzərə alınacaq və məbləğ minimum həddə çatdırılacaq. Vətəndaşın pensiyası minimum məbləğdən artıq olduqda isə stajla bağlı heç bir tələb qoyulmayacaq.
Konsepsiyada bildirilir ki, minimum pensiya məbləğinin artımı ayrılıqda deyil, ümumi pensiya məbləğləri ilə birlikdə indeksləşdirmə qaydasında aparılacaq: "Yeni sistemin tətbiq edilməsi işçilərin şərti yığım sistemlərində uçota alınmış vəsaitin artırılmasına şərait yaradacaq, işləyənlərin fərdi hesablarında nəzərə alınan vəsait isə ödənilən sığorta haqqının yarısını deyil, tam məbləğdə nəzərə alınmasını təmin edəcək".
Əmək pensiyasının baza hissəsinin minimum pensiya məbləği ilə əvəz edilməsi 2014-2015-ci illərdə baş verəcək.
Konsepsiyaya əsasən, gələcəkdə pensiyaya daha gec çıxmağı stimullaşdıran, pensiyaya daha tez çıxmağa marağı azaldan mexanizmlər tətbiq olunacaq. Pensiyaya erkən çıxma halları məhdudlaşdırılacaq, güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ olanlara tələb olunan minimum sığorta stajı illərinin sığorta prinsiplərinə uyğunlaşdırılacaq.
Qanundakı qeyd edilən təkmilləşdirilmə tədbirləri üçün təkliflər 2015-ci ilin sonuna qədər başa çatdırılmalıdır.
Qanunda kişilər və qadınlar üçün pensiya yaşının demoqrafik göstəricilərə uyğunlaşdırılması da nəzərdə tutulur. Bu dəyişikliklər 2018-ci ilin sonuna qədər icra ediləcək.
"Sosial sığorta haqqında" qanunda da bəzi təkmilləşdirilmə tədbirləri həyata keçiriləcək. Məcburi dövlət sosial sığortasına cəlb edilən əməkhaqqına müəyyən hədd qoyulacaq və bu həddən yuxarı məbləğ üçün ödənilən sosial sığorta haqqının istifadəsi vətəndaşların seçiminə veriləcək.
Könüllü sosial sığorta haqqının ödənilməsinə başlanılacaq və bu məqsədlə onun şərtləri müəyyənləşdiriləcək. Eyni zamanda qeyri-dövlət pensiya fondlarının yaradılması və fəaliyyətini tənzimləyən normativ hüquqi baza yaradılacaq.
Bundan başqa pensiya təminatı sisteminin cəlbediciliyinin artırılması, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsində və əməyin ödənişinin təşkilində mövcud olan problemlərin aradan qaldırılması vasitəsilə sığorta haqqı ödəyənlərin sayının pensiyaçıların sayına nisbətinin optimallaşdırılması əsas hədəflərdən biridir.
Sadalanan tədbirlər 2020-ci ilə qədər yekunlaşdırılmalıdır.
Hökumət gözləyir ki, konsepsiyada nəzərdə tutulan tədbirlərin icrası pensiya təminatı sistemində müsbət nəticələrin əldə edilməsinə imkan verəcək. Tədbirlərin həyata keçirilməsindən sonra təyin olunan pensiya məbləği ilə ödənilən sığorta haqqının məbləği uyğunluq təşkil edəcək.
İslahatlardan sonra gözlənilir ki, pensiya təminatı sisteminin yığım potensialı güclənəcək, pensiya təminatı sistemi ilə bağlı qanunvericilikdə sığortaya dair prinsiplər təkmilləşdiriləcək, sosial sığorta haqqı normativinin strukturu təkmilləşdiriləcək, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsindən yayınanların sayı azalacaq, pensiya təminatı sisteminin uzunmüddətli inkişafı üçün aktuar təhlillərə əsaslanan mexanizmlər formalaşdırılacaq, pensiya təminatı sisteminin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığına nail olunacaq.
XƏBƏR LENTİ
Günün ulduz falı - 09.10.2013
İngiltərədə London derbisi: "Qırmızı şeytanlar" evində çətin rəqibi gözləyir
Kim? Harada? Necə? (2)
Bağçalar nə vaxt açılacaq?- RƏSMİ
Dəbli çantalar
Gəncənin raket atəşinə tutulması anı - VİDEO
6 məsləhət və 6 kiloqram
Sabah 38 dərəcəyə qədər isti olacaq
Böyrəklərin dərmanı… şərab
III Dünya müharibəsi gedir
Dəstəmaz zamanı saqqalın bütün tüklərini islatmaq lazımdırmı?
İmeda, Süri, Elyamel adlarını qoya bilməzsiniz
Bir adamı 4 dəfə öldürən saytları, neylərdin ilahi? - FACEBOOK CƏZALARI
Bill Gatesdən 9 liderlik sirri
Şakira məhkəmə qarşısına çıxdı
Azərbaycan rəssamın müəmmalı və sirli həyatı: Bakıda ilk "Mersedes"i o sürüb
Bakıya qar yağacaq
HAVA necə olacaq?- 6 MART
Köklü miso şorbası (foto resept)
Jan Klod Van Damm başlatdığı kampaniya ilə hər kəsin diqqətini çəkdi
Pentaqonun rəhbərindən Rusiyaya şok ittiham
Ən böyük arzusuna çatan şəhidimiz - VİDEO
Müəllim olmaq istəyənlər, DİQQƏT - Qeydiyyat başladı
Levanti mətbəxindən mərcili "Tabule" (foto resept)
Günün ulduz falı
Novruz adət-ənənəmiz
60 yaşlı cavan
Azərbaycan prezidenti Münhen Təhlükəsizlik Konfransının sədri ilə görüşüb
Fatma Girik xəstəxanaya yerləşdirildi-FOTO
Bunlari bilirsinizmi?
Özcan Denizin səsi yüksəldi-FOTO
Sabir günləri keçirilir
Məktəb bufetlərində bunların satışı qadağandır!-SİYAHI
Arnold Şvartsnegger Rusiya şirkətini məhkəməyə verdi-10 milyonluq təzminat
Azərbaycanda internet sürəti artırılır
Ayrıldınızsa, unudun!
Alim açıqladı – İmmunitet koronavirus üzərində nə qədər təsirli olur?
Merkuri haqqında bilinməyən gerçək
Meray Keri 22 kiloqram arıqladı - FOTO
UFC döyüşçüsü yarışda qondarma rejimin “bayrağını” qaldırdı, XİN hərəkətə keçdi - FOTO
BƏƏ-də ağacların mühafizəsində yenilik-Rəqəmsal kod
Azərbaycanda 134 nəfər koronavirusdan sağalıb
Rihanna hər kəsi təəccübləndirdi-FOTO
Oyunlardan nə qazanacağıq?
Armudlu piroq(foto resept)
Təbii antibiotiklər
Mensturasiyanız gecikirsə, bu bitkilərdən istifadə edin!
Soyuqdəymə zamanı yol verilən səhvlər
Buraxılış imtahanlarının nəticələri nə zaman bilinəcək?
Toy xonçaları
- ŞƏRHLƏR