Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Aşura günü Bakı kəndlərində, o cümlədən Nardaranda bəzi məclislərin İran bayrağı və bu ölkənin siyasi liderlərinin portretləri altında keçirilməsi məsələsinə münasibət bildirib. QMİ-nin mətbuat xidmətindən APA-ya verilən eksklüziv açıqlamada bildirilib ki, baş verən hadisələr idarənin nəzarət etdiyi məscid və ziyarətgahlarda qeydə alınmayıb. Bildirilir ki, internetdə bununla bağlı videogörüntülər yayılan kimi QMİ Bakı kəndlərində nəzarətində olan məscidlərdə araşdırmaya başlayıb və belə bir fakt aşkar etməyib: “Bununla belə, baş verən hadisələrlə bağlı başda sədr Şeyxülislam Allahşükür Paşazadə olmaqla, QMİ-nin mövqeyi ondan ibarətdir ki, bu, İran prezidentinin Azərbaycana səfəri öncəsi iki ölkə münasibətlərinə xələl gətirən təxribatdır. Dindarlarımıza bu kimi təxribatlardan uzaq olmağa çağırırıq. QMİ bunu pisləyir və dini mərasimlərin digər dövlətin bayrağı, siyasi liderlərinin fotoları altında keçirilməsini yolverilməz hesab edir. Azərbaycanda bütün dini mərasimlər öz milli mənəvi dəyərlərimizə söykənərək keçirilir və heç bir dövlət bizə təsir edə bilməz”. Qeyd edək ki, Məhərrəm ayının girməsi, eyni zamanda Aşura günü ilə əlaqədar Bakı kəndlərində, o cümlədən Nardaranda məclislər İran İslam Respublikasının bayrağı və İranın dövlət xadimlərinin fotoları altında keçirilib, video çəkilişləri internetdə yayılıb.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Hava haqqında - 25.12.2013
Bayram üçün kombin tövsiyələri
Qeyri-adi paxıllıq-VİDEO
Qəbul imtahanlarının vaxtları açıqlandı
İnstaqram üçün necə şəkil çəkdirməli?
Tez uzanan və güclü saçlar üçün 7 maska
"Borussiya"dan türk əsilli futbolçuya fantastik təklif
Almalı piroq (foto resept)
Uşaqlarda depressiya əlamətləri
Azərbaycanda koronavirusa görə ayrılmış karantin zonasından reportaj - VİDEO
HAVA necə olacaq? 10-yanvar
Balıq qoxusunu aradan qaldıran üsullar
Rianna "Victoria’s Secret"ə qarşı-FOTO
Qısa ətəkli ziyafət geyimləri
İş yerində yanlış davranışlar
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Dəriyə qulluqda gül suyu və yağı
Ətli mini zapekanka (foto resept)
Hər 10 qadına 22 uşaq düşür
Fəza təfəkküründən məntiqi sual(2)
Milli parklar təhlükədə
Yayın "qış" xəstəlikləri
Can Yamanı onlar da müdafiə etdilər
İvana Sert sevgilisi ilə tətildə
Yeni bankomatlar gəlir
Dabansız ayaqqabılar
Yeni Zelandiyada şəhər satışa çıxarıldı
Qara nöqtələr üçün bal maskası
Çində məktəbliləri qeyri-adi baş geyimi taxmağa məcbur edirlər - FOTO
Evdə heyvan saxlamağın faydaları
2014-cü ilin bahar ətirləri
Sənə qırmızı cox yaraşır
Ermənistan prezidentini öldürmək istədilər
Seyran Ohanyan Şuşa döyüşləri barədə: “Vuruşsaq da, yenə də məğlub olduq”
Kiçik top biskvitlər (foto resept)
Məşhur aparıcı övladını itirdi
Uşaqlara tez-tez hədiyyə almayın!
Uşaqları yemək yeməyə həvəsləndirək
Ronaldonun yeni klubu bəlli oldu
Müasir dərdin dərmanı - ...sevin!
Kömək gözləyən sevimli heyvanlar
8 qadın nazir təyin olundu
ŞAD XƏBƏR: Xankəndinə qatarla gedəcəyik - VİDEO
2017-ci il çanta dəbində çəhrayı
DİM 2500-dən çox abituriyentə xəbərdarlıq “SMS”ləri göndərdi
Azərbaycanda dərslərin başlaması barədə qərar verildi - RƏSMİ
Sirli təbiət-Hissə 2
HAVA necə olacaq?
Üç ölkədə Ebola virusuna yoluxanların sayı 18 mini keçib
Sürücülərin diqqətinə
- ŞƏRHLƏR