Azərbaycanda ilk dəfə olaraq istehsalatın müxtəlif sahələrində əməyin mühafizəsi üzrə fəaliyyət göstərən mütəxəssislər üçün tədris kursları təşkil ediləcək. ANS PRESS-in Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadla verdiyi məlumata görə, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) və nazirliyin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzi (ETTM) tərəfindən müəssisə, idarə və təşkilatların əməyin mühafizəsi üzrə mütəxəssisləri üçün ilk dəfə olaraq “Əməyin mühafizəsi və texniki təhlükəsizlik” və “Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi” mövzuları üzrə tədris kursları təşkil ediləcək. DƏMX-nin rəisi Fuad Əlizadə prezident İlham Əliyevin “Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” 30 avqust 2007-ci il tarixli Fərmanından, habelə digər normativ-hüquqi sənədlərdən irəli gələn tələblərin icrası olaraq, iş yerlərində əməyin mühafizəsinə dövlət nəzarətinin daim gücləndiyini vurğulayıb: “Həyata keçirilən dövlət nəzarətinin nəticələrinin təhlili göstərir ki, hələ də bir sıra təşkilatlarda əməyin mühafizəsi üzrə standartlar, norma və qaydalar qəbul edilmiş normativ-hüquqi aktların tələblərinə cavab vermir. Təbii ki, bunun əsas səbəblərindən biri də həmin təşkilatlarda əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri üzrə mütəxəssislərin bilik səviyyəsinın qənaətbəxş olmamasıdır. Bu səbəbdən də əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətinin daha uğurlu icrası, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin lazımi səviyyədə təmin edilməsi üçün əməyin mühafizəsi üzrə mütəxəssislərin maarifləndirilməsinə və onların yenidən hazırlığının təmin edilməsinə ehtiyac var”. F.Əlizadə bununla əlaqədar DƏMX və Əmək və Sosial Problemlər üzrə ETTM tərəfindən iqtisadiyyatın bütün sahələrini əhatə edən müəssisə, idarə və təşkilatlarda çalışan mütəxəssislər üçün “Əməyin mühafizəsi və texniki təhlükəsizlik” və “Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi” mövzuları üzrə tədris kurslarının təşkil ediləcəyini bildirib: “Bu kurslar Əmək və Sosial Problemlər üzrə ETTM-də təşkil olunacaq və məşğələlər zamanı həmin mütəxəssislərə əmək qanunvericiliyinə, o cümlədən əməyin mühafizəsinə dair elmi-hüquqi, həmçinin praktik bilgilər veriləcək, onların peşəkarlıq səviyyələri artırılacaq. Onlar müvafiq əyani və metodiki vəsaitlərlə də təmin olunacaq, təlimin sonunda aparılmış müsahibənin nəticələrinə uyğun olaraq onlara müvafiq sertifikat veriləcək”. Xidmət rəisi əməyin mühafizəsi üzrə mütəxəssislərin ixtisasının artırılması ilə bağlı əmək qanunvericiliyində müvafiq tələbin əksini tapdığını da diqqətə çatdırıb: “Əmək Məcəlləsinin 219-cu maddəsinin 3-cü bəndinə əsasən, müəssisə, idarə və təşkilatların rəhbər işçiləri 3 ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi üzrə vaxtaşırı ixtisasartırma kurslarında təlim keçməli və bu sahədə onların bilikləri yoxlanılmalıdır. Həmin tələbə əməl etməyən və ixtisasartırma kurslarında təlim keçməyən vəzifəli şəxslərlə bağlı İnzibati Xətalar Məcəlləsinin 257.07-ci maddəsinə uyğun şəkildə inzibati cərimələr tətbiq ediləcəkdir”. F.Əlizadə əməyin mühafizəsi sahəsində fəaliyyət göstərən mütəxəssislərin qeyd olunan kurslara maraqla qatılacaqlarına və öz peşəkarlıq səviyyələrini yüksəltmək üçün yaradılmış bu şəraitdən maksimum istifadə edəcəklərinə əminliyini ifadə edib.
Əmək və Sosial Problemlər üzrə ETTM-nin direktoru Vüqar Həsənov sözügedən ixtisasartırma kurslarının əhəmiyyətindən söz açaraq bildirib ki, ölkəmizin iqtisadi inkişafı üçün mühüm amillərdən biri də müasir tələblərə uyğun ixtisaslı kadrların hazırlanması, eyni zamanda əməyin mühafizəsi mütəxəssislərinin peşəkar hazırlığının müasir tələblərə uyğunlaşdırılmasıdır. Kurslar mütəxəssislərin peşəkar hazırlığının müasir tələblərə uyğunlaşdırılmasına, beynəlxalq təcrübə əsasında daim yeniləşən və təkmilləşən hüquqi normativ sənəd və aktların mahiyyətinin onlara öyrədilməsinə, nəzəri biliklərin təcrübədə tətbiqi yollarının onlar tərəfindən mənimsənilərək iş yerlərində lazımi şəkildə tətbiqinə xidmət edəcək: “Artıq təcrübədə təsdiqini tapan bir həqiqətdir ki, əməyin mühafizəsi sisteminin yüksək səviyyədə təşkili yalnız işçilərin həyat və sağlamlığı üçün deyil, müəssisənin iqtisadi mənafelərinin təmin olunması, məhsuldarlıq səviyyəsinin artırılması üçün də xüsusi önəm kəsb edir. Ona görə də yeni tədris kurslarında müvafiq sahədə işləyən kadrların ixtisasının təkmilləşdirilməsi ümumən iqtisadiyyatın dinamik inkişafı üçün önəmlidir”.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Paşinyan Ermənistanın sərhədlərini Rusiya sərhədçilərinin qoruduğunu etiraf etdi
Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərin nəzərinə
Real həyatda və filmdəki obrazlar
Britaniya alimlərindən xərçənlə bağlı İNANILMAZ İDDİA
Metro istifadəçiləri mütləq oxuyun - Yoxsa, 50 manat cəriməsi var
Hərəsi bir rəngdə bacılar doğuldu
Sevginin gündəlik dünyası
Ətir istifadəsində edilən səhvlər
Microsoft strategiyanı dəyişdi
Günün ulduz falı - 04.09.2013
Azərbaycanın istedadlı balaları
İstirahət güşələrimiz - Tovuz
Tariximiz Qazaxıstanda
Stiv Cobsun xanımı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Tavada dana əti (video-resept)
Bu bayraq Ginnesin Rekordlar Kitabına düşə bilər
50 min dollarlıq estetik əməliyyatın nəticəsi
Üz formasını dəyişən qidalar
Ətəyin ölçüsü, döş xərçəngi riski
Baş infeksionistdən XƏBƏRDARLIQ
ABŞ-ın böyük savaş planı
Venesuelaya meteorit düşdü
İnsanların xoşbəxt olduğu 10 şəhər
Ruhumun Yağmuru
Ofisdə nahar: nəyi, niyə və necə yeməli?
Eminanın ayrılıq xəbərləri yayıldı
Alimlərdən yeni infeksiya barədə XƏBƏRDARLIQ
Sabahın HAVAsı
Uşaqlar üçün vanna otaqları
Bakı metrosunda səssizlik olacaq
Düyü pəhrizi ilə günə 1 kq arıqla
Hərbçilərin pensiya yaşı dəyişdirilə bilər
Rasputinin 9 öncəgörməsi
Çox pul gətirən yeni işlər
"İki üzlü" pişik görənləri çaşdırır (FOTO)
Prezident İlham Əliyev: "Azərbaycan bütün dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınır və qəbul edilir"
"Ermənistanda başa düşürlər ki, Azərbaycan Ordusuna qarşı dayana bilməyəcəklər"
Çində koronavirusa yoluxanların təxminən 46%-i artıq sağalıb
Kişilər hansı qadınlardan xoşlanır?
Putinin 62 yaşı olur
"Qadin.Net"-lilərin həyatdan qorxuları və qorxmadıqları
Sabah hava necə olacaq?
Ağlayan keks (foto resept)
Orduda könüllü xidmət etmək istəyənlərin sayı 38 minə çatdı
Qan təzyiqini necə tənzimləyək?
Qonaqlığa gedənin diqqət yetirəcəyi ədəblər
HAVA necə olacaq?- 16 MART
Kremli toyuq enchiladas (foto resept)
Daha bir referimiz UEFA-ya daxil oldu
Sabah külək güclənəcək
- ŞƏRHLƏR