"Azərbaycanda tərkibində genetik modifikasiya olunmuş orqanizmlər (GMO) olan məhsulları satan sahibkarlar cərimələnməlidir". Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan hüquqları komitəsinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutunun direktoru Aytən Mustafayeva deyib.Onun sözlərinə görə, yalnız belə məhsulları satan deyil, onları ölkəyə gətirən sahibkarlar da cərimələnməlidir. Çünki bu məsələdə əsas məsuliyyəti belə məhsulları ölkəyə gətirən sahibkarlar daşıyır.Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatı mallarının olmasını milli genefondumuzun qorunması üçün çox mühüm sayan A.Mustafayeva bildirib ki, ölkədə tərkibində GMO olan məhsullarla bağlı qanunvericilik sərt deyil. Amma hazırda qanunvericiliyin sərtləşdirilməsi üçün işlər aparılır: “Azərbaycana tərkibində GMO olan məhsulların gətirilməsinin qarşısını dərhal almaq çətindir, amma biz buna getməliyik. Hələlik insanlar bilməlidirlər ki, aldıqları məhsulun tərkibində GMO var, yoxsa yoxdur. Məhsulun tərkində GMO-nun olması barədə məlumat onun etiketi üzərində qeyd edilməlidir. Biz sonrakı mərhələdə qanunvericiliyin daha çox sərtləşdirilməsi sayəsində tərkibində GMO olan məhsulların, ümumiyyətlə, Azərbaycana daxil olmasının qarşısını ala biləcəyik. Bu, biznes strukturlarına da böyük zərbə olacaq. Ancaq insanların sağlamlığı uğrunda addımlar atılmalıdır”.Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə Trend-ə bildirib ki, hazırda ölkədə GMO ilə bağlı qanunvericilik tələbi yoxdur. Buna görə də hər hansı sahibkar tərkibində GMO olan məhsul satarsa, bu halda cərimələnmir. Sadəcə, komitə onun məhsulunun üzərində “GMO var” ifadəsinin yazılmasını tələb edir. Çünki məhsulun tərkibi haqqında bütün məlumatlar onun etiketi üzərində yazılmalıdır: “Cərimənin olması lazımdır. Amma cərimənin olması üçün də qanunvericilik aktı olmalıdır. Bu olduqdan sonra qanunvericiliyin tələblərinin pozulmasına görə cərimələr tətbiq edilə bilər”.F.Talıblı deyib ki, hazırda komitə tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan məhsulların bazardakı vəziyyətini öyrənmək üçün sahibkarların müraciətini gözləmədən ərzaq məhsullarının nümunələrini yoxlayır. Bu yoxlamalar ictimai maraq nəzərə alınaraq mütəmadi həyata keçirilir: “Azərbaycanda GMO-larla bağlı qanunvericilik aktı yoxdur. Ona görə də biz sırf ictimai maraq nöqteyi-nəzərindən, həmçinin dövlətin bu sahədə nəzarətverici orqanı olaraq, ölkədə istehsal edilən və idxal olunan məhsulların tərkibinin nəzarətdə saxlanılması ilə bağlı özümüz araşdırma aparırıq. Xarici ölkələrdən gətirilmiş məhsulların üzərində “GMO olmayan” yazıldıqda belə, onları yoxlayırıq. Çünki bilmək lazımdır kı, həqiqətən də onun tərkibində GMO var, ya yox”.Bu sahə üzrə mütəmadi yoxlamaların aparıldığını deyən komitə rəsmisi qeyd edib ki, indiyədək keçirilmiş müayinələr zamanı məhsullarda GMO aşkarlanmayıb.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Keyt Bekinseyl pərəstişkarlarını son görüntüləri ilə heyran qoydu - FOTO
Bakıda klassik avtomobillərin yürüşü start götürüb
Xatirələr
Əsgərlərimiz "qan ocağı"ndan döndülər
Günün ulduz falı - 22.08.2013
NASA zəlzələ qurbanlarını xilas edəcək
"Türkiyə uzağı 3 ilə yox olacaq"
"Arvadlarınızın açıq-saçıq şəkillərini saxlamayın"
Twitter-də video dövrü başlanır
ABŞ-da fövqəladə vəziyyət elan edildi
Qızlarına "Evet" adını qoydular - Referenduma görə
Əsgərlər intihar edə bilməyəcək
Hansı müəllimlərin maaşı artacaq?
Gəlin fataları
Kimə hansı rəng yaraşır?
Dünya qara buğdaya meyl edir
Məşhur aparıcının bu hərəkəti Qalmaqal yaratdı-FOTO
1 iyunda uşaqlara sürpriz (foto resept)
Hamiləliyinizə kef qatacaq 10 məsləhət
May ayının qeyri-iş günləri açıqlandı
Bakıda "qaşqabaqlı" yaz havası
Mobil qurğularda təhlükələr artır
Çörəyin qiyməti artacaq?
Tərtərin pambıq zavodunda düşmən atəşi nəticəsində başlayan yanğın davam edir
Düşmənin viran qoyduğu daha bir yurd yerimizin ürəkdağlayan görüntüləri - VİDEO
Bu rəsm əsəri 90,3 milyon dollara satıldı-FOTO
Yeni rəsm növü: Pişikli Mənzərələr
Şagirdlərin I sinfə qəbulu elektron formada ola bilər
10 min nəfərlik plov bişirildi-FOTO
Bakı metropolitenində fləşmob
Mavi almaz rekord qiymətə satışda
Yağış və külək geri qayıdır
Prezident İlham Əliyev Kürdəmirdə heyvandarlıq və süd kompleksi ilə tanış olub (FOTO)
5 il öncə boşandığı xanımı ilə bu səbəbdən bir araya gəldi
Münaqişə sevgi bağını gücləndirirmi?
Vərəm xəstəliyi (Tuberkuloz)
Kür çayının aşağı axınında müsbət dəyişiklik müşahidə edilir
Gənc yaşlarda saç ağarması
Bakı dumana bürünəcək
Bu smartfon 10 dəqiqəyə "dolur"
Azərbaycan vətəndaşı bədbəxt hadisələrdən sığortalanıbmı?
Hər gün üzünüzə gül yağı çəksəniz...
Süd və süd məhsullarının faydaları
Bakıda hansı xəstəliklər daha çox yayılıb?
Bu filmlər dövlət dəstəyilə çəkiləcək!
Nikolay Baskov onu müdafiə etdi
Dişlərin çürüməsinin səbəbləri
Məşhur aktyor yeni "Batman" olacaq-FOTO
Günün qoroskopu: başladığınız işlərə məsuliyyətlə yanaşın
Məşhur aktyor Boeing-ini hədiyyə etdi
- ŞƏRHLƏR