Bakıda hava
USD AZN
EUR AZN
14:53Feride Nərmin mesaja baxarsan 11:34Nermin_Guler Hamıya salam siz necəsiz?
41199

Azərbaycan tarixindən yüz şəxsiyyət-1

Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur. Onların hər birinin həyatı, yaradıcılıq yolu bugünkü nəslə örnək ola bilər. Elə bu kitabı da yazmaqda məqsəd vətənimizin görkəmli şəxsiyyətləri barədə danışmaq, Azərbaycanın keçmişini bu tarixi şəxsiyyətlərin həyat və yaradıcılığı prizmasından göstərməkdir. 

Səbuhi Əhmədov

Bu başlıq altında veriləcək məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.

İranzu 

(e.ə.740-719)

Azərbaycan  ərazisində  ilk  dövlətçilik ənənələri Urmiya gölü ətrafında yerləşən vilayətlərdə formalaşmağa başlamışdır. Bu vilayətlərə qonşular hələ e.ə. XIV əsrdən yürüşlər etmişlər. İşğal təhlükəsi ilə üzləşən Urmiyaətrafı vilayətlər - Zamua, Gilzan, Allabria, Messi, Manna, Parsua, Uişdiş, Qızılbunda, Andiya, Zikertu, Sanqibudu və Puluadi birləşmək məcburiyyəti qarşısında qalmışlar. Vahid dövlət

yaratmaq cəhdini ilk dəfə Zamua vilayətinin başçıları həyata keçirmişlər. E.ə. 881-ci ildə tayfa başçısı Nur-Adad Zamua vilayəti daxilində bütün tayfaları birləşdirmişdir. Vahid dövlət "Manna dövləti" adını almışdır.

Lullubey-kuti tayfalarının birindən öz adını götürmüş Manna dövləti cənub-qərbdə Assuriya dövləti, qərbdə Urartu dövləti, cənubda Zaqroelam qurumları və cənub-şərqdə Maday vilayəti ilə həmsərhəd olmuşdur. Hərbi cəhətdən daha güclü olan Assuriya, Urartu və Babilistan Manna üçün böyük təhlükə törədirdi. E.ə. IX əsrin 80-ci illərindən başlayaraq assur qoşunları, demək olar, hər il Mannanın vilayətlərinə yürüşlər təşkil edir, lakin güclü müqavimətlə üzləşirdi.

E.ə. IX əsrin sonlarından başlayaraq Manna iki cəbhədə mübarizə aparmağa məcbur olur: Assuriya qoşunları ilə bərabər Mannaya Urartu qoşunları da yürüşlər edir. Mannada güclü mərkəzi hakimiyyətin olmaması, tayfa başçılarının ədavəti onlara qarşı mübarizəni zəiflədirdi. Müxtəlif xarakterli istehkamları olan mannalılar düşmənə güclü zərbələr vururdular.

Manna çarları öz müstəqilliyini qorumaq və ərazi bütövlüyünü təmin etmək məqsədi ilə diplomatik səylərini də davam etdirirdilər. Təxminən e.ə. VIII əsrin 40-cı illərində Manna dövləti Assuriya ilə müttəfiq olub Urartuya qarşı müharibəyə başlamışdır. Bu yolla o nəinki öz müstəqilliyini saxlamış, hətta Urartu qoşunlarını işğal olunmuş torpaqlarından qovmuşdur. 

Manna dövlətinin on qüdrətli dövrü çar İranzunun hakimiyyəti illərinə təsadüf edir. İranzu hələ gənc yaşlarından xarici düşmənlərlə toqquşmalarda iştirak etmiş, mahir döyüşçü və sərkərdə kimi özünü göstərmişdir. O, həmçinin, bir sıra qiyamçı hakimlərin öncə çarına qarşı çıxışlarının şahidi olmuş, belə çıxışların yatırılmasında iştirak etmişdir. E.ə. 740-cı ildə çar elan edilən İranzu anlayırdı ki, ölkənin mövcudluğuna ən böyük təhlükə ayrı-ayrı tayfa və vilayət başçılarının separatçılıq meyilləridir. Ölkədə olan pərakəndəlik nə iqtisadiyyatı inkişaf etdirməyə, nə də düşmənə qarşı mübarizə aparmağa imkan verirdi. 

Azərbaycan tarixindən yüz şəxsiyyət-1

İranzu separatçılığın qarşısını almaq üçün öncə bütün vilayətlərə öz canişinlərini başçı qoyur. Canişinlər çarın sadiq məmurları sırasından təyin edilir və daim mərkəzi hakimiyyəti dəstəkləyirdilər. Canişinliklər sisteminin tətbiq edilməsi mərkəzləşmiş dövlət qurulması yolunda ilk addımlardan hesab olunur. Ölkədə sabitliyə nail olduqdan sonra İranzu iqtisadi əlaqələri gücləndirir, əkinçilik, maldarlıq, sənətkarlıq və ticarəti inkişaf etdirir. O, sadə xalqın həyatı ilə yaxından tanış idi və odur ki iqtisadi tədbirləri ilə onların güzəranını yaxşılaşdırmağa çalışır. Təsadüfi deyil ki, Mannada iqtisadiyyatın bütün sahələri sürətlə inkişaf edir. Mərkəzləşmiş dövlət aparatının qurulması savadlı insanlara olan ehtiyacı artırırdı və odur ki, İranzunun hakimiyyəti illərində Manna dövlətində yüzlərcə məmur hazırlanmışdı. Qonşu ərazilərdə olduğu kimi Mannada mixi yazılardan, bəzən də heroqliflərdən istifadə olunurdu. 

İqtisadi inkişaf sayəsində dövlətin gəlirlərini artıran İranzu güclü qoşun yaratmışdı. Manna çarı İranzu qoşunlarını Assuriya nümunəsi əsasında təşkil etmiş, at arabaları və piyada dəstələri tərtib etmişdi. Manna dövlətinin qoşunları ayrı-ayrı vilayətlərdən gətirilən dəstələrdən ibarət idi. Dəstələr silah növünə görə deyil, hansı vilayətə mənsub olduqlarına görə bölünürdülər, yəni bir dəstədə həm

döyüş arabaları, həm süvarilər, həm də piyadalar olurdu. İranzu piyada dəstələrin əhəmiyyətini artırmış, onları ağır silahlanmış və yüngül silahlanmış dəstələrə bölmüşdü. Lakin daimi qoşunların olmaması və dövlətin hərbi qüvvəsinin ərazi yığma dəstələrindən təşkili müharibələri qısamüddətli edirdi: döyüşçüləri əkin sahələrinə qaytarmaq vacib idi. Bu amil həm də İranzunun bir sərkərdə kimi böyük

insan tələfatına gətirən irimiqyaslı döyüşlərə girişməməsinin əsas səbəbi idi.

İranzu əsasən sürətli reydlərdən ibarət əməliyyatlar keçirməyi və dayaq məntəqələri olan qalalar inşa edilməsini üstün tuturdu. Mərkəzi hakimiyyətin güclənməsi və iqtisadi inkişaf ölkə ərazisində şəhər və qalaların sayının artmasına səbəb olurdu. Dövlətin paytaxtı İzirtu şəhəri regionun ən iri sənət və ticarət mərkəzlərindən sayılırdı və Mannanın hərbi-inzibati və siyasi mərkəzi idi. Hər belə yaşayış məntəqəsi çarın ayrı-ayrı vilayətlərdə dayaq məntəqəsi olmaqla yerli hakimləri nəzarət altında saxlamağa və xarici düşmənə qarşı mübarizə aparmağa imkan verirdi. Artıq bu dövrdə od siqnalizasiyası sistemi yaradılmışdı: düşmənin yaxınlaşdığını görən sərhəd qalasının döyüşçüləri hündür yerdə tonqal qalayır və ölkənin dərinliklərində olan şəhər və qalaları xəbərdar edirdilər. Qalalarda iri ərzaq və silah anbarları yaradılmışdı.

Ölkənin hərbi və iqtisadi qüdrətinin artması İranzuya beynəlxalq siyasətə daha fəal qarışmağa imkan verirdi. Dövlətlərarası əlaqələri qurarkən İranzu ilk növbədə ölkəsinin maraqlarını üstün tuturdu. Assuriya dövləti ilə dostluq münasibətləri yaradan İranzu Mannanı regionun nüfuzlu hərbi-siyasi qüvvəsinə çevirmişdi. Öz hərbi qüvvələri və Assuriyanın müttəfiqlik köməyinə arxalanan İranzu Urartu ilə müharibəyə başlayır. Qısa müddət ərzində onun qoşunları əvvəllər Urartu tərəfindən zəbt edilmiş Urmiya gölündən qərbdə və şimalda

yerləşən torpaqları geri qaytarır. İranzunun əmri ilə burada sərhəd xətti boyunca qalalar inşa olunur. Şimal-şərq istiqamətində irəliləyən Manna qoşunları Xəzər dənizinə çatır və ona "Günəş batan dəniz" adını verirlər. Şimal istiqamətində Manna döyüşçüləri Araz çayınadək irəliləyirlər. Qonşu dövlətlərlə toqquşmalardan qalib çıxan İranzu dövlətinin ərazisini xeyli genişləndirir. Beləliklə, Mannanın şimal sərhədləri Araz çayı, cənub sərhədləri Parsua vilayəti, cənub-şərq sərhədləri Midiya vilayəti, şərq sərhədləri Xəzər dənizinə çatır. 

İranzu e.ə 718-ci ildə vəfat edəndə varisinə güclü dövlət qoyub gedir. Manna dövləti iqtisadi və mədəni cəhətdən yüksək inkişaf səviyyəsinə çatmış, hərbi baxımdan möhtəşəm, qüdrətli dövlətə çevrilmişdi.

Səslərin sayı: 6
15
2838
loading...
Şərhlər
Offline
fidancik.nva
maraqli xebere gore cox tewekkurler
16 avqust 2015 23:37
Offline
Almond B-va
winked oxudum..maraqlidi hem de deyerlidi fellow tesekkurler give_ros yazan eller var olsun girl_ten
19 dekabr 2014 10:17
Offline
nigar dadasova
Maraqli xebere gore sagolun give_ros
9 noyabr 2014 08:14
Offline
SARA91
Maraqlı məlumatdır,təşəkkür edirəm. davamlı olsun.
8 noyabr 2014 20:33
Offline
Agat_Kris
Ceylan Mumoğlu,
Tamam Ceylan xanım. Kompyuterlə gələn kimi elə şərhdə araşdırıb yazaram :)
7 noyabr 2014 01:04
imza: Pozitiv olun!
Offline
Aysel İ.
Adını və həyatı haqda da bir az məlumatım var idi. Bu xəbəri ooxumaq çox xoşuma gəldi. Ətraflı məlumat üçün təşəkkürlər Sərt_Əsinti.
7 noyabr 2014 00:32
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Xəyalə Murad
İradım kiçik bir iraddır e, Xəyalə bayaqdan gedib bütün Mannanın tarixin oxuyub gəlib ki, birdən xəbərdə səhv nəsə olar.

Əlimə keçən bütün matrealları oxudum ki birdən nəsə səhv olar gözümdən qaçar mocking
7 noyabr 2014 00:31
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Ceylan Mumoğlu
Sərt_Əsinti,
Təbii ki, olar. :)

İradım kiçik bir iraddır e, Xəyalə bayaqdan gedib bütün Mannanın tarixin oxuyub gəlib ki, birdən xəbərdə səhv nəsə olar. biggrin
Müəllif haqqında bilmək istəyirdim, qısaca, kimdir, nəçidir?
7 noyabr 2014 00:26
Offline
Qəribə
Maraqlı xəbərdir, təşəkkür edirəm.
7 noyabr 2014 00:05
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Ellada Babayeva
Ölkənin hərbi və iqtisadi qüdrətinin artması İranzuya beynəlxalq siyasətə daha fəal qarışmağa imkan verirdi. Dövlətlərarası əlaqələri qurarkən İranzu ilk növbədə ölkəsinin maraqlarını üstün tuturdu.

Tarixi sevmirəm. Amma bəzi məqamlar mənə maraqlı gəlir.
6 noyabr 2014 23:47
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Agat_Kris
Ceylan Mumoğlu,
Təbii ki, olar. :)
6 noyabr 2014 22:56
imza: Pozitiv olun!
Offline
Xəyalə Murad
İranzunun daxili və xarici siyasəti hər zaman diqqət çəkib. Onun canişinlik sistemini reallaşdırması həm də o dövr üçün inanılmazdır. Reallıq budur ki, İranzu həqiqətən də Manna dövlətini idarə etmiş və özündən sonra Azaya azad dövlət qoymuşdu. Aza Aşşur və Urartu tərəfdarları arasındakı çəkişmədə hakimiyyəti itirir. Dəyərli məlumatlardır. Tarixi incələmək mənə zövq verir.
6 noyabr 2014 22:25
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Ceylan Mumoğlu
Sən lap 1-ci kursu xatırlatdın mənə girl_ten
Sərt Əsinti, olar bir irad tutum? blum
6 noyabr 2014 21:36
Offline
Nəzrin
Sevə-sevə oxudum birazda olsa məlumatım var idi.Çox sağol bacı ardını gözləyirəm çoox sağol
6 noyabr 2014 21:28
Offline
Zehra.
Maraqlı xəbər üçün təşəkkür edirəm.
6 noyabr 2014 21:02
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış