Milli.Az AzerTAc-a istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasındabuludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Gecə bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Gündüz dəyişkən buludlu olacaq, arabir tutulacaq.
Şimal-qərb küləyinin 18-23 m/s, gecə və səhər arabir 25-30 m/s sürətlə əsəcəyi, yarımadanın bəzi yerlərində 33-35 m/s-dək güclənəcəyi, axşama doğru 9-14 m/s-dək mülayimləşəcəyi gözlənilir.
Havanın temperaturunun gecə və gündüz 3-6°, Bakıda gecə və gündüz 4-6° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək - 763 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Yağıntı gündüz tədricən kəsiləcək. Qərb küləyi 5-10 m/s sürətlə əsəcək, gecə və səhər arabir 18-23 m/s-dək güclənəcək.
Havanın temperaturunun gecə 0-5° isti, bəzi yerlərdə 3° şaxta, gündüz 6-11° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi 5-10 m/s, arabir 20-25 m/s sürətlə əsəcək, gecə ayrı-ayrı yerlərdə 30-35 m/s-dək güclənəcək.
Havanın temperaturunun gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz yağıntı tədricən kəsiləcək.
Qərb küləyi 5-10 m/s, arabir 20-25 m/s sürətlə əsəcək, gecə ayrı-ayrı yerlərdə 30-35 m/s-dək güclənəcək.
Havanın temperaturunun gecə 1-6°, gündüz 6-11° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s sürətlə əsəcək, gecə ayrı-ayrı yerlərdə 28-33 m/s-dək güclənəcək.
Havanın temperaturunun gecə 0-5°, gündüz 5-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək.
Qərb küləyi 5-10 m/s, arabir 20-25 m/s sürətlə əsəcək, gecə ayrı-ayrı yerlərdə 30-35 m/s-dək güclənəcək.
Havanın temperaturunun gecə 3-6°, gündüz 6-11° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağıntılı olacağı dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Şimal-şərq küləyi 5-10 m/s, arabir 20-25 m/s sürətlə əsəcək, gecə ayrı-ayrı yerlərdə 28-33 m/s-dək güclənəcək.
Havanın temperaturunun gecə 3-6°, gündüz 6-11° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacağı gözlənilir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Hava haqqında - 14.08.2013
Azərbaycanın qəhrəmanları
Bu körpəni görənlər gözlərinə inanmır
Bakıda 64 yaşlı qadın əkiz anası oldu-FOTO
"Tikilmiş cins"-li mətn effekti yaratmaq(1-ci hissə)
Kinoteatrlarda Google Glass yasaqlandı
"Son zəng"in vaxtı məlum oldu
Uşaqlar haqda məlumat yayanlar cəzalana bilərlər
Seren Serengil də boşandı
Geyim nümunələri
Noyabrda 3 gün iş olmayacaq
"Miss Universe" iştirakçılarının milli kostyumları
“Amfibiya adam” koronavirusdan öldü
Qəlbini dinlə ümidlərinə sarıl
“Papanin”də metro tikilir
"Bavariya"dan yeni rekord
Hədiyyə paketlərindəki təhlükə - VİDEO - FOTO
Tənbəl heyvanlar
Ölkə ərazisində karantinə görə qurulan postlar ləğv edilir? - RƏSMİ AÇIQLAMA
“Survivor”2020-in ən maraqlı kadrları-FOTO
Bu yerə gedən adamlar ölür-FOTO
Avro tarixi minimumu yeniləyib
Məşhur rəsmlər karantin dövründə çəkilsəydi...
Bu gün milli mətbuatın 143-cü ildönümüdür
Soyadın sənədlərdə dəyişilməsi problemi
Pul sevgi hissini möhkəmləndirir?
Ailə qurmaq üçün ideal vaxt
Payızda virusun yayılması gözləniləndir - TƏBİB rəsmisi
WhatsApp-da problem yaranıb
Qapalı paltarlar
Körpələrdə soyuqdəymə
DİQQƏT! Bu ərazilərdə su olmayacaq
Bir kişinin aşiq olduğunu necə başa düşmək olar?
Robert Prosineçki Bakıda!
Venesuelaya meteorit düşdü
Kosmosda tərəvəz yetişdiriləcək
Bu günün hava proqnozu
Demet Özdemir Bakıya gəlir
Buğda salatı (foto-resept)
2018-ci ilin ən yaxşı filmləri bəlli oldu
Dərinizə təbii gözəllik bəxş edin
Kosmosda sement hazırlandı – Şok təcrübə/FOTO
Britaniyanın varisi: anasının yanaqları, atasının saçları...
Maraqlı köynəklər
Dahi azərbaycanlının əziz xatirəsinə
Uçan təhlükə
Sabahın HAVAsı
Azərbaycan və Türkiyə arasında pasport rejimi ləğv edilir
ABŞ kəşfiyyatının hesabatı: Çin epidemiyanın əsl miqyasını gizlədib
Məşhur futbolçu bu gün evlənir
- ŞƏRHLƏR