Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
17:11Ayla Ayla Surayyə nəcəb gəlmisən mənə yazmamısan? 12:17PERI salam necesiz simaa nerdesin 11:24Xəyalə Murad İstirahətiniz xoş keçsin,Əziz Qadin.Netlilər!
39945

17 noyabr-Milli Dirçəliş Günüdür!

17 noyabr-Milli Dirçəliş Günüdür!
1988-ci il noyabrın 17-də Ermənistanın torpaq iddiaları, SSRİ rəhbərliyinin Dağlıq Qarabağ separatçılarına dolayı dəstək verməsi, Azərbaycan hakimiyyətinin ərazi bütövlüyünün müdafiəsində qətiyyətsizliyi əleyhinə Bakıda tələbə hərəkatı fəallarının başlatdığı etiraz aksiyaları ümummilli mitinqlərlə nəticələndi. Milyonlarla insanı o vaxtkı Lenin, indiki Azadlıq meydanına yığışaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxdı. Dekabrın əvvəllərində mitinqlər SSRİ-nin daxili qoşunları tərəfindən dağıdılsa da, Moskva Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısıni ala bilmədi. 
1989-cu ilin yayında Azərbaycan Xalq Cəbhəsi təsis edildi. Elə həmin ilin sentyabrında Ali Sovetin Azərbaycanın suverenliyi haqqında Konstitusiya Aktını qəbul etməsi Moskvanı daha da qıcıqlandırdı və 1990-cı ilin yanvarında Bakıya qoşun yeridildi. Mitinq iştirakçılarına qarşı ağır texnika və odlu silahdan istifadə edildi. Yüzlərlə aksiya iştirakçıları və dinc sakin vəhşicəsinə qətlə yetirildi. Amma bu hadisə xalqımızın milli qrürurunu sındarı bilmədi. Əksinə bu, hadisələri daha da sürətləndirdi. 1990-cı il seçkilərində AXC rəhbərlərinin əksəriyyəti Ali Sovetin deputatı mandatını qazandılar və Demokratik Blok adlı fraksiya yaratdılar. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi elan olundu. 1992-ci ilin mayında isə AXC hakimiyyətə gəldi. Qısa müddət ərzində Azərbaycan Respublikasının müstəqilliyinə real təhlükə olan SSRİ qoşunları Azərbaycandan çıxarıldı. 
17 noyabr-Milli Dirçəliş Günüdür!
1992-ci ilin 17 noyabrından Azərbaycanın Milli Dirçəliş Günü kimi qeyd edilən bu tarixin son bir neçə ildə unudulması üçün daha çox işlər görülür, nəyinki onun təbliği və tədrisi istiqamətində. Azərbaycan tarixinin şanlı səhifəsi olan bu tarix Azərbaycanın tarix kitablarından çıxarılıb, qeyri-rəsmi də olsa təhsil müəssisələrində tədrisi və öyrənilməsi qadağan edilib. Milli Dirçəliş Gününün dövlət səviyyəsində bayram kimi qeyd edilməsinə icazə verilmir. 
26 il bundan əvvəl, 1988-ci ilin noyabrında 100 minlərlə azərbaycanlı Ermənistanın təxribatlarına və Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq o vaxtkı Lenin, indiki Azadlıq meydanında toplaşdı. Bu gün Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı kimi də qiymətləndirilir. Həmin gün 68 il azadlığın nə olduğunu bilməyən bir millətin "olum, ya ölüm" savaşı başladı. SSRİ-nin tezliklə məhvə məhkumluğu məhz həmin gün daha aydın göründü. 
Rəsmi Moskvanın, ermənilərin Dağlıq Qarabağa iddiasına loyal münasibəti və qərəzli mövqeyi, millətə tarixini öz gücünə dəyişmək istəyini aşılamışdı. Yüz minlərlə insanın Azadlıq meydanına axışması isə ən yeni tarixin təməlini qoydu. Mitinqin ilk günləri göstərdi ki, Azərbaycanda, hələ SSRİ-nin heç bir yerində rast gəlinməyən mübarizə başlayır.
 Bunları görən rəsmi Moskva İttifaq dönəmində Azərbaycanda ilk dəfə fövqəladə vəziyyət elan etdi. SSRİ-nin müxtəlif ərazilərində dislokasiya edilmiş daxili qoşun qüvvələri Bakıya gətirilərək meydanda yerləşdirildi, dekabrın 3-dən 4-nə keçən gecə isə mitinq iştirakçıları oradan zorla çıxarıldı. Onların bir qismi həbs edildi. O zaman hərəkat parçalansa da, millət öz arzusuna çatdı - 1988-ci il, noyabrın 17-dən başlayan meydan hərəkatı azad Azərbaycanın təməlini qoydu. 
Əziz Qadın.Netlilər Bayramınız mübarək.!
Səslərin sayı: 1
14
3131
loading...
Şərhlər
Offline
Elif Eliyeva
Kecmisdeə olsa tebrikler
15 dekabr 2018 14:56
Offline
Sima
Həmin gün 68 il azadlığın nə olduğunu bilməyən bir millətin "olum, ya ölüm" savaşı başladı. SSRİ-nin tezliklə məhvə məhkumluğu məhz həmin gün daha aydın göründü.
17 noyabr 2018 11:27
Offline
ملاك
hmm, bayramimiz mubarek!!!
İnsallah bir de Qarabagin alindigi gunu bayram ederik...
2 dekabr 2014 11:38
Offline
.........................................
♥Haminizi bayram munasibetiyle tebrik edirem♥Bayragimiz hemise bele yukseklerde olsun Insallah give_ros Xebere gore cox sag ol Xeyale xanim air_kiss yes
17 noyabr 2014 15:33
Offline
AFƏR
Bayramımız mübarək olsun
17 noyabr 2014 13:47
Offline
.............
Tarixde melumatim var yeni oxu uxumusam yeniden oxudum tesekkurler.Dircelis Gununuz mubarek
17 noyabr 2014 11:58
Offline
Qəribə
Bayraminiz mubarek əziz Qadin.netliler!!! give_ros give_ros give_ros
17 noyabr 2014 11:28
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Xanim_Xatun
Bayramınız mübarək..tşlər Xəyalə xəbərə gorə.
17 noyabr 2014 11:04
Offline
Fatma xanım
Hamını təbrik edirəm bu Bayram münasibətiylə
17 noyabr 2014 10:59
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
♥Mira♥
Hamini dircelis gunu munasibeti ile tebrik edirem.
Maraqla oxudum.
Cox sag olun xebere gore Xeyale xanim give_ros
17 noyabr 2014 10:29
Offline
Jasmin
Bütün Azərbaycanlıların dirçəliş GUNUNU TEBRIK EDİREM
17 noyabr 2014 08:54
Offline
●♥ Səma ♥●
Dircelish gununuz mubarek,ezizlerim!
17 noyabr 2014 01:26
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Offline
Gulsum Memmedova
Bayraminiz mubarek Qadin.netliler :)
17 noyabr 2014 01:22
Offline
Aysel İ.
Təşəkkürlər Xəyalə. Dirçəliş günümüz mübarək.
17 noyabr 2014 00:30
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış