Havalar soyuyan kimi qaz sobalarına olan tələbat da artır. Evləri elektrik qızdırıcıları ilə qızdırmaq vətəndaşların büdcəsinə uyğun olmadığından insanlar daha çox qazdan istifadə edirlər. Ancaq bir çox hallarda evlərin qızdırılması üçün istifadə edilən qaz sobalarının keyfiyyətsiz olduğu və bu səbəbdən də vətəndaşların həyatına təhlükələr yarandığı üzə çıxır.
Paytaxtda satılan qaz sobalarının keyfiyyəti, qiyməti və hansı ölkələrdən gətirildiyini öyrənmək üçün 8-ci kilometr bazarına üz tutduq. Satışda İran, Türkiyə və MDB ölkələrindən gətirilmiş, həmçinin kustar üsulla hazırlanmış sobalar da vardı. Aidiyyəti qurumlar zaman-zaman bazarlarda, iri ticarət mərkəzlərində reyd keçirib həmin sobaları satışdan çıxarsalar da, yenə də sexlərdə hazırlanmış və heç bir sertifikatı olmayan sobalara rast gəlinir. Satıcılardan öyrəndik ki, indi bazarlarda kustar üsulla hazırlanmış sobalarla yanaşı, xaricdən gətirilən müasir sobalar da satılır.
Əhali isə xaricdən, əsasən də Türkiyə və İrandan gətirilən sobalara üstünlük verir. İllərdir ki, soba satışı ilə məşğul olduğunu deyən Ələsgər Qurbanovun sözlərinə görə, bu vaxta qədər satdığı sobalardan hər hansısa bir şikayət olmayıb: “Qaz sobaları müxtəlif qiymətə satılır. Qiymət onun gətirilmə yerinə görə dəyişir. Deyirlər ki, guya qaz sızmaları sobaların ucbatından baş verir. Boş şeydir. Qazdan ölüm halları sobalara görə yox, insanların laqeydliyi ucbatından olur. Həm də sobalar düzgün quraşdırılmır. Mənim gətirdiyim sobaların hamısının sertifikatı var”.
Söhbətə qatılan digər satıcı Elgün isə alıcıların daha çox Türkiyə sobalarına üstünlük verdiyini dedi: “İnsanlarda belə bir fikir var ki, İran sobaları təhlükəlidir. Ancaq elə deyil. İrandan da bütün standartlara cavab verən çox gözəl sobalar gətirilir. Şəxsən mən illərdir evimdə İran sobası quraşdırıram və hələ ki bir ziyanını görməmişəm”.
Bazarda digər soba satıcılarından gətirdikləri sobaların sertifikatı olub-olmadığını soruşduqda onların əksəriyyəti satıcı olduğunu, sobaları isə dükan sahibinin gətirdiyini dedilər. Bildirdilər ki, buna görə də sertifikatın olub-olmamasından xəbərsizdilər.
Metronun “Xalqlar dostluğu” stansiyası yaxınlığında məişət avadanlıqlarını təmir edən usta Namiq Qasımov da deyir ki, hər şey qaz peçinin düzgün quraşdırılmasından asılıdır: “Hər şey quraşdırmadan və istifadə qaydalarına əməl olunmasından asılıdır. Neçə illərdir evlərdə qaz sobaları quraşdırmaqla məşğulam. Dəqiq bilirəm ki, xarici sobalar çox keyfiyyətlidir, onlar qaz buraxa bilməz. Heç əldəqayırma sobalar da qorxulu deyil. Sadəcə, o evlərdə zəhərlənmə olur ki, orada ya sobanın özü, ya da borular düzgün quraşdırılmayıb. Qaz sobası yanan otaq tam qapadılmamalıdır. Əks halda, qaz içəri daxil olmaqla zəhərlənmə təhlükəsi yaradar”.
Bəzi ekspertlərin fikrincə isə dəm qazından baş verən zəhərlənmələrin əsas səbəblərindən biri məhz sobalardır. Keyfiyyətsiz sobalar dəm qazının otaqda qalmasına səbəb olur ki, bu da zəhərlənmələri artırır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə problemin sobalarda yox, Azərbaycan qazında olduğunu deyir: “İran və ya digər ölkələrdən gətirilən sobaların heç birində problem yoxdur. Problem Azərbaycan qazının təzyiqi ilə İran sobalarının düz gəlməməsindədir. Azərbaycanda satılan sobalar normal standartlara uyğun olaraq hazırlanır. Lakin bu sobalar Azərbaycana gətirildikdən sonra insanlar ona müdaxilə edirlər. Bu müdaxiləni də ustalar və qaz işçiləri edir. Nəticədə də problemlər yaranır və bunu da atırlar sobaların üstünə”
XƏBƏR LENTİ
Uşaq aləmi
Zümrüd rəngli donlar
Jerar Depardye Şimali Koreyaya getdi
Dadlı kartoflu yemək (foto resept)
Səda Sayan haqqında ŞOK İDDİA
Geyim kombinasiyaları
Boşanma sayı nədən artır?
Əliyevə hərbi salam verən çempiona rütbə verildi
Siqaret çəkən qadınlar 25 il sonra
Bekhem superlüks malikanəsini satır - FOTO
Facebook videoreklama başlayır?
Azərbaycanda təhlükəli sürüşmə sahələri: vəziyyət necədir?
Azərbaycanlı Ginnesin Rekordlar Kitabına düşdü
Bal və idman masajı
“Xəzər adaları”nda görüş
Çağırışçılar üçün yeni xidmət işə düşdü
İşğaldan azad edilən Cəbrayıl rayonunun görüntüləri - VİDEO
Siqaret çəkənlər bu yazını mütləq oxusunlar
Xəstəliklərin psixoloji səbəbi var!
Koronavirus aşkarlanmamış rayonlar var? - Ramin Bayramlı açıqladı
Apple yenidən lider oldu
8 dəfə boşanmış kişi 9-cu dəfə....-FOTO
Xəzərdə suitilərinin kütləvi ölümü baş verib
Ermənistanda çörək məhsulları 6 faizdən çox bahalaşdı
Sukerberq planetin 5-ci varlısı oldu
Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ
Gizlənməyi bacaran heyvanlar
Koronavirusla bağlı SON STATİSTİKA
“Qaçqınkom”dan məcburi köçkünlərin köçürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycanda 57 nəfərdə koronavirusa yoluxma aşkarlanıb - VİDEO
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
Binəli Yıldırımdan Şuşa ilə bağlı paylaşım
Girov götürülən azərbaycanlı: Altısını da öldürdülər
Kerri və Lavrov Vyanada Qarabağı müzakirə edəcəklər
Emin "Qlükoza"nı Bakıya dəvət etdi-FOTO
HAVA necə olacaq?- 12 MART
Rəngarəng rulet (foto resept)
Gözəl saçların sirri
Azərbaycanda daha 323 nəfərdə koronavirusa yoluxma aşkarlandı
Planetin ən yüksək nöqtəsi deşilir
iPhone 6 gələn ay istehsal olunacaq
“Azercell” abunəçilərinə xəbərdarlıq edib
Alıcılar üçün hiylə
Qızılgül küçəsi
Sabah da yağış yağacaq
Uşaqların sosial-psixoloji inkişafı-14
Internetin yeni fenomeni bu uşaqdır-FOTO
Yazda bədənə canlılıq
Yuxusuzluqdan xilas olmaq üçün çaylar
Ofis işçiləri darıxanda
- ŞƏRHLƏR