Bu gün Bakı 2015 Avropa Oyunları idman azarkeşlərinin gələn ilin yayında keçiriləcək yarışlara bilet ala bilməsi üçün öz rəsmi veb saytında Qeydiyyat səhifəsini açıq elan edir.Trend-in məlumatına görə, veb sayt beynəlxalq və azərbaycanlı idman azarkeşlərinə Bakı 2015 Avropa Oyunlarının idman proqramı üzrə nəzərdə tutulan biletlərdə edilən yeniliklər və Bakı 2015-lə bağlı son xəbərlər üçün müraciət etmək imkanı yaradır.Oyunlara doğru geriyə sayım davam edir və qeydiyyatdan keçən hər kəs ən son yeniliklər haqqında mütəmadi olaraq e-mail alacaq. Geniş ictimaiyyət üçün isə bilet satışı rəsmi olaraq gələn il açıq olacaq.
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq demişdir: “Birinci Avropa Oyunlarına doğru yaxınlaşdığımız üçün Bilet satışı üzrə qeydiyyat səhifəsi çox əhəmiyyətli məqam kimi qeyd olunur.Biz bilirik ki, idman azarkeşləri Bakı 2015 Avropa Oyunlarında iştirak etmək üçün öz biletlərini mümkün qədər öncədən almaq və tarixi məqamı müşahidə etmək istəyəcəklər. Bu sistem idman azarkeşlərini gələn il bilet satışı haqqında ən son yeniliklər və məlumatlarla təmin edəcək”.Qeydiyyat səhifəsi Bakı 2015 Avropa Oyunlarının Bilet satışı üzrə Rəsmi Dəstəkçisi olan Tickethour şirkəti tərəfindən hazırlanıb tətbiq edilmişdir.Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Kommersiya şöbəsinin direktoru Çarli Viceratna demişdir: “İdman azarkeşləri yarışlarda iştirak etməklə qitənin ən üstün idmançıları üçün yaradılmış bu unikal təcrübəni bölüşmək istəyəcəklər və biz bütün Azərbaycandan və Avropadan Oyunlara böyük maraq gözləyirik.Bu sistem Bakı 2015 ilə əlaqədar son xəbərlər haqqında məlumat almaq üçün ən yaxşı yerdir. Ona görə də mən bilet alışında maraqlı olanları ən qısa zamanda qeydiyyatdan keçməklə birinci Avropa Oyunlarındakı yerlərini tezliklə təmin etməyə çağırıram”.Veb saytda qeydiyyatdan keçmək üçün bu linkə daxil ola bilərsiniz: https://tickets.baku2015.com/signup/homePage.html?changeLanguageTo=azQeyd edək ki, 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.On bir idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə Oxatma, Yüngül atletika, Boks, Velosiped idmanı, Atıcılıq, Üzgüçülük, Stolüstü tennis, Taekvondo, Triatlon, Güləş və Voleybol daxildir.Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunmuşdur. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlı şəkildə Oyunları təşkil və idarə edəcək.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Təmiz nəfəs - insult, infarkt
Tehranda ABŞ səfirliyi yenidən açılacaq?
Dünyanın ən cazibədar polisi-FOTO
Cennifer Lopez gözəlliyi ilə heyran etdi-FOTO
Makiyajla cavanlaşma
Metronun qeyri-adi sərnişinləri
HAVA necə olacaq?-8 Noyabr
Bitkilərin əsir aldığı binalar
Coğrafiya İnstitutu qış fəsli haqqında açıqlama verib
Çin və İran COVID-19-un yayılmasından məsul tutulub
Gəl, açıq danışaq
Əhalinin işini asanlaşdıracaq yenilik
İnsanlar niyə bədbəxtdir və niyə intihar edirlər?
İstənilən şəxs təyyarəni endirə biləcək
Meryem Üzerli çənəsini əməliyyat etdirdi
Bakının da "əkiz"ləri olacaq
Qadinları yaşlandıran 5 fakt...
Kütləvi yoluxmaların əsas səbəbi açıqlandı - RƏSMİ
Mustafa Sandal Defne ilə sevgili olub-FOTO
Uill Smit xəstəxanalıq oldu-SƏBƏB
Xəzərdə nərə yoxa çıxır
Fədakar qadın
Azərbaycanda maraqlı fləşmob
Payız depressiyası və ondan xilas yolları
Fahriye Evcen geyimi ilə diqqət çəkib-FOTO
Qadınların hislərini ələ verən 9 vəziyyət
Məryəm makiyajsız video paylaşdı - FOTO
850 minə yaxta aldı - FOTO
Daha bir münsif “O Səs Türkiyə”ni tərk etdi-FOTO
Azərbaycanda yeni Fond yaradılacaq
Aleksandr Rozenbaum sərnişinin həyatını xilas etdi-FOTO
HAVA necə olacaq?
Azərbaycanda ən çox hansı məhsullar saxtalaşdırılır?
Tovuz döyüşlərində Ermənistana silah satılıb? - RƏSMİ AÇIQLAMA
"Havuç" seriala qayıdır
Marinada qoyulmuş hind toyuğu budu (foto resept)
“Sefirin kızı” “Çukur”u geridə qoydu
Duzun bilinməyən faydaları
Dünya ölkələrindən hikmətli sözlər
ÜST dünya əhalisinin hansı hissəsinin vaksinasiya edilməli olduğunu açıqladı
Bu pişiyin qiyməti 24 min manatdır
Ölüləri həyata qaytarmaq üçün cəhd - QƏRİBƏ YENİLİK
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
Yaz üçün gözəl donlar
Sizi 10 il daha gənc göstərəcək qidalar
Aleksandr Lukaşenko Bakıya gəldi
“Bakı”nın sabiq futbolçusu millidən getdi
Sözlə ifadə edilə bilməyən düşüncələr
Bu azərbaycanlı Marsa uçmağa hazırlaşır
Çanta modelləri
- ŞƏRHLƏR