Bakıda hava 36°
USD AZN
EUR AZN
17:50PERI istiden danismaye can alir((( 17:39Surayye Yox niye oluram ))) istide axota yoxdu 13:54Ayla Ayla Hamıya salam! Qizlar necəsiz Sürayyə yox olmusan yenə
40914

Yeni reytinq sistemi

Hörmətli istifadəçilər! Azərbaycanın ilk milli qadın portalı, Milli İnternet Mükafatının sahibi – Qadin.Net layihəsi olaraq hər zaman görülən işlərdə kəmiyyətə deyil keyfiyyətə böyük əhəmiyyət verdiyimizin şahidisiniz. Təsadüfi deyil ki, dünyanın bir çox ölkələrində yaşayan həmyerlilərimiz bu kimi bir çox özəlliklərə görə günlərinin böyük əksəriyyətini məhz bu layihə ilə keçirirlər.
Dəyərli zamanını Qadin.Net-lə birlikdə keçirən, bizləri ailənin doğma üzvü edən istifadəçilərimiz üçün onların diqqət və əməyinin qarşılığı olmasa belə, kiçik, daimi müsabiqə xarakterli Reytinq sistemi hazırladıq. Öncə qeyd edək ki, Reytinq səhifəsində şərh yazma və hazırladığı xəbərə daha çox baxış sayı toplama üzrə fərqlənən istifadəçilərin, müəlliflərin siyahısı, reytinq cədvəli nümayiş olunur.  Belə ki, gün ərzində daha çox şərh yazan istifadəçi günün şərhlər üzrə qalibi olaraq qeydə alınır. Həftə ərzində ən çox baxış sayı toplayan xəbərin müəllifi isə həftənin xəbər müəllifi kimi qalib olaraq qeydə alınır. 
Reytinq səhifəsində yazılan şərhlər, xəbərlərə toplanan baxış sayları hesablanaraq hər an ən yeni məlumatlar əks etdirilir.
Reytinq sisteminin ən önəmli məqamı isə ilk yerin sahibi olan istifadəçilərin daimi olaraq mükafatlandırılmasıdır. Yəni bu bir müddət üçün deyil, hər zaman üçün keçərlidir.

İlk yerin sahibləri hər zaman ayrılmış pul mükafatlarını alacaqlar.  Bu haqda qaydalar hissəsində ətraflı şəkildə məlumat ala bilərsiniz.

Reytinq səhifəsində ( http://rating.qadin.net/ ) nümayiş olunan siyahı və yazılarla bağlı izahat:

1. Yazılar sistemi

Ötən ayın qalibləri - Bu siyahıda gördüyünüz 3 istifadəçi geridə qalan bir ay ərzində saytda yayımlanmış xəbərlər içərisindən ən çox izlənilmiş xəbərlərin müəllifləridir.

Ötən həftənin qalibləri - Bu siyahıda gördüyünüz 3 istifadəçi geridə qalan bir həftə ərzində saytda yayımlanmış xəbərlər içərisindən ən çox izlənilmiş xəbərlərin müəllifləridir.

Bu həftə üçün seçilənlər - Bu siyahıda 10 istifadəçinin adı nümayiş olunur və real zaman üçün reytinqin gedişatı nümayiş olunur. Siyahıda bu həftə üçün saytda yayımlanmış xəbərlər içərisindən ən çox izlənilmiş xəbərlərin müəllifləridir.

2. Şərh sistemi

Ötən ayın qalibləri - Bu siyahıda gördüyünüz 3 istifadəçi geridə qalan bir ay ərzində, saytda yayımlanmış bütün xəbərlərə ən çox şərh yazmış şəxslərdir.

Ötən günün qalibləri - Bu siyahıda gördüyünüz 3 istifadəçi ötən gün ərzində, saytda yayımlanmış bütün xəbərlərə ən çox şərh yazmış şəxslərdir.

Bu gün üçün seçilənlər - Bu siyahıda 10 istifadəçinin adı nümayiş olunur və real zaman üçün reytinqin gedişatı nümayiş olunur. Siyahıda adları nümayiş olunan istifadəçilər saytda yayımlanmış bütün xəbərlərə hal-hazırda ən çox şərh yazmağa davam edən şəxslərdir.        

 

Qeyd edilən məbləğ, pullar real pullardır! Heç bir simvolik xarakter daşımır!
Siz əldə etdiyiniz pulları istənilən online ödəmə imkanı olan xidmət
(məs: Mobil telefonlarınız üçün balansın artırılması, kommunal xidmətlərinizin ödənişi, internet xidməti üçün aylıq ödənişlər və s.) üçün istifadə edə bilərsiniz, yaxud nəğd şəkildə (50 AZN-dən az olmamaq şərti ilə) tələb edə bilərsiniz.
Ödənişlərlə bağlı dəqiq siyahı və məlumat üçün award@qadin.net  ünvanına müraciət etməklə bütün ödəniş edilə bilinəcək xidmətlərin siyahısını əldə edə bilərsiniz.

Qaydalar:

1. Yazılar sistemi

1.1. Yazılar sistemində həftənin qalibi 15 AZN qazanmış olur.

1.2. Yazılar sistemində hər bir istifadəçi bir ay ərzində maksimum 1 (bir) həftənin qalibi imkanına sahibdir.
1.3.  Eyni istifadəçi bir ay ərzində qaydalarda qeyd edilən göstəricidən artıq sayda (2, 3, 4-cü dəfə birinci olma) qalib olarsa – onun birinciliyi ləğv edilir və qalib olaraq ikinci yerin sahibi müəyyən olunur.  İkinci yerin sahibi qalib olduğu halda qalibə əvvəlcədən ayrılmış məbləğin 50%-i təqdim olunur. 

1.4. Yazılar üzrə ayın qalibi olaraq, ay ərzində ən çox baxış sayı toplamış istifadəçinin, müəllifin xəbəri qəbul olunur.

1.5.  Yazılar üzrə ayın qalibi olmuş istifadəçi   25 AZN qazanmış olur.

2. Şərh sistemi

2.1. Şərhlər sistemində günün qalibi  4 AZN qazanmış olur.

2.2. Şərhlər sistemində hər bir istifadəçi həftə ərzində maksimum 2 (iki) dəfə qalib olma imkanına sahibdir.
2.3. Eyni istifadəçi həftə ərzində qaydalarda qeyd edilən göstəricidən artıq sayda (3, 4, 5, 6, 7-ci dəfə birinci olma) qalib olarsa – onun birinciliyi ləğv edilir və qalib olaraq ikinci yerin sahibi müəyyən olunur.  İkinci yerin sahibi qalib olduğu halda qalibə əvvəlcədən ayrılmış məbləğin 50%-i təqdim olunur.

2.4. Şərhlər üzrə ayın qalibi olaraq ay ərzində ən çox şərh yazmış istifadəçi qəbul olunur.

2.5. Şərhlər üzrə ayın qalibi olmuş istifadəçi 20 AZN qazanmış olur.

3. Göstəricilərə süni müdaxilə, digər

3.1. Süni şəkildə öz göstəricisini artırmaq üçün qadağan olunmuş formalarda ("flood") şərhlər yazan istifadəçilər ilk xəbərdarlıqdan sonra  “eyni tərzdə” davam edildiyi halda istifadəçinin hesabı nəzarətçilər tərəfindən qeydə alınaraq qara siyahıya əlavə edilir. Qara siyahıya əlavə edilmiş istifadəçilər Reytinq cədvəlindən bütün zamanlar üçün uzaqlaşdırılmış hesab edilirlər!

3.2. Süni şəkildə öz göstəricisini artırmaq üçün qadağan olunmuş formalarda xəbərlərə ("flood") baxış sayı toplamaq istəyən istifadəçilər ilk xəbərdarlıqdan sonra  “eyni tərzdə” davam edildiyi halda istifadəçinin hesabı nəzarətçilər tərəfindən qeydə alınaraq qara siyahıya əlavə edilir. Qara siyahıya əlavə edilmiş istifadəçilər Reytinq cədvəlindən bütün zamanlar üçün uzaqlaşdırılmış hesab edilirlər!

3.3. Bütün qeyd edilən mükafatlar Azərbaycan Respublikası ərazisində ediləcək ödənişlər üçün keçərlidir. Ölkə xaricində yaşayan, qalib olmuş şəxslər öz mükafatlarını Azərbaycan Respublikası ərazisində yaşayan başqa bir şəxsə hədiyyə edə bilərlər!

3.4. Ödənişlər hər təqvim ayı ərzində bir dəfə edilir. Qaliblər mükafatlarını hər təqvim ayının  15-25 tarixləri ərzində alma imkanına sahibdirlər. Sonrakı müddətdə müraciətlərə baxılmır!

Hər birinizə uğurlar arzulayırıq!

Səslərin sayı: 23
251
18872
loading...
Şərhlər
Offline
Arzu
Maraqlidir bele yaxsi qayda neden indi kecerli deyil?

Maraqlidir niye bele yaxsi qayda yeni yarissma indi kecerli deyil?
27 dekabr 2016 20:47
Offline
Aysel B-va
Xeyr, xanım, hazırda dayandırılıb.

heyif ..
14 noyabr 2016 06:21
Offline
Ceylan Mumoğlu
Aysel B-va,
bu helede kecerlidi?

Xeyr, xanım, hazırda dayandırılıb.
13 noyabr 2016 11:23
Offline
Aysel B-va
bu helede kecerlidi?
13 noyabr 2016 09:16
Offline
Suada.....ζ ø√ξ •٠·˙˙
Sınamaq olar ..........
16 iyul 2016 12:49
Offline
Mamedova
Həqiqətdə gerçəkdirsə i_am_so_
30 yanvar 2016 21:30
Offline
Aysel İ.
Dəniz84
He onu bilirem Deniz xanim,bes 2 3 yerler tutanda hec bi deyisiklik olmur?

Xeyir Zayka. Mükafat ancaq 1-ci yerin sahibinə verilir.
26 dekabr 2015 12:20
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
°ღ Zayka •.°ღ
Dəniz84
He onu bilirem Deniz xanim,bes 2 3 yerler tutanda hec bi deyisiklik olmur?
22 dekabr 2015 13:55
Offline
Aysel İ.
Serh uzre dunen ikinci yerde olmusam,indi bu ne demekdiki?

Yalnız 1-ci yerin qaliblərinə pul ödənişi olunur!
21 dekabr 2015 19:46
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
°ღ Zayka •.°ღ
Serh uzre dunen ikinci yerde olmusam,indi bu ne demekdiki?
21 dekabr 2015 09:08
Offline
nihad abisov
MARAQLIDI GORESEN KIM UDACAQ AY ALLAH OLDUM girl_cray
6 dekabr 2015 15:16
Offline
. : . Sonta_Xatun . : .
Maraqlidir...maraqlidir... boredom sad
24 sentyabr 2015 17:08
imza: 2 ildən çox olan bir fasilədən sonra,mən yenə aranızdayam əziz Qadın.netlilər)))
Offline
Fatma xanım
Pul lazım olanlar başlayın fəaliyətə
17 sentyabr 2015 11:53
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
MAYA EL
Burda olmayanı nə qədər yeniyliylər olub xeyirli olsun. Çox gözəl sistemdi Pul qazananlar xeyirli işlərə xəricləyin.Sayt rəhbərliyinə çox təşəkkrlər give_ros give_ros give_ros xanımlar üçün gözəl şərait yaradıblar .Uğurlarımız daimi və bol olsun
24 iyun 2015 23:45
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
nigar dadasova
Mende isteyirem goresen duzdur bu xeber
7 iyun 2015 23:43
Offline
Mələksima
Burda olmayali cox wey deyiwib burda bu pulla ne ede bilerik ki?

Qeyd edilən məbləğ, pullar real pullardır! Heç bir simvolik xarakter daşımır!
Siz əldə etdiyiniz pulları istənilən online ödəmə imkanı olan xidmət üçün istifadə edə bilərsiniz. (məs: Mobil telefonlarınız üçün balansın artırılması, kommunal xidmətlərinizin ödənişi, internet xidməti üçün aylıq ödənişlər və s.)
22 may 2015 19:26
Offline
Handmade_by_zibo
Burda olmayali cox wey deyiwib burda bu pulla ne ede bilerik ki?
1 may 2015 13:51
Offline
Nazim
salam...zehmet olmasa mene basha salinki burda kolyaskalara ve qiymetlerine nece baxa bilerem,online odenis nece ede bilerem...cox saqolun..!!!
22 aprel 2015 23:55
Offline
♫ Я тебя люблю ♫
Allah razi olsun tesekkurler give_ros kiss
19 aprel 2015 09:36
Offline
gunay
Cox gozel oldu bu. Hami qazanir.
15 aprel 2015 10:50
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 17:49 - Müəllif: Surayye
    Şəkil çəkdirmək (3)

    Şəkil çəkdirmək

    Çox düz deyirsiz Pervane xanim. Bizim kor koc vaxti nece oldu bilmedik bütün sekillerimiz itdi. Nece ildi tapilmir. Heyif deyildi o sekiller...
  • Şeyma Subaşı AÇIQLAMA VERDİ-FOTO

    Şeyma Subaşı çıxardığı “Sadece Şeyma” kitabı ilə səs-küyə səbəb olmuşdu.
  • Məşhur cütlüyün növbəti dəfə ekizləri olucaq-FOTO

    Qeyd edək ki, 58 yaşlı aktyorlar vəkil həyat yoldaşı 2014-cü ildə evlənib. Onların 2017-ci ildə əkiz övladları dünyaya gəlib.
  • Aclıq çəkmədən 60 kq arıqladı-FOTO

    2013-cu ildə həkimin çəkisi 164 kq təşkil edirdi. 1 il ərzində qidalanmasından yalnız 1 maddəni çıxarmaqla Zudin 60 kq arıqlayıb.
  • Məktəblər açılmadan bunları edin

    Son olaraq həkim bildirib ki, uşaqların yeni dərs ili öncəsi ümumi qan, nəcisdə qurd yumurtaları analizləri verməsi faydalıdır
  • Fillər haqqında maraqlı məlumatlar

    Kimside fil heveskaridi
  • 14:01 - Müəllif: Ayla Ayla
    Şəkil çəkdirmək (3)

    Şəkil çəkdirmək

    Mən də anamın uşaqlıq şəkillərinə baxıram. Yaxşı ki çəkdiriblər.
  • Bel ağrısını azaldan 3 yoqa pozası

    Üzü üstə olacaq formada əllərinizi yerdən yüksəltin, başınızı və sinənizi qaldırın. Qaldırarkən nəfəs alıb verin.Üzü üstə olacaq formada əllərinizi yerdən yüksəltin, başınızı və sinənizi qaldırın. Qaldırarkən nəfəs alıb verin.
  • Əylənməyə getdi, əlil arabasında qayıtdı-FOTO

    Hadisə elə qəfildən olur. Allah koməyi olsun
  • Şeyma Subaşı AÇIQLAMA VERDİ-FOTO

    Məşhur aparıcı Acun Ilıcalıdan olan övladı Melisa ilə görüntülənən Şeyma bunları söyləyib
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış