Bakıda hava 20°
USD AZN
EUR AZN

Əgər prezident olsaydım...(2)

Agats_fan

Əgər mən prezident olsaydım, bir çox qanunlar qoyardım. İndi ağlıma gələnləri qısa şəkildə qeyd edim.
1.Tələbələrə qayıb qoyma qaydasını yığışdırılmalı və yubanan müəllimlər qayıb qoyulmalı.
2. Hamburqerin içindən ətlər çıxarılmalı.
3. Zəngli saatları zəngsiz saat etməli.
4. Narkotik vasitələri günəbaxan tumları ilə əvəz etməli.
5. Iphone firmasının Azərbaycandakı adını dəyişib yourphone qoymalı.
6. Metroda jetonu yeyən aparat gördükdə üstündən tullanıb keçməli, təmir etməyə ehtiyac yoxdu. Qoy camaat idman eləsin.  diablo
7. Nəqliyyat vasitələri piyada keçidinin düz ağzında saxlamalı.
8. Südlü çayın içinə süd qoyulmamalı.
9. Ebola kimi virusları axmağola kimi dəyişərdim ki, bütün axmaqlara yoluxsun, ölsünlər.
10. Beyinsiz insalara beyin təşkil edərdim və hamsını da
Qadın.Net saytı vasitəsilə satardım. crazy 

Əgər prezident olsaydım...(2)

Fidan Məmmədova

Əgər mən prezident olsaydım, ölkədə bütün uşaq əyləncə atraksionlarını pulsuz edərdim ki, uşaqlar doyunca əylənsinlər. Təsəvvür edin, pulsuz olsa,  uşaqlar gecə-gündüz atraksionlardan el çəkməzlər, valideynlər də parkda gecələməli olarlar. lol Ölkədə bütün ailələrdə uşaqlara ataların baxmasını tapşırıq verərdim. lol Qoy onlar da anaların gün ərzində çəkdiyi əziyyətləri görsünlər. Analara isə Qadın.Net saytında oturub xəbərlər hazırlamağı, sayt üçün başqa lazımlı olan işlərin görülməsini tapşırardım. Atalara aylıq maaşlarının 90%-ni həyat yoldaşlarına verməyi tapşırardım. lol

Gulum

Mən prezident olsaydım, hər şey super olardı. Ancaq qadın həmrəyliyini əlimdə şüar tutardım. Birinci növbədə bütün fitnes zallarını pulsuz edərdim, bütün gözəllik salonlarını dövlət hesabına işlədərdim. Qadınlar üçün xüsusi taksilər olardı, həm də pulsuz. Ölkədə siqareti tamamilə ləğv etdirərdim. Ən əsası əmr verərdim ki, bütün əsgərlər gündə heç olmasa bircə dəfə anaları ilə danışsınlar. Qadınlar üçün çoxlu sayda çayxanalar,  qadın mərkəzləri yaradardım və əmr edərdim ki, qadınlar istədiyi seriala və ya verlişə baxanda kişilər sakitcə, dinməz-söyləməz dayansınlar. Bilmirəm, az istədim ya çox, amma Allah bu kişilərin üzünə baxıb ki, mən prezident olmamışam. 

Əgər prezident olsaydım...(2)

Ellada Babayeva

Əgər prezident olsaydım, nə edərdim? Sözün düzü, neçə gündür ki, düşünürəm. Heç bu qədər düşünməmişdim. Səbəb mövzunun yumoristik olmasıdır. Mən prezident olmasam yaxşıdır, əgər belə bir şey mümkün olsaydı, qadağaların sayı, hesabı olmayacaqdı. Göstərişlərimi hələ demirəm. Amma mövzu yumora aid olduğuna görə qadağaları qırağa qoydum. Mən prezident olsaydım, göstəriş verərdim ki, avtomobilləri uşaqlar idarə eləsin. Mağazalarda şirniyyatlar pulsuz olsun, həmişə açıq olsun. Satıcı da özüm olum. crazy

Nəzrin

Əgər prezident olsaydım, necə deyərlər, hava mənə xoş olardı. girl_smi Mənim qanunlarım ən çox cavan nəsilin xoşuna gələrdi. İlk qanunum batereyası bitməyən telefonlar düzəltdirmək olardı. Hər yerdə şifrəsiz vi-fi şebəkələri quraşdırardımmocking və ən böyük qanunum paltar sərilməsini qadağan edərdim. Əgər kim paltarı sərgidən assa, onun özünü sərgidən asdırardım.diablo  Bəs paltarı necə qurudaq deyirsinizsə, yudunuz, atın yerə qurusun, ondan rahat bir şey yoxdu. lol  Mənim qanunlarım bunlardır. Əgər kim prezident olsa,  məndən başqa, xahiş edirəm, paltar qanununu mütləq həyata keçirsin. Bu qanuna ehtiyacım var. 

Əgər prezident olsaydım...(2)

S.Nur

Mən prezident olsaydım, dərslərin saat 10-da başlanmasını əmr edərdim ilk növbədə (səhər yuxudan durmaq problem olur axılol). Daha sonra maşınların ancaq yaşıl olmasını istəyərdim. Yaşadığım ərazini tamamilə yaşıla boyadardım (yaşılı çox sevirəm). Bütün çayxanaları bağladardım, dominonu dövlət səviyyəsində yasaqlayardım! Qadınlara icazə verərdim ki, kişilərini həftədə bir dəfə  döysünlər, gün ərzində də 3 saat tək ayaqda saxlama cəzaları olsun balanslarında (günahi olanların təbii ki). Hər bazar günü də qadınlar bayramı kimi qeyd olunsun. İstirahət günlərinin sayını da çoxaldardım. Uşaqların baxımıyla da həftənin 2 günü atalar məşğul olmalıdılar. Həmin 2 gündə qadınların gün ərzində gördüyü işləri kişilər görməli olacaq. Bir də bütün fitnes mərkəzləri pulsuz olacaq. Qalanını da seçimlərdən sonra deyərəm. Hələ bir seçilim. crazy

S.S. Samir 90  

Mən prezident olsaydim? Demək belə, mən prezident olsaydım, ilk növbədə xanımlar üçün olan bütün alış-veriş mərkəzlərini bağlatdırardım, gözəllik salonlarının qapısına yekə bir kilid vurdurardım. crazy Ən əsası kosmetik vasitələri yer üzündən silərdim. Daha sonra bu pampersləri ləğv eliyərdim, indiki qızlar da bilərdi ki, əziyyət nədir. Əllərinə bir vanna götürüb paltar yuyardılar. crazy Bilirəmeee bu vədlərimə görə, onsuz da, prezident özüm seçilmişəm. lol Çıxışımı burada sonlandırıram, bilirsiniz ki, bizdə vaxt məhdudiyyəti var, vədlərimin yarısını da şərhlərdə davam etdirəcəm. Diqqətinizə görə təşəkkürlər. lol 

Əgər prezident olsaydım...(2)

Ayka

Əgər mən prezident olsaydım, işləyən insanların daha az işləyib daha çox pul qazanmaqları üçün əlimdən gələni edərdim. Ailəsinə vaxt ayırmayanlara cəza verərdim. Uşaqların dərslərini azaldardım və məktəbdən çıxdıqları zaman onları bir avtobus götürüb istədikləri yerə aparardı (şəhər içində). Sonra yay, qış Dondurma satmağa icazə verərdim. 8 martda deyil, bütün günlər qadınlara, hətta balaca qızlara belə hədiyyə aldırardım. Dərsləri 30 dəqiqə eləyərdim. Bütün hər şeyin qiymətini yarıya endirərdim və s.

Asi

Mən prezident olsaydım, nə edərdim? İlk olaraq hündür bir yerə çıxıb qışqırardım: uraaaaaaa mən seçildim! yahoo Sonra isə heyvanları öldürənlərərə cinayət işi açdırardım: 5 ildən 10 ilə qədər (rəhmətlik olveri cavan yaşında öldürdülər cray ). Sonra nə edərdim, 8 mart günü bütün qadınlara hədiyyə paylanmasını və həmin günün qadınların heç bir iş görməməsini (ev işləri belə) əmr edərdim.dance1 Daha sonra nə edərdim, bax, onu seçin, sonra deyərəm. wink

Fatma xanım

Əgər məni prezident seçsəydiniz, bütün dövlətlərə gedişi vizasız edərdim. Bir də pensiyaları artırardım və ən böyük azrum da Bakı-Sumqayıt yolunda körpü tikdirməkdir. Çünki o yolu keçəndə qorxumdan ölüb-dirilirəm

Səslərin sayı: 15
100
136919
loading...
Şərhlər
Offline
......
Oldum gulmeynen.ALLAH sizi guldursun lol
8 mart 2016 18:10
Offline
huseyova nuray
Prezident olmaq istemezdim.bir ailenin mesuliyyetini dawimaq cetindi.qaldiki bir boyuk dovletin
5 yanvar 2015 04:04
Offline
S.S.90...Samir...
Xeberin muellifi itkin duwdu, gorenlerden xahiw edirik sayta mmelumat versinler. crazy
31 dekabr 2014 02:37
Offline
H.M
Ayyy nee maraqli xeberdir, uzunuz gulsun.
24 dekabr 2014 16:45
Offline
GÜLÇİN
Hamının fikri maraqlıdır. biggrin
12 dekabr 2014 19:11
Offline
ملاك
arzular...............arzular, olmayacaq bir seyi xeyal etmeye deymez.......Biz mekteb vaxti bele insalar da yazmisdiq....


men prezident olsaydim...

men bas nazir olsaydim ve s.
4 dekabr 2014 11:08
Offline
.....
eger prezident olsaydim butun rusvet xor yalanci camahati aldadib soyanlari on cebheye dusmenle uz uze qoyardimki oz kisliklerini orda gostersinler her sey qanunla emel olunmlaidi qanun pulunan var dovletinen asli olmayaraqhamiya aidi
23 noyabr 2014 23:14
Offline
PƏRVANƏ ƏLİYEVA......
Sen heşşş narahat olmaaa....prezident ujeee özüməmmm

Tebrik edirem bibi qurvan.Xeyirli uqurlu olsun yahoo
13 noyabr 2014 22:17
Offline
Aida M-ova
 ♥♥S.Nur♥♥,
O işə sən bax gör kim nə qədər yığıb crazy
11 noyabr 2014 00:09
Offline
♥♥S.Nur♥♥
Gələn bölümə hazırlayacam hamı səsini mənə verəcək

Onda hele bu defeki sayin qalibini say,kimdise de.Gelen defeye de Allah kerimdi.... crazy
11 noyabr 2014 00:07
Offline
Aida M-ova
 ♥♥S.Nur♥♥,
Gələn bölümə hazırlayacam hamı səsini mənə verəcək crazy
10 noyabr 2014 16:48
Offline
Ellada Babayeva
Deyəsən göstərişimi bəyənən olmadı.. crazy
10 noyabr 2014 16:12
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
♥♥S.Nur♥♥
♥♥S.Nur♥♥,
Özümdən siz nə bilirsiz axı o işləri

shout Orda STOP!Axi sen hec seckilerde ishtirak elemek ucun platforma yaratmamisan?O neter olur ki,pramoy prezident secilirsen,hiiy? ireful crazy
10 noyabr 2014 16:11
Offline
Aida M-ova
 ♥♥S.Nur♥♥,
Özümdən siz nə bilirsiz axı o işləri crazy
10 noyabr 2014 11:20
Offline
Fidan Məmmədova
Bəs seçkilər ayın neçəsidir görəsən?son çıxışımızı edək.
10 noyabr 2014 02:29
Offline
Asi
nnan olmaz,bunnan olmaz!Be kimnen olar?De bilek,elimizi uzek daaa.... dash

Be men ne deyirem dash
belke menem surpriz edir demir hele /oooooooo surprize bayilirm yahoo
10 noyabr 2014 01:59
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
♥♥S.Nur♥♥
Aida M-ova,Onnan olmaz,bunnan olmaz!Be kimnen olar?De bilek,elimizi uzek daaa.... dash
10 noyabr 2014 01:55
Offline
Asi
Aida M-ova,
Be kimden olajax
9 noyabr 2014 23:08
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
S.S.90...Samir...
mira-kerim,
Sen heşşş narahat olmaaa....prezident ujeee özüməmmm crazy
9 noyabr 2014 20:44
Offline
mira-kerim
S.S.90...S A M I R...,
samir,ozamanda taxtda 1 ay qalardin.Qadinlar seni taxtindan ele salardilarkiiiii biggrin
9 noyabr 2014 20:37
imza: Ne qeder sade olmaq isteyirem,amma alinmir..)))))))
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!