Bakıda hava 13°
USD AZN
EUR AZN
09:04Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41115

Azərbaycanın təbii-coğrafi şəraiti-2

Ardı 

Azərbaycanın təbii-coğrafi şəraiti-2

Acıçay (Acıdərə) çökəkliyi qərbdən şərqə doğru (Təbriz-Kəhriz istiqamətində) 125 km məsafədə uzanır. Onun dibində çay terraslarından ibarət düzənliklər, ətraf hissələrdə isə gətirmə konusları vardır.

Ərdəbil çökəkliyi Balıqlıçay, Quruçay və Qarasu çaylarının qovuşduğu yerdə vulkanogen, allüvial-prolüvial çöküntülərindən təşkil olunmuş düzənlikdən ibarətdir. Onun sahəsi 1000 kvadrat kilometrə qədərdir.

Mianə çökəkliyi Qızılüzən çayının orta axınında yerləşməklə, qərbdən şərqə 25-30 kilometr məsafədə uzanır. Muğan düzünün bir hissəsi Cənubi Azərbaycan ərazisinə daxil olmaqla, qərbə doğru 200 metrə qədər yüksəlir.

Cənubi Azərbaycan relyefində təbiətin yaratdığı əvəzsiz abidələrdən biri də vulkan mənşəli Savalan dağıdır. Azərbaycan ərazisində dağlıq relyef şəraitində geniş yayılmış sürüşmələr, uçqunlar, sellər və vaxtaşırı baş verən zəlzələlər yaşayış məntəqələrini dağıdır, təsərrüfata ciddi ziyan vurur və insan tələfatına səbəb olur. 

Azərbaycanın təbii-coğrafi şəraiti-2

Azərbaycan ərazisi mezo-kaynozoyun çökmə, vulkanogen və intruziv süxurlarından yaranmışdır. Azərbaycan ərazisi Alp qırışıqlıq zonasına aid olub, tektonik cəhətdən olduqca fəaldır. Bu, özünü ilk növbədə güclü zəlzələlərdə (9 bal) büruzə verir.

Azərbaycan ərazisi yeraltı faydalı qazıntılarla zəngindir. Bu torpaq ən qədim zamanlardan özünün faydalı qazıntıları ilə, ilk növbədə, nefti və qazı ilə şöhrət tapmışdır. Dəmir, maqnezium, titan (maqnetitli qumdaşı), xrom, mis, polimetallar, kobalt, mərgmüş, molibden, İslandiya şpatı, dağ bülluru, kvars, kükürd kolçedanı, kükürd, barit, alunit, andaluzit, bitum, daş duz və s. kimi filiz və qeyri-filiz faydalı

qazıntılar bu torpağın sərvətidir. Tikinti üçün yararlı, odadavamlı, abraziv və digər təbii sərvətlər Azərbaycan ərazisində geniş yayılıb.

Azərbaycanda olan mineral bulaqlar öz kimyəvi tərkibinə görə on bir tipə bölünür. Buraya hidrokarbonatlı, hidrokarbonatlı-xloridli, hidrokarbonatlı-xloridli-sulfatlı, hidrokarbonatlı-sulfatlı, xloridli, sulfatlı-xloridli və başqa kimyəvi tərkibli mineral bulaqlar daxildir. Azərbaycanın coğrafi yeri, onun dağlıq və düzənlik relyefinin atmosfer proseslərilə qarşılıqlı əlaqə və təsiri nəticəsində bir neçə iqlim

tipləri yaranmışdır. 

Azərbaycanın təbii-coğrafi şəraiti-2

Azərbaycan Respublikasının iqlimi Kür-Araz ovalığının mərkəz və şərq hissələrində, Qobustanda, Abşeron yarımadasında və Samur-Dəvəçi ovalığında yayı quraq keçən mülayim-isti yarımsəhra və quruçöl (bozqır və ya step) iqliminə malikdir. Eyni iqlim tipi Talış silsiləsinin şimal yamacı boyu da müşahidə edilir. Qışı quraq keçən mülayim iqlim yarımsəhra və quru çöl iqlimi Kür-Araz

ovalığının Ağdaş-Qarqarçayın aşağı axını istiqamətindən qərbə uzanan Qarabağ düzünün bir qismini, Gəncə-Qazax düzünü, Boz dağı, Ceyrançölü və Acınohur öndağlığın cənub-qərbdəki ucqar hissəsini əhatə edir.

Yuxarıda adları çəkilən hər iki iqlim daxilində qarlı günlərin sayı 20 günə qədər olduğundan və həmin müddətdə qarın qalınlığı 10 santimetrdən artıq olmadığından bu ərazilər yüksək məhsuldarlığa malik olan qış otlaqlarıdır. Bu ərazidə iyulun orta aylıq temperaturu 27°C-dən yüksək olduğundan pambıqçılıq, bağçılıq, üzümçülük, taxılçılıq geniş yer tutur.

Kiçik Qafqazın dağətəyi və qismən orta dağlıq hissəsində, eləcə də Acınohur öndağlığında və Qanıx-Əyriçay çökəkliyi daxilində qışı quraq keçən mülayim isti iqlim mövcuddur. Kiçik Qafqazın və eləcə də cənub-şərqi Qafqazın şimal yamacının orta dağlıq ərazisində qışı quraq

keçən soyuq iqlim hökm sürür. Böyük Qafqazın cənub yamacının alçaq hissəsi üçün yağıntısı demək olar ki, bərabər paylanmış mülayim-isti, orta dağlıq ərazi üçün isə qışı rütubətli keçən soyuq iqlim mövcuddur.

Talış dağlarında və Lənkəran ovalığında əsasən yayı quraq keçən mülayim-isti iqlim vardır.

Azərbaycanda rütubətli subtropik bitkilər (çay, limon, portağal, feyxoa və s.) bu iqlim tipinin əhatə etdiyi Lənkəran ovalığı və ona qovuşan alçaq dağlıq ərazinin şərq yamacında geniş yayılmışdır. Talış dağlarının alçaq dağlığı ilə orta dağlığın qovuşduğu dar bir zolaqda yağıntısı demək olar ki, bərabər paylanmış mülayim-isti iqlim yaranmışdır. 

Azərbaycanın təbii-coğrafi şəraiti-2

Naxçıvan MR-in və Cənubi Azərbaycanın dağarası çökəkliklərində yayı quraq keçən soyuq yarımsəhra və quruçöl iqlimi hakimdir. Kontinental iqlimə malik olan bu iqlim tipi daxilində illik mütləq minimum temperatur -32°C, illik mütləq maksimum temperatur isə +43°C olur. Hər iki ərazinin orta və yüksək dağlıq hissəsində yayı quraq keçən soyuq iqlim tipi mövcuddur. Bu iqlim şəraitində istər Naxçıvan MR, istərsə də Cənubi Azərbaycan ərazisində meşə örtüyü çox məhdud yaranmış və əsasən yox dərəcəsindədir. Dağ yamaclarının meşədən məhrum olması ariddenudasiya proseslərinin güclənməsinə, eroziyanın intensiv getməsinə, sellərin tez-tez baş

verməsinə səbəb olur. Bu iqlim tipinə daxil olan ərazilərdə yay otlaqları az məhsuldardır.

Azərbaycanın mütləq yüksəkliyi 2600-2800 metrdən artıq olan yüksək dağlıq əraziləri üçün soyuq və tundra tipli iqlim xasdır. Belə iqlimi olan ərazilərdə qismən daimi buzlaqlar və yayda əriməyən qar talaları müşahidə edilir.

Azərbaycanın ən iri çayları Kür və Arazdır. Ümumiyyətlə, Azərbaycan çayları dağ çaylarıdır. Onlar əsasən ilin soyuq yarısı çoxsulu, isti yarısı isə azsulu olur. Bu da qismən quraq iqlimə malik olan dağarası çökəkliklərdə, dağ ətəklərində, düzənlik və ovalıqlarda suvarma əkinçiliyi üçün ciddi maneə törədir. Buna görə də tarixən ən intensiv əkinçilik və bağçılıq çay dərələri, çay yataqları boyu və çayların dağlıq ərazilərdən düzənliyə qovuşduğu zolaqlarda yaranmışdı.

B.Ə.Budaqov

Ardını növbəti xəbərimizdə izləyin.

Səslərin sayı: 4
8
4595
loading...
Şərhlər
Offline
Hacət-i Vuslat
Azərbaycanın çox gözəl coğrafi şəraiti var. Hər ölkəyə bu nəsib deyil.
give_ros
7 dekabr 2014 08:48
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Xəyalə Murad
Coğrafiyanı çox sevmişəm, hər zaman da diqqətimi çəkib. Bu cür maarifləndirici xəbərlərin olması çox xoşdur.
4 noyabr 2014 13:43
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Nəzrin
Bilmediklerimi oyrendim tesekkurler ardinida gozleyirik
3 noyabr 2014 00:31
Offline
Qəribə
Cox maraqla oxudum. Teşekkurler.
2 noyabr 2014 01:25
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Ellada Babayeva
Talış dağlarında və Lənkəran ovalığında əsasən yayı quraq keçən mülayim-isti iqlim vardır.

Azərbaycanda rütubətli subtropik bitkilər (çay, limon, portağal, feyxoa və s.) bu iqlim tipinin əhatə etdiyi Lənkəran ovalığı və ona qovuşan alçaq dağlıq ərazinin şərq yamacında geniş yayılmışdır. Talış dağlarının alçaq dağlığı ilə orta dağlığın qovuşduğu dar bir zolaqda yağıntısı demək olar ki, bərabər paylanmış mülayim-isti iqlim yaranmışdır.
girl_ten
1 noyabr 2014 23:10
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Aysel İ.
Azərbaycanın mütləq yüksəkliyi 2600-2800 metrdən artıq olan yüksək dağlıq əraziləri üçün soyuq və tundra tipli iqlim xasdır. Belə iqlimi olan ərazilərdə qismən daimi buzlaqlar və yayda əriməyən qar talaları müşahidə edilir.

Azərbaycanın çox gözəl coğrafi şəraiti var. Hər ölkəyə bu nəsib deyil.
1 noyabr 2014 19:17
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
♥♥S.Nur♥♥
Coqrafiya muellimi catishmazliqindan bu fenn o qeder de yaxshi kecilrilmeyib bize.Ona gore de maraqla oxudum.Teshekkurler.
1 noyabr 2014 17:41
Offline
Fatma xanım
Özümü coğrafiya dərsində hiss elədim çox dəyərli məlumatlardı çoxunu heç bilmirdim düzü
1 noyabr 2014 17:20
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 13 yaşlı aktrisa vəfat etdi-SƏBƏB

    Qeyd edək ki, Qriqqs səhnəyə ilk dəfə 6 yaşında olarkən Skarlet Yohanson ilə birlikdə çıxmışdı
  • 9 yaşlı uşaq Universitet məzunu olmağa hazırlaşır

    Hollandiyanın Eyndhoven Texnik Universitetində təhsil alan 9 yaşlı Simons artıq məzun olmağa hazırlaşır
  • Məşhur model körpəsinin cinsiyyətini açıqladı

    Ana olmağa hazırlaşan kök model Eşli Qraham övladının cinsiyyətini açıqlayıb.
  • Çağatay Ulusoyun yeni imici bəyənilmədi-FOTO

    Hazırda "Hakan Muhafız" serialında rol alan türkiyəli aktyor Çağatay Ulusoyun son görüntüsü pərəstişkarlarını məyus edib.
  • 2019-cu ilin ən çox qazanan müğənniləri - SİYAHI

    Qadin.Net axşam.az-a istinadən məlumatına görə, 2019-ci ildə sərvətinə sərvət qatan sənətçilər siyahısına 185 milyon dollar gəlirlə Teylor Svift liderlik edib.
  • Qış toyu üçün rəng seçimi

    Tünd qırmızı və açıq çəhrayı rənglər toyda romantik ab-hava yaradacaq.
  • 02:30 - Müəllif: AntonVoxVR
    Hüquqşunas məsləhəti (351)

    Hüquqşunas məsləhəti

    Читай обзор, регистрируйся в Чемпион Слот и получи бонусы до 200 000 руб.!
  • 02:23 - Müəllif: itapraicMB
    Hüquqşunas məsləhəti (351)

    Hüquqşunas məsləhəti

    Ciao a tutti vengo dall'italia / itawero
  • 00:31 - Müəllif: homebased
    Hüquqşunas məsləhəti (351)

    Hüquqşunas məsləhəti

    http://home-babos.ru http://www.pinterest.ru/pin/714735403347718041 http://vk.com/topic-904265_40504955 http://www.pinterest.ru/pin/715861303254582158 http://vk.com/topic-904191_39874195 http://vk.com/topic-904237_43526531 http://vk.com/topic-904054_39900850 http://vk.com/topic-904332_40136975 http://www.pinterest.ru/pin/849561917192616492 http://www.pinterest.ru/pin/626774473125363015 http://vk.com/topic-904173_40730756 http://vk.com/topic-904061_39874218 http://vk.com/topic-904263_40720361 http://vk.com/topic-904482_40133937 http://vk.com/topic-904431_39885114 http://vk.com/topic-904168_40529147 http://www.pinterest.ru/pin/821977369475118984 http://vk.com/topic-904252_40137120 http://www.pinterest.ru/pin/731905376926224772 http://www.pinterest.ru/pin/647603621401782410 http://www.pinterest.ru/pin/770185973758760565 http://www.pinterest.ru/pin/817051557381779501 http://vk.com/topic-904891_39887013 http://vk.com/topic-904464_39907109 http://www.pinterest.ru/pin/692921092654206510 http://vk.com/topic-904252_40131975 http://vk.com/topic-904218_40537829 http://www.pinterest.ru/pin/781022760363413383 http://vk.com/topic-904173_40721053 http://vk.com/topic-904054_39898290 http://vk.com/topic-904252_40134345 http://www.pinterest.ru/pin/775815473293345654 http://www.pinterest.ru/pin/617274692661413671 http://vk.com/topic-904310_40743302 http://vk.com/topic-904263_40722907 http://www.pinterest.ru/pin/589690144943716474 http://vk.com/topic-904263_40724300 http://www.pinterest.ru/pin/624381935823070388 http://vk.com/topic-904168_40530106 http://vk.com/topic-904062_40126561 http://vk.com/topic-904191_39874733 http://www.pinterest.ru/pin/798614946408986543 http://vk.com/topic-904197_43527014 http://vk.com/topic-904334_39910390 http://www.pinterest.ru/pin/634233560007930382 http://www.pinterest.ru/pin/742249582320886061 http://www.pinterest.ru/pin/791507703245014908 http://www.pinterest.ru/pin/849913760913005657 http://www.9damaomods.com/space-uid-1400274.html http://203.157.184.27/bookalakornboard/viewtopic.php?f=10&t=1598422&sid=989a28a9c671dd187f108e927e097dd4 http://203.157.184.27/bookalakornboard/viewtopic.php?f=10&t=1598422&sid=989a28a9c671dd187f108e927e097dd4
  • Sürücülərin DİQQƏTİNƏ - 4 GÜNDƏN SONRA BAŞLAYIR

    Sürücülərin DİQQƏTİNƏ - 4 GÜNDƏN SONRA BAŞLAYIR
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış