Səkkiz əsrə yaxındır ki, onun adı gələndə Anadoludan Çinə qədər böyük bir ərazidə yaşayan türklər istər-istəməz gülürlər. Çünki bu adı eşidəndə yadımıza hansısa lətifə düşür. Söhbət uzun əsrlər boyu insanlara gülüş bəxş edən Molla Nəsrəddindən gedir. Bu ad hər bir türk üçün doğmadır. Anadoluda ona Nəsrəddin Xoca, Azərbaycanda Molla Nəsrəddin, Orta Asiyada isə Xoca Nəsrəddin deyirlər. Molla Nəsrəddinin harada, nə vaxt yaşadığı barədə dəqiq məlumat yoxdur. Bəzi folklorşünaslar Molla Nəsrəddinin prototopinin XII əsrdə yaşamış məhşur Azərbaycan alimi Nəsrəddin Tusi olduğunu iddia edirlər. Doğrudan da, Tusinin məhşur "Əxlaqi-Nasiri" əsərində lətifələr də var. Bu isə onun yumora meyilli olduğundan xəbər verir. Bundan başqa, Molla Nəsrəddin lətifələrinin birində onun digər adının Həsən olduğuna işarə var. Məlumdur ki, Nəsrəddin Tusinin əsl adı Məhəmməd İbn Həsən olmuşdur. Lakin digər türkdilli xalqlar da lətifə qəhramanının onlara məxsus olduğunu sübut etmək üçün müxtəlif arqumentlər gətirirlər. Molla Nəsrəddin lətifələrində Teymurləng adının tez-tez çəkildiyini əsas tutaraq bəzi tədqiqatçılar onun özbək olması ehtimalını irəli sürürlər. Xalq arasında geniş yayılmış "O vaxta ya şah (xan) ölər, ya eşşək" məsəli də Teymurləngin adı ilə əlaqələndirilir.
Belə deyirlərki, bir gün Teymurləngə bir eşşək bağışlayırlar. Teymur üzünü mollaya tutub deyir ki: "Molla, sənin eşşəkdən yaxşı başın çıxır, bu eşşəyə bir qiymət ver." Molla isə cavabında deyir: "Qibleyi aləm sağ olsun, bu çox ağıllı heyvandır. Əgər bunu mənə versəniz, mən ona beş ilə danışmaq öyrədərəm." Teymurləng Mollaya xeyli qızıl verib yola salır ki, eşşəyə danışmaq öyrətsin. Evə gələndə arvadı ondan nə baş verdiyini soruşur. Molla başına gələnləri deyəndə arvadı bərk narahat olub soruşur ki, ay kişi, birdən eşşək danışa bilmədi, onda nə edərik ? Molla deyir: "Arvad, mən elə bilirdim ki, təkcə Teymur ağılsızdır, deməli, sən də onun tayı imişsən. Əlbəttə, eşşək danışmaz. Allah Kərimdir. Beş ilə ya eşşək ölə, ya Teymur. Elə ikisi də dünyanı tutub durmayacaqlar ki?."
Nəzərə almaq lazımdır ki, bu və digər Molla Nəsrəddin lətifələrində, Teymur əzazil hökmdar kimi satira hədəfinə çevrilir. Məlumdur ki, Əmir Teymur Zaqafqaziya və Şərq ölkələrinin bir çoxunu işğal etmişdir. İşğalçı hökmdarlar isə həmişə işğala məruz qalan, xalqların folklorunda mənfi obraz kimi qələmə verilir. Molla Nəsrəddin milliyyətcə özbək olsa idi, çətin ki, Teymurləng obrazı bu dərəcədə gülüş obyektinə çevrilərdi. "Beş ilə ya eşşək ölə, ya Teymur" lətifəsində eyni zamanda xalqın Teymur hakimiyyətinin müvəqqətiliyinə inamı özünü göstərir. Beləliklə, güman etmək olar ki, Molla Nəsrəddin Teymur işğalı dövründə Azərbaycanda yaşamış zarafatcıl və hazırcavab şəxs olmuşdur.
Molla Nəsrəddinin hazırcavablığı, onun dilinin şirinliyi dilimizdə bir çox məsəllərin yaranmasına səbəb olub. Bir çox lətifələrdə Mollanın nitqində çox maraqlı söz oyununa rast gəlirik. Bir gün Molla eşidir ki, şəhərin hakimi azarlayıb. Ağacdan bir neçə alma dərib hakimi yoluxmağa gedir. Hakim deyir: "Molla birdən-birə dişim də başladı ağrımağa, qulağım da. Daha mənə bir əzab verdilər ki, gəl görəsən. Bu gün bir yaxşı dəllək tapım dişimi çəkdirim. İndi onun ağrısı qurtarıb. Amma bu zəhrimar qulağım elə ağrıyır ki." Molla tez onun sözünü kəsib deyir: "Hə, hə, bircə halal süd əmmiş adam tapılıb sənin o qulağını da çəksəydi, sən də rahatlanardın, camaat da."
Milli mənsubiyyətindən asılı olmayaraq Molla Nəsrəddin bütün türk xalqlarına mənsub olan bir obrazdır. Onun lətifələri türkdilli xalqlar tərəfindən sevildiyi kimi bu lətifələrdən doğan məsəllər də həmin xalqların dilinə daxil olub və bu dilləri birləşdirən amillərdən birinə çevirilib.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
"Gəlin" tortu (foto-resept)
Qu quşu
İyul ayında HAVA necə olacaq?
Hadisə FOTOsu haqqında Açıqlama verdi
HAVA necə olacaq?
Sabah QAZ OLMAYACAQ!
Yahoo! virus yayır
Qarabağa qoşun yeridilməyəcək
Putinə qorxulu xəbər
16-cı əsrə aid soba tapıldı - FOTO
Həcc arzusunda olanlara şad xəbər
Uşaqlarla cinsəllik haqda necə danışmalıyıq?
Qızı avtobusun arxasına bağlayıb, apardılar-FOTO
Son 10 ilin sərin avqustu müşahidə edilir
2011 Oscar-ın zövqlü və zövqsüz xanımları
Səbəbi bilinməyən nevroloji xəstəlik
Dəniz Seki 15 kq arıqladı-FOTO
Məşhur aktrisa ən böyük arzusunu reallaşdırdı
Bilirsinizmi?
Qazax benzini alacağıq
Afrikada bir gün
Səhiyyə Nazirliyindən spirtlə bağlı ÇAĞIRIŞ
İnstagram-da izlənməkdən bu yolla qurtulun-FOTO
Azərbaycana gələn turistlərin sayı açıqlandı
Məşhur cütlük boşandıqdan sonra BARIŞDI
Kompüter oyunları süretli qocalmaya gətirib çıxarır.
Hamiləliyin ləğvinə icazə verildi
Kalori yandıran qidalar
Brüsseldə gül xalısı
Vivienin bürc illustrasiyaları
Koronavirusun kişilər üçün qorxunc fəsadı açıqlandı
Ailənin dağılmasına səbəb olacaq bəzi təhlükələr
Bülent Ersoy Ramazan ayından danışdı-FOTO
Pendirli piroq (foto resept)
Düşmənin minaatanlarının Göyarxdakı atış nöqtələrinə zərbələr endirildi - VİDEO
Neon rəng hər yerdə
Asteroidin ilk - FOTOları
Ebru Gündeş Bakıya gəlir-FOTO
19 gün meşədə azıb qalan cütlük xilas edildi - FOTO/VİDEO
Uşaqlarda ən çox görülən yay xəstəlikləri
Noyabrın 15-i son vaxtdır
Çağla Şikel ilk dəfə etiraf etdi
Pazllar ("Canım bacım")
Dəbli çəkmələr
Rusiyalı bloqer ermənilərin nasist mahiyyətini nümayiş etdirdi - VİDEO
Bu çiplər özlərini məhv edir
Kənd təsərrüfatı məhsullarının qiymət artımına səbəb nədir?
Damarları təmizləyən qidalarla tanış olun!
Cazibədar alt paltarları
Şəhidlər sükutla anıldı
- ŞƏRHLƏR