Bakıda hava 15°
USD AZN
EUR AZN

Sizləri yaradan Allahı nə qədər tanıyırsınız?-3 (son)

Sizləri yaradan Allahı nə qədər tanıyırsınız?-3 (son)
Dəniz84
Məni yaradan Allahı nə qədər tanıyıram?  Məni yaradan Allah mənə gözəl ailədə böyümək nəsib etdi, məni və qardaşlarımı daim düşünən və qayğısına qalan mehriban valideynlər nəsib etdi. Uşaqlıq və gənclik illərimi xoşbəxt keçirdim, bunun üçün daim Ona şükr etdim. Məni yaradan Allah mənə ağıl, ismət, abır-həya verdi. Məni yaradan Allah qarşıma sevdiyim və hörmət etdiyim insan çıxardı. 3 gözəl və sağlam övlad nəsib etdi. Ailəmlə keçirdiyim hər xoşbəxt an üçün Ona borcluyam. Arzusunda olub əldə etmədiyim heç bir xəyalım yoxdur hələ ki. Bütün bunları Ona borcluyam. Məni yaradan Allahın böyüklüyü, xeyirxahlığı, ucalığı qarşısında hər gün baş əyir, səcdə edirəm. O hər şeyə qadirdir, səbrlidir, bağışlayandır. Tövbə edib düz yolu seçən hər kəsi bağışlayır. Əgər bu gün görür, eşidir, nəfəs alıramsa, Onun sayəsindədir. Məncə, heç kim onu yaradan Allahı tam dərinliyi ilə tanımır. Onun möcüzələri hər an, hər gün bizləri heyrətləndirir. Bir onu deyə bilərəm ki, Onun bizlərə buyurduğu namaz, oruc və başqa əməllər yenə də biz insanların xeyri üçündür. Nə qədər gec deyil hər kəsi Onun buyurduğu, vacib saydığı namaza dəvət edirəm hər kəsi. Ən azından Ona bunu borcluyuq. Asi, Məni yaradan Allah çox şükür. Çalışıram ki, Onun mənə bəxş etdikləri qarşısında Mən də ona layiq olum.

Happysim ))

Bismilləh. Əvvəla hər bir insan öz Yaradanını yaxşı tanımalıdır. Yaradanı tanımaq isə heç də çətin deyil. Məsələn: Allahı tanımaq üçün çox uzağa getmək lazım deyil, ətrafımıza düşünərək baxsaq, kifayət edər. İnsanın öz Rəbbini tanımaqla iş qurtarmır, toyuq da su içəndə başını yuxarı qaldırır. Əgər Allah bizə ağıl nemətini veribsə, demək, bunun müqabilində bizdən tələb etdikləri də var. Bu tələblərin başında da namaz durur. "Namaz qılın, zəkat verin! Qabaqcadan özünüz üçün nə xeyir hazırlasanız, onun (əvəzini) Allahın yanında tapacaqsanız. Şübhəsiz ki, Allah nə etdiklərinizi görür." (Bəqərə surəsi, 110)
Allahı sevməklə iş bitmir. Hamı dildə deyə bilər ki, “Mən Allahı sevirəm!” Lakin, Allahın əmr etdiklərini edirlərmi? Hər kəsə sual verirəm, Sən Allahı sevirsənmi? İndi hamı deyəcək “Əlbəttə Allahı sevməmək olarmı?” Onda bir sualı yenə verim: Bəs necə sübut edərsən? Bax, ey gözəl insan, Allahın bizə göndərdiyi Kitabı (Quranı) açdınmi? Nə yazılıb orada maraqlandın? Demə ki, vaxtım yoxdur! İnanmıram sənə.
"Yaradan Rəbbinin adı ilə oxu! O, insanı qan laxtasından yaratdı. Oxu! Sənin Rəbbin müqayisəsiz səxavətə malikdir. O, qələmlə yazmağı öyrətdi. İnsana bilmədiklərini öyrətdi. Xeyr! İnsan, doğrudan da, həddini aşır, özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə. Axı son dönüşün Rəbbinədir! Gördünmü o kəsi ki, mane olur bir bəndəyə namaz qıldığı zaman? Söylə görək, əgər o bəndə doğru yoldadırsa, yaxud Allahdan qorxmağı əmr edirsə, onda necə olsun? Söylə görək, əgər o kafir haqqı yalan sayıb üz döndəribsə, onda necə olsun? Məgər o bilmir ki, Allah görür? Xeyr! Əgər son qoymasa, Biz onun kəkilindən tutacağıq–yalançı, günahkar kəkilindən. Qoy öz yığnağını çağırsın. Biz də əzab mələklərini çağıracağıq. Xeyr, sən ona qulaq asma! Səcdə qıl və Allaha yaxınlaş!" (əl-Ələq surəsi, 1-19 ayələr)
İnsanlar namaza qarşı səhlənkarlıq edərək çoxlu xeyrdən geri qaldılar. Bu dünyada namaz qılmadan xoşbəxtlik axtaran insanın halı, doğurdan da, çox qəribədir. Təkcə namazla da bitmir, Allaha ibadət etmək lazımdır, Rəbbimiz Quranda nəyi əmr edirsə, onu etmək, nədən çəkindirirsə, ondan çəkinmək lazımdır. Bunun üçün də Quranı oxumalıyıq. Allahı tanımaq üçün Ona gözəl şəkildə ibadət etmək, günahlardan çəkinmək, insanları Allaha dəvət etmək, səhər-axşam Allahı zikr etmək lazımdır.
"Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma." (Əraf surəsi, 205)
"İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq." (Qaf surəsi, 16)
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha!
 

Sizləri yaradan Allahı nə qədər tanıyırsınız?-3 (son)
♥Aytac

Mən Allahımı çox sevirəm. Bizi yaradan Allaha minnətdaram ki, bizi bu günə qədər saxlayıb. Yemək yeyəndə qabağımızda bir tikə quru çörək belə olanda Allahıma şükr eləyib dururam. Çünki Allahım nə veribsə, odur. Allahım haqqında bildiklərim budur. Bu xəbərə bizi dəvət elədiyinə görə canım Asi bacıma təşəkkürlər.

AYKA

Dua bütün dərdlərin dərmanıdır. Belə bir sual vermək istərdim: Sonuncu dəfə nə vaxt əllərinizi Tanrıya acaraq dua etdiniz? Hər kəs başqa cür cavab verəcək. Lakin həqiqət belədir ki, hər kəs çətinliyə düşəndə əllərini açaraq Allahdan kömək istər. Çünki insan elə bir məxluqdur ki, yalnız dara, çətinliyə düşəndə Allahı yada salar, ona sığınar.

Dua nədir? Əslində dua edərkən insan dərk etməlidir ki, Allah böyük qüdrətə sahibdir və ona edilən dualar səmimi qəlbdən edilməlidir. Dua sözü ərəb mənşəli olub dilimizdə "çağırmaq" mənasını verir. İnsanlar etdiyi duanı ürəkdən və yalvararaq etməlidir. Bəzən deyirlər ki, Allaha dua etdim, ancaq duamı qəbul etmədi və Allahdan ümidi kəsirlər və bu da çox təhlükəlidir. İnsan həmişə Allaha ümidli olmalıdır, çünki O bizə hər zaman məsləhət bildiyi şeyi edər. İnsan dua edərkən səbrli olmalıdır. Allah Təala buyurur ki, Məni səndən soruşsalar de ki, O mənə çox yaxındər. Dua edendə səsimi eşidir, çağıranda köməyimə gəlir.

Hər zaman Allah Təalaya iman gətirin. Heç vaxt ümidinizi itirməyin. Bir şeyi də unutmayaq ki, günahlarımız dualarıməzı əngəlləyən ən böyük şeydir. Dualarımızın qəbul edilməsini istəyiriksə, günahlardan əl çəkməliyik...

Ask Denizi(Doktor Deniz)

Əvvəlcə bu gözəl və dəyərli xəbəri hazırladığına görə əziz Asi xanıma təşəkkürümü bildirirəm. Yaradılmamış, yaradıcı olan Allah, mənim fikrimcə, bizləri və bu dünyanı yaradarkən insanlardan bu dünyanın sınaq olduğunu bilmələrini istədi. Böyük Allahımız bu dünyanı o biri dünyaya imtahan olaraq yaratdı. Biz də Allahın imtahanından layiqincə keçərək o dünyada layiq olduğumuz yerdə olaq. Layiqincə keçmək deyəndə demək istədiyim yalnızca oruc tutub namaz qılmaq deyil. Bir insanın qəlbində "insanlıq" yoxdursa, heç bir orucun, namazın faydası olmaz. Əgər bizlər Allaha tövbə edib günahlarımızın bağışlanmasını diləsək, Allah da bizim günahlarımızı bağışlayar. Çünki O, bağışlayan və Rəhmlidir. Günahsız insan yoxdur. Günahını anlamaq da böyük insanlıqdır. Böyük Allaha itaət edək və ona layiq olaq. Onun yaratdığı nemətlərə şükr etməyi öyrənək. Əgər sadəcə əliniz, qolunuz yerindədirsə, beyniniz çalışırsa, bəlkə də bu ən böyük xoşbəxtlikdir. Buna da şükr deməyi öyrənək. Unutmayaq ki, hər pisliyin və hər yaxşılığın əvəzini o dünyada görəcəyik. Allah çox səbrlidir, ona görə də etdiklərimizin cəzasını bu dünyada birzə o saat vermir. Bundan ibrət almalı və əməllərimizə fikir verməliyik.

Realist (A-N)

Gözəl sualdır. Mən, “Məni yaradan Allahımı nə qədər tanıyıram?”. Düşünürəm, ancaq Onu tam olaraq tanımadığım qənaətinə gəlirəm. Fikrimcə, tək mən belə deyiləm. Biz insanlar Allaha nə qədər ibadət, səcdə etsək də, Onu tam olaraq tanıya bilmərik. Bu, bizim hüdudlarımız xaricindədir. Sadəcə ibadət edərək, günahlardan qaçınaraq, Ona yaxın ola bilərik. Cənnətlə mükafatlandırılıb, Onu görmə şansına nail olarıq. O mərhəmətlidir, səbr sahibidir... İnsanlar isə zülmkar, kinli və mənfəətçi... Allah bağışlayandır, ancaq insanlar zalım. Allah bizləri bağışladığı bəndələrindən qılsın. Böyük günahlardan, şeytanın şərrindən hifz etsin! Amin.

Zayka

Allahı nə qədər tanıyırıq: Bu mövzu ilə bağlı fikirlərim çoxdur, amma sözlə ifadə edib yaza bilmirəm. Ona görə də başdan başlamaq istəyirəm. Mən uca Tanrı barəsində haradasa 6-7-ci sinifdə oxuyan vaxtları eşitmişəm, amma yenə də dəqiqliyi ilə bilmirdim. Kim nə dəsə, ona inanırdım. Mənim bibim "Allah göstərməsin, bilirəm ən böyük günahlardan biridir." xristian dinini qəbul edib. Rusiyada yaşayır. Bibim hər dəfə bizə gələndə xristian dini barəsində danışardı. Bu da mənim beynimə düşmüşdü. Elə bilirdim, həqiqətən də, elədir. Hər kəsə onun dediklərini deyirdim. Biz məktəb vaxtı tənəffüs zamanı oturub qızlarla dini söhbətlər edirdik. Sonra özüm də kitablar tapıb oxudum, internetdə baxdım və gördüm ki, bibimin dediyinin tam əksinədir. Yaxşı ki, tez başa düşdüm. Mən həmişə elə bilirdim ki, bir yerə deyib mənə ağrıdanda Allah mənə cəza verir. Həmişə deyirdim, görəsən, mən neyləmişəm? Bu sualın cavabını da mən böyüdükcə aldım. Bir dəfə gecə sinəmin alt tərəfindən məni pis ağrı tutmuşdu. Hamı da yatmışdı. Bilmirdim neyləyim. Birdən yadıma düşdü ki, evimizdə şəfa duaları olan kitab var. Həmin kitabdan duaları oxudum və ağrım kəsildi. Mən bunu hər kəsə danışdım. Allah heç vaxt məni darda qoymayıb. Mənim dualarımı həmişə eşidib. Hal-hazırda din haqqında, Allah haqqında məlumatım çoxdur. Allah qoysa, namaz qılmaq istəyirəm. İnşəallah arzum ürəyimdə qalmaz. Mən tam başa düşdüm ki, Allah bizi bu dünyada sınağa çəkir. Allah Nurdur, O, bizim üçün bütün bu gözəlikləri yaradıb, hər nemətdən verib. Biz bütün bunların qədrini bilmirik. Bir sözlə, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur! 

Sizləri yaradan Allahı nə qədər tanıyırsınız?-3 (son)

Elnara

Bircə onu deyə bilərəm ki, Allah bizə şah damarımızdan da yaxındır. Allah təkdir, pakdır və müqəddəsdir. Allahdan başqa da ilahımız yoxdur. Barakallahu fiki.

SR

Məni Yaradan Allahı nə qədər tanıyıram deyə düşünmək üçün əslində uzun bir zamana ehtiyacımız var ki, Allahı haqqı ilə tərif edə bilək. Allah yenilməz qüdrət sahibi, hikmət sahibidir. Yerlə, göyü yoxdan yaradan Allahımıza həmd olsun. Bizlər hər dara düşdüyümüzdə deyil, hər zaman Allahı xatırlamalıyıq, şəninə təriflər yağdırmalıyıq. Şükrlər olsun, Allah heç bir istəyimi geri çevirməyib. Allahıma inamım sonsuzdur. Bizi yoxdan xəlq edən də Odur.

 Bir əsgər Namaz qılan əsgərdən soruşdu: Neçənci əsrdə yaşayırıq? Niyə hər dəfə özünü zəhmətə salıb gündə 5 dəfə namaz qılırsan?Namaz qılan əsgər uzaqda görünən komandiri göstərib deyir: Bu insan niyə hər dəfə yanından keçəndə düz durursan, salam verib bütün əmrlərinə tabe olursan? Yat desə, yatırsan, qalx desə, qalxırsan? O da sənin kimi iki əli, iki ayağı, bir başı olan insan deyilmi? -  - - Bəli, o da mənim kimi insandır, amma onun rütbəsi var, çiynində ulduzu var.

- Ey dost! Sən çiynində bir dənə ulduzu var deyə sənin kimi birinə itaət edirsənsə, mən niyə yerdəki qum dənəcikləri qədərində ulduzları olan və hamısını təsbeh dənələri kimi qüdrətli əliylə çevirən Allaha itaət etməyim? Namaz qılıb əmrini yerinə yetirməyim?

Səslərin sayı: 9
35
4505
loading...
Şərhlər
Offline
Asi
oxudum cox guzel idi Allah baba tek varliqdir onun varqliqin bilmeyen adam adam dor

give_ros
24 fevral 2015 15:15
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
Wirin Qiz
oxudum cox guzel idi Allah baba tek varliqdir onun varqliqin bilmeyen adam adam dor
11 yanvar 2015 22:01
Offline
Hacət-i Vuslat
Dostlar oxuyaq her bir yazini belke yazim kimese faydali olar,belke namazi icaze vermeyen valideyn oz ovladina namazi icaze verr hemde emr eder.cunki NAMAZ XAHIS DEYIL EMRDIR. eger Cenneti isteyirikse demek ALlaha layiqince qul olmaq lazimdir. Seytana deyil Allaha qul olmaq. bununcunda oz nefsi isteklerimizden vaz kecmeliyik...

good
4 dekabr 2014 21:47
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Asi
meni unutmadigincun coxsagol Asi baci.

sende sagol give_ros
3 dekabr 2014 10:25
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
Happysim ))
Salam aleykum Asi baci coxsagol Allah senden razi olsun. Dostlar oxuyaq her bir yazini belke yazim kimese faydali olar,belke namazi icaze vermeyen valideyn oz ovladina namazi icaze verr hemde emr eder.cunki NAMAZ XAHIS DEYIL EMRDIR. eger Cenneti isteyirikse demek ALlaha layiqince qul olmaq lazimdir. Seytana deyil Allaha qul olmaq. bununcunda oz nefsi isteklerimizden vaz kecmeliyik... yenede meni unutmadigincun coxsagol Asi baci.
30 oktyabr 2014 14:31
Offline
Asi
tebrikler birdeki menim fikirlerimde deyer verib oz xeberinde yer verdiyin ucun ayrica tesekkurler

Yazdgn ucun sende sagol canm air_kiss
Can men bu defede cox maraqli alinib

cox sagol canm air_kiss
30 oktyabr 2014 11:01
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
איסון ממדוב.
Can men bu defede cox maraqli alinib
30 oktyabr 2014 00:38
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
AYKA
tebrikler birdeki menim fikirlerimde deyer verib oz xeberinde yer verdiyin ucun ayrica tesekkurler
good
29 oktyabr 2014 22:57
Offline
Asi
Allah səndən də razı olsun! Hər zaman düşündürücü xəbərlər düşünüb hazırlayırsan.

Amin cumlemizden INSALLAH cox sagol canim kiss
29 oktyabr 2014 11:47
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
Agat_Kris

Asi
Sərt_Əsinti,
Əliyeva Dalğa,
cox sagolun ALLAH razi olsun

Allah səndən də razı olsun! Hər zaman düşündürücü xəbərlər düşünüb hazırlayırsan.
29 oktyabr 2014 10:24
imza: Pozitiv olun!
Offline
Asi
Sərt_Əsinti,
Əliyeva Dalğa,
cox sagolun ALLAH razi olsun give_ros
29 oktyabr 2014 10:06
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
Əliyeva Dalğa
Gözəl xəbər hazırladığınız üçün minnətdaram. Allah hər birimizi qorusun.
29 oktyabr 2014 07:14
Offline
Agat_Kris
Gözəl xəbərdir.
29 oktyabr 2014 00:36
imza: Pozitiv olun!
Offline
Asi
Asi baci cox gozel xeber hazirlamisan.Happyisimle Aykanin sozleriyle tam raziyam.Tevezokarliq olmasin amma men her gun elim goyde Allahima dua edirem ve sukur edirem her acilan sabahmizaki ve verdiyi ruzuya min sukur.Duasiz gunmuz olmasin,AMIN!Allahim gunahlarmizi bagislasin,AMIN!Gunahsiz bende yoxdu.

Allah dualarivi qebul elesin AMMİN give_ros
Asi baci xebere gore cox sagol,cox gozel xeber alinib.Mende Namaz qilmaq isteyirem,maraqlaniram,kitablar oxuyuram,amma hec bir isin axirinacan gede bilmirem,seytan firlanir yanimdan,bilmirem neyniyim,

İNSALLAH qiset olar
29 oktyabr 2014 00:26
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
°ღ Zayka •.°ღ
Asi baci xebere gore cox sagol,cox gozel xeber alinib.Mende Namaz qilmaq isteyirem,maraqlaniram,kitablar oxuyuram,amma hec bir isin axirinacan gede bilmirem,seytan firlanir yanimdan,bilmirem neyniyim,
29 oktyabr 2014 00:21
Offline
Minira Aslanzade
Asi baci cox gozel xeber hazirlamisan.Happyisimle Aykanin sozleriyle tam raziyam.Tevezokarliq olmasin amma men her gun elim goyde Allahima dua edirem ve sukur edirem her acilan sabahmizaki ve verdiyi ruzuya min sukur.Duasiz gunmuz olmasin,AMIN!Allahim gunahlarmizi bagislasin,AMIN!Gunahsiz bende yoxdu.
29 oktyabr 2014 00:15
Offline
Asi
Maraqlı, düşündürücü xəbərdir..Çox sağ olun.

Sizde sagolun give_ros
28 oktyabr 2014 23:23
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
Ellada Babayeva
Maraqlı, düşündürücü xəbərdir..Çox sağ olun. give_ros
28 oktyabr 2014 22:38
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Asi
Cox gözəl və dəyərli xəbəri hazırladığıniza görə Asi xanıma, təşəkkür edirem.

kiss
28 oktyabr 2014 21:54
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
Qəribə
Cox gözəl və dəyərli xəbəri hazırladığıniza görə Asi xanıma, təşəkkür edirem.
28 oktyabr 2014 19:21
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 08:32 - Müəllif: AnmorIX
    Hüquqşunas məsləhəti (478)

    Hüquqşunas məsləhəti

    buy generic cialis online brand vardenafil online pharmacy generic cialis cheapest place get cialistadalafil genericcialis canada the purple pill buy generic cialis cialis generic dateorder cialis onlinecialis prices tania vardenafil generic cialis for sale http://students68.ru/viewtopic.php?f=3&t=2523pBlo51s4dX buying cialis online safetadalafil 20 mgcheap cialiscialis 20mg nexazole cialis 5 mg https://did-nothing-wro.ng/viewtopic.php?f=2&t=73338pBlo51s4dX generic tadalafilgeneric name for viagrawhen will cialis be genericcialis 10 mg canadian pharmacies buy cialis http://forum.razvilka-48.ru/viewtopic.php?f=24&t=271170pBlo51s4dX buying prescription drugs from canadacialiscialisgeneric cialis online male erection cialis daily http://egyhunt.net/showthread.php?t=78082pBlo51s4dX cialis discountonline pharmacy canadacialis onlinecialis daily sexual dysfunction in men cheap cialis online http://www.annoncexxx.com/forum/viewtopic.php?pid=1916927#p1916927pBlo51s4dX costco online pharmacycialis no prescriptionbuy cialisbuy cialis now canadian pharmacy viagra buy cialis pills https://forum.1957anti.ru/viewtopic.php?f=5&t=71502pBlo51s4dX when is cialis going genericcialis canadareputable canadian pharmacycialis pills female viagra pill cialis 5mg http://craftscripts.com/forum/showthread.php?tid=1282877pBlo51s4dX brand cialisgeneric cialis reviewsbuy cialis online usacialis for bph canadian pharmacies online order cialis http://cannings.info/forum/viewtopic.php?f=1&t=740841pBlo51s4dX cialis for salecialis on linecialiscialis for men vardenafil 20 mg cialis online http://samodelko.pp.ua/viewtopic.php?f=3&t=45276pBlo51s4dX generic cialis quick deliverycialismail order prescription drugs from canadacialis 10 mg atorvastatin brand name cialis http://masseffectsaves.com/board/viewtopic.php?f=7&t=8125pBlo51s4dX ed pills onlinebuy cialis online cheapwhen will generic cialis be available
  • 17:18 - Müəllif: Surayye
    İsveç keksi (foto resept) (1)

    İsveç keksi (foto resept)

    Yaxşıdı ama niyə nazik olur?
  • 4-cü dəfə xərçəng olan gənc bloger öldü-FOTO

    Onun vəfatı ilə bağlı bir çox məşhurlar paylaşım ediblər.
  • Yatdığı yerdə sərvət qazanan bloger-FOTO

    Təmbəlliyin yeni adi bəxtəvər
  • Cennifer Lopezin yeni filmi QADAĞAN olundu-SƏBƏB

    Qadagan olar da niyə çəkiblər ki
  • İllər keçdikcə gözəlləşən aktrisalar

    Kortni Koksnan Demi Muru səhv salıram
  • 14:19 - Müəllif: Ayla Ayla
    Ronaldo Evlənir!-FOTO (1)

    Ronaldo Evlənir!-FOTO

    Qeyd edək k, Ronaldu Rodrigesi Madriddəki bir geyim mağazasında tanış olub. Həmin vaxt Corcina mağazada satıcı işləyirmiş. Cütlüyün bir qızı var.
  • Hamiləlik dövründə necə yatmalı?

    Nə göyçək qız olub. Allah rəhmət eləsin
  • 4-cü dəfə xərçəng olan gənc bloger öldü-FOTO

    Nə göyçək qız olub. Allah rəhmət eləsinNə göyçək qız olub. Allah rəhmət eləsin
  • 14:14 - Müəllif: Ayla Ayla
    Oğurlanan 6 milyonluq unitaz (1)

    Oğurlanan 6 milyonluq unitaz

    6 milyona unitaz olar?
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış