Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN

Fyodor Dostoyevski "Oxşar"

Fyodor Dostoyevski "Oxşar"

Klassik rus ədəbiyyatının dahi nümayəndəsi Fyodor Dostoyevskinin "Cinayət və cəza" əsərindən sonra sizlərə bu dəfə onun 24 yaşında qələmə aldığı  "Oxşar" (Dvoynik) povestini təqdim edirəm.

Hər kəs özünü özündə tapdığı kimi özünü “özündə” itirə də bilir, ideyasından yola çıxan yazıçının bu povesti ilk olaraq "Cənab Golyadkinin macəraları" başlığı altında 1846-cı ildə "Oteçestvennıye zapiski" jurnalında dərc edilmişdi. Povestin ilk nəşri əvvəlcə ədəbi mühitdə bəyənilməmişdi. Hətta ədəbi tənqidçi Belinskinin əhatəsi  əsərin qəhrəmanının sıxıcı, darıxdırıcı olmasından məyus olmuşdu. Buna görə də Dostoyevski "Oxşar" əsərinin üzərində 1866-cı ildə yenidən işləyib. Povestin sonuncu variantında olan "Peterburq poeması" yarımsərlövhəsi oxucunu N.V. Qoqolun "Ölü canlar"ına götürür.

Povestin süjeti

Əsərin qəhrəmanı məmur Yakov Petroviç Golyadkin xeyirxah, sadə və yumşaq xarakterli insandır. O "öz doğru yolunu gedir, maskasızdır, intriqası yoxdur." Özünü zəif və kiçik insan kimi hiss edərək  hər cəhdi ilə bu keyfiyyətlərini xeyirxah biri kimi təqdim etməyə çalışır. Lakin anlaşılmaz qorxuları, komplekslərə malik, Peterburq bürokratiyası atmosferində nəfəs alan bu "kiçik insan" a elə gəlirdi ki, hər kəs ona qarşı intriqadadır və ayağının altını qazımaqla məşğuldur.

Povestin əvvəlində Golyadkinin həkim K.İ. Rutenşpitsi ziyarət etməsi və onunla olan dialoqu sayəsində qəhrəmanın psixi problemlərinin olmasına diqqət çəkilir. Dostoyevski bu hissədə qəhrəmanın nitqinin dağınıq, səpələnmiş sözlərlə, nizamsız düşüncəsi ilə davam etməsini xüsusi incəliklə təsvir edib. Həkim Golyadkinə sağlamlığı ilə bağlı bir neçə tövsiyə və hansısa toz dərman versə də, qəhrəman yalnız özünü eşidir, öz dünyasına qapanıb qalır.

Povestin sonrakı hissəsində dövlət müşaviri Berendeyevin qızının ad günü ziyafətinə gedən Golyadkin birdən anlaşılmaz səbəblərdən yuxarıların ona qarşı olan münasibətinin dəyişməsinin şahidi olur. Ona elə gəlir ki, artıq hər kəs ona qarşı çevrilmişdir, onun məclisdə olmasını istəmirlər, ən əsas da buna səbəb olan insanı (depatamentdə işə düzəlmiş ,onunla eyni ad və soyadda olan biri) - özünə bənzəyən "əkizi" olmasını yəqin etmişdi.

Golyadkinin "oxşar"ı özünün tam əksi olaraq iyrənc, çirkin, rəzil, yaltaq, alçaq, xəbis, mənfur bir tipdir. Anlaşılmaz səbəblərdən oxşar  demək olar hər addımda "əsl" Yakov Petroviçi gözdən salıb ləkələməyə çalışır, dostları arasında və iş xidmətində tədricən onun yerini tuturdu. Və bütün bunlara oxşar öz yalanları, iyrəncliyi ilə nail olurdu, hansı ki, Golyadkinin nifrətinə gətirib çıxarmışdı. 

Təməl psixologiyanı, insan münasibətlərini öyrənmək istəyənlər üçün mükəmməl bir povest ola bilər. Hətta Z.Freyd özü əsərdə yazıçının şizofrenliyi ustalıqla izah etməsinə olan təəccübünü gizlətməmişdir.
Əsəri oxuyub anlamaq bir çoxlarına ağır, sıxıcı gələ bilər. Hətta bu yaxında bir məqalədə oxudum, əsərin anlaşılmazlığı barədə qalmaqallı gileylənmələr də olub. Yazının əvvəlində tənqidlər barədə qeyd etmişdim, Belinski əsəri “əsəbi cəfəngiyyat” da adlandırıb.
182 səhifəlik povesti oxuyarkən, Dostoyevskinin cəmi 24 yaşında bu qədər dərin hissiyyatlı və dövrünə görə çox məlumatlı olmasına heyran qalmamaq mümkün deyil.
Həqiqətən təsirli bir əsər, fərqli bir povestdir.
Əsər əsasında 2013-cü ildə eyni adlı film də çəkilib.

 Xoş qiraətlər. laughing

 Yüklə 

Səslərin sayı: 3
11
3548
loading...
Şərhlər
Offline
Ceylan Mumoğlu
Agat_Kris,
Bu əsərin borcu bağlamaq üçün yazıldığını eşitmişdim.

Borcunu bağlamaq üçün yazdığı əsər "Qumarbaz" olub. Bəyəndiyinə şad oldum. laughing
15 aprel 2016 20:50
Offline
Agat_Kris
Bu əsərin borcu bağlamaq üçün yazıldığını eşitmişdim. Haqqında oxudum çox xoşuma gəldi. Bunun kitab halını gərək tapım oxuyum.
4 noyabr 2014 00:38
imza: Pozitiv olun!
Offline
♥Lamiyə♥
Çox bəyəndim girl_smi
31 oktyabr 2014 23:37
Offline
Qəribə
Yüklədim. Təşəkkür edirəm Ceylan xanım. give_ros
31 oktyabr 2014 14:55
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Fatma xanım
Bu kitam məndə var ama oxumamışam hələ
31 oktyabr 2014 14:01
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Aysel İ.
Cinayət və cəza əsərini çox bəyənrəm. Əsərlərini zövqlə oxuyuram. Düzdür bəzi yerlərdə sıxıcı gəlmir deməyəcəmno Yüklədim. Oxumağa çalışacam inşallah.
Təşəkkürlər Ceylan xanım. give_ros
31 oktyabr 2014 13:54
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
QWEN
Kinosuna yarımçıq baxmışam. Əsəri isə oxumamışam.
31 oktyabr 2014 13:41
imza: Heç vaxt ona verdiyin qiyməti sənə verməyənlə dost olma.
(Hz. Məhəmməd)
Offline
Aida M-ova
Oxumağa və anlamağa çalışacam bu gün başlıyacam inşəAllah ... yəqinki anlamaqda çətinlik çəkmiyəcəm
31 oktyabr 2014 13:21
Offline
Ceylan Mumoğlu
Maral Mammadli ,
Amma bu xeberden sonra, psixologiyaya olan derin maragimdan dolayi mutleq o kitabi tapib yeniden oxumaq isteyi bas qaldirdi mende.

Deyilənə görə Dostoyevskini anlaya bilmək üçün onun əsərlərini də yazılma tarixinə görə sırası ilə oxumaq lazımdır. Bəlkə də, bu səbəbdən ilk dəfə oxuduğunuzda sizə sıxıcı gəlib.
muellife tesekkurler

Mən təşəkkür edirəm, şərh bildirdiyiniz üçün. laughing

Ellada Babayeva,
Axtarış edərəm
Bu filmdir.
http://www.youtube.com/watch?v=F6UDUDve2DY
31 oktyabr 2014 13:18
Offline
Ellada Babayeva
Həqiqətən təsirli bir əsər, fərqli bir povestdir. Əsər əsasında 2013-cü ildə eyni adlı film də çəkilib.

Gərək filmə baxım. Axtarış edərəm. Çox sağ olun. girl_smi
31 oktyabr 2014 13:15
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Maral Mammadli
Men bu kitabi iki il evvel almisdim lakin men de bir coxlari kimi eseri hedsiz sixici hesab edib onu bir nov basimdan eledim. Muellifin Cinayet ve Ceza, Alcaldilmis ve Tehqir edilmis insanlar romanlarini oxuyandan sonra, insan hisslerini ustaliqla tesvir etmesi meni onun diger eserlerini de oxumaga sovq etmisdi. Amma bu xeberden sonra, psixologiyaya olan derin maragimdan dolayi mutleq o kitabi tapib yeniden oxumaq isteyi bas qaldirdi mende. muellife tesekkurler
31 oktyabr 2014 13:11
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış