Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-in sorğusuna cavab olaraq bildirib ki, Azərbaycandan Həcc ziyarətinə getmiş zəvvarlar oradan qayıdarkən Ebola virusu ilə bağlı yoxlansaydılar belə, onlarda heç nə aşkar etmək mümkün olmayacaqdı. Çünki Ebola virusu ilə əlaqədar simptomlar üzə çıxmayanadək onun aşkar edilməsi ilə bağlı yoxlamalar heç bir səmərə vermir: “Ebola virusunun inkubasiya dövrü 21 gündür və o, latent formada, gizli şəkildə inkişaf edir. Bu dövrdə insanın qanını yoxladıqda belə, virus özünü büruzə vermir. Əgər büruzə versəydi, təbii ki, bu vaxta kimi onu lokallaşdırmaq, qarşısını almaq da asan olardı. Əgər bu xəstliyə tutulmuş şəxs olubsa, bu, özünü yalnız 21 gündən sonra göstərə bilər. Ona görə də yalnız bu xəstəliyin simptomları üzə çıxdığı zaman tibbi müşahidələr aparıla, müayinələr də məhz o zaman nəsə göstərə bilər”.
Ona görə də zəvvarlardan Ebola virusu təhlükəsinin hələ tam sovuşmadığına işarə edən nazirlik sözçüsü bildirib ki, onların səhhətində hər hansı ciddi narahatedici hal baş verərsə, mütləq yaşadıqları ərazi üzrə poliklinikalara müraciət etməlidirlər: “Azərbaycan zəvvarlarının Həcc ziyarətindən qayıtmaları vaxtını nəzərə alsaq, deyə bilərik ki, oktyabrın sonu - noyabrın əvvəlində kimdəsə bu virusun simptomları olsa, özlərini pis hiss etsələr, mütləq sahə həkimlərinə müraciət etməlidirlər. Hacılar bu günlərdə həddən artıq diqqətli olmalı, səhhətlərində hər hansı narahatedici simptomlar üzə çıxdıqda mütləq həkimə müraciət etməlidirlər. Bundan sonra əgər hər hansı ciddi problem müşahidə olunarsa, o zaman həmin xəstələr ixtisaslaşdırılmış klinikalara göndərilə bilərlər”.
Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Trend-ə bildirib ki, QMİ zəvvarların sağlamlığına görə yalnız onları Həcc ziyarətinə aparana qədər və orada olduğu müddətdə məsuliyyət daşıyır. Ziyarətdən qayıtdıqdan sonra isə onlar yaşadıqları ərazilərdə həkim yoxlamasından keçməlidirlər: “Bizdə olan məlumata görə, Həcc ziyarəti zamanı zəvvarlarda soyuqdəymədən başqa ciddi xəstəlik qeydə alınmayıb. Ondan sonrakı dövrdə isə biz zəvvarların hansısa xəstəliyə tutulub-tutulmamasını müəyyən edə bilmərik. Axı QMİ-nin hər hansı həkim briqadası və ya imkanları yoxdur ki, bunu müəyyən etsin. Xüsusən də, insanın Ebola virusuna yoluxmasını müəyyən etmək çox çətindir. Çünki bu xəstəlik gizli formada inkişaf edir, simptomları isə sonradan üzə çıxır. Zəvvarlar da bunu nəzərə alaraq, hər hansı təhlükəli şey hiss edərlərsə, mütləq müayinə və müalicə üçün yaşadıqları ərazi üzrə qeydiyyatda olduqları və ya digər tibb müəssisələrinə müraciət etməlidirlər”.
Xatırladaq ki, Türkiyədə Ebola virusuna yoluxduğuna dair şübhələr olduğundan xəstəxanalara yerləşdirilmiş 5 nəfərdən 4-ü məhz Həcc ziyarətindən qayıdan şəxslərdir.
XƏBƏR LENTİ
Azərbaycanda bu ərzaqlar ucuzlaşdı
Əliyevdən mesaj: Hərəkətə keçin
Yarpız haqqında bilmədiklərimiz
Hansı insanlara evlənmək olmaz?
Super matç, super qələbə, Superboul
Hər gün istifadə etdiyiniz kremlərdəki təhlükə
Yay ayaqqabıları
Bu tələbələr təhsil haqqından AZAD OLUNA BİLƏR
104 yaşlı gənc qız öldü
Baş Nazir tədris ili ilə bağlı qərar imzaladı
Evlilikdən əvvəl genetik müayinə nəyə görə vacibdir?
Günün qoroskopu: Münasibətləri gərməyin
Şəhid dostunu göz yaşları ilə xatırlayan qazi - VİDEO
Azərbaycanda qismən səfərbərlik elan edildi - SƏRƏNCAM
Paytaxtda yağışlı hava gözlənilir
Qan şəkərini nizamlayan idman hərəkətləri
Dünyanın möhtəşəm mənzərəli yolları
Hava haqqında - 27.01.2014
Saçlara qulluq üçün 3 maska
Azərbaycanda təhlükəli epidemiya
Nadir hallarda rast gəlinən xəstəliklər
"Diriliş Ertuğrul"dan məşhur cütlüyə SURPRİZ-FOTO
Pensiyaçılara böyük müjdə
Gözaltı torbalar nədən yaranır?
Bakı metrosu ilə bağlı qadağa
Günün ulduz falı
Günün ulduz falı
"Səhərləri azan səsinə oyanmaq çox gözəldir"
Təhsil naziri: "Azyaşlı şagirdlərin yükü azaldılacaq"
Pələng toyuğu belə parçaladı
Qat-qat perojki (foto resept)
Taysonun ailəsi onun qalib gələcəyinə inanmır - VİDEO
Bir şəkil boyük dostluğu pozdu-FOTO
"Azərbaycan-Türkiyə münasibətləri qardaşlığa nümunədir"
Ali Baş Komandan: “Azərbaycan və İran dövlət sərhədi tam nəzarətə götürüldü”
Tayland kralı silahı ilə diqqət çəkdi-FOTO
Buta
Şakiraya 6 cinayət işi açıldı
Xüsusi günlər üçün hədiyyə tövsiyələri
Gömrükdə daha bir QADAДћA
WhatsApp-da daha bir yenilik
İngilis alimləri: "Kosmosda canlılar var"
Alış-veriş asılılığının səbəbləri və həlli yolları
Kənan və Sinem restorana buraxılmadı
Bakı mağazalarında satış dayandı
Koronavirusun hamilələrə təsiri müəyyənləşdi
Rus dili dərs-26
Ramazan ayının 18-ci gününün duası
İran təyyarəsində UNO həyəcanı
Evdə təbii saç boyası hazırlamaq üçün ....
- ŞƏRHLƏR