Hamiləlik dövründə qidalanmanın keyfiyyəti körpənin sağlam doğulmasına, onun beyin hüceyrələrinin sağlam inkişafına müsbət təsir göstərir. Müşahidələr zamanı məlum olmuşdur ki, hamilə qadınların bir çoxunda qan hüceyrələrinin yaranmasında lazım olan folikasit, körpənin fiziki, zehni inkişafında təsirli olan yod və sümüklərin inkişafında zəruri olan kalsiumlu qidalara üstülük vermək lazımdır.
Hər il dünyada doğulan altı körpədən birinin 2500 qramdan az və yaxud vaxtından əvvəl doğulduğu bilinir. Bunun əsas səbəbi hamiləlik dövründə ananın yaxşı qidalanmamasıdır.
Hamiləlik dövründə qidaların enerjisi və qidaya olan tələbat artır. Bu ehtiyac ödənilmədikdə körpənin inkişafı üçün lazım olan qida maddələri ananın bədənində olan vitamin və protienlərlə əvəz olunur. Yəni döl özünə lazım olan maddələri anadan alır. Bunun nəticəsində anada müxtəlif xəstəliklər yaranır və bədənin infeksiyalara qarşı müqaviməti azalır. Belə hallar doğum riskini artrar, hamiləlik zəhərlənməsi və ana ölümü kimi hallara səbəb ola bilər. Körpələrdə isə ölü doğulma və yaxud fiziki, zehni inkişafın geriləməsi, xəstəliklərə qarşı bədənin müqavimətinin azalmasına gətirib çıxarır.
Qidalanma həm ana, həm də körpə üçün əhəmiyyətli məsələdir. Hamiləliyin hansı ayında olmağından aslı olmayaraq qidalanmaya diqqət etmək gec deyil. Hətta axır aylarda olsa belə, ana öz qidalanmasına diqqət yetirər, vitaminlərdən, dəmir və kalsiumlardan istifadə edərsə, bu yenə də körpənin gələcək inkişafı üçün çox önəmli olar. Buna görə də ana olmağa hazırlaşanlar bunlara diqqət etməlidirlər.
Gündəlik yediklərinizə hər gün ən azı 2 stəkan süd və ya qatıq əlavə etməlisiniz. Südün tərkibində B və D vitaminləri, kalsium, protein və bir çox faydalı maddələr mövcuddur. Hamilə qadın körpəsinin sağlamlığı, sümük və sinir sisteminin düzgün formalaşmasını təmi etmək üçün süddən çox istifadə etməlidir. Bundan əlavə bir və ya iki kibrit qutusu ölçüsündə pendir yeməyiniz məsləhətdir. Çiy süd və ondan hazrlanmış pendirlərdə zərərli mikroblar mövcud olduğundan pasterizə edilmiş süd və pendirlərdən istifadə edin. Gündəlik yeməkdən əlavə bir ədəd yumurta, ət, balıq, noxud və əncir suplarından istifadə etmək məsləhətlidir.
Vitaminlərlə zəngin olan təzə göy-göyərti və meyvədən hər gün mütəmadi olaraq istifadə etməyin. Çalışın az-az, amma tez-tez yeyəsiniz. Belə olduqda yemək tez həzm olunur və bağırsaqda tıxanma yaranmır.
Dinimizdə bu məsələyə diqqət yetirilmişdir. Hətta oruc tutmaq vacib buyrulduğundan Ramazan ayında hamilə və süd verən analara zərər verə biləcəyi təqdirdə onlara oruc tutmaq vacib buyrulmamışdır, sonrakı aylarda isə qəzaları vacib buyrulmuşdur.
Balın faydaları hamıya məlumdur. Balın tərkibində çoxlu vitaminlər, duz və minerallar mövcuddur. Hamilə qadın yaxşı olar ki, balı süd ilə qarışdırıb içsin. Bunun həm anaya, həm də körpəyə faydası var.
Xurma Allah-taalanın Qurani-kərimdə adını çəkdiyi meyvələrdəndir. Hər gün bir neçə xurmanı süd ilə bərabər yeməkdə də fayda var.
İnnab yemək də çox faydalıdır. Hamilə qadınlara faydalı olan meyvələrdən biridə ənciridr. Qış aylarında hamiləlik keçirən xanımlar onun qurusundan istifadə edə bilərlər.
Yumurta çoxlu vitaminlərlə zəngin olan qida əhsuludur. Onda B6, E və D vitaminləri mövcuddur ki, bu da inkişaf etməkdə olan körpə üçün zəruridir. Heyva körpənin zhni inkişafı üçün çox faydalıdır. Ona görə də hamiləli zamanı heyvadan da faydalanmaq lazımdır. Hamilə qadınlar hamiləlik dönəmində vitaminlərlə zəngin olan armuddan da faydalana bilər.
Allah Təalanın yaratdığı bütün nemətlər gözəldir. Yaradılmış qidaların hər birində körpəyə lazım olan vitaminlər, zülallar mövcuddur. Hər bir qidanın özünəməxsus olan vitaminləri var. Buna görə də hamiləlik dövründə hər kəs yediklərinə diqqət etməlidir.
XƏBƏR LENTİ
"Futbol tarixində hələ belə bir şey olmayıb"
Bu yaz qarderobunuzda nələr olmalıdır?
Labirint-1
Zorakılıq
Küçədə aktrisaya hücum edib 500 minini oğurladılar
Ermənistan silahlı qüvvələri İran-Azərbaycan sərhədinə yaxınlaşsa Tehran Ermənistanı vuracaq
Yanan pullar sakinlərə qaytarılacaq
SON DƏQİQƏ: Çindən Azərbaycana gələn tələbələr burada saxlanılır
Zəlzələdə Azərbaycan ailəsi möcüzə şəklində sağ qaldı - VİDEO
Ən böyük etirafım
BÜRCLƏR bizə nə vəd edir? - 18 APREL
Dadlı peçenyelər (foto resept)
Dəbli ofis mebelləri
Türk Ordusunu silahlandırırıq
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
Koronavirusa yoluxma ən çox bu bölgələrdədir - SİYAHI
Yüzlərlə kəllə sümüyü olan kilsədə araşdırmalar başladı - FOTO
Avropaya çatdıq?
Şahzadə Uilyam xanımı ilə keçmiş sevgilisi arasında qaldı – VİDEO
Türkiyə dərdimizə şərik oldu
Güllərim
Nissan Juke belə olmamışdı
Həyəcan başladı
Doğulmamış Şahzadənin adı, cinsiyyəti və doğum tarixi...
Çinli turistləri sirkdən qovub birbaşa karantinə göndərdilər
Beren Saat və Kenan Doğulunun AYRILIQ SƏBƏBİ
Koronavirusun qeyri-standart simptomları açıqlandı
İlham Əliyev ona hərbi salam verən çempionumuza medal verdi
Qadın.Net-lilərin ilk körpə həyəcanı (2-ci hissə)
Canan Karataydan UŞAQLAR ÜÇÜN vacib məsləhətlər
Azərbaycanlı idmançı dünya çempionu oldu
Paxlava yuxasından hazırlanan börək (foto resept)
Yuxusuna inandı: Lotereyada 500 min dollar qazandı - FOTO
Ermənistan Qarabağdakı hərbi əməliyyatlarda itkilərinin sayını açıqladı - VİDEO
Çiyələkli Rustik Tart (foto-resept)
Güləşçimiz erməniyə aman vermədi
Yaş salfetlərdəki təhlükədən xəbəriniz var?
BÜRCLƏR bizə nə vəd edir? - 24 fevral
Görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin doğumundan 106 il keçir
Repetitorluqla bağlı YENİLİK - Müəllimlərlə müqavilə imzalana bilər
Yunan salatı (foto resept)
Ancelina Coli və Bred Pitt razılışa gəldilər-FOTO
Qazaxıstan Trans-Xəzər nəqliyyat dəhlizinin tranzit potensialının artmasında maraqlıdır
Prezident İlham Əliyev və xanımı Antalyada rəsmi naharda iştirak ediblər
İki od və ya iki su arasında
Gözəl həyata sahib olmaq üçün nə etməli?
SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı
Ermənistan parlamentində şok etiraf: "O torpaqlar bizim deyil!"
Kökəlmək istəmirsinizsə, vaxtında yatın!
Çağla 1 milyonluq maşını ilə diqqət çəkib -FOTO
- ŞƏRHLƏR