Bu təkliflə çıxış edən Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev Trend-ə bildirib ki, siqaret kötüklərinin yerə atılmasına da qadağa qoyulmalı və belə şəxslər cərimə olunmalıdır.
Millət vəkili deyib ki, ölkədə “tütünsüz mühit” yaradılmalıdır: “Yaşlı adamların siqareti tərgitməsi o qədər də aktual deyil. Əsas odur ki, uşaqlar və yeniyetmələr siqaretlə təmasda olmasınlar, televizorda siqareti, onun tüstüsünü, küçəyə çıxanda, kinoteatra, istirahət yerlərinə, məktəbə gedəndə orada siqaret çəkilməsini görməsinlər”.
Onun sözlərinə görə, digər ölkələrlə müqayisədə Azərbaycanda siqaretçəkmə ilə bağlı vəziyyət dəhşətli deyil, lakin ölkədə siqaretin çəkilməsinə qarşı mübarizə aparılmalıdır. Əks halda ölkədə siqaret çəkənlərin sayı artacaq.
Komitə üzvü qeyd edib ki, "Tütün və tütün məmulatı haqqında" qanuna görə, 18 yaşına çatmayanlara siqaretin satılması, o cümlədən siqaretin və siqarların ədədlə satılmasına qadağa qoyulub. Məktəblərə və uşaq müəssisələrinə 150 metrdən yaxında yerləşən obyektlərdə də siqaretin satılması ilə bağlı qadağa olsa da, bu qadağaların heç biri, demək olar, tətbiq edilmir, faktiki işləmir.
M.Quliyev hesab edir ki, 2001-ci ildə qəbul olunmuş "Tütün və tütün məmulatı haqqında" qanun olsa da, siqaretin çəkilməsinin məhdudlaşdırılması haqqında ayrıca qanunun qəbul olunması lazımdır.
Qeyd edək ki, hazırda Azərbaycanda tütünçəkmə əsasən kişilər arasında böyük problem hesab edilir. Ölkədəki kişilərin təxminən 50 faizi gündəlik olaraq siqaret və digər tütün məmulatlarından istifadə edir. Bu qrupa daxil olan kişilərin 40 faizi gün ərzində ən azı 1-2 qutu siqaret çəkir.
XƏBƏR LENTİ
Hava haqqında - 27.09.2013
Kraliça rekord vurdu
Göz ətrafına qulluq necə olmalıdır?
Bu qarışımı qoltuq altına sürtdükdə tüklər birdəfəlik yox olur
Universal mütəxəssislik
"Ayntraxt"ın prezidenti: "Artıq indidən "Qarabağ"la..."
Özcan Dənizə 15 milyonluq ŞƏRT: Ya evlən, ya da...
Qadin.Netlə birlikdə hamiləlik (XIX həftə)
Sürətli oxu - 2
Almalı şarlotta (foto-resept)
Qurbanlıq qoyunların qiyməti neçəyədir?
Qvardiola rəqibinin tərifini göyə qaldırdı
Ərdoğan: G-20 ölkələrinin bir çox liderləri Suriyada hərbi əməliyyatı dəstəkləyir
Can Yaman əsgərlik FOTOsunu paylaşdı
Ali Sunal ata olacaq-FOTO
Nikol Kidman uşaqlarına qoyduğu qadağalardan danışdı
Onlayn həkim: yenilik, yoxsa...
İsveçrədə yeni prezident seçildi
ABŞ hakimiyyəti 4700 suriyalı qaçqının ölkəyə girişinə icazə verib
Aleks ağlayaraq futbolla vidalaşdı
Selena Gomez kumirinin adını açıqladı-FOTO
Aparıcının soyadı məsğərəyə qoyuldu-FOTO
Boşanma səbəbi məlum oldu_XƏYANƏT-FOTO
Facebook gələn ildən belə olacaq
Duzlu bisküvit (foto resept)
Sevimli başmaqlar
Meyvə-tərəvəzlərin tərkibi satışdan əvvəl yoxlanılacaq
Dodaqlara qulluq üçün maskalar
Heydər Əliyev Fondunun dəstəyi ilə Hamburqda Azərbaycan gecəsi keçiriləcək
Pendirli çubuqlar
Azərbaycan Ginnesin rekordlar kitabına düşə bilər
Fincanlar(2)
Hamiləlikdə diş ağrısı
Fərqli çay içmək istərdinizmi?
Dolların və avronun məzənnəsi dəyişdi
İlham Əliyev ən nüfuzlu müsəlmanlar arasında
Közlənmiş bibər salatı (foto resept)
Təmizlik vasitələrini qarışdırmayın!
Reklamlar uşaqlara mənfi təsir edir
Koronavirus qadının həyatını xilas etdi - FOTO
Angela Merkel Soçiyə getməyəcək?
Azərbaycanda qar yağacaq
Hündür boylu xanımlara nə yaraşar?
Dayanacaqlarda elektron lövhələr havanın temperaturunu düzgün göstərirmi?
Rayon yollarındakı postlar ləğv olunur - VİDEO
Vegeteryan pizzası (foto resept)
Azərbaycanda aviabiletlərin qiymətində dəyişiklik var
Evdə işləmək...
Ana və qız arasında konflikt: necə davranmalı
Koronavirusun yeni mutasiyasının əsas təhlükəsi AÇIQLANDI
- ŞƏRHLƏR