Qadınlardan fərqli olaraq kişilərin geyim dəstləri daha sadə və az aksessuarlı olsa da, qalstukun bağlanma qaydası, naxışı və rəngi ilə özlərini ifadə edirlər.
İlk baxışdan qaltuk sadəcə kostyumu tamamlamış kimi görünsə də, sahibinin daxili aləmini açır. Psixoloqların fikrincə, kişinin qalstukuna nəzər salmaqla kim olduğunu demək olar.
Psixoloq Ruhanə Rzayevanın sözlərinə görə, qalstukun rəngini, naxışını və bağlanma qaydasını tutuşduraraq kişinin xasiyyətini, zövqünü, davranışını müəyyənləşdirmək mümkündür. Məsələn, enli zolaqlı qalstukları özünə əmin, orta yaşlı və hər şeyin qaydasında olmağını sevənlər taxar. Açıq rəngli diqqəti çəkən klassik qalstukları adətən şən, optimist, əyləncə və romantika sevənlər taxırlar. Onlar uzun sürməyən şəxsi münasibət qurmağı xoşlayır. Dostları ilə vaxt keçirməkdən, hədiyyə verməkdən və almaqdan zövq alırlar. Əmr verməyi, özünə tabe etməyi sevən kişilər isə tünd rəngli, ağır və enli qalstuklara üstünlük verirlər. Belə adamlar sözlərinə məhəl qoymayan insanlara nifrət edirlər. Ciddi görünüşü ilə fərqlənən belə kişilərin ağır xasiyyəti və artıq tərgizə bilmədikləri vərdişləri olur.
R.Rzayeva bildirib ki, dioqanal xətləri və ya həndəsi fiqurları xatırladan zolaqlı qaltukları taxanlar etibarlı və qayğıkeş olurlar. Onlar çox vaxt yaxşı ailə başçısı olur. Ancaq bu tip qalstuklara üstünlük verənlər arasında həyat yoldaşına və ya uşaqlarına az diqqət ayıranlar da var. Belə insanlar üçün iş hər şeydən vacibdir.
qaltukun üzərində düz xətlər sahiblərinin diqqətli olmalarına işarə edir. Həndəsi fiqurlara olan meyl belə kişilərin məntiqlə hərəkət etdiyini, həm ailə, həm də şəxsi həyatlarını planlaşdırdığını göstərir.
Qaltuk bir rəngdədirsə, sahibi qapalı, sirlərini gizlədən, çox ehtiyatlı adamdır. Adətən belə adamlar məmur vəzifəsində işləyir. Onlar qaydalara əməl etməyə meylli olur, yeniliklərdən xoşlanmırlar. Qadınlarla da ümumi qəbul olunmuş qaydalara, adətlərə əsaslanaraq davranırlar.
İri dairələrlə bəzənmiş qalstulkarı ünsiyyətcil, diqqəti çəkmək istəyən kişilər taxır. Belə adamlar zaraftcıl və maraqlı həmsöhbət olurlar.
Nöqtəli, xırda cızıqlı, dairəli qalstukları sevənlərsə enerjili olur. Onlar sanki yorulmaq bilmir, məqsədyönlü olur və karyerada uğur qazanırlar. Tez-tez iş yerlərini dəyişməyi xoşlasalar da, arzuladıqları işi tapdıqda bütün güclərini həmin işə yönəldirlər. Şəxsi münasibətlərə də önəm verirlər. Həyatlarındakı qadınları da tez-tez dəyişməyi sevən bu tip kişilər, sevdikdə ayrılmırlar. Ona xəyanət etmir və hədsiz çox sevirlər. Bu cür kişiləri şən və səmimi olmaları ilə də tanımaq olar. Dostluqda da sadiqdirlər.
Sadə və kəskin davranmağı sevməyən kişilər kiçik fiqurlu, romblarla bəzədilmiş qalstuklara üstünlük verir. Onlar hiddətə, aqressiyaya meylli olmur, kobudluq etmirlər. Bu cür kişilər sadiq sevgili, dost və iş yoldaşı olurlar. Zarafat etməyi sevir, ətrafdakıları maraqlandıra bilirlər. Qonaqpərvərliyi ilə seçilirlər. Belə kişilər özünü cilovalaya bilir, məntiqlə hərəkət edirlər. Lakin bəzi qadınları onların sakit davranması, heç vaxt özündən çıxmaması qıcıqlandırır.
Müstəqil hərəkət etməyə cəsarəti olmayan kişilərsə xırda naxışlı qalstukları taxırlar. Cəsarətsizliyə baxmayaraq, onlar iş görməyi xoşlayır.
Həmsöhbətimizə görə, qaltukda xırda, sıx yerləşən dairələr varsa, deməli sahibi öz işini professional bilir. Belə kişilər qapalı və az danışan olur. Qadınlarla münasibət qurduqda onlar həsas olduğu üçün çətinlik çəkir. Küsəyən olsalar da, sadiqdirlər.
Romatiklərsə çiçəkli qalstukları xoşlayırlar. Onlar xeyirxah olur və hisslərinə nəzərən hərəkət edirlər. Çox rəngli, parlaq qalstukları isə dəyişkən və özünə əmin kişilər xoşlayır.
Qeyri-adi və əlvan rəsmli və ya naxışlı qalstuk taxanlarsa emosional, qeyri-adi xarakterli olurlar. Onlar qısa müddət ərzində qadınların etibarını qazanır. Bu cür kişilər yaradıcı işlərdə işləyir ya da onlar özünü hobbilərinə həsr edirlər. Hər şeydə harmoniyaya can atan bu tip kişilər çox vaxt reallığı olduğu kimi qəbul etmir və xəyalpərəst olur. Xoşagəlməz hadisələrə, hətta problemlərə də laqeyd yanaşırlar. Bu cür kişini seçən qadın realistdirsə, kişiyə dəstək olmalıdır.
Rzayevanın dediyinə görə, dama-dama, əlvan və uzaqdan belə diqqəti çəkən qalstuklara isə fiziki qüsurları və kommpleksləri olanlar üstünlük verir. "Onlar üçün qalstuk ətrafdakıların diqqətini çəkmək üçün yeganə vasitə və özünü təstiq etmək üsuludur".
Dar, dəri və ya ipəkdən olan bahalı qalstukları yaradıcı kişilər xoşlayır. Rəssam, aktyor və dizayner, yazıçılar, müğənni və ya əyləncə tədbirərini təşkil edən kişilər özlərini bu cür qalstuklarla ifadə edirlər.
Psixoloq əlavə edib ki, kişilərin xasiyyətini qalstukları bağladıqları üsula görə də bilmək olar: "Kişi qalstuku kəmərdən aşağıda saxlayırsa, deməli, üstün olmağı, tabe etməyi sevir. Ciddi xasiyyətlidir. Əksinə, qalstuk kəmərdən nəzərə çarpacaq dərəcədə yuxarıda bağlanıbsa, sahibi yumşaq xasiyyətli və mehribandır. qaltukun düyünü isə kişinin özünə inamını göstərir. Düyün boş olduqca, sahibi bir o qədər sərbəst və özünə əmin şəxsdir. Kip bağlanan qalstuk öz emosiyalarına nəzarət etmək istəyini də göstərir".
Müsahibimiz bildirib ki, qaltukun rəngi də sahibi haqqında danışır: "Göy rəng kişinin ünsiyyətcil, sadiq və mehriban, tünd qırmızı özünə əmin, al-qırmızı enerjili, məqsədyönlü və hökmran, açıq yaşıl çox tələbkar olduğunu göstərir. Tünd yaşılı sevənlərsə ailəsi ilə vaxt keçirməyi, evdə rahatlığı çox xoşlayırlar. Narıncı və yumşaq rəngli qalstuk taxmağı sevənlərsə, səmimiliyi ilə fərqlənir".
XƏBƏR LENTİ
Keyt Bekinseyl pərəstişkarlarını son görüntüləri ilə heyran qoydu - FOTO
Bakıda klassik avtomobillərin yürüşü start götürüb
Xatirələr
Əsgərlərimiz "qan ocağı"ndan döndülər
Günün ulduz falı - 22.08.2013
NASA zəlzələ qurbanlarını xilas edəcək
"Türkiyə uzağı 3 ilə yox olacaq"
"Arvadlarınızın açıq-saçıq şəkillərini saxlamayın"
Twitter-də video dövrü başlanır
ABŞ-da fövqəladə vəziyyət elan edildi
Qızlarına "Evet" adını qoydular - Referenduma görə
Əsgərlər intihar edə bilməyəcək
Hansı müəllimlərin maaşı artacaq?
Gəlin fataları
Kimə hansı rəng yaraşır?
Dünya qara buğdaya meyl edir
Məşhur aparıcının bu hərəkəti Qalmaqal yaratdı-FOTO
1 iyunda uşaqlara sürpriz (foto resept)
Hamiləliyinizə kef qatacaq 10 məsləhət
May ayının qeyri-iş günləri açıqlandı
Bakıda "qaşqabaqlı" yaz havası
Mobil qurğularda təhlükələr artır
Çörəyin qiyməti artacaq?
Tərtərin pambıq zavodunda düşmən atəşi nəticəsində başlayan yanğın davam edir
Düşmənin viran qoyduğu daha bir yurd yerimizin ürəkdağlayan görüntüləri - VİDEO
Bu rəsm əsəri 90,3 milyon dollara satıldı-FOTO
Yeni rəsm növü: Pişikli Mənzərələr
Şagirdlərin I sinfə qəbulu elektron formada ola bilər
10 min nəfərlik plov bişirildi-FOTO
Bakı metropolitenində fləşmob
Mavi almaz rekord qiymətə satışda
Yağış və külək geri qayıdır
Prezident İlham Əliyev Kürdəmirdə heyvandarlıq və süd kompleksi ilə tanış olub (FOTO)
5 il öncə boşandığı xanımı ilə bu səbəbdən bir araya gəldi
Münaqişə sevgi bağını gücləndirirmi?
Vərəm xəstəliyi (Tuberkuloz)
Kür çayının aşağı axınında müsbət dəyişiklik müşahidə edilir
Gənc yaşlarda saç ağarması
Bakı dumana bürünəcək
Bu smartfon 10 dəqiqəyə "dolur"
Azərbaycan vətəndaşı bədbəxt hadisələrdən sığortalanıbmı?
Hər gün üzünüzə gül yağı çəksəniz...
Süd və süd məhsullarının faydaları
Bakıda hansı xəstəliklər daha çox yayılıb?
Bu filmlər dövlət dəstəyilə çəkiləcək!
Nikolay Baskov onu müdafiə etdi
Dişlərin çürüməsinin səbəbləri
Məşhur aktyor yeni "Batman" olacaq-FOTO
Günün qoroskopu: başladığınız işlərə məsuliyyətlə yanaşın
Məşhur aktyor Boeing-ini hədiyyə etdi
- ŞƏRHLƏR