Bakıda hava 10°
USD AZN
EUR AZN
13:46Feride Her kese salam 09:13Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41215

Şokoladlı tort (foto resept)

Xəmir üçün:

3 ədəd yumurta

75 q “Möcüzə” paket yağı

60 q şəkər tozu

80 q qovrulmuş fındıq

15 q kakao tozu

Yarım qurudulmuş limon qabığı (sedra)

Şokoladlı krem üçün:

1 ədəd yumurta

1 ədəd böyük limon

50 q şəkər tozu

80 q şokolad (60%) 

Bəzək üçün:

250 q böyürtkən

Limon sedrası

1 ç.q şəkər kirşanı

Hazırlanması:

Sobanı yandırın və dərəcəsini 180 dərəcəyə qoyun. Fındığı blenderdən keçirin.

Yuşalmış yağı şəkər tozu ilə qarışdırın.

Onun da üzərinə bir-bir yumurta sarılarını əlavə edin. Yumşaq krem sestenziyası alınana qədər çalın. Sonra isə kakao tozu ilə qarışdırılmış unu, limon sedrasını, fındığı əlavə edin və mikserin ən az dərəcəsində çalın.

Şəkildəki kimi bir xəmir alınacaqdır.

Yumurtaların ağını kənarda ağ köpüklər əmələ gələnə qədər çalın və sonra isə xəmirə əlavə edin.

Əvvəlcə yumurta ağlarını az-az əlavə edin və qarışdırın. Xəmir tədricən şəkildəki hala düşəcəkdir.

Xəmiri 25 dəqiqə ərzində 1800C-də bişirin. Sonra isə qoyun soyusun.

Keks bişənə qədər isə kremi hazırlayın. Şəkər tozu və yarım limon sedrasını qarışdırıb 10 dəqiqə saxlayın.

Sonra isə limonun suyunu sıxıb şəkər tozlu qarışıma əlavə edin. Onu da üzərinə yumurta əlavə edərək çırpma teli ilə qarışdırın.

Kremi asta xodlu odda isidin və dayanmadan qarışdırın.

Sonra isə onun üzərinə şokoladı əlavə edin və qarışdırın. Təbii ki, kremi qazın üzərindən götürəndən sonra isti ikən üzərinə şokoladı əlavə edib qarışdırmaq lazımdır. Şokolad həll olandan sonra kremi otaq temperaturunda saxlayın ki, soyusun.

Otaq temperaturunda soyumuş kremi keksin üzərinə əlavə edin. Sonra isə üzərini giləmeyvə, sedra ilə bəzəyib soyuducuya qoyun. Tortumuz soyuducuda ən az iki saat qalmalıdır. Bu müddət ərzində krem yaxşıca bərkiyəcək və dadı keksə də keçəcək.

Şokoladlı tortumuz hazırdır.

Şokoladlı tort (foto resept)

Nuş olsun!

 

(Tərcümə edilib)

Səslərin sayı: 9
33
7348
loading...
Şərhlər
Offline
Duygu N-va
Çox gözəl görünür. MMMMMMMM tongue Çox bəyəndim.
13 may 2015 11:30
Offline
Xanim_Xatun
İndi şokoladlı tortlara meyillik artib
23 fevral 2015 18:12
Offline
Mələksima
Dadlı görənir çox sağ olun resept üçün.
21 fevral 2015 00:54
Offline
gunay
Men sakalati cox sevmirem bele.
5 fevral 2015 00:29
Offline
Xanim_Xatun
Gecə vaxti yenə şirni xəstəliyim tutdu))
20 dekabr 2014 20:55
Offline
Aysel İ.
Sokoladli tortu keksi maffinleri cox beyenirem , hec atkaz etmerem yemekden

Yəqin elə ona görə son illər kilo almısanlol
19 dekabr 2014 11:04
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
أحبك
Sokoladli tortu keksi maffinleri cox beyenirem , hec atkaz etmerem yemekden
13 dekabr 2014 21:27
imza: فراق
Offline
Hacət-i Vuslat
Sadə və dadlıdır 100%,çünki şokoladlıdır.

Çooox dadlı görünür,çooox.İndicə yeyəcəyəm. nyam
Ruqişqi give_hea
22 noyabr 2014 13:10
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Deniz N-va
Cox dadli gorunurrrr nyam hele bir yaninda da cay olsa morning
21 noyabr 2014 22:34
Offline
HUSNA
Qozlu olduguna gore,dadi super olacaq,tesekkurler
21 noyabr 2014 11:00
Offline
°ღ Zayka •.°ღ
Sirniyyat ucun ureyim gedirdeeee give_hea i_am_so_ nyam
18 noyabr 2014 08:49
Offline
Rüzgar
Şokolad olan tort inanılmaz dadlı olur. Braunini ona görə sevirəm

Şokoladın yeri başqadır :)
31 oktyabr 2014 16:52
Offline
Xəyalə Murad
Şokolad olan tort inanılmaz dadlı olur. Braunini ona görə sevirəm
21 oktyabr 2014 11:21
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Aysel İ.
Gözəldir. təşəkkürlər. Şokaladlı tortları 2-ci oğlum çox sevir. Onun üçün hazırlayacam.
20 oktyabr 2014 08:36
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Aida M-ova
Bala evdeki erzaqlari xaraf eleme havayi yerden..onsuzda ortaliga bir wey cixmiyajaxx..

Elə ona görə edəcəm kimsə mənə iş tapşırmasın crazy
Bişir mənidə çağır. Mən şirniyyat bişirməkdə tənbələm..

Yaxşı alınsa çağırmayacam aa crazy
19 oktyabr 2014 22:33
Offline
S.S.90...Samir...
Bundan bişirəcəm inşəAllah , görüm şokalad belə alınacaq

Bala evdeki erzaqlari xaraf eleme havayi yerden..onsuzda ortaliga bir wey cixmiyajaxx.. crazy mocking
19 oktyabr 2014 22:21
Offline
Nəzrin
Mmm əla sadə tərkibi var bəyəndim təşəkkür
19 oktyabr 2014 22:14
Offline
♥Lamiyə♥
BƏH-BƏH CANIM ÇƏKDİ EE dash
19 oktyabr 2014 20:18
Offline
AFƏR
Bəh bəh çooox dadlı görünür şokoladlı şirniyatları sevirə super....
19 oktyabr 2014 20:11
Offline
Ellada Babayeva
Aida M-ova,
Bişir mənidə çağır. Mən şirniyyat bişirməkdə tənbələm.. crazy

Bəh - bəh dadlı tortdur. nyam
19 oktyabr 2014 16:18
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )