Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncə şəhərinə səfərə gəlib.
ANS PRESS-in məlumatına görə, dövlət başçısı və xanımı ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ərazidə aparılan yenidənqurma işləri barədə prezident İlham Əliyevə məlumat verib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 18-də Gəncə şəhərindəki “İmamzadə” kompleksində aparılan təmir-bərpa və tikinti işlərinin gedişi ilə də tanış olublar.Dövlət başçısı və xanımı kompleksin eskiz layihələrinə baxıblar.
Məlumat verilib ki, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən, orta əsr Azərbaycan memarlığının qiymətli abidələrindən hesab edilən “İmamzadə” kompleksinin təmiri, bərpası və ətrafının abadlaşdırılması məqsədilə 2010-cu ildən başlanılan işlər hazırda davam etdirilməkdədir. Kompleksdə 90 yerlik müsafirxana, 1000 nəfərlik ehsangah tikilib. Baş ziyarətgahda 40 metr hündürlüyündə 2 minarə, kişi və qadınlar üçün ibadət zallarının inşası davam etdirilir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 18-də Gəncə Dövlət Dram Teatrının yeni binasının təməlqoyma mərasimində iştirak ediblər.Məlumat verilib ki, Gəncə Dövlət Dram Teatrının yeni binası Gəncə çayının sağ sahilində, Əhməd Cəmil və Mirzə Abbas Abbaszadə küçələrinin kəsişməsində, Məhsəti Gəncəvi Mərkəzinin qarşısında tikiləcək. Yeni binanın inşası üçün bir hektar torpaq sahəsi ayrılıb. Ümumi sahəsi 13 min kvadratmetr olacaq Gəncə Dövlət Dram Teatrının binası müasir standartlara cavab verəcək. Binanın tamaşaçı zalı 520 nəfər üçün nəzərdə tutulub. Burada 150 yerlik yeraltı avtomobil dayanacağı, birinci mərtəbədə 100 yelik restoran, çayxana, kafe və digər iaşə obyektləri fəaliyyət göstərəcək.Ölkə həyatının bütün istiqamətlərində olduğu kimi, mədəniyyət sahəsi də yüksək səviyyədə dövlət qayğısı ilə əhatə edilib. Mədəniyyət və incəsənətin inkişafına diqqət mədəniyyət ocaqlarına və bu sahədə çalışan insanlara göstərilən qayğıda, həmçinin ölkəmizin beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsində özünü büruzə verir. Dövlət başçısının mədəni həyatımızın inkişafına qayğısı Azərbaycanda sənət adamlarının yaradıcılıq əhval-ruhiyyəsini artırıb. Prezident İlham Əliyevin sərəncamlarına əsasən son illərdə çoxsaylı tarixi abidələr, monumental binalar, maddi-mədəniyyət ocaqlarında əsaslı təmir və yenidənqurma işləri aparılır və ya onlar üçün yeni binalar inşa olunur. Bu işlər bölgələrdə də uğurla davam etdirilir. Gəncə Dövlət Dram Teatrının yeni binasının inşası da bunun əyani sübutudur.
Prezident İlham Əliyev Gəncə Dövlət Dram Teatrının yeni binasının təməlini qoyub.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
1,5 milyonluq mirasını itə vəsiyyət etdi
Kirli ticarət məktəbli çantalarını necə şişirir?
Közərmiş bibərli toyuq dolma ( foto resept)
2019 Çanta Dəbi
Praktik bilgilər
Şənbə və bazar günləri taksilər işləyəcək
Məşhur aktyor qızı ilə gəzintidə- FOTO
BÜRCLƏR bizə nə vəd edir? - 28 mart
Bu günün hava proqnozu
HAVA necə olacaq?- 26 fevral
Azərbaycanda sürücülər xəbəri olmadan vəsiqəsiz qala bilərlər
Təhsil Nazirliyi: “Belə təhsil müəssisələrinin fəaliyyətinə ehtiyac yoxdur”
Şişkinlik ciddi xəstəliklərdən xəbər verir
Azərbaycanda tələbə köçürmələri ilə bağlı yeni qaydalar açıqlandı
Qışa belə hazırlaşırıq
"WhatsApp"da yenilik - İşimiz bir az da asanlaşdı - FOTO
Rus həkim xərçəngi dondurdu və öldürdü - ŞAD XƏBƏR
Bəzən çatışmazlıq və qüsur da faydalı ola bilir
Günümüzün xəstəliyi fibromiyalji sindromu
80 miqrant Aralıq dənizində boğularaq öldü
Şərab bilib içdi, üç ildən sonra dəhşətə gəldi-VİDEO
Daha 6 rayon və 3 şəhər üzrə 190 manat birdəfəlik ödəmə veriləcək
25 il Laçınsız...
BMT dünya ölkələrinə çağırış etdi
Sabahın HAVAsı
"Bakı-2015" bu ölkələrdə də yayımlanacaq
Beyin haqqında bilmədiklərimiz
Qripdən qorunmaq üçün nə yeməliyik?
Sabah yağış yağacaq
Şokoladlı keks (foto resept)
Ölümü hələ də müəmmalı qalan xalq artistimiz
Köpək balığından qaçmaq üçün 3 saat üzdü: "Yem olacaqdım..."
Məşhur aktyor 6-cı dəfə ata olmağa hazırlaşır-FOTO
Böyük Sülh Sazişinə hazırıq
3 addımda həyat sevincim, dəyərli yaşlanma
Cəlilabadda 11 yaşlı operator var
Müğənni beynini və səsini 10 milyona sığortalamaq istəyir
Estetik əməliyyatlarda ən çox edilən 5 səhv
Dilan Çiçek Aybükeni izləmədən sildi-SƏBƏB
WhatsApp‍-da növbəti fırıldaq
Azərbaycanda daha bir günəş elektrik stansiyası işə düşdü
İrem Derici 40 kq arıqlayıb-FOTO
Koronavirusun müalicəsində yararsız olan dərmanın adı açıqlandı
Xarabalıqları fantastik dünyaya çevirən
65 yaşdan yuxarı şəxslər evdən çıxa biləcək? - RƏSMİ
Nusret 47 min uşağı restoranında qonaq etdi - FOTO
"Küçük" bilib aldı, böyüyüb ayı oldu-FOTO
Sobada küftə (foto-resept)
Kökəlmək istəmirsinizsə, vaxtında yatın!
Yuxudan tez oyanmaq sağlamlıq üçün zərərlidir
- ŞƏRHLƏR