Rus romantik dövrü bəstəkarlarından olan, həkim və kimyaçı Aleksandr Borodin “Qüdrətli dəstə”-nin 5 üzvündən biri kimi klassik musiqiyə öz töhfəsini vermişdir. İncəsənətə olan bağlılığından əlavə qadın hüquqları uğrunda mübarizəsi və ölkə ərazisində təhsilin yayılması ilə bağlı fəaliyyətləri, həmçinin, kimyəvi təcrübələri ilə bu sahədə də müəyyən ilklərə (məsələn, florla xlorun yerdəyişməsini göstərən ilk şəxs olaraq SSRİ-də bu ‘Borodin reaksiyası’ adlandırılırdı) imza atmışdır.
1833-cü ildə Sankt-Peterburqda gürcü əsilzadəsi Luka Gedevanişvilinin qeyri-qanuni oğlu olaraq dünyaya gələn Aleksandr kiçik yaşlarından yaxşı elmi və piano təhsili alır. 1850-ci ildə Tibbi-Cərrahi Akademiyaya qəbul olan bəstəkar, karyerasını kimya üzərinə qurmaq qərarını verir. Bir müddət hərbi xəstəxanada işləyir və sonrasında təhsillə bağlı 3 illik Qərbi Avropa səyahətinə başlayır.
1862-ci ildə Peterburqa qayıdan Borodin Akademiyada vəzifəyə yiyələnməklə yanaşı tədqiqatlarını davam etdirir və 1872-ci ildə qadınlar üçün tibbi kursların əsasını qoyur.
1862-ci ildə Mili Balakirevdən (“5”-in digər bir siması) bəstəkarlıq dərsləri almağa başlayan Aleksandr 1863-cü Qania adlı bir qızı olan pianoçu Yekaterina Protopopova ilə evlənir. Musiqi onun üçün ikinci məşğuliyyət kimi qalır. Həyatı boyu zəif sağlamlığı başına bəla olmuş bəstəkar bir neçə dəfə ürəktutması keçirmişdir. 54 yaşında Akademiyada təşkil edilən balların birində infarktdan vəfat etmiş, Peterburqdakı Tıkvin məzarlığında dəfn olunmuşdur.
İkiixtisaslı həyatı Borodinin evində maraqlı bir qarışıqlığa səbəb olurdu. Bəstəkar Rimski-Korsakov memuarlarında bu barədə qeydlər edir: “Onu ziyarət etdiyim vaxtlarda yan otaqdakı laboratoriyasında işləyir, işini qurtardıqdan sonra isə mənimlə birlikdə digər otaqda musiqili söhbətlərə baş vurardı. Qəfildən yerindən sıçrayıb nəyinsə qaynayıb yanmadığını bilmək üçün laboratoriyaya qaçardı. Həmin anlarda koridorlar inanılmaz bir səslə oxuduğu yeddi-səkkizlik melodiya sekansları ilə dolub-daşardı…”
Aleksandr Borodin ön plana qoymadığı musiqi həyatında müxtəlif simfoniyalar və iki simli-kvartet bəstələdi, “Mərkəzi Asiyanın stepləri” və “Şahzadə İqor” adlı dolğun və tutarlı əsərlərə imza ata bildi. Qərbi Avropada Frans List vasitəsilə tanınan bəstəkarın musiqi xəzinəsi Ravel və Debüsi kimi bəstəkarlara ilham qaynağı olmuşdur.
Maksim
XƏBƏR LENTİ
Həyatımın bir anından dosta məktub
Dost deyə-deyə...
Ən qeyri-adi geyimlər
Qızlarla oğlanların fərqli xüsusiyyətləri
Təbii tonik və losyonlar
Qış mövsümünün ən faydalı şirələri
Orta aylıq əməkhaqqı artıb - MƏBLƏĞ
İlham Əliyevdən mesaj
Almanın qabıqları şəfa mənbəyidir
Tibbi maskalar, yoxsa qoruyucu ekranlı müdafiə vasitələri? Alimlərin açıqlamaları təəccübləndirdi
Qolf üçün də "ağıllı" eynək olacaq
19 yaşlı gəncin istedadı
Günün ulduz falı
İnsan neçə dəfə sevir?
Benilüksdə səyahət etməli yerlər
Bu tərəvəzlər immuniteti gücləndirir
Qozlu sadə peçenye (foto resept)
Bakıdan İrəvana çox sərt cavab
Bakının bu rayonlarında ev tikmək məqsədəuyğun sayılmır
Google istifadəçiləri izləyir
Qonaq otağı mebelləri
Pamela Anderson yeni şəkilləri ilə diqqət çəkdi-FOTO
15 yaşında məcburən ərə verildi, indi isə...-FOTO
İşimizi sevməyin yolları (1-ci hissə)
Ukraynanın birinci xanımından maraqlı AÇIQLAMA
Pələnglərlə bağlı həyəcan təbili çalındı
Pareidoliya
Harri və Megan kraliçanın əmrinə etiraz etdilər-SƏBƏB
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi
Azərbaycanlı milyonçu Amerika korporasiyasını aldı
Tramp “Black lives matter” hərəkatının üzvlərini səfeh adlandırdı
Yerkökülü peçenye (foto resept)
"Qalatasaray"da nə baş verir?
Uşaq bağçalarındakı vəziyyətə niyə diqqət yetirilmir?
İşıq saçan şəlalə - FOTO
Övladlarınıza hər soyadı qoya bilməzsiz
Günün qoroskopu: gözləntiləriniz özünü doğrultmayacaq
Hava haqqında
Artıq çəkidən necə xilas olmaq olar?
Körpə ağlamağında gizlənən fayda
Brilliant ilə bəzədilmiş telefonlar
2 yaşlı uşaq anasını xilas etdi
Manat nə vaxt ucuzlaşacaq?
Can Yaman hər kəsi təəccübləndirdi-FOTO
Ramazan ayının 28-ci gününün duası
"Peşə təhsili haqqında" qanun qəbul oluna bilər
100 ildən sonra ilk dəfə NƏHƏNG tısbağa tapıldı-FOTO
Tibbə məlum olan ən uzun dişi çəkilib - VİDEO
Gürcü valyutası da çökdü
Qadınların heç sevmədiyi hədiyyələr
- ŞƏRHLƏR