Tireoid hormonlar həyati əhəmiyyətli funksiyalar görür. Belə ki, o, bütün orqanizmdə metobolizmi stimulə edir. Triyodtironin güman ki, hüceyrələrinin nüvəsindəki reseptorla birləşir və genlə təsirdə olaraq transkripsiya və translyasiyanı sürətləndirərək bunun nəticəsində orqanizmin bütün hüceyrələrində zülal sintezini stimulə edir. Bundan əlavə tireoid hormonlar Na+ ionlarının hüceyrədən çıxmasına, K+ isə daxil olmasına təsir edir. Nəhayət, onlar bir çox fermentlərin, ilk növbədə, karbohidratların parçalanmasında iştirak edən fermentlərin aktivliyini artırır. Ona görə də tireoid hormonların yüksək səviyyəsində xüsusilə karbohidratların metabolizminin intensivliyi artır.
Belə ki, göstərilən bu proseslərdən çoxu hüceyrələrin mitoxondrilərində gedir. Tireoid hormonların yüksək səviyyəsində bu orqonoidlərin aktivliyi çox artır və onlar ölçücə böyüyürlər. Tireoid hormonların təsiri ilə fermentlərin aktivliyinin artması energetik mübadilənin sürətinin artması ilə müşayiət olunur. Ona görə də əsas mübadilənin intensivliyilə qanda tireoid hormonların qatılığı arasında düzünə əlaqə mövcuddur.
Uşaqlarda tireoid hormonlar fıziki boy atmağı təmin edir. Xüsusilə bu effekt postnatal dövrdə beyinin normal inkişafı üçün vacibdir. Döl uşaqlıqda olduğu müddətdə qalxanabənzər vəzin çatışmamazlığı qorxulu deyil, belə ki, o, tireoid hormonların kifayət qədərini anadan alır.
Qalxanabənzər vəzinin insan və heyvan orqanizmində boy artımı, inkişaf və differensasiya proseslərinə təsiri çox güman ki, tireoidli hormonların toxuma və yaxud hüceyrə mübadiləsinə təsiri ilə əlaqədardır. Qanda tireoidli hormonların miqdarının azalması zamanı orqanizmin şəkərə olan tələbatı aşağı enir: şəkərin çoxu sidik vasitəsilə ifraz olunduğu üçün böyrəyin həcmi azalır.
Tireoidli hormonlar yağ mübadiləsinə əhəmiyyətli təsir göstərirlər. Orqanizmdə tireoidli hormonunun kəskin azalması adətən metabolizmin səviyyəsinin kəskin şəkildə azalması ilə müşayət olunaraq, lipidlərin miqdarının çoxalması ilə nəticələnir. Qalxanabənzər vəzi hormonları sinir mərkəzlərinin, ürək əzələlərinin oyanma səviyyəsini tənzimləyirlər. Qalxanabənzər vəzi hormonlarının sinir toxumasının inkişafı və diferensasiyasına əhəmiyyətli təsiri müəyyən olunmuşdur. Erkən yaşlarda qalxanabənzər vəzinin qeyri-kafi endokrin fəallığı uşaqların əqli inkişafının geridə qalması ilə nəticələnir.
Qalxanabənzər vəzidə parathormon kimi orqanizmdə Ca və P mübadiləsinin tənzimlənməsində fəal şəkildə iştirak edən, lakin həmin vəzin follikullarından kənarda yerləşən hüceyrələr tərəfindən hazırlanan daha bir hormon–tireokalsitonin hasil olunur. Bu hormonun təsirindən sümük toxumasının əmələ gəlməsinə səbəb olan ostioblastların fəaliyyəti artır, əksinə osteoklastların fəaliyyəti isə zəifləyir, nəticədə, qanda kalsium ionlarının mənimsənilməsi çətinləşir.
Qalxanabənzər vəzinin hipo və hiperfunksiyaları zamanı orqanizmdə baş verən funksional pozğunluqlar
Qalxanabənzər vəzi hormonunun molekulunda yodun varlığı vəzinin funksional fəallığı ilə qidadakı yod tərkibi arasındakı sıx əlaqəsini izah edir. Dəniz suyunun, dəniz mənşəli məhsulların, dəniz sahillərində bitən mədəni bitkilərin tərkibində külli miqdarda yod olur. Qidada və suda yodun çatışmaması zamanı zob kimi məlum olan endemik ur və ya zob xəstəliyi meydana çıxır.
Bu xəstəlik qalxanabənzər vəzi toxumasının çox böyüməsi zamanı müvafiq hormonal çatışmamazlığı ilə xarakterizə olunur. Zob xəstəliyini cərrahi yolla müalicə etmək olar. Endemik zob müəyyən coğrafi regionlarda, əsas etibarilə isə yüksək dağlıq sahələrdə və yaxud qitələrin ucqarlarında inkişaf edir. Hal-hazırda bu coğrafi sahələrin əhalisində zob və ya ur xəstəliyi inkişafı yodun xörək duzuna əlavə edilməsi ilə aradan qaldırılır. Böyümüş bu cür vəzi normal miqdarda hormon ifraz edir.
Ə.H.Əliyev, F.Ə.Əliyeva, V.M.Mədətova
İnsan və heyvan fiziologiyası-I hissə.
XƏBƏR LENTİ
Qəbələ rayonu
QMİ Qazılar Şurası Qurban bayramı münasibətilə fətvР° verib
"8 Mart" salat-tortu (foto resept)
Koronavirusa yoluxanların sayı bir milyonu ötdü
Sabahın HAVAsı
Özünə inamı artırmanın 6 yolu
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Parkinson xəstəliyi
Günün qoroskopu: hər şey alınacaq
Günün qoroskopu: Ətrafınıza nəzər salın!
Hava haqqında
Məşhur ulduzun qızı GÜNDƏMDƏDİR-FOTO
Dərinizi oxuyun
Girovlar necə qaytarıldı?
Qəddafidən sonrakı Liviyanın ilk Baş naziri Bakıya gəlir
Metroda rahat getmək istəyirsiniz?
Məşhur cütlük BOŞANIR-SƏBƏB
İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Paytaxtda iri marketlər bağlanır
Dünyanın ən darısqal şəhəri
Haluk Leventdən örnək addım - FOTO
Azərbaycan dili dünyanın ən çətin dillərindən biri seçildi
Dünyanın malı dünyada qalacaq
Finalda azərbaycanlı - erməni qarşıdurması
Böyük əvf olacaq?
İsmə aid biliklərin yoxlanılması
Əliyev: Əgər bir də belə olacaqsa...
Ermənistan məhbusların cəbhəyə göndərilməsini rəsmən təsdiqlədi
ABŞ-ın COVID-19 peyvəndinin nə vaxt hazır olacağı açıqlandı
Meyvə-tərəvəzlərin tərkibi satışdan əvvəl yoxlanılacaq
Bakı səmasında təyyarə və helikopter ŞOUsu olub
Prokurorluqda işləmək istəyənlərin nəzərinə
HAVA necə olacaq?- 17 fevral
Sarı şam kimi yanan paxistaxis
Mirvari sevənlər üçün
Maksim Şevçenko: “Mən ədalətin tərəfindəyəm” - VİDEO
Günün ulduz falı - 24.01.2014
Şuşaya yeni polis rəisi təyin edilib
Sərt karantinin tətbiq olunduğu ərazilərdə SMS icazə almaq üçün təlimat - VİDEO
Bakıda beynəlxalq tədbir
Azərbaycanda təqaüdçülərin sayı artacaq
Həyat əhəmiyyətli obyekt rəhbərlərinə tövsiyə
Uşaq istismarı yoxsa sənət?
Turun gözəl qolları
Çindən gətirilən Azərbaycan vətəndaşları xəstəxanaya yerləşdirilib
Türk ordusu Suriyaya girdi
Damla şokoladlı keks (foto-resept)
Mehriban Əliyevadan örnək addım-FOTO
Qadınların dostu naringi
Sabahdan bu yol bağlanır (XƏRİTƏ)
- ŞƏRHLƏR