Bakıda hava 16°
USD 1.7000 AZN
EUR 1.9550 AZN
01:13Sima geceniz xeyir millet
39315

Kişilər Ticarət Mərkəzi

Kişilər Ticarət Mərkəzi

Şəhərlərin birində qadınların özlərinə ər seçib ala biləcəyi ticarət mərkəzi açılır. Ticarət mərkəzinin girişində bu mərkəzin iş qaydalarının məcəlləsi asılmışdı, orada belə yazımışdı:

1. Siz Ticarət Mərkəzinə yalnız bir dəfə gələ bilərsiniz.

2. Mərkəzdə 6 mərtəbə vardır, kişilərin keyfiyyəti mərtəbənin sıralanmasının artmasına görə dəyişir.

3. Siz istənilən mərtəbədə istənilən kişini seçə bilərsiniz və ya seçiminizi davam etdirmək üçün yuxarı mərtəbəyə də qalxa bilərsiniz.

4. Lakin yuxarı mərtəbəyə qalxdıqdan sonra aşağı mərtəbəyə enmək qadağandır.

Bir qadın özünə yoldaş axtarmaq üçün adı çəkilən həmin "Kişilər Ticarət Mərkəzi"-nə baş çəkmək qərarına gəlir. Girişdə "İşi olan kişilər" yazılmış tablonu oxuduqdan sonra cəld ikinci mərtəbəyə qalxır.

İkinci mərtəbədəki lövhədə: "İşi olan və uşaqları sevən kişilər" yazılmışdı. Lövhədəki yazını oxuyan qadın üçüncü mərtəbəyə qalxır. Üçüncü mərtəbədəki tabloda isə: "İşi olan, uşaqları sevən və son dərəcə gözəl olan kişilər" yazılmışdı. "Vay!" - deyə qadın düşündü, amma buna baxmayaraq, dördüncü mərtəbəyə qalxdı. Dördüncü mərtəbədəki tabloda: "İşi olan, uşaqları sevən, son dərəcə gözəl olan və ev işlərində yardım edən kişilər" yazısı var idi. "İnanılmaz şeydir! - deyə qadın ucadan dedi - Özünü saxlamaq çətindir!" Buna baxmayaraq, beşinci mərtəbəyə qalxdı. Beşinci mərtəbədəki tabloda: "İşi olan, uşaqları sevən, son dərəcə gözəl olan, ev işlərində yardım edən və çox romantik kişilər" yazılmışdı.

Qadın çox istədi ki, bu mərtəbədə qalsın və özünə tay seçsin, amma buna baxmayaraq özündə qüvvə toplayıb axırıncı mərtəbəyə qalxdı. Altıncı mərtəbədəki tabloda belə bir məzmunda yazı gördü: "Siz bu mərtəbədə 31456012 nömrəli ziyarətçisiniz. Bu mərtəbədə kişi yoxdur. Bu mərtəbə qadınların istəyinin həddi olmadığını bir daha sübut etmək üçün nəzərdə tutulub. Ticarət Mərkəzimizi ziyarət etdiyinizə görə təşəkkür edirik!"

Amma bu Ticarət Mərkəzilə üzbəüz "Qadınlar Ticarət Mərkəzi" də var idi. Birinci mərtəbədə "Gözəl qadınlar", ikinci mərtəbədə isə "Cinsi münasibəti sevən, gözəl qadınlar" var idi. Digər mərtəbələrdə nə olması, naməlum olaraq qalırdı. Çünki ora hələ heç kəs daxil olmamışdır.

Səslərin sayı: 7
43
2876
loading...
Şərhlər
Offline
Iceberg
Xeyli guldum amma ilk bew mertebede men de qane olmadim))
9 aprel 2016 00:04
imza: shafaabdulla.blogspot.com
Offline
Leyla_
oxudum xeberi cox saqolun give_ros blum
27 mart 2015 12:00
Offline
Wirin Qiz
oxudum twkkkkkkkkk
22 yanvar 2015 00:36
Offline
Leyla
qadinin uzu gullurse kisinin cibi aqliyir
15 dekabr 2014 00:34
Offline
Xanim_Xatun
Maraqlı yazı idi..təşəkkürlər..
29 noyabr 2014 16:04
Offline
ملاك
maraqli yazidir, amma baxir hansi qadin
27 noyabr 2014 11:19
Offline
nigar dadasova
Çox maraqli xeberdir
16 oktyabr 2014 16:24
Offline
Əliyeva Dalğa
"İşi olan, uşaqları sevən, son dərəcə gözəl olan, ev işlərində yardım edən və çox romantik kişilər"

Mən 5-ci mərtəbəyə çıxmışam və orda olan yakışıklını seçmişəm)) Təşəkkürlər.
15 oktyabr 2014 13:24
Offline
Qəribə
Maraqlidir, cox sagolun.
14 oktyabr 2014 13:59
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Agat_Kris
Bu hadisəni xarici bir dildə oxumuşdum. çox maraqlıdır))
13 oktyabr 2014 17:54
imza: Pozitiv olun!
Offline
♥♥S.Nur♥♥
Ticarət Mərkəzimizi ziyarət etdiyinizə görə təşəkkür edirik!"

Bu medeni suretde "Bextinizi bir daha sinayin" demekdir mence.Guldum o ki,var.Amma mence qadinlar bu qeder acgoz deyiller.Ekser qadinlar 5-ci mertebeye qalxanda ordaki yazini gorub ele orda da qalarlar.100% eminem buna.Teshekkurler.
13 oktyabr 2014 01:27
Offline
Aysel İ.
sən ölkəni künc bucaq gəz 100 ailəli xanımdan soruş evlənməmişdən qabaq neçəsi həyat yoldaşını tanıyırdı ?

Mənim anam atamı yalnız şəkildə görüb ona elçi gələndə və nişanlananda. Anca bu düz 30 il bundan qabaq olub. Aida ya mən anlamıram, Aydan gəlmişəm, ya sən bu planetin adamı deyilsən. Bəlkədə rayonlarda o da rayonlarda 1000 bir qızı tanımadığana ərə verirlər. Bəzi royonlardan da xəbərim var. Hələ qızı zorla ərə verilən görməmişəm.
13 oktyabr 2014 00:01
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Minira Aslanzade
Bele sey yalniz nagillarda ola biler biggrin
12 oktyabr 2014 23:15
Offline
Aida M-ova
İndiki zamanda belə şey olacağına heç inanmıram. Sən bəlkə çox kitab oxuyursan oxuduğun kitabların təsirindən belə deyirsən? Ancaq indi beləşey milyonda bir də yoxdur.

Oxuduğum kitablarda elə şey yoxdu dash sən ölkəni künc bucaq gəz 100 ailəli xanımdan soruş evlənməmişdən qabaq neçəsi həyat yoldaşını tanıyırdı ?

Bəziləri Aida. Hər kəsə şamil etmək olmaz

Nə bəziləri ?
12 oktyabr 2014 22:44
Offline
Ellada Babayeva
Fatma xanım,
good
Aida M-ova,
Bəziləri Aida. Hər kəsə şamil etmək olmaz.
Digər mərtəbələrdə nə olması, naməlum olaraq qalırdı. Çünki ora hələ heç kəs daxil olmamışdır.

Maraqlı gəldi o mərtəbələr mənə.
12 oktyabr 2014 22:38
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Aysel İ.
O vaxtlar yenə bulaq başında görüb bəyənmək varidi.. indi toy şəkillərindən göstərirlərki bu oğlana səni nişanladıq

İndiki zamanda belə şey olacağına heç inanmıram. Sən bəlkə çox kitab oxuyursan oxuduğun kitabların təsirindən belə deyirsən? Ancaq indi beləşey milyonda bir də yoxdur. belay
12 oktyabr 2014 22:33
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Xəyalə Murad
indi toy şəkillərindən göstərirlərki bu oğlana səni nişanladıq

Belə də olur? Vay-vay....
12 oktyabr 2014 21:58
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Aida M-ova
Yanılırsan canım, o bəlkədə o zamanlar idi. Ki, valideynlər kimə istədsə qızı verirdilər. İndi qızlar ərə getmək xatirinə kar kor seçmirər. Təki oğlannın bir az pulu olsun

O vaxtlar yenə bulaq başında görüb bəyənmək varidi.. indi toy şəkillərindən göstərirlərki bu oğlana səni nişanladıq dash
12 oktyabr 2014 21:55
Offline
Aysel İ.
qarşısına kor-keçəl nə çıxdı evləndirmirlər ?

Yanılırsan canım, o bəlkədə o zamanlar idi. Ki, valideynlər kimə istədsə qızı verirdilər. İndi qızlar ərə getmək xatirinə kar kor seçmirər. Təki oğlannın bir az pulu olsun.
12 oktyabr 2014 21:54
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Xəyalə Murad
Bu xəbəri oxuyanda nədənsə ömrünün 30 ilini "Qadınlar nə istəyir?" sualına cavab tapmağa həsr etmiş bir psixoanlitik Ziqmund Freydin sözlərini xatırladım.
12 oktyabr 2014 21:52
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )