Bakıda hava 23°
USD AZN
EUR AZN
09:19Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər! 09:18Xəyalə Murad Yeni iş və dərs həftəsində hər birinizi xoş gördük!
41062

Tənbəl zəriflərimiz

Gözəllik ondur doqquzu dondur deyib atalar. İndi bunu atalarmı deyib, analarmı deyib dəqiq bilmirəm. Əsas odur ki, el arasında bu deyim var. Həm də çox geniş yayılmış bir deyimdir. Bu deyimi hərfi mənada başa düşən xanımlarımızın sayı həddindən artıq çoxdur. Gözəllik və cazibədarlığı sırf geyim ilə əlaqələndirən xanımlarımız çoxdur. Amma bilmək lazımdır ki, o doqquz donun verdiyi gözəlliyi üzə çıxara bilmək üçün yerdə qalan birə baxmaq lazımdır. Ən əsası 9 don deyil, yerdə qalan birdir. Bu gün mən məhz elə o bir haqqında danışmaq istəyirəm. Çirkin qadın yoxdur, baxımsız qadın var. Bu elə sırf On olan gözəlliyin yerdə qalan birinə aiddir. Unutmayın ki, özünə baxmayan xanım bir dəqiqənin içində hansısa dəbli və qiymətli bir libasla gözəlliyə sahib ola bilməz. Gözəllik daxildən gəlməlidir. Ən birincisi insanın xasiyyətindən asılıdır bu. İnsanın xasiyəti əslində onun üzündə yazılıdır. Sözüm bunda deyil. Bu yazımda mən məhz xanımlarımızın, daha doğrusu tənbəllik edərək zamanın yoxluğunu bəhanə edən xanımlarımızın baxımları barədə danışacağam. Lap dəqiq desəm, onlara baxımlı olmağın yollarını göstərəcəyəm.

Tənbəl zəriflərimiz

Səhər tezdən duran hər bir kəs təbiidir ki, ilk olaraq əl-üzünü yuyur. Özünə baxıma elə buradan başlaya bilərsiniz. Üzünüzü üz üçün olan təravətləndirici, qidalandırıcı bir şampunla yuyun. Elə çanağın yanında, əlinizin altında dursun o şampun. Sadəcə olaraq tək lazım olan üz dərinizə uyğun bir şampun almaqdır. Bunda çətinlik çəkənlər isə sadəcə olaraq uşaqlar üçün olan şampunlardan istifadə edə bilər. Buna elə də çox vaxt lazım olmur, elə deyilmi? Sadəcə bir neçə saniyənizi alacaq bu prosedur. Sonra mətbəxə keçib çayı hazırlayarkən üzünüzə bir balaca kub şəklində olan buz sürtün. Buzu da əvvəlcədən soyuducunun buzxanasında saxlayın. Ən çox bir dəqiqə vaxtınızı aparacaq bu prosedur. Əlavə iş görə-görə də bir əlinizlə onu üzünüzə çəkə bilərsiniz. Beləcə həm yuxudan tam ayılmış olacaqsınız, həm də üzünüzdəki hüceyrələr canlanacaq və üzünüzdəki qan dövranı yaxşılaşmağa və sürətlənməyə başlayacaq. Çox demirəm, bircə həftə bunu edin. Ətrafınızdakılar belə üzünüzün şəffaflaşdığını hiss edəcəkdir. Mən bunların hamısını şəxsi təcrübəmdən deyirəm.

Tənbəl zəriflərimiz

Uşaqlı analar da qəti əziyyət çəkməsinlər. Lap tutalım ki, süd verən anadırsa, uşağına süd verməzdən əvvəl həftərə 2-3 dəfə üzünə adi maska çəkə bilər. Süd vermə proseduru müddətində o maska üzdə qalacaq və beləcə əlavə vaxt da itirməmiş olacaqsınız.

Başınızı yuyacaqsınız? Çox gözəl. Başınızı yumazdan əvvəl üzünüzə skrab hazırlayın çəkin. Eyni miqdarda soda, unu qarışdırın sonra isə qatı məhlul alınana qədər qatıq əlavə edin üzərinə və üzünüzə çəkin. Başınızı şampunlayıb yuyanda üzünüzü də yuyun. Vəssalam. Digər bir skrab resepti verim. Sodanı üz şampununuzlar qatı məhlul halına gələnə qədər qarışdırıb üzünüzə çəkə bilərsiniz. Bundan əlavə pilinq də tətbiq edə bilərsiniz skrab əvəzinə. Misal üçün, duz, şəkər tozu və zeytun yağınız qarışdırıb üzünüzə çəkə və başınızı isladıb şampunlaya, şampunu yuyanda isə üzünüzü də yuya bilərsiniz.

Görürsünüzmü, əslində burada çətin heç bir şey yoxdur. Sadəcə olaraq eyni anda iki işi görməyə alışmaq lazımdır. Onu da qeyd edim ki, özünüzə üz baxımı və ya hər hansısa bir kosmetoloji baxım edərkən əhvalınız istər-istəməz yaxşılaşacaq. İnanmırsınızsa, bunu yoxlaya bilərsiniz.

Ayağınızda çatlar varsa, tənbəllik etməyin, qliserin, vazelin və zeytun yağını qarışdırıb yatağınızın yanında saxlayın və yatarkən ondan bir miqdar ayağınıza çəkib corab geyin və yatın. Əlinizdə qalan miqdarı elə əlinizin üstünə də çəkib yata bilərsiniz və ya əlinizə aid başqa hər hansısa xüsusi hazırlanmış və ya alınmış kremdən çəkib yatra bilərsiniz.

Tənbəl zəriflərimiz

İndi isə sırf Qadın.Netin istifadəçi və vaxt tapmayan xanımlarına müraciət edirəm. Siz elə bizim saytımızda gəzə-gəzə də üzünüzdə maska saxlaya bilərsiniz və ya hər hansısa bir xəbəri hazırlayarkən əvvəlcə bir neçə saniyənizi özünüzə sərf edin və üzünüzə maska çəkin. Sonra isə başlayın işinizlə məşğul olmağa.

Siz kompyuterlə məşğul olarkən onsuz da sifətiniz boş-bekar durub ona diqqət yetirəcəyiniz anı gözləyir. wink  Ona görə də tənbəllik etməyin və sadəcə bunu etməyi istəyin. Onda görəcəksiniz ki, zaman sadəcə bəhanədir. Dünyanın hər tərəfində hər kəsin hər gün sadəcə 24 saatı olur. Amma bəziləri çox gözəl tədqiqatlar aparır, bəziləri elmi nailiyyətlər əldə edir, bəziləri kəşflər edir, bəziləri isə vaxt azlığından şikayət edir. O zaman bu bəzilərinə aid olan qrupların hər birini qarşılaşdırmaq lazımdır ki, bir alim necə olur ki, 24 saatın içinə hər şeyi sığdıra bilir, amma adi bir evdar qadın sadəcə ev işlərini sığdırır və hələ vaxtının çatmadığına da eyham vurur. Əslində ən çox zaman elə evdar xanımlardadır. Ev işləri ilə məşğulkən özünüzə də rahatlıqla qulluq edə bilərsiniz.

Ümid edirəm ki, yazdığım bu məqalə az-çox heç olmasa bir-iki xanımın karına gələcəkdir. 

Səslərin sayı: 9
27
3087
loading...
Şərhlər
Offline
S.S.E.
Qadin her zaman baximli olmalidir.Gozellik ucun tenbel olmayaq.
8 fevral 2015 20:41
Offline
gunay
Lazimli xeber oldu,tesekkurler.
29 yanvar 2015 10:33
Offline
Deniz N-va
Sagol Agatim bes men xestelerle mesqulken bunu nece edim??? give_ros
14 noyabr 2014 10:52
Offline
Rüzgar
Faydalı xəbərdi. Təşəkkürlər give_ros
31 oktyabr 2014 18:13
Offline
Aysel İ.
Allah qəbul etsin, Dəniz. Amin.

Allah razı olsun,təşəkkür.
Bunu oxudum elə bildim Narının pinqvinini yazmısan Dənizin o xəbərinin təsiri hələ də qalıb

Ceylan xanım onun təsiri bitməmiş yenisi gəlirlol
İnan ki, mən bunu yazacaqdım. Sən məndən çox yaşayacaqsan. Mən belə bir iş görsəm, qızım mənim başıma, oyun açar. Qulağıma sırğa taxmıram, onun əlindən. Süd içə-içə, tənbəllik etmir, qulağıma da çatır. Maskanı etsəm, təsəvvür edirəm, nələr baş verəcəyini...

Məni yalnız sən anlarsınlol


Bu qeder qarinquluduuuu?

Qarınqulu olmağına elədir. Ancaq bekar qalmağı da sevmir eyni zamanda bir çox hərəkətləri edirlol
11 oktyabr 2014 19:47
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Realist
Gündə ən az 5 dəfə dəstəmaz almaq üçün əl üzümü yuyuram.

Allah qəbul etsin, Dəniz. Amin.
oğlum südü buraxıb üzümdəki maskanı eşib yeyər

İnan ki, mən bunu yazacaqdım. Sən məndən çox yaşayacaqsan. Mən belə bir iş görsəm, qızım mənim başıma, oyun açar. Qulağıma sırğa taxmıram, onun əlindən. Süd içə-içə, tənbəllik etmir, qulağıma da çatır. lol Maskanı etsəm, təsəvvür edirəm, nələr baş verəcəyini... girl_cray
11 oktyabr 2014 19:39
imza: "Bu dünya həyatı möminin zindanı, kafirin isə Cənnətidir". (Muslim, 2956; Əhməd 8272; Tirmizi 2426; İbn Məcəh 4113).
Offline
♥♥S.Nur♥♥
Inan ki, oğlum südü buraxıb üzümdəki maskanı eşib yeyər.

lol lol Bu qeder qarinquluduuuu? crazy
11 oktyabr 2014 19:10
Offline
Ceylan Mumoğlu
Fatma xanım,
mənim pilinqim

Bunu oxudum elə bildim Narının pinqvinini yazmısan biggrin Dənizin o xəbərinin təsiri hələ də qalıb mocking
11 oktyabr 2014 18:18
Offline
Nəzrin
Əla məsləhətləri bacı şəxsi təcrübənnədirsə deməli etməy olar daban üçün olan maskadan edəcəm çox sağol
11 oktyabr 2014 17:04
Offline
Qəribə
Ümid edirəm ki, yazdığım bu məqalə az-çox heç olmasa bir-iki xanımın karına gələcəkdir.

təşəkkürlər gözəl məsləhətlər üçün bacim.
11 oktyabr 2014 16:56
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Agat_Kris
Bəlkə, sənin bu xəbərin məni bir az da olsa, ayıldar. Təşəkkür edirəm.

Gör neynirsən da :) Qadın tənbəllik etsə belə, laap əvvəldən özünə baxmağa bəzi şeylərə riayət etməlidi ki, yaş ötdükcə eləmədiyinə peşman olmasın.

en azi menim karima gelecek...

Nə gözəl, sevindim. give_ros

Ellada Babayeva,
Sən əlini çox vurma suya, hər dəfə evdən çıxanda mütləq yüksək yağlılığı olan əl kremi vur əlinə. Gecələ də o dabana yazdığımı əlinə vur yat :)
11 oktyabr 2014 16:11
imza: Pozitiv olun!
Offline
Aysel İ.
Görürsünüzmü, əslində burada çətin heç bir şey yoxdur. Sadəcə olaraq eyni anda iki işi görməyə alışmaq lazımdır. Onu da qeyd edim ki, özünüzə üz baxımı və ya hər hansısa bir kosmetoloji baxım edərkən əhvalınız istər-istəməz yaxşılaşacaq. İnanmırsınızsa, bunu yoxlaya bilərsiniz.

Mən çox vaxt burda oturub xəbərləri oxuyan zaman Üzümü sapla....Yəni iki işi bir yerdə.lol
11 oktyabr 2014 15:58
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Xəyalə Murad
Dəyərli məsləhətlərdir Agat imkan edib ayrı ayrılıqda oxuyub fikir bildirəcəm
11 oktyabr 2014 15:36
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
איסון ממדוב.
Can gozel xebercin cox saqol mama seher masqa etmisdi uzunu o qeder gulmusem yoldasim deyir gulmeye ders gotur dash
11 oktyabr 2014 15:32
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
°ღ Zayka •.°ღ
Maraqli xebere gore cox sagil baci.mendede vaxt yoxdu guya.o qeder maskalar yazmisamki edecem deye 3 aydi yazmisam bu gun ederem sabah edetem deye qakmmisam axirda resepti itirdim
11 oktyabr 2014 15:25
Offline
♥Aynişka Gülüm♥
Mən də maskalar barədə çox tənbələm,təşəkkürlər gözəl məsləhətlər üçün!
11 oktyabr 2014 14:56
Offline
Ellada Babayeva
Mən üz dərimə qulluq 14- yaşımdan edirəm. Soyuq su ilə üzümü sabunla yuyuram. Adını deməyim reklam olar. biggrin Qabıq elədə vermir. Üz dərim normaldır. Sonra üzümü lasyonla silib üz dərimə düşən krem vururam. Mənim əllərim çox qurudur dərim öz - özünə çatlayır.
11 oktyabr 2014 14:49
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Fatma xanım
Dəniz84,
mənim pilinqim vannada durur hərdən onunla yuyuram üzümü ama həmişə olmur də
11 oktyabr 2014 14:41
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Aysel İ.
Dəniz84,
Allah qəbul eləsin canım

Təşəkkürlər Fatma xanım.
Başınızı yuyacaqsınız? Çox gözəl. Başınızı yumazdan əvvəl üzünüzə skrab hazırlayın çəkin. Eyni miqdarda soda, unu qarışdırın sonra isə qatı məhlul alınana qədər qatıq əlavə edin üzərinə və üzünüzə çəkin. Başınızı şampunlayıb yuyanda üzünüzü də yuyun. Vəssalam.

Əllbəttə bu qədər asan.
11 oktyabr 2014 14:38
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Fatma xanım
oxudum utandım bu yazılanlar mənə aiddi heç nəyə həvəsi olmayan mənəm
Dəniz84,
Allah qəbul eləsin canım
11 oktyabr 2014 14:36
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!