Bakıda hava 12°
USD AZN
EUR AZN

Hər qadın bunları bilməlidir

Hər qadın bunları bilməlidir
Ailə, iş həyatı, uşaqlar, həyat yoldaşı, sevgilisi, ata-anası ... Bütün bunlarla yanaşı qadınlar elə bir xüsusiyyətlərə malikdirlər ki, hətta onlar özləri özlərinə bunun üçün təşəkkür etməli və dəyər verməlidir. Gəlin, onlardan bir neçəsinə nəzər salaq.
Gözəllikləri
Kişiylə eyni vaxtda oyanıb, eyni vaxtda evdən çıxan qadına rica edirik bir baxın. Kişi hər bir halı ilə "Mən yeni oyandım, yuxumu tam almadım" deyə bağırarkən qadın axşama qədər davam edən bir gözəllik timsalıdır. Saçları, qiyafəti, makiyajı ilə sizə “Görəsən, bunun üçün neçə saat məşğul oldu” dedizdirər. Məsələ bu görünüş üçün neçə saat sərf etdiyi deyil, özünün buna layiq olmasına inanması və əmək verməsidir. Bunu deyən kişilər, görəsən, niyə bir 10 dəqiqə ayırıb ən azından qadının yarısı qədər cəlbedici görünməyi sınamazlar. Sırf bu belə qadının özünə təşəkkür etməsi üçün bəs edər.
Əfv etmələri
Çox  vaxt xor görülən "Amaan, nə edirsən et, qadın əfv edər" deyərək kiçik görülən bir xüsusiyyətdir. Amma bir qadının ən güclü tərəfi əfv edən olmasıdır. Bir övlad, bir ana, bir yoldaş, bir sevgili olaraq daim əfv edən və qucaq açandır qadın. Bunu aciz və ya qorxaq olduğu üçün etməz, bu xüsusiyyəti böyük ürəkli olmasının səmərəsidir. Münasibətlərini davam etdirmək, insanlara daha bir şans vermək, xətanın insana xas bir hal olduğunu qəbul etdiyindən gəlir bu. Siz nə deyirsiniz deyin, adını nə qoyursunuz qoyun, hər insanın asan əldə edə bilməyəcəyi bir böyüklükdür və bu da qadının özünə təşəkkür etməsini lazım bilməli olduğu gözəl bir xüsusiyyətdir.
Hər qadın bunları bilməlidir
Hər gün göstərdikləri insani səylər
Səhər işə gedib, axşam işdən qayıdan kişilərin deyinməkləri hamımıza məlumdur, kimsə "elə bir şey yoxdur" deməsin. Amma kişilər qadınların gün boyu sərf etdikləri enerjinin yarısına belə çatmazlar. Məsələ sadəcə fiziki güc sərf etmək deyil, ruhən də həyata qarşı durmaqdır. Hələ işləyən uşaqlı bir ananın yaşadıqlarını bir kişinin bilməsi imkansızdır. İş həyatı, evlilik, uşaqlar, öz ruh halı kimi gəl-getlər içində dağılmadan, tarazlığı pozmadan, yıxılmadan dimdik dura bilmək, kiminsə xətrinə dəyməsin deyə “güc” tələb edir və o güc qadının özünə təşəkkür etməsini tələb edən böyük bir gücdür.
Evlərinə qatdıqları istilik
Yoldaşı bir neçə günlüyə bir yerə getmiş kişini gözləriniz önünə gətirin. Bundan əlavə təsəvvür edin ki, kişinin evdə baxmalı olduğu uşaq da var. Bu zaman kişi yorular, əldən düşər, evə girdiyi zaman bir səssizlik, bir çarəsizlik, bir soyuqluq hiss edər. Deməli, soyuqluq qadının gətirdiyi istiliyin onunla bərabər getdiyi üçündür. Qadın bir evə səs, istilik, səmimiyyət, rahatlıq gətirir. Bunu o gedincə bilmiş olmamız bizim üçün, əslində, çox ayıbdır. Şəfqəti, mərhəməti, sevgisi, şirin dili ilə bir qadının ev mühitinə verdiyi istiliyi başqa heç bir qaynaqdan almanız mümkün deyildir. Bunun qiymətini bilin!
Ailəsinə bağlılığı və həsr olunması
Hamımız “Başqa necə olmalıdır ki?” deyə düşünürük. Əlbəttə ki, bu, belə də olmalıdır. Amma bu, qadının möhtəşəm xüsusiyyətlərindən biridir. Bir qadının ailəsinə olan bağlılığı, onların xoşbəxtliyinə olan düşkünlüyü qədər güclü başqa bir duyğu yoxdur. Bir uşağın ağlarkən “ana”  deyə ağlamasının arxasında bu həqiqət dayanır. Uşaq bilir ki, hər şərtdə, hər fürsətdə onu nazlayacaq, onu qoruyacaq, onu heç kimə əzdirməyəcək bir anası vardır. “Ata elə deyilmi?” deyə soruşmuş ola bilərsiniz. Təbii ki, bir ata da ailəsi üçün hər şeyi gözə alar, ancaq bir ana kimi bütöv və yerli-yerində olması mümkün deyildir. 
Hər qadın bunları bilməlidir
Hərtəfli olma bacarıqları
Qadının sərf etdiyi enerjidən bəhs etmişdik, bu enerji hərtərəfli olmağı ilə də fərqləndirilir. Həyatının onlarca hissəyə ayrılmış olması, hər hissənin ayrı-ayrı xüsusiyyətləri lazım bilmiş olması bir qadını qorxutmaz. Buna uyğun tarazlığı qurmaqda və müvəffəqiyyətlə irəli doğru davam etməkdə bir qadından yaxşısı yoxdur. İş həyatında müvəffəqiyyətli, ev işlərində bacarıqlı, uşaq böyütməkdə səbrli, yoldaşıyla münasibətdə tarazlığı yarada biləcək ancaq və ancaq bir qadının uğurla edəcəyi şeylərdir. Bu işləri 3 gün kişiyə elətdirin\ə 6 ay özünə gələ bilməyəcək. Sınayın, görün.

Hər nə olursa olsun, başlarını dik tutub davam etmə bacarıqları

Bir qadının xoşa gəlməz hadisələr qarşısında əsla başını əyməməsi, yoluna davam edəcək gücü hər zaman özündə tapması çox gözəl bir xüsusiyyətdir. Bu elə bir xüsusiyyətdir ki, hər bacarıqlı kişinin arxasında bir qadın olmasının əsas göstəricisidir. Qadın sadəcə öz başını dik tutmaqla qalmaz, həyatındakı insanların da çətin anlarında daim bir məsləhətçi kimi yanlarında dayanar. Ayrılıq, itirmə və s. ağlınıza gələcək bütün xoşagəlməz hadisələrdə qadın başını qaldırıb yoluna davam edər.

Xəyallarının arxasınca qaçmaqdan əsla imtina etməmələri
Nə olursa olsun, bir qadın xəyallarından əsla imtina etməz. Onu içində bir yerdə mütləq gizli saxlayar. Gec ya tez bu xəyalının ucundan mütləq tutar. Bəlkə hər şey istədiyi kimi olmaz, amma xəyalının kiçik bir hissəsindən tutub onda bütün xəyalını yaşamaq kimi yüksək bacarıqları vardır qadınların.
Həyatlarının nizamını öz əllərində tutarlar.
Lazım olduğu zaman hər şeyi arxada buraxıb yeni bir həyat qurma bacarığı qadınlarda kişilərə nisbətən yüzlərcə qat daha çoxdur. Yetər ki, bir qadın həyatına bağlı belə bir qərar alma nöqtəsinə gəlsin. Qadınların bu qərarı əsla elə-belə alınmış, üstündə yetərincə düşünülməmiş qərarlar deyildir. Bir qadın həyatının ipini daim əlində tutar və lazım olduğu zaman səmti dəyişdirməyi çox yaxşı bilər. Bunun gətirdiyi maddi, mənəvi bütün yükləri öhdəsinə almağa hazır olan bir qadının qarşısında dağ belə olsa, dura bilməz. 
Şəxsiyyətini qoruya bilmək
Cəmiyyətin, insanların bütün təzyiqlərinə, bütün məhdudiyyətlərinə qarşı dimdik ayaqda dura bilmə, öz şəxsiyyətlərini sonuna qədər qoruya bilmə qabiliyyətləri heyranedicidir. Dünyada qadın üzərində təzyiq qurmağa çalışılmayan heç bir yer yoxdur. Hər yerdə qadını əzməyə çalışırlar, aşağı sinif insan kimi rəftar görürlər. Qadın öz şəxsiyyətinə sahib çıxır və bu şəxsiyyətlə var olmaq mübarizəsi aparır. Yüz illərdir davam edən bu mübarizəsindən qadın əsla çəkilməyib, dırnaqları ilə qaza-qaza var olmağa səy göstərir və əsla məğlub olmur. Ən kiçik bir xoşagəlməz hadisədə həyata küsənlərin bu həyat hekayəsi qarşısında papaqlarını qarşılarına qoyub düşünmələri lazım deyilmi?
Hər qadın bunları bilməlidir
Həssas olsalar da, hadisələr qarşısında soyuqqanlılıqlarını qoruma və məntiqli davranma bacarıqları.
Qadın və həssaslıq - illərdən bəri bir yerdə deyilən iki kəlmə... Qadının həssaslığına deyiləcək söz yoxdur, amma həssas olmaları bu qədər önə çıxarılan qadınların çətin şərtlər qarşısında göstərdiyi soyuqqanlı hərəkətlər, bir qərar verərkən ortaya çıxardıqları məntiqli düşünmə qabiliyyətindən niyə bəhs edilmir? Qadının məntiqli və soyuqqanlı davranma bacarığı niyə həmişə nəzərə alınmır? Halbuki, məntiq bir qadının ən az həssaslıq qədər sahib olduğu bir xüsusiyyətidir və hər qadın buna görə də özünə təşəkkür etməlidir.
Və təbii ki, insan yetişdirməkdə olan yüksək nailiyyətləri
Son olaraq bir qadının uşaq böyütməkdəki yüksək bacarığı və təsiri. Hər insan bir qadının bədənindən və əlindən çıxmışdır. Bundan sonrası varmı?
Səslərin sayı: 9
35
3819
loading...
Şərhlər
Offline
Roya Hesenova
Qadının xoşa gəlməz hadisələr
qarşısında əsla başını əyməməsi,
yoluna davam edəcək gücü hər
zaman özündə tapması çox gözəl
bir xüsusiyyətdir.
4 mart 2015 16:04
Offline
S.S.E.
Xəyallarının arxasınca qaçmaqdan
əsla imtina etməmələri
6 fevral 2015 00:50
Offline
S.S.E.
Qadının xoşa gəlməz hadisələr
qarşısında əsla başını əyməməsi,
yoluna davam edəcək gücü hər
zaman özündə tapması çox gözəl
bir xüsusiyyətdir.
16 yanvar 2015 15:12
Offline
Xanim_Xatun
Veee..butun bu sadalananlara gore qadinlarin qiymetini bilmek lazimdir.

Əlbətdəki elə də olmalıdı..
27 dekabr 2014 13:46
Offline
H.M
Veee..butun bu sadalananlara gore qadinlarin qiymetini bilmek lazimdir.
24 dekabr 2014 01:44
Offline
Xanim_Xatun
Maraqli yazidir cox sag ol..

Siz sag olun..
2 dekabr 2014 15:17
Offline
Ulker.Agamali
Bir qadin ucun bu xususiyyetlerin hamisi gereklidir
22 noyabr 2014 16:11
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
mira-kerim
Maraqli yazidir cox sag ol..Orda yazilibki ne olur olsun imtina etmeyin yeniki xeyallarimizin daliycan gedin.amma bezen insanin ümidini elinden alirlar ve davam etmeye güc qalmir. recourse
11 noyabr 2014 22:19
imza: Ne qeder sade olmaq isteyirem,amma alinmir..)))))))
Offline
PƏRVANƏ ƏLİYEVA......
Yazilanlari oxuduqca deyimki bunlarin hamisi mende var.Eyer butun bu yazilanlar her bir xanimda olsa inaninki onun aileside munasibetleride mohkem uzun omurlu olacaq..Kishilerde qedrimizi bilim bizlere her zaman deyer verseler yaxshi olar.Yazilanlar esl qadina esl xanimlara aiddi.Coxsaqolun deyerli yaziya gore..Allah razi olsun sizden give_ros
11 noyabr 2014 21:54
Offline
Xanim_Xatun
Əfv etmək xanasını çıxmaqla digər hissələri oxudum və tam özümlə fəxr etdim Gözəl, həqiqət dolu xəbərin üçün çox sağol Xanım Xatun Yeni-yeni xəbərlərini oxuyaq.

Cox sag ol xəyişim..Sən məni çox ruhlandırırsan hər işimdə..
3 noyabr 2014 16:16
Offline
Asi
Hər nə olursa olsun, başlarını dik tutub davam etmə bacarıqları

Bir qadının xoşa gəlməz hadisələr qarşısında əsla başını əyməməsi, yoluna davam edəcək gücü hər zaman özündə tapması çox gözəl bir xüsusiyyətdir. Bu elə bir xüsusiyyətdir ki, hər bacarıqlı kişinin arxasında bir qadın olmasının əsas göstəricisidir. Qadın sadəcə öz başını dik tutmaqla qalmaz, həyatındakı insanların da çətin anlarında daim bir məsləhətçi kimi yanlarında dayanar. Ayrılıq, itirmə və s. ağlınıza gələcək bütün xoşagəlməz hadisələrdə qadın başını qaldırıb yoluna davam edər.

Cox gozel yazilib tesekkurler give_ros
27 oktyabr 2014 17:41
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
Narin...
Nə gözəl və maraqlı xəbərdir, davamlı olsun. Oxuduqca özümü təsəvvür etdim bir anlıq. good
10 oktyabr 2014 13:58
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Xalidə Həsənzadə
Bele xeberiniz davamli olsun cox sagolun..heqiqetende bele seyleri xanimlarimiz bilmelidi
9 oktyabr 2014 17:18
Offline
nigar dadasova
Xebere gore tesekurler
9 oktyabr 2014 15:19
Offline
Ellada Babayeva
Aida M-ova,
Deyimdə. Təşəkkürlər. give_ros
9 oktyabr 2014 14:35
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Aida M-ova
Ellada Babayeva,
Təşəkkürdə demək lazımdır blush
9 oktyabr 2014 13:53
Offline
Ellada Babayeva
Aida M-ova,
Aida onsuzda biz özümüzlə fəxr edirik.. girl_ang
9 oktyabr 2014 13:40
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Qəribə
Çox maraqlı ve gözəl mövzudur, təşəkkür edirem.
9 oktyabr 2014 13:19
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Aida M-ova
Qadınların özlərinə hər gün təşəkkür etməsi və fəxr etməsi üçün yazılmış gözəl mövzudur girl_smi
9 oktyabr 2014 11:31
Offline
Hacət-i Vuslat
"Qadın"... Çox gözəl təsvir edilib. Kişi olsaydım bu məqaləni oxuduqdan sonra qadınlara qibtə edərdim.
Son günlərdə çox qarışıqdır bu mövzudakı düşüncələrim. Yeni ailəiçi strategiyaya keçmişəm. ya batacam. ya da... Allah hər kəsin köməyi olsun.
9 oktyabr 2014 11:17
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!