Zəli əksər insalara görə müalicə effekti verməsinə baxmayaraq qorxulu yuxudur. Olduqca vahiməli görünən bu kiçik soyuq qara qurd nə qədər şəfaverici olsa da, əksəriyyət bu kiçik heyvandan qorxmaqla yanaşı iyrənir, bu cür müalicəni əsla qəbul etmir.
Düzdür, ilk baxışda insana olduqca iyrənc təəssürat bağışlayan, qanla qidalanan, üstəlik bədəni deşib az da olsa içəri daxil olan bu qurd heç də məsum görünmür, amma fakt budur ki, zəli insana ziyandan çox xeyir edir və dünya da bu cür müalicə üsulunu müsbət qəbul edib tətbiq edir. İndi istənilən apteklerdə iri bankalarda zəlilərin satıldığını müşahidə etmək mümkündür. Bu o deməkdir ki, zəli heç də nadir tapıntı deyil. İstənilən an kiçik bir prosedurla ağrılardan qurtulmaq mümkündür. Amma baxır bu proseduru kim və nə səbəbdən edir.
Dünyada zəlinin 500-ə yaxın, Azərbaycanda isə 17 növü var. Zəlinin yalnız bir növü - tibb və ya aptek zəlisi insana faydalıdır. Digərlərinin isə heç bir müalicəvi effekti yoxdur və bu zəliləri də apteklərdə yalnışlıqla almaq qeyri-mümkündür. Üstəlik zəli terapiyasını xüsusi insanlar edir deyə hər kəsə bədəni əmanət etmək də olmaz. Nəzərə alsaq ki, apteklərdə zəlinin qiyməti ucuz, eləcə də hər kəsə satılır, o zaman saxta zəli müalicəsi ilə məşğul olanların da ola bilmə ehtimalını nəzərə almaqda fayda var. Hazırda apteklərdə bir zəlinin qiyməti 1-2 manat arası dəyişir və zəli xüsusi qablarda maye içərisində alıcıya verilir.
Terapevt Xatirə İsayevanın sözlərinə görə, zəli ilə müalicə etməyi hər həkim bacarmır. Akanpunktur müalicəsi kimi xüsusi nöqtələrin bilinməsinin vacib olduğunu deyən terapevt bildirir ki, yanlış nahiyəyə qoyulan zəli xeyirdən çox ziyan törədir. Klinikalarda zəli qoyma üzərində illərdir çalışan həkimlər var və zəli qoyulacaqsa, hökmən bu işi bilən birinə yaxınlaşmaq lazımdır: "Zəli müalicəsinin effekti çox yaxşıdır. Amma bu gün bu müalicədən imtina edənlərin sayı da kifayət qədərdir. Hər 10 insandan 8-i müalicədən imtina edir. Zəli terapiya elə terapiyadır ki, gərək qorxmayasan, rahat, sərbəst olasan. 1 saata yaxın davam edən terapiyada qorxmaq, diksinmək, iyrənmək müalicənin effektini azaldır. Terapiyaya gedən insanların ilk qorxusu ağrı olur".
Onun sözlərinə görə, zəli dişləyəcək, bədənə girəcək, deşik açacaq və s. kimi yanlış düşüncələr vadar edir ki, xəstə terapiyadan imtina etsin. "Zəli dişləmir, əksinə dərini cəmi 1,5 mm dərinlikdən "mişarlayıb" deşir. Özü də diş yerini o özü axtarıb müəyyən edir. Bu, bioloji aktiv nöqtələridir. Proses ağrısızdır. Çünki zəli qana həm ağrıkəsici maddə buraxır, həm də dişlək yerinin ətrafını qanın laxtalanmasına mane olan maddələrlə isladır".
Zəlinin ağız suyunun tərkibində 60-dan çox zülal komponentləri var ki, bu da zəlinin müalicəvi təsirini şərtləndirir. Ənənəvi olaraq zəlini venoz genişlənmələr olan yerə qoyurlar. Zəlinin dişlədiyi yerdə damarlar genişləndiyi, bəzi yerlərdə isə daraldığından dərindəki orqanlardan "durğun" qanın qovulması təmin edilmiş olur. Məhz bu səbəbdən zəli ürək-damar, ginekoloji, qalxanvari vəz xəstəliklərində aterosklerozda, babasildə çox yaxşı kömək edir. Müalicə nəticəsində qan dövranı yaxşılaşır, toxumlar oksigenlə zənginləşir. Pasiyentin qan təzyiqi stabilləşir, hormonal fon və maddələr mübadiləsi bərpa olunur.
Terapevt qeyd edir ki, zəli terapiyasında yaşa xüsusi diqqət yetirmək lazımdır. Müəyyən olunmuş yaşdan kiçik və ya artıq o yaşı keçmiş insanlara qoyulan zəlinin ziyanı ilə yanaşı ümumiyyətlə, effekt verməməsi halları da mümkündür: "17-18 yaşından aşağı, eləcə də 70 yaşı keçmiş insanlar üçün zəli terapiya məsləhət görülmür. Klinikalarda bu yaş həddinə diqqət yetirilir. Ev şəraitində zəli qoyulacaqsa, bu yaşa mütləq diqqət yetirmək lazımdır. Terapiyadan sonra yaranın yerini yod və ya brilliant yaşılı (zelyonka) ilə silmək olmaz, əks halda yara yanıqları yarana bilər. Yara üzərinə təmiz parça qoyub 3 gün müddətində təmiz saxlamaq lazımdır".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Baharın rəng trendi
Elektrik sobasını təmizləməyin ən sadə yolu
"ASAN xidmət"də yenilik
Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsi qaydaları dəyişdi
HAVA necə olacaq?- 5 fevral
Azərbaycanla Çin arasında informasiya sahəsində əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə edildi
"Şrek" qərarını verdi
Yumurta XƏBƏRDARLIДћI
Yam-yaşıl ada
"Facebook" məşhur səhifələri yoxlamağa başlayacaq
Buraxılış sinif şagirdləri haqqında məlumatlar TQDK-nın sisteminə daxil ediləcək
2019-cu ildə Facebook-u nə gözləyir?
Məhkəmə Cem Yılmazın iddiasını rədd etdi - VİDEO
Deputatlar hansı telefondan istifadə edirlər?
Qısa saçlar üçün saç yığma modelləri
Yayda təbiətin gözəlliyi
Qəhramanların qeyri adi qorxuları...
Dünyaca məşhur serialın filmi çəkilir – VİDEO
Saçlarınız üçün faydalı maskalar
Hülya Avşar FOTOsu ilə diqqət çəkdi
Bunlar kişilər üçün zərərlidir
Messinin yoldaşından milyon “like”lıq paylaşım - FOTO
Dünyanın maraqlandığı balaca qızın yeni görüntüsü
Topladığı qəpiklər sayəsində “Cek pot” uddu
Rayon adamları Bakıda sosial ev ala bilməyəcəklər
3 yaşlı uşaq Dünyanı Heyrətləndirdi-VİDEO/FOTO
2010-cu ilin 10 ən gözəl qadını
Dünyaya gəlişi də, gedişi də payıza təsadüf edən dahi
Deputatdan hökumətə təkliflər: “Uşaq pulu” bərpa edilsin”
Gürcüstanda qəza: Azərbaycan səfirliyinin birinci katibinin qızı xəsarət alıb
Məşhur modellər ilk dəfə səhnədə necə görünürdülər?
"Günəşli" yatağındakı 220 nömrəli quyu əsaslı təmirdən sonra
Gözəllik Müsabiqələrindəki Qalmaqallar-FOTO
Ukraynanın birinci xanımından maraqlı AÇIQLAMA
Mehriban Əliyevaya orden verildi
“Facebook” qocalır
Gürcüstanı su basdı
Gözəl sırğalar
Ayaqqabılar
Uşağınız tez-tez ağlayırsa...
Devid Bekhem ilk dəfə filmə çəkildi
Şamı (foto resept)
İlham Əliyev Rusiyanın “RİA Novosti” agentliyinə müsahibə verib
Azərbaycanda zəlzələ oldu
İkimərtəbəli evini "iPhone 6"-ya dəyişən var
Hava haqqında
Məşhur aktyoru səhnədə bıçaqladılar-FOTO
Məşhur aktrisa sosial mediadan imtina etdi
Rusiyada 24 saatda iki dəfə vulkan püskürdü: Narıncı təhlükə kodu elan edildi - VİDEO
Eyni bal toplayanlar arasında seçim necə aparılacaq? - RƏSMİ
- ŞƏRHLƏR