Elə ki, vuruldum gül camalına,
Eşqini ömrümün mayağı sandım,
Yaxşı ki, yetirdim gözəl halına,
Onu bu sevdanın boyağı sandım.
Həyat coşğun dəniz, biz kiçik ada,
Tufan qərq eyləsə, kim yetər dada?
Dünya başdan-başa cənnət olsa da,
Sənsiz keçən ömrü bayağı sandım.
Tapdama sənsiz saf eşqi, saf məhəbbəti,
Bəlkə də beləymiş tale qisməti.
Şair Zülfüqarın eşqi, qisməti,
Səni yatmış bəxtin oyağı sandım
Ağladım
Gəldim ki, baş çəkim, ay gözəl pəri,
Qıfılı qapıda görüb ağladım.
Bilməm dəli oldum, ya ki, sərsəri,
Çəkib kənarda durub ağladım.
Murdar qonşuların pis nəzərləri,
Yüklədi sinəmə qəmi-kədəri.
Çəkdiyim əzabın yoxdu qədəri
Utanıb lap yerə girib ağladım.
Zülfüqaram ahım ucaldı göyə,
Özümü aldatdım bilmirəm niyə.
Gəldiyim yol ilə dönüb geriyə,
Öz qəm karvanımı sürüb ağladım.
Neyləyim
Bir zaman könlümü ovlayan pəri,
Etmədi dərdimə çarə, neyləyim?
Hər yada saldıqca keçən günləri,
Çəkir sinəm üstə yara, neyləyim?
Görən hara baxır ala gözləri,
Kimlərlə tutuşub söhbət-sözləri?
Ot basıb cığırı, itib izləri,
Yolun salıb uzaqlara neyləyim?
Kövrək ürəyimi döndərib daşa,
Ömür sona yetdi, az qalıb yaşa.
Zülfüqar, huş gedib, cəm olmur başa,
Olmuşam mən günü qara, neyləyim?
Dinlə məni
İnsaf eylə, bir yaxın gəl,
Bax, sinəmin yarasına.
Sən atdığın oxdu, gözəl,
Gör batıbdı harasına?
Huş dağılıb, yığammıram,
Göz yaşımı boğammıram.
İnan, sənsiz sığammıram,
Yerlə göyün arasına.
Nə yatdıq, nə yuxu görək,
Sevməyəydim səni gərək.
Paralanıb sevən ürək,
Tuş gəlirsən parasına.
Zülfüqara düçar oldun,
Qıfılına açar oldun.
Bağlı qoyub, qaçar oldun,
Çatammadı Sarasına.
Müəllif: Zülfüqar Zülfüqarov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Demək Akalın qəzəbləndi-FOTO
Bakıda adalar turizm cənnətinə çeviriləcək - PLAN + FOTOLAR
HAVA necə olacaq?-3 Yanvar
Düşmənin sipər kimi istifadə etdiyi daşın yanında Mübariz İbrahimovun şəkli ucaldıldı
Zakir Həsənov komandir-rəis heyətinə konkret göstərişlər verdi
Sıla yox, Ahmet şiddətə məruz qalıbmış
Yay fəslini sevməmək olar?
Bitkilər və təbabət (14)
"Like", "adapter", "mouse" sözləri dəyişdi - SİYAHI
Lotereyada 20 min uddu biletini yandırdı-SƏBƏB/VİDEO
Məşhur türk müğənniləri Bakıda
Ayaqaltı modelləri
İlham Əliyev: Şuşa işğaldan azad edildi!
Bu il balıq məhsulları boldur
Prezident İlham Əliyev bir qrup şəxsi təltif etdi - SİYAHI
Tacikistanda prezident seçkilərində yenilik
Hikmət Hacıyev: “Humanitar atəşkəsi pozan Ermənistana necə etibar edə bilərik?”
Magistraturaya qəbul imtahanının vaxtı açıqlandı
Bələdiyyə yük maşını ilə dağdan şəhərə qar gətizdirdi-FOTO
Azərbaycanda internet üçün böyük təhlükə
Qripdən necə qorunmalı?
Vitaminli xörəklər - 2
Yeni dizaynlı Range Rover Evoque
HAVA necə olacaq? 15-yanvar
Kosmetikanın canlılarla nə əlaqəsi var?
Dollar ucuzlaşmaqda davam edir
Bakıda Novruz yarmarkaları keçiriləcək
Kıvanç Tatlıtuğ izəyicisini məhkəməyə verdi
Boşluq tapıldı
Aylin Coşkunun boynuna 5 milyonluq qızıl taxıldı-FOTO
Darçınlı çörək (foto resept)
Ledi Gaga yenə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Günün ulduz falı - 05.09.2013
İşıq sayğaclarına müdaxilə iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA
İnternet gənclərə hərbi-vətənpərvərlik ruhunda tərbiyə verəcək
Hamilələr necə yatmalıdır?
Hamiləlik zamanı tonus və onun səbəbləri
Qaynananıza bürcünə görə davranın
Ramazan ayının 23-cü gününün imsak və iftar vaxtları
"Ayı" peçenyesi (foto resept)
Dişlərinizi onunla qoruyun !
Xanımlarımız üçün makiyaj qaydası
Ronaldo iki nəfərlik şəraba 31 min avro xərclədi
İranda səhər zəlzələ ilə açıldı
Vladimir Kushin əsərləri
Bu şəxslər cəzalandırılacaq - XƏBƏRDARLIQ
Silvestr Stallonenin ölüm xəbəri yayıldı
Yaralı halda Azərbaycan tərəfə əsir düşən ermənilər onlara münasibətdən danışdılar - FOTO
Azərbaycanlı məktəblilərin son sevinci
Sağlamlığımızı alan səslər
- ŞƏRHLƏR