Bakıda hava 19°
USD AZN
EUR AZN

İsaak Nyuton

İsaak Nyuton

İsaak Nyuton 1643-cü ildə İngiltərədə fermer ailəsində dünyaya gəlmişdir. Onun valideynləri az savadlı adamlar idilər. Lakin uşaqlarına yaxşı təhsil verməyə çalışırdılar. Xasiyyətcə adamayovuşmaz olan İsaak məktəbdə o qədər də fəal deyildi. Belə bir uşağın gələcəkdə alim olacağı heç kəsin ağlına belə gəlmirdi. Balaca İsaak qəribə oyuncaqlar düzəltməyi sevirdi. Onun düzəltdiyi kiçik yel dəyirmanı təkcə uşaqları deyil, böyükləri də heyrətə gətirirdi. Külək əsəndə dəyirmanda az miqdarda buğda da üyütmək mümkün idi. Küləksiz havada isə dəyirmanı canlı dəyirmançı siçan hərəkətə gətirirdi. Siçanı dəyirman çarxının üstünə çıxmağa məcbur etməkdən ötrü İsaak çarxın üzərinə kiçik buğda torbası asmışdı. On dörd yaşında olanda o, pedalla hərəkətə gətirilən araba ixtira etdi. Bu arabanı velosipedin əcdadı hesab etmək olardı. Məktəbi bitirən Nyuton Kembricə gedərək dünyanın ən yaxşı universtetlərindən birinə daxil oldu. O, kasıb olduğu üçün həm oxuyur, həm də xidmətçi kimi işləyirdi. Günlərin birində universitet rəhbərliyi onun istedadlı tələbə olduğunu başa düşdü və ona təqaüd kəsdi. Bundan sonra İsaak daha xidmətçilik etmədi, bütün diqqətini təhsilə yönəltdi. İstedadlı oğlanın kiçik ixtiraları sonralar daha böyük kəşflərlə əvəz olundu. Yeni tipli teleskop yaratdığına görə Nyutonu London Kral cəmiyyətinə, başqa sözlə desək, İngiltərə Elmlər Akademiyasına üzv seçdilər.

İsaak Nyuton

Nyuton böyük alim olduqdan sonra da ətrafdakılara qapalı, hətta bir qədər kütbeyin adam təsirini bağışlayırdı. Bu da onun daim elmi düşüncələr içində olmağından irəli gəlirdi. Böyük alimin qəribəlikləri haqqında rəvayətlər var. Deyirlər ki, bir gün Nyuton itinə və pişiyinə qapı açmaqdan bezir və qapının aşağı hissəsindən iki dəlik açır. Böyüyü it üçün, kiçiyi isə pişiyi üçün.

Nyutonun ən böyük kəşflərindən biri ümumdünya cazibə qanunudur. Bu kəşf də məhşur rəvayətlə bağlıdır. Deyilənə görə, 1666-cı ildə Nyuton öz bağında dincələn zaman başına ağacdan alma düşür və o anlayır ki, hansısa bir qüvvə cisimləri Yer səthinə düşməyə məcbur edir. Beləliklə, adi bir alma Nyutonu cazibə qüvvəsi haqqında dərindən düşünməyə vadar edir. Amma bu düşüncələri qanun formasına salmaq, onların elmi təsdiqini vermək üçün fizikə 20 il vaxt lazım oldu. Nyutona qədər, yəqin ki, çoxlarının başına alma düşüb, amma onlar heç nə kəşf etməmişlər. Nyuton isə kəşf etdi, çünki o dahi idi. Böyük alim ətrafı müşahidə edir və daim özünə "niyə"? sualını verirdi. Nyutona qoyulmuş abidələrdən birinin üzərində belə sözlər həkk edilmişdir "Nyuton bəşəriyyətin yaraşığıdır".
Səslərin sayı: 7
22
8492
loading...
Şərhlər
Offline
Xanim_Xatun
O gun müəlliməyə İssq Nyuton haqqinda aciq dərs hazirlmagina komək oldum..
29 noyabr 2014 16:07
Offline
Hacət-i Vuslat
Deyirlər ki, bir gün Nyuton itinə və pişiyinə qapı açmaqdan bezir və qapının aşağı hissəsindən iki dəlik açır. Böyüyü it üçün, kiçiyi isə pişiyi üçün.
Başuva xeyir ay Nyuton,ağlun kəsmədi ki.bir dənə dəlik bəsdir?İt üçün olan böyük dəlikdən pişik də keçəcəkdi də.Pişik nə bilir ki, kiçiyi mıhz onun üçündür?hardan gəldi keçəcəkdi də. lol
26 noyabr 2014 13:28
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Ulker.Agamali
Alimlerin tekce kesflerini yox heyatini bilmek de maraqli olur
22 noyabr 2014 13:58
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
PƏRVANƏ ƏLİYEVA......
Nyutonun qaunlari haqda azda olsa melumatim vardi.,Sayende etrafli melumatlada tanish oldum.Coxsaqol
9 noyabr 2014 14:08
Offline
Xalidə Həsənzadə
S.S.90...S A M I R...,
sen danişanda gülməyim gəlireeee biggrin

♪♫♫Pembe Defter♫♫♪,
Nəzrin,
Sonay Quluzade,
Zayka,
şərhlərinizə görə təşəkkür
9 noyabr 2014 13:18
Offline
Xalidə Həsənzadə
Şərhlərinizə görə çox sağolun.. give_ros
25 oktyabr 2014 13:12
Offline
Aida M-ova
S.S.90...S A M I R...,
Sən söhbət açda İsaakdan nağıla keçid elədiyin kimi crazy
25 oktyabr 2014 00:52
Offline
Ellada Babayeva
Deyilənə görə, 1666-cı ildə Nyuton öz bağında dincələn zaman başına ağacdan alma düşür və o anlayır ki, hansısa bir qüvvə cisimləri Yer səthinə düşməyə məcbur edir. Beləliklə, adi bir alma Nyutonu cazibə qüvvəsi haqqında dərindən düşünməyə vadar edir.

yes
25 oktyabr 2014 00:39
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
S.S.90...Samir...
burda elmi müzakirə gedir səndə elmi müzakirəyə qoşul

Soruwmax ayivv olmasin..bu elmi muzakireleri kim aparir goresenn?? xebere tehce tewekkur yazanlarrr??? crazy
Sen werhlere bir neze sal gorr lol
25 oktyabr 2014 00:29
Offline
Aida M-ova
S.S.90...S A M I R...,
Adı elədir dəəəə adı tərcümə etməzlər ireful burda elmi müzakirə gedir səndə elmi müzakirəyə qoşul crazy
25 oktyabr 2014 00:23
Offline
S.S.90...Samir...
Təşəkkürlər Pəmbə Dəftər

Booyyy ..sen de uje turetski daniwirsann??? taa pembe defter neyiydi??? denen ki cehrayi defterdanaa crazy mocking
25 oktyabr 2014 00:18
Offline
Aida M-ova
Təşəkkürlər Pəmbə Dəftər
25 oktyabr 2014 00:08
Offline
Qəribə
Təşəkkürlər, Pəmbə Dəftər, Nyutonun həyatını men da yaxşı bilirəm. give_ros
24 oktyabr 2014 22:17
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
S.S.90...Samir...
Nyuton öz bağında dincələn zaman başına ağacdan alma düşür

Yeqin nenesi nagil daniwirmiw eee...goyden duwen 3 almanin biri de bunun tepesine duwuff crazy mocking
24 oktyabr 2014 19:36
Offline
Günəş
Tesekkurler melumata gore smile
24 oktyabr 2014 19:22
Offline
Ceylan Mumoğlu
On dörd yaşında olanda o, pedalla hərəkətə gətirilən araba ixtira etdi. Bu arabanı velosipedin əcdadı hesab etmək olardı.

Əslində velosipedin ilk sxemi artıq var idi. Leonardo Da Vinçi çizmişdi. Sonrada bu kimi digər alimlər təkmilləşdirməyə çalışıblar ta ki, normal velosiped halına gələnədək bu proses davam edib.
Nyuton öz bağında dincələn zaman başına ağacdan alma düşür və o anlayır ki, hansısa bir qüvvə cisimləri Yer səthinə düşməyə məcbur edir. Beləliklə, adi bir alma Nyutonu cazibə qüvvəsi haqqında dərindən düşünməyə vadar edir.

Bu təbii ki, insanın uzun müddətli düşüncələrinin nəticəsi olaraq yaranan kəşfdir. Rəvayətdə olduğu kimi hər başına alma düşən alim olsaydı nə vardı ki? biggrin
24 oktyabr 2014 17:55
Offline
°ღ Zayka •.°ღ
PEMBEM MARAQLI XEBERLERE GORE TESEKKUR EDIREM
24 oktyabr 2014 17:39
Offline
Xəyalə Murad
urrrrraaaaaa xeberim qebul olunubkiiii

Belə xəbəri qəbul etməmək olardımı? give_ros
24 oktyabr 2014 17:37
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Aysel İ.
Nyuton böyük alim olduqdan sonra da ətrafdakılara qapalı, hətta bir qədər kütbeyin adam təsirini bağışlayırdı. Bu da onun daim elmi düşüncələr içində olmağından irəli gəlirdi. Böyük alimin qəribəlikləri haqqında rəvayətlər var. Deyirlər ki, bir gün Nyuton itinə və pişiyinə qapı açmaqdan bezir və qapının aşağı hissəsindən iki dəlik açır. Böyüyü it üçün, kiçiyi isə pişiyi üçün.
24 oktyabr 2014 17:35
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Sonay Quluzade
Nyutonun həyatını da yaxşı bilirəm, qanunlarını da smile
Təşəkkürlər, Pəmbə Dəftər, belə xəbərləriniz bol olsun.
24 oktyabr 2014 17:29
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )