Son günlərdə KİV-də tez-tez rast gəlinən tibb xəbərləri arasında ən diqqətçəkəni kök hüceyrələr vasitəsilə xəstəliklərin müalicə edilməsidir. Tədqiqatların nəticələri zədələnmiş orqanlara birbaşa kök hüceyrə yeridilməsi ilə orqanların yenidən əvvəlki funksiyasına davam etdiyini üzə çıxarmışdır.
Kök hüceyrə nədir?
Mayalanmadan dörd gün keçdikdən və bir neçə hüceyrə bölünməsindən sonra totipotent adlanan mayalanmış yumurta hüceyrələri müxtəlifləşməyə başlayır və blastosit adlanan içi boş kürəyə çevrilirlər.
Blastositdə biri xarici təbəqə, biri də kürənin içindəki daxili təbəqə olmaqla iki hüceyrə növü var. Blastositin xarici təbəqəsindən doqquz ay ərzində körpənin qidalanmasını və tənəffüsünü təmin edən cift və qoruyucu göbək bağı, daxili hüceyrə təbəqəsindən isə göz, ürək, beyin, əzələlər, sümüklər kimi toxuma və orqanlar əmələ gəlir. Daxildəki bu hüceyrə yığını müxtəlif toxuma və hüceyrə növlərinə çevrilə bilir. Müxtəlif hüceyrə növlərinə çevrilmə və özünü yeniləmə qabiliyyətinə malik olan bu hüceyrələrə kök hüceyrə deyilir. Bədənimizdəki əzələ, dəri, qaraciyər hüceyrələri kimi hüceyrələrin müəyyən hədəfi var və bu hüceyrələr bölündükdə özləri kimi hüceyrə əmələ gətirirlər. Yəni qaraciyər hüceyrəsi bölündükdə yeni qaraciyər hüceyrəsi, əzələ hüceyrəsi bölündükdə yeni əzələ hüceyrəsi əmələ gəlir. Ancaq bu hüceyrələrdən fərqli olaraq kök hüceyrələrin müəyyən sabit funksiyaları yoxdur. Aldıqları impulsa əsasən müxtəlif hüceyrə növlərinə çevrilə bilirlər. Orqanizmimizdəki kök hüceyrələrin bu cür çevrilməsini genlər tənzimləyir.
Kök hüceyrələr necə əldə edilir?
Kök hüceyrələr rüşeym və yetkin kök hüceyrəsi olmaqla iki mənbədən əldə edilir.
Ana bətnindəki rüşeymdən əldə edilən kök hüceyrəyə embrional kök hüceyrə deyilir. Embrional kök hüceyrələr ilk dəfə süni mayalanma metodu ilə əmələ gətirilən rüşeymdən əldə edilmişdir. Ancaq göbək bağından götürülən qandan körpənin cift və amnion mayesindən (dölyanı su) də kök hüceyrə əldə edilir. Kök hüceyrə əldə etmək üçün heyvanlar üzərində də təcrübələr keçirilmişdir. Cəmiyyətə yaxşı məlum olan və klonlaşdırma metodu ilə əldə edilən Dollidə olduğu kimi kök hüceyrələr klonlaşdırma ilə də əldə edilə bilir.
Bəzən də yetkin kök hüceyrələrindən istifadə edilir. Bunlar müxtəlifləşmiş toxumalardakı müxtəlifləşmiş hüceyrələrdir. Hər yaşdakı insanda olan bu hüceyrələr özlərini yeniləyir və lazım gəldikdə aid olduqları toxumadakı fərqli hüceyrə növlərinə çevrilirlər. Yetkin kök hüceyrələri orqanizm yaşadığı müddət boyu özlərinin surətini köçürərək çoxalırlar.
Yetkin kök hüceyrələri sümük iliyi, əzələ, göz, sinir, dəri kimi toxumalarda olur və müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir. Məsələn, sümük iliyindən əldə edilən qan kök hüceyrələri qan xərçənginin müalicəsində istifadə edilir.
Təcrübələrdə hər iki mənbədən əldə edilən kök hüceyrələr əsas mənbədən götürüldükdən sonra laboratoriya mühitində çoxaldılır. Beləliklə, yeni kök hüceyrə və ya müxtəlif hüceyrələr əldə edilir.
Kök hüceyrələrin tibbdə istifadəsi
Dövrümüzdə xərçəng və ya orqan çatışmazlığı kimi xroniki xəstəliklərin müalicəsində kök hüceyrələrdən istifadə edilir. Bədənimiz yaşlanmış, funksiyasını yerinə yetirə bilməyən və ya ölən hüceyrələrin əvəzinə yenilərini əmələ gətirdikcə, yəni özünü yenilədikcə orqanlar işləyir və həyatımız davam edir. Ancaq funksiyasını normal yerinə yetirməyən və ya ölən hüceyrələr yenilənmədikcə orqanlar fəaliyyət göstərmir və müxtəlif xəstəliklər meydana gəlir. Orqanizm hüceyrələri yeniləyə bilmədikdə kənardan orqanizmə yeridilən yeni hüceyrələr xəstəliyi müalicə edib insanın ömrünün uzanmasına səbəb olur. Son illərdə kök hüceyrələr üzərində aparılan tədqiqatlar xəstə hüceyrələrin yenilənməsi üçün çox faydalıdır. Laboratoriyalarda kök hüceyrələrdən hasil edilən xüsusiləşmiş hüceyrələr orqanizmdə köhnə hüceyrələri əvəz edir. Kök hüceyrələrin bu gün tibbdəki istifadə sahəsi aşağıdakı kimidir.
Xərçəng və anadangəlmə bir çox xəstəliyin müalicəsində istifadə edilir. Çünki xəstəliklər bu hüceyrələrin xüsusiləşmə mexanizmlərindəki fərqlərdən meydana gəlir.
Kök hüceyrələri qüsurlu və funksiyası pozulmuş hüceyrələrin əvəzinə sağlam hüceyrə və toxumaların əldə edilməsi üçün də istifadə edilir. Bir çox xəstəliyin müalicəsi zərər çəkmiş hüceyrələrin dəyişdirilməsilə mümkün olacaq. Parkinson, Alzheimer, onurğa zədələri, sinir zədələnmələri ilə əlaqədar iflic, şəkər xəstəliyi, oynaq xəstəlikləri, osteoporoz və revmatizm kök hüceyrələri ilə müalicə oluna bilir.
Böyrək xəstəlikləri, yarıq damaq, yarıq dodaq, xərçəng, allergiya, infeksion xəstəliklər, göz və dəri xəstəliklərinin müalicəsində də kök hüceyrələrdən faydalanaraq təcrübələr aparılır. Bu sahədə uğurla nəticələnmiş təcrübələr KİV-də tez-tez xəbər verilir.
Elm adamları bir tərəfdən kök hüceyrə köçürməsi ilə məşğul olarkən digər tərəfdən də daha vacib suala cavab axtarırlar. Kök hüceyrələri dəyişdirən impulsun mənbəyi nədir? Deyək ki, kök hüceyrə köçürülməsi uğurla nəticələndi, bəs kök hüceyrələri özünəməxsus funksiyalarını yerinə yetirən hüceyrələrə çevirən impuls haradan gəlir? Hər biri atom yığınından ibarət və heç bir ağıla malik olmayan hüceyrələr necə olur ki, bir anda dəyişməyə qərar verirlər?
Sümük iliyindəki kök hüceyrə heyranedici qabiliyyətə malikdir. Orqanizmdə azalan hüceyrələri dərhal müəyyən edir və xüsusi bölünmə qabiliyyəti ilə ehtiyac olan hüceyrələr xüsusiyyətində lazımi miqdarda çoxalır. Kök hüceyrənin bu möcüzəvi çoxalması orqanizmdə heç vaxt tarazlığın pozulmaması, həyatımızın problemsiz davam etməsi üçün lazımlı səbəblərdən sadəcə biridir.
R.Əkbərov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycan gölləri
Paxıllıq etməmək mümkün deyil: belə də polis olar?
YALAN DANIŞIRSIZ?
Şəkillə yaş müəyyənləşəcək
Arda Turanın xanımı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Belə getsə, Azərbaycanda bir neçə ilə evlənməyə qız tapılmayacaq
Dəbli divar kağızları(2)
Smartfon işlədənlərin nəzərinə!
İnamsızlıq, yalan, ən yaxın dostun xəyanəti və...
Günün ulduz falı
Fransanın “Le Monde” qəzeti: “Ermənistan hərbiçiləri Şuşanı tərk edərək Xankəndiyə qaçıblar”
Dəri çatlaqları
BÜRCLƏR bizə nə vəd edir?-25 dekabr
Xanımlar üçün: gözəl sinəyə sahib olmaq istəyirsiniz?
Hollivudun ən çox gəlir gətirən aktyoru məlum oldu
Mədəndə FACİƏ: 150 nəfər dağıntılar altında qaldı - Rusiyada
“Kuruluş Osman” final edir?
Dünyadakı 10 müqəddəs yer
Azərbaycanda tikinti işlərində qiymətlər ucuzlaşıb
Ən gözəl göllər
Ezo Gəlin şorbası (foto resept)
Çörək pəhrizi ilə 3 gündə 2 kilo arıqla
Yeni ildə sakitlik olacaq?
Gözəl dırnaqlar
Azərbaycanda ilaxır çərşənbəsi qeyd edilir
Jan-Klod Vandam Azərbaycan haqqında paylaşım etdi-FOTO
Azərbaycanda yeni animasiya filminin 1-ci hissəsi çəkilib
5G zəif inkişaf edir
Castin Biber xanımı ilə FOTOsessiya etdirdi
Günün qoroskopu: çətin işin qeyri-standart həllinə başlamaq olar
Azərbaycan əhalisinin sayı AÇIQLANDI
İki institut birləşdirildi
Salığında kor Fatı, öləndə Ağca xanım
Saçlar üçün hansı vitaminləri qəbul etməli?
Zeynəb Xanlarova İlham Əliyevi BELƏ TƏBRİK ETDİ - VİDEO
Qrip ilə koronavirusun fərqi nədir?
Məşhur aktrisa yıxıldı-FOTO
NASA-dan GÖZLƏNİLMƏZ QƏRAR
Şəhriyarın məqbərəsi qəzalı vəziyyətdədir
Udduğu 6 milyonu belə xərcləyir-FOTO
Ərdoğan vəzifəsindən getməyə hazırdır
İlon Mask dünyanın ən varlı adamı oldu
Bakıda yeni yol nişanları və yeni qadağalar
Erkən qırışların səbəbləri
Mariya Şarapova şahzadə Harrinin dostuna ərə gedir - FOTO
Sevdiyiniz insan sizi sevmirsə, nə etməli?
65 saat sonra dağıntılar altından çıxarılan Elifin anası ilə görüşü - VİDEO
Azərbaycanda sürət qatarı görəcəyikmi?
Fitness məşqləri
“Eurovision-2014” biletləri satışda
- ŞƏRHLƏR