Azərbaycan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzindən Trend-ə bildirilib ki, bu nəticəyə Azərbaycanda əhali arasında qeyri-infeksion xəstəliklərin risk faktorları araşdırılarkən gəlinib.
Ölkədə ən çox yayılmış 4 qrup qeyri-infeksion xəstəlik var ki, bunlar da ürək-damar sistemi, onkoloji, şəkərli diabet və ağçiyərlərin xroniki xəstəlikləridir. Qeyri-infeksion xəstəliklərin risk faktorları əsasən tütünçəkmə, qeyri-sağlan qidalanma, fiziki aktivliyin olmaması və s.-dir.
2011-ci ildən başlayaraq bu faktorlar üzrə müəyyən araşdırmalar aparılır. Bu il isə həmin risk faktorlarından ikisi - artıq çəki və yüksək qan təzyiqi istiqamətində tədqiqatlar aparılır və araşdırmalar bu ilin sonuna kimi yekunlaşacaq.
İndiyədək aparılan tədqiqatların nəticələrinə görə, artıq çəki və piylənmə Azərbaycan əhalisi arasında rast gəlinən böyük problemdir. Piylənmə həm kişilər, həm qadınlar arasında olsa da, bu faktor qadınlar arasında daha çox yayılıb. Azərbaycanda qadınların təxminən üçdə bir hissəsində artıq çəki və piylənmə müşahidə olunur.
Tütünçəkmə isə əsasən kişilər arasında böyük problemdir. Kişilərin təxminən 50 faizi gündəlik olaraq siqaret və digər tütün məmulatlarından istifadə edir: “Bu da böyük göstəricidir, bu göstərici Avropa göstəriciləri ilə müqayisəolunmaz şəkildədir. Qadınlar arasında isə bu göstərici yüksək deyil”.
Tədqiqatlar zamanı məlum olub ki, spritli içkilərdən istifadə əsasən orta yaşlı kişilər arasında müşahidə edilir.
Azərbaycanda ən böyük problemin fiziki aktivliklə bağlı olduğu da aydın olub. Kişilər arasında daim idmanla məşğul olanların göstəriciləri 8 faiz təşkil edirsə, qadınlar arasında bu göstərici cəmi 4 faizdir. Bu isə çox aşağı göstəricidir. Tədqiqatlardan o da aydın olub ki, əhali arasında yüksək qan təzyiqi də kifayət qədər yayılıb.
Tədqiqatların nəticələrindən asılı olaraq müəyyən tədbirlər - maarifləndirmə, tibbi xidmətlərin ilkin səhiyyə sistemində gücləndirilməsi və s. görülə, tövsiyələr hazırlana bilər. Bu tədbirlər yalnız Səhiyyə Nazirliyi tərəfindən deyil, digər qurumların da cəlb edilməsi ilə görülə bilər: “Məsələn, parklarda idman meydançaları yaradıla bilər. Bu isə Səhiyyə Nazirliyinin işi deyil. Müvafiq qurumlar da bu sahədə iş görə bilərlər. Əhalinin çox hissəsinin gününü oturaq vəziyyətdə keçirməsi gələcəkdə ürək-damar sistemi xəstəliklərinin, şəkərli diabetin yaranması üçün böyük risk amilidir. Bu sahədə də maarifləndirmənin aparılmasına ehtiyac var”.
XƏBƏR LENTİ
Ronaldo “Intagram”ındakı reklamlara görə nə qədər qazanır?
Vitaminli salat (foto resept)
Azərbaycanlı şagird dünya çempionu oldu
"Real"ın baş məşqçisi görün kim olacaq...
Cənubi Koreya Kim Çen Inla bağlı kəşfiyyat məlumatlarını açıqladı
İşləyən hamilələr diqqət!
Günəşdə alışma: 1 həftəlik qasırğalar başlayır
"Titanic"də kadrarxası
"Bu il 7 dəfə tonqaldan tullanmışam" - Elza Seyidcahan
Qadın.Netlilərin evlilik təklifləri...
Dəridəki qırışlar üçün cəfəri suyu
Hava haqqında - 21.12.2013
Rezidenturaya qəbul üçün namizədlərin ixtisas seçimi başlandı
Azərbaycanda maqnit qasırğası gözlənilir
Rusiyada qrip kabusu: 1000-dən çox məktəb bağlandı
Yenə yağış, yenə külək
Ali Sunal qızı və xanımından yazdı-FOTO
Bu ölkə NATO-nun üzvü oldu
Ən doğru nəfəsalma qaydası
Üç gün dənizdə kömək gözlədi - VİDEO
Təbii maskalar
Həftənin ilk iş gününün hava proqnozu
Prezident İlham Əliyevə BMT-nin Əhali Fondunun mükafatı təqdim olunub
Ofisiant belə məşhurlaşdı
İçi doldurulmuş hind toyuğu budu (foto resept)
Peşə təhsili almaq istəyənlər göstərilən tarixə qədər ixtisas seçimi etməlidirlər
İspaniyada neft emalı zavoduna ildırım düşdü - VİDEO
Qan qrupunuza görə bunları bilməlisiniz!
Fitnes ulduzu Mayamidə-FOTO
Türkiyədə qar yağdı
Şəklə baxın və xarekterinizi öyrənin
Qarpız maskaları
Gəlin buketləri
HAVA necə olacaq?
Səhiyyə Nazirliyi həyəcan təbili çalır
AMEA-da “Qubadlı: Qədim Azərbaycan torpağı Zəngəzurun qapısı” adlı monoqrafiya nəşr olunub
Qeyri-adi mətbəx əşyaları (sifarişlə)
2015-ci ilin ən yaxşı filmləri seçildi
Rusiyadan qorxulu addım
Yeni qatarlar gətirilir
Yeni tədris ilində məktəblərin taleyi necə olacaq?
Xəstəlik (son)
Qısa və uzun boylu insanlar bir yerdə
Xəzərdə 4,5 bal gücündə zəlzələ oldu
“Sən anlat Karadəniz”in aktrisasının toyu olacaq
Qadınlarda klimaks dövrü
Bəla başımıza necə gəldi?
Moskva son illərin ən soyuq qışını yaşayır
İlham Əliyev: "Heç kim güzəşt istəməməlidir"
AZAL uçuşlarda endirim etdi
- ŞƏRHLƏR