Apple-in son istehsalı olan iPhone 6 modelini artıq Azərbaycan telefon dükanlarında da tapmaq mümkündür. Yeni model telefon, İPhone 6 nazikliyi ilə diqqəti cəlb edir. Apple şirkətinin rəsmisi Phil Schiller bildirib ki, iPhone 5 və 5S-lə müqayisədə iPhone 6 “daha xəfif və incə”dir.
Onun ekran diaqonalı 4,7 İPhone 6 Plus-un isə 5,5-dir. iPhone 6-nın qalınlığı 6-6, 8, iPhone Plus-da 7,1 millimetrdir. Yeni displeylərin küncləri daha geniş, rəngləri isə daha dəqiqdir. Korpuslar şüşə və alüminiumdandır. Yeni telefonlar həm də daha yaxşı enerji saxlamaq qabiliyyətinə malikdir. Bu telefonla 50 saat səs yazmaq, 11 saat isə videoya baxmaq mümkündür. Apple korporasiyası sentyabr ayına qədər 12 milyon iPhone 6 satmağı planlaşdırır. İlin sonuna qədər isə yeni model 100 ölkədə satışa çıxarılacaq.
Bu yeni smartfonun Azərbaycandakı qiymətini və alıcılarının olub-olmadığını öyrənmək üçün paytaxtda fəaliyyət göstərən bir neçə telefon mağazasına baş çəkdik. Kiçik telefon mağazalarında bu telefonlara rast gəlməsək də, “İrşad Telecom” və “World Telecom” kimi mağazalar şəbəkəsində bu cür telefonlar satılır.
Qiymətlərə gəlincə, ilk dəfə gətirilən günə nisbətən xeyli aşağı düşməsinə baxmayaraq, yenə də bu smartfonların qiyməti əl yandırır. Qiymətlər onların rənginə və yaddaşlarına görə dəyişilirdi və demək olar ki, baş çəkdiyimiz bütün mağazalarda eyni idi. Belə ki, iPhone 6 16GB 999 manat, iPhone 6 64GB 1099 manat, Apple iPhone 6 128GB 1199 manat, Apple iPhone 6 Plus 16GB 1299 manat, iPhone 6 Plus 64GB 1399 manata satılırdı. Satıcı Pərviz Quliyev bu qiymətlərin endirimlə olduğunu bildirdi: “Təzə gələndə qiymətlər bundan baha idi. Məsələn, iPhone 6 Plus 16GB 1399 manatdan 1299 manata düşüb. iPhone 6-ların ən ucuzu sayılan iPhone 6 16 GB-lıq isə 1099 manatdan 999 manata düşüb".
Satıcı bir müddətdən sonra qiymətlərin daha da düşəcəyini bildirdi". P.Quliyevdən bu telefonların alıcılarının olub-olmadığını soruşduqda o, alıcıların kifayət qədər olduğunu dedi: “Biz hələ bu telefonları gətirməmişdən gəlib maraqlananlar, sifariş verənlər vardı. Maraq böyükdür. Ancaq əksəriyyət qiymətlərin bir az da düşməsini gözləyir. Bütün telefonlar yeni çıxanda baha olur. Sonra tədricən qiyməti enir”.
Digər baş çəkdiyimiz mağazada isə iPhone-un digər modellərinə rast gəlsək də, yeni istifadəyə verilmiş iPhone-lara rast gəlmədik. Bunun səbəbini satıcı bu telefonların alıcılarının hələ kifayət qədər olmadığı ilə izah etdi: “Bu telefonlar çox bahadır. Ona görə də baha qiymətə gətizdirib vitrində ölməsini istəmirik. Çünki bilirik ki, alıcıları olmayacaq. Olsa da 2-3 nəfər varlı balası alacaq. Vitrində qalacaq, sonra qiyməti ucuzlaşacaq. Bu da bizə sərf etmir. Ona görə də tam ucuzlaşandan sonra gətirəcəyik”.
iPhone 6 və İPhone 6 Plus-un qiymətini digər dövlətlərlə müqayisə etdikdə Azərbaycanda həddən artıq baha olduğunu müşahidə etmiş olarıq. Fins.az-ın araşdırmaları göstərib ki, yeni iPhone 6-nın qiymətləri Bakıda o dərəcədə şişirdilib ki, bu smartfonları Bakıda almaqdansa, okeanın o tayına səfər edərək ABŞ-ın özündən alıb gətirmək daha sərfəlidir. Hətta təyyarə biletinə çəkilən xərcləri nəzərə aldıqda da ABŞ-dan alınan iPhone 6 daha ucuz başa gəlir. Belə ki, ABŞ-da iPhone 6-nın qiyməti 649 dollar (510 manat), iPhone 6 Plusun qiyməti isə 749 dollar (590 manat) təşkil edir. ABŞ-a səyahətə gəlincə, AZAL Hava Yollarının bir qədər əvvəl təqdim etdiyi sərfəli kampaniya çərçivəsində Bakıdan Nyu-Yorka birbaşa gediş-gəliş bileti 599 avroya (təqribən 600 manat) başa gəlir. Nyu-Yorkda 3 günlük yaşayış (təyyarə reysləri arasındakı müddət) xərcləri təqribən 500 dollara (390 manat) başa gəlir. ABŞ-a getmək üçün viza alınması 160 dollara (125 manat) başa gəlir. Bir sözlə, iPhone 6 telefonu almaq üçün ABŞ-a uçmaq daha sərfəlidir.
Türkiyədə isə iPhone6 837 manatdan başlayan qiymətlə, 5,5 düym ekrana sahib olan iPhone 6 Plus isə 944 manatdan başlayan qiymətlə satışa çıxarılıb. 7 düymlük ekrana malik iPhone 6 (16 GB daxili yaddaşlı) Avropa ölkələrində 750 avroya, 5,5 düym ekranlı iPhone 6 isə 950 avroya satılır. Şərqi Avropa ölkələrində isə 4,7 düym ekranlı iPhone 6 smartfonu 780 avroya, 5,5 düym ekranlı iPhone 6 isə 980 avroya satılır. Rusiyada yeni iPhone 6 telefonlarının qiyməti 32 min rus rublu, yəni 900 ABŞ dollarıdır.
XƏBƏR LENTİ
Erməni işğalçıları pusquya salınıb məhv edildi: Düşmən qaçır - RƏSMİ
Sarkisyandan geri addım
TQDK abituriyentlərə müraciət etdi
Hər kəs bu uşaqdan danışır - VİDEO
Ovucun ortasındakı “X” işarəsinin mənası nədir? - İNANILMAZ FAKT
Erməni xisləti: nankorluq!
Fantastik portretlər yaradan 25 yaşlı fotoqraf
Gözəlliyinizə gözəllik qatacaq rənglər
Nürgül Yeşilçay TOY üçün oğlunun razılığını aldı
Az kalorili məhsullar - 2
Sobada toyuqlu bibər dolması (foto-resept)
Üzüm şərbəti (foto-resept)
Sağlam qidalanma - xoşbəxt ürək
Qolsuz, ayaqsız, çox istedadlı
Azərbaycanda dövlətin idarə edilməsində vətəndaşların iştirakı üçün hüquqi zəmanət yaradılıb
Leyla Əliyeva uşaqları Yeni il və Milad bayramı münasibətilə təbrik etdi
Koronavirusdan profilaktika üçün istifadəsi tövsiyə olunan preparatların adları açıqlanıb
Moldova Ombudsmanı: "Xocalı faciəsinin günahkarları cəzalandırılmalıdır"
Stress və onun öhdəsindən gəlmə üsulları
Təbiətin möcüzəsi: bu heyvan ağzı ilə eşidir
Virusları öldürə bilən maskalar hazırlandı - FOTO
Günün ulduz falı
2000 il keçməsinə baxmayaraq hələ də oxunan kitablar-SİYAHI
Dramatik sırğalar
Günün qoroskopu: hisslərinizə hakim olun
Fərqli ölkələrin gözəllik sirləri
Almalı "Şarlotta" (foto resept)
Sərhədçi olmaq istəyənlərin diqqətinə
Duvaq seçərkən...
Ən təhlükəli körpülər
Bu çimərliklər insan sağlamlığı üçün təhlükəlidir - SİYAHI
Dünyanın ən qeyri-adi tikililəri
HAVA necə olacaq?-25 noyabr
Adel şirkətinə 22 milyon manat qazandırıb
Ləğv edilmiş 4 bankın əmanətçiləri üçün 100 milyon manat ayrılacaq
Qab süngəri (özünü düzəlt)
Dövlət Sərhəd Xidmətindən koronavirusla bağlı VACİB AÇIQLAMA
Məşhur cütlük 10 gün əvvəl gizli boşanıb
"Eurovision 2020"nin keçiriləcəyi şəhər bəlli oldu
Kiyevdə toqquşmalar zamanı 77 nəfər həlak olub
Koronavirusla bağlı SON STATİSTİKA
Erməni müğənni Azərbaycan mahnısı oxudu
Xarici İşlər naziri: “Ermənistan diversiyaya əl atır”
Ermənilər dinc sakini vurdu
Alma yığan robotlar
Rihanna yeni FOTOsessiya etdirdi
Evlərin qiyməti bahalaşıb
Yerə nəhəng asteroid yaxınlaşır
İlham Əliyev: “Madagiz bizimdir!”
Hindli milyoder işçilərini İstanbula tətilə göndərdi
- ŞƏRHLƏR