Bakı şəhərində yağan yağışla əlaqədar sentyabrın 30-da səhər saat 8:30-dan 11:00-dək paytaxt ərazisində maddi zərərlə nəticələnən 9 yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantıVaqif Əsədov Trend-ə deyib ki, xüsusilə Aeroport şosesində 3 avtomobilin sürüşərək maneəyə çırpılması hadisəsi bir daha onu deməyə əsas verir ki, yağışlı hava şəraitində sürücülər sürət həddinə, yol və meteoroloji şəraitə lazımınca diqqət yetirmirlər. Bu isə nəticədə qəzaların, ailə faciələrinin yaranmasına səbəb olur: “Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin nəzərinə çatdırır ki, yağışlı hava şəraiti avtomobilin asfalt yol üzərində sürüşməsinə, əyləc basıldığı zaman istər-istəməz avtomobilin müvazinətinin itirilməsinə və tormoz məsafəsinin uzanmasına səbəb olur. Ona görə də tövsiyə edirik ki, ilk növbədə tərkibində rezin məmulatının faizi yüksək olan mövsümi təkərlərdən istifadə etsinlər. Belə hava şəraitində sürücülər avtomobilin texniki cəhətdən saz olmasına, xüsusilə şüşəsilənin işlənməsinə, işıq cihazlarından düzgün istifadə olunmasına, əvvəlcədən getdiyi istiqaməti təyin etməyi, dönmə işarələrindən istifadə etməyi, eləcə də yağış sularının yaratdığı gölməçələrdən keçərkən çirkli suyun ətrafa yayılmamasına diqqət yetirilməlidir”.
Bölmə rəisi həmçinin təəssüflə bildirib ki, yolda sola və sağa manevr edən bəzi sürücülər sol hərəkət zolağından sağa dönməyə və ya sağ hərəkət zolağından sola keçməyə üstünlük verirlər ki, bu da trayektoriyaların kəsişməsi zamanı avtomobillərin sürtünməsinə, hətta toqquşmasına səbəb olur: “Onlar çalışmalıdırlar ki, hərəkəti sağ tərəflə davam etdirsinlər. Əgər sürücü bir neçə metr qabaqda sola dönmə əməliyyatı aparacaqsa, əvvəlcədən yolun sol hərəkət zolağını tutaraq işıqdan istifadə edib, arxadan və ya qarşıdan gələnlərə xəbərdarlıq etməlidir”.
V.Əsədov əlavə edib ki, piyadalara onların özlərinin təhlükəsizlikləri naminə yol hərəkəti qaydalarına əməl etmələri, həyatlarına təhlükə yaranmaması və çirkli suya bulaşmamaları üçün yolu keçərkən nəqliyyat vasitəsinin yaxınlaşmasına diqqət etmələri tövsiyə olunur.
XƏBƏR LENTİ
Uşaqlarda koronavirus simptomları aşkarlandı
Tramp ABŞ-ın kibertəhlükəsizlik agentliyinin rəhbərini vəzifəsindən uzaqlaşdırdı
Dərman qiymətlərinin tənzimlənməsi ilə bağlı TƏKLİF
ABŞ məxfi xidməti: Yadplanetlilər mövcuddur və bununla bağlı sübutları dərc edəcəyik
Dərini yeniləyən maska
Toy dəvətnamələri
Çiyələkli rulet (foto-resept)
Yol polisindən hava xəbərdarlığı
Nazirlikdən dünya şöhrətli fransalı məşhurların erməni separatizminə dəstəyinə SƏRT REAKSİYA
Taksi sürücülərinin nəzərinə!
Baş nazirin mətbəxinə siz də baxın
"Payız aylarına hazır olmalıyıq" - Baş infeksionistdən xəbərdarlıq
Qarakənd faciəsinin ağ ləkələri
Minimum aylıq əməkhaqqı artırıldı
Melaniya Trampın geyimi müzakirələrə səbəb oldu
Nazirlik Vətən Müharibəsində çoxsaylı xəsarətlər alan qazimizlə bağlı hərəkətə keçdi
Şəkil seç! (Test)
Ana südünün faydaları
"Altın portakal" sahiblərini tapdı
"Bizim hikaye" erkən FİNAL edir-SƏBƏB
Azərbaycanda dərman vasitələrinin qiymətini dövlət tənzimləyəcək
Günün ulduz falı
Səmada eyni anda üç Günəş görünüb - VİDEO
SON DƏQİQƏ! Rəsmən açıqlandı - Bu şəxslərə də pul veriləcək
Avropada İslamın yayılması onları narahat edir
Hava haqqında - 25.08.2013
Ölərkən "Azərbaycan, Azərbaycan, Azərbaycan!" deyən azərbaycanlı
Yay geri qayıdır
Plastik tac yarım milyona satıldı
Dərini nəmləndirən kakao yağı
Saçlar üçün təsirli maskalar
Sərt karantin rejimi tətbiq olunan ərazilərdə imtahanlar nə vaxt keçiriləcək? - RƏSMİ AÇIQLAMA
Ayaqqabı ipi bağlamağın 13 yolu
Günün qoroskopu: taleyinizdən şikayətlənməyin
Azərbaycanda pensiyaların ödəniş tarixi dəyişdi
Orfoqrafiya lüğətindəki mənasız sözlər açıqlanıb: asfaltsifət, aşnabaz, aftafa-ləyənsiz, arvadyosunlu - SİYAHI
İlham Əliyevdən mesaj
Sümüklərinizin sağlamlığını qoruyun
Prezidentdən Nazirlər Kabineti ilə bağlı FƏRMAN – Aparatda iki müavin olacaq
BMT-dən dəhşətli Yəmən açıqlaması
Makiyajın ilk addımı
Nə üçün uşaqlıqda zaman indikiyə nisbətən daha ləng gedir?
Azərbaycanda ilk dəfə onlayn məzun günü: Təhsil naziri “Son zəng”i çaldı - CANLI
Bilirsinizmi? (3)
Əl işlərim
Zökəmdən necə qurtulmalı?
Zəlzələ olduqda ayət namazı necə qılınmalıdır?
Braziliyalı uşaq öz şirniyyat pulunu Azərbaycan ordusuna yardım kimi yolladı
Sahildə yadplanetliyə bənzəyən nadir balıq tapılıb - VİDEO
Çağla yeni il planlarından danışdı-FOTO