Azərbaycan səmimi dostların tələffüzü qədər asan. Qeyri səmimi dostların tələffüz edə bilməyəcəyi qədər mürəkkəb sözdür. Birləşmiş Ştatları Prezidenti Barak Obama prezident olduğu dövrdə ilk dəfədir ki, Azərbaycanın adını deyirdi və bu sözü tələffüz edərkən əməlli başlı əziyyət çəkirdi.Doğrudur, bəzi azərbaycanlılarımız Obamanın Azərbaycanın adını çaşa-çaşa da olsa çəkməsinə lap Mirzə Cəlilin qəhrəmanı kimi “Xan mənimlə danışdı!” deyə sevinir. Amma zarafat bir yana. Çünki zarafat deyil Obama Azərbycanın adını dilinə gətirib.Və özü də hansı dövlətlərin kompaniyasında. Rusiya, Çin, Venesuela... Obama deyir: “Rusiyadan tutmuş Çinə, Venesuelayadək amansız basqılar görürük, hökumətlər legitim fikir ayrılığını dövlətə xəyanət kimi dəyərləndirirlər. Azərbaycan kimi yerlərdə qanunlar QHT-lərin fəaliyyətini inanılmaz dərəcədə çətinləşdirir”. İndi gəlin birlikdə düşünək Obama niyə belə fikirləşir və ya biz ona neyləmişik. Yəni doğrudanmı Obama Azərbycanın demokratikləşməsini arzulayır.Suala cavab verməzdən əvvəl adı çəkilən ölkələrə Birləşmiş Ştatların münasibətinə baxaq. Çin. Bu ölkə Amerikanın bir nömrəli rəqibidir. Son dərəcə ciddi, hər ay yox, hər gün, hər saat güclənən möhtəşəm bir rəqib.Adı çəkilən ikinci ölkə - Rusiya. Birləşmiş Ştatların güclü rəqibi. Gah Gürcüstanı, gah da Ukraynanı bölə bilmirlər. Ya da bölə, parçalaya bilirlər.Venesuela. Birləşmiş Ştatların ənənəvi rəqibi, hətta düşməni.Və Azərbaycan. Qəribədi, Azərbaycan bura necə gəlib düşüb. Ortada heç olmasa bir-iki keçid dövləti də yoxdu. Rusiya, Çin, Venesuela və qəflətən Azərbaycan… Bunun səbəbi nə ola bilər. Axı hamı bilir ki, Azərbaycan Birləşmiş Ştatların regionda ən etibarlı tərəfdaşıdır. Antiterror koalisiyasının üzvü kimi üzərinə düşənləri yerinə yetirir. Əfqanıstana yük daşımaqdan tutmuş, enerji təhlükəsizliyi ilə bağlı prioritetlərədək - hər yerdə ön sıra, ön yer. Elə ötən həftə Cənub Qaz Borusuna sözün həqiqi mənasında imza atanlar arasında Obamanın köməkçisi .. var idi. Bir sözlə Azərbycan öz yerini də yaxşı bilir, Birləşmiş Ştatların yerini də. Amma bəs onda Birləşmiş Ştatların marağı nədir ki, yeri gəldi-gəlmədi Azərbaycanı qaralayır. Azərbaycan öz Milli təhlükəsizliyini qorumaq məqsədilə daxilində hansısa tədbirlər həyata keçirir, hansısa mənşəyi şübhəli institutu, hansısa qeyri hökumət təşkilatını bağlayır, kimlər isə məsuliyyətə cəlb edir… Bu isə Amerika Birləşmiş Ştatlarını əsəbiləşdirir. Görəsən niyə? Bu ki, normal bir haldır. Elə Obamanın adını çəkdiyi Rusiya öz təhlükəsizliyini qorumağa yönəli oxşar addımı bu yaxınlarda atdı. Rusiya ölkədə başqa dövlətlərə işləməkdə şübhəli bildiyi şəxsləri öz adı ilə çağırdı, agent adlandırdı və onların qapısını bağladı. Obamanın adını çəkdiyi Çində xaricdən maliyyələşdirilən qeyri hökumət təşkilatı anlayışı ümumiyyətlə yoxdur və yəqin ki, heç vaxt da olmayacaq. Azərbaycan da özgəsinin agentini öz vətəndaşından ayırır və bir qırağa qoyur. Çünki bu ölkə 1918-ci ilin təcrübəsindən keçib. O zaman Azərbaycan öz müstəqilliyini məhz ona görə qoruyub saxlaya bilməmişdi ki, daxilində böyük boşluqlar var idi. Nəticə də o olmuşdu ki, Parlamentdə Azərbaycanın maraqlarını qoruyanlar, ümumiyyətlə azərbaycanlılar azlıqda qalmışdı və bunun da sonu o ora gəlib çatdı ki, millət vəkilləri 11-ci Qızıl Ordunun Bakıya daxil olmasına, demokratik, müstəqil hakimiyyətin süqutuna səs verdi. Və əgər Azərbaycan gördüyündən dərs alaraq bir də öz müstəqilliyni itirmək istəmirsə, burada nə qəbahət var ki?! İndi Birləşmiş Ştatlara dövlət səviyyəsində tarix mühazirələri oxuyaq?! Azərbaycan öz dövlətini başqalarına məxsus olanlardan qoruyur. Belə çıxır ki, Birləşmiş Ştatlara zəif, 12-ci ordunu qəbul etməyə hazır ölkə, parlament lazımdır?! Niyə? Bəlkə Obama Azərbaycanı bir dövlət kimi öz daxili siyasətini müstəqil qurmaqdan çəkindirməyə çalışır. Çalışır ki, Azərbaycanda sadəcə olaraq dövlət zəifləsin və onu təslimçi sülhə razı salmaq asan olsun. Axı onun hüquqlarını qoruduğu qüvvələr, sıxılmasından narahat olduğu qurumlar Ermənistanın maraqlarını qorumaqda şübhəli bilinərək fəaliyyəti qanunla dayandırılan şəxslər və təşkilatlardır.Məni belə düşünməyə təhrik edən həm də ATƏT-in Minsk qrupunda Amerika Birləşmiş Ştatlarını təmsil edən həmsədr Uorlikin son zamanlar qəribə qısa qapanmalarıdır. Onun Azərbaycanın maraqlarına zidd bəyanatlarının məhz Obamanın tənqidi ilə eyni vaxa təsadüf etməsi qətiyyən təsadüfə bənzəmir.Və nəhayət. Obamanın Azərbaycanın adını neqativ mənada çəkməsinin bizdən ötrü bir səbəbi də var. Azərbaycan artıq böyüyüb, güclənib təsir edə bilmək iqtidarındadır, beynəlxalq siyasətin sadəcə subyekti deyil, həm də obyektidi. Razılığı olmadan bölgədə heç bir layihənin işləmədiyi mötəbər bir qüvvə, son dərəcə ciddi, hesablaşılan obyektidir.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Uşaqlarda hərəkətsizlik şəkərli diabetə səbəb olur
Siqaretin törətdiyi qorxulu bəla: XOAX xəstəliyi
Tuneldəki dərinlik
Paltar şkafınızın necə olmasını istərdiniz?
Xəbərdarlıq: Vətəndaşlarımıza mesaj vasitəsilə saxta çağırışlar edilir
Gəmidəki azərbaycanlılar
Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 108 yeni yoluxma
Sadə Toy, Zəngin Xoşbəxtlik...
Hidrogen avtobusları xəttə buraxıldı
Qandakı nəzarətçilər
Xurma və onun xeyri
Diş məcunu - evdarlıqda köməkçiniz
Konqres Pentaqonu yenidən tənqid atəşinə tutdu
Təyyarə avtomobil yoluna düşdü
Azərbaycanın dövlət bayrağı dünyanın ən hündür beşinci göydələnində dalğalanıb
DİM-dən XƏBƏRDARLIQ
Ronaldo ağladı-SƏBƏB
ÜST rəhbəri vaksinlərdən danışdı: “Təminatı yoxdur”
Rusiya XİN: UNESCO missiyası yaxın vaxtlarda Qarabağa gələ bilər
Qızıl Galaxy S4 satılacaq
100 yaşamaq üçün 50-dən də başlamaq olar (2)
Dünyanın ən uğursuz EVLİLİK TƏKLİFİ-VİDEO
Əslən azərbaycanlı olan türk aktyor BAKIYA GƏLDİ
Korona virusdan necə qorunmalı?
Daha bir ölkə İŞİD-i vuracaq
Yaşıl çay saç maskası
Cəbhədə gərginlik artır
Günün ulduz falı - 16.02.2014
Dollarla krediti olanların aqibəti necə olacaq? - RƏSMİ AÇIQLAMA
Avtobus sürən qadın ölkədə məşhurdur
Namazın rükətlərinin sayını bilmədən...
Məşhur yazıçıdan İslam dini bağlı fikirlər
Uşaqlar üçün toxunma paltarlar
Dəri ləkələri üçün gilas maskası
Dahilərdən gözəl sözlər - 4
1 həftədə 3 kilo arıqla
Prezident ailəsində xoş gün
Məşhur aktrisadan sevənlərinə üzücü xəbər
ABŞ rəsmi olaraq ÜST-dən çıxdı
Evdə hazırlaya biləcəyiniz sakitləşdirən çaylar
Guccidən 2014-2015 payız qış kolleksiyası
Etirazçılar Paşinyan və ailəsinin yaşadığı malikanələrə hücum etdi
Rəsmi Tehran: “Ərazilərimizin təkrar hücuma məruz qalmasına dözməyəcəyik”
Azərbaycan 4 ölkəyə yardım etdi - 50 min dollar
58 tələbəmiz dünyanın ən yaxşı 20 universitetində oxuyacaq
700.000 il əvvəl insanların gəmi səfəri
Türkiyənin Xarici İşlər Nazirliyi: “Azərbaycanın yanındayıq”
Azərbaycanda güclü zəlzələ baş verəcək? - RƏSMİ AÇIQLAMA
Türkiyədə yeni qadağa
2018-də uğur qazanan 14 kişi və 1 qadın
- ŞƏRHLƏR