Bakıda hava 33°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
15:54Ayla Ayla Surayye istide eriyib elememisen? 15:53Ayla Ayla salam canim sen necesen? 14:54PERI her vaxtiz xeyir necesiz millet 09:54Xəyalə Murad Sabahınız xeyirli,gününüz uğurlu olsun,Əziz Qadin.Netlilər!
40647

Su çərşənbəniz mübarək!

Adət ənənələrə riayət və hörmət etməkdə Azərbaycan xalqı çox ölkədən seçilir.Biz də bunu nəzərə alaraq saytımızda "Adət ənənələr" rubrikası yaratmışıq ki,xalqımızın fərqli bölgələrindən olan Qadın.Net istifadəçiləri bizlərə bilmədiyimiz adətlərindən,ənənələrindən yazsınlar.Bu rubrikanın ilk xəbərini də ən özəl bayramlarımızdan olan Novruz bayramı ilə başlamaq qismət oldu.Rubrikamız xeyirli və maarifləndirici olsun smile  

Böyük çillədən sonra Novruzun gəlişinin ilk müjdəçilərindən biri çərşənbələrdir. Bayram məhz çərşənbələrdən başlayır. Bu gün birinci - su çərşənbəsidir.

Novruz bizim diyara su çərşənbəsi ilə qədəm qoyur  Su çərşənbəsi suyun təzələnməsi kimi anlaşıldığından həmin gün bütün mərasimlər su ilə bağlı olur. İnsanlar həmin gün sübh tezdən axar suyun üstünə gedir, üstündən atılır  Bu o deməkdir ki, insanlar yeni suyu qarşılayır, xəstəliklərdən azad olacaqlarına inamla birgə onlarda həyata sevgi, gözəllik, sayğı düşüncələri aşılayır.

 

 

Su çərşənbəniz mübarək!

 

Çərşənbə süfrəsinə gəlincə isə, süfrədə təmiz sudan hazırlanmış pürrəngi çayın olması mütləqdir. İmkanı çatan qədər plov bişirilməli, süfrədə 7 adda nemət olmalıdır. Süfrədə səməninin olması elə də vacib deyil.

Su çərşənbəsi qədim zamanlardan “Əzəli” çərşənbə də adlanır. insanlar sudan onun kimi şəffaf və gözəl bir ilin keçməsini arzulaya bilərlər. Bunu da qeyd etmək yerinə düşərdi ki, su çərşənbəsinin ilk tonqal kimi yandırılması buzların açılması, artıq qışın arxada qalmasının göstəricidsidir. Çünki kiçik çillə artıq öz yerini boz aya verir  Su çərşənbəsi stolun üzərində su qoymaq, stolda suyun aşması xeyirliyə yozulur. Əgər süfrənizdə su aşıb, tökülərsə həmin ilin sizin üçün bol bərəkət gətirəcəyi gözlənilir.

 Su çərşənbəsində stolun üzərində bir çox şirniyyatlar və yeməklər də qoyulur. Bu hər ilin həmin formada keçməsi üçün əhəmiyyətli rol oynayır. Hətta qadınlar, qızlar su çərşənbəsində birbaşa su ilə bağlı olan fallara da baxırlar. Onlar öz üzüklərini çıxararaq suyun içərisindəki tavaya atır və üzərini də parça ilə örtürlər.

 

 

Su çərşənbəniz mübarək!

 

Su çərşənbəsində baxılan fallardan birinə görə stəkana su doldurub, saçınızdan bir tel qopardaraq ona üzük bağlayıb, suya salıb çıxartmaq lazımdır. Əgər sapa bağlanmış üzük stəkanın kənarlarına neçə dəfə dəyib səs çıxarsa siz həmin yaşda evlilik həyatına qədəm qoyacaqsınız. Xatırladaq ki, üzüyün nişan üzüyü olması daha vacib rol oynayır. Bu başqasının da nişan üzüyü ola bilər. 

Bəzən su çərşənbəsi zamanı qadınlar, qızlar gedib, lal axan su dərələrindən su gətirirlər. 2 iynənin arxasına pambıq bağlayıb, suya buraxmaq lazımdır. Əgər iynələr bir tərəfə getsə deməli sevgililər qovuşacaqlar, əgər ayrı dayansalar deməli ümid yoxdur. Bəzi hallarda isə iynə suda batır bu isə lal vəziyyət adlandırılır.

  həmçinin övladı olmayan bir qadının başından bu günü qırxaçar qabla su töksən onun övladı dünyaya gələ bilər  Həmin günü insanların bir – birinin üzərinə su atması və yaxud su çiləməsi də uğura işarədir.

Novruza qovuşan dörd çərşənbənin hərəsinin özəl adət və ənənələri var.Su çərşənbəsi aydınlıq,saflıqla bağlı olduğundan istər--istəməz ruhumuza xüsusi təzəlik,təravətlilik gətirir,qəlbimiz aydınlıqla dolur,mənəviyyatımız saflaşır...

Su çərşənbəniz mübarək!

Əziz Qadın.net xanımları, ilk çərşənbəniz mübarək!
Səslərin sayı: 29
105
15933
loading...
Şərhlər
Offline
Sevil Babayeva
İlk cersenbeniz mubarek.
23 fevral 2016 21:32
Offline
أحبك
Bayraminiz mubarek. Su cersenbeniz mubarek olsun.
23 fevral 2016 18:55
imza: فراق
Offline
Ellada Babayeva
Su çərşənbəniz mübarək olsun! Ömrünüz su qədər təmiz şəffav olsun.
23 fevral 2016 18:15
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
......
Mende butun Qadin.net istifadecilerini su cersenbesi munasibeti ile tebrik edirem. love InwALLAH ureylerinde ne arzulari,ne istekleri varsa hamisi gercek, olsun. girl_ang Sevdiklerinizle bir yerde InwALLAH give_ros Su cerwembeniz mubarek eziz xanimlar give_hea
23 fevral 2016 16:34
Offline
Firuze Qehremanova
Hamının Çərşənbəsi Mübarək winked Allah hərkəsin süfrəsini ruzili bərəkətli etsin..qarşıdan gələn bahar bayramı hər briimizə düşərli olsun give_hea
23 fevral 2016 14:38
Offline
Gulum
Hamının Su çərşəmbəsi mübarək olsun

Hamının Su çərşəmbəsi mübarək olsun
23 fevral 2016 11:24
Offline
Xəyalə Murad
Su çərşənbəmiz mübarək! Bahar hər birinizin həyatına uğurlu gəlsin.
23 fevral 2016 09:39
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Aysel İ.
Su çərşənbəmiz mübarək. Xalqımıza xeyirli uğurlu olsun!
23 fevral 2016 07:55
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Aysel İ.
Novruza hələ çox var. Sevdiyim bayrramlardan biridir.
26 noyabr 2014 12:21
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
turane ceferova
Novruz bayraminiz mubarek saba ilk su cersenbesidi butun hamiya duserli olmasini arzulayiram
24 fevral 2014 17:24
Offline
Rzayeva Guler
Mende sevirem novruz bayramini, ve cersenbeleri
11 sentyabr 2013 20:19
Offline
Yağmur damlası
heyf deyil oz milli bayramimiz.men de sevirem her cersenbenin oz gozelliyi var...xeber ucun cox sag olun.
11 fevral 2013 07:14
Offline
BELLA
novruz bayramini cox sevirem men.mence cox maraqli bayramdir.tesekkür
15 sentyabr 2012 01:13
Offline
B.Ulviyye
Bir daha hər birimizin Su çərşənbəmiz mübarək.
Keçən il burda bu il İranda olan Ulduz Şokonu da təbrik edirəm love
21 fevral 2012 12:06
Offline
oksana
xoncalari geweng bezedursuz/1
21 oktyabr 2011 17:53
Offline
creativka
teki hemiwe Novruz bayrami olsun smile
21 avqust 2011 22:12
imza: DUNYANIN EN XOWBEXT ANASI
Offline
ToRmEnTo
Sitat: ŞefeQ
sayta yeni gelib ozude qazaxstdanda olur serhlere bax orda yazilib

he tanidim.baxmisdim o gun profiline.prosta Aynur yazmisdin,87sin yazmamisdin)))ona gore tanimadim))
27 fevral 2011 14:42
imza: Yemek bisirmek,evi temizlemek,usaga baxmaq qadının vezifezı deyıl, size lütfudur! Hz. Mehemmed (sav)
Offline
PePito
Sitat: ToRmEnTo
Aynur xanim kimdi?

sayta yeni gelib ozude qazaxstdanda olur serhlere bax orda yazilib
27 fevral 2011 14:39
Offline
Fatma xanım
Sitat: ToRmEnTo
Aynur xanim kimdi?

Aynur87
27 fevral 2011 14:17
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
ToRmEnTo
ŞefeQ,
Aynur xanim kimdi?
27 fevral 2011 14:15
imza: Yemek bisirmek,evi temizlemek,usaga baxmaq qadının vezifezı deyıl, size lütfudur! Hz. Mehemmed (sav)
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış