Bakı Metropolitenində həkim personalının xidmət göstərəcəyi tibb məntəqələrinin yaradılması ilə bağlı müvafiq qurumlarla danışıqlar aparılır.
Bununla bağlı Trend-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevdeyib.
Şöbə rəisinin sözlərinə görə, hazırda Bakı Metropolitenində bir neçə stansiyada tibbi xidmət otaqları olsa da, onlar sərnişinlər üçün yox, metronun öz işçiləri, xüsusən də maşinistlər üçün nəzərdə tutulub: “Bakı Metropolitenində tibb məntəqələri yoxdur, lakin bir neçə stansiyada tibbi xidmət otağı, ilkin tibbi yardım üçün nəzərdə tutulan ləvazimat və dərmanlar var. Lakin onlar Metropoliten işçiləri, əsasən da maşinistlər üçün nəzərdə tutulub. Sərnişinlər üçün isə tibb məntəqəsi və ya onlara tibbi yardım göstərəcək ayrıca personal yoxdur. Lakin bununla bağlı planlarımız var və müvafiq qurumlarda danışıqlar aparıb stansiyalarda tibbi personalın olduğu məntəqələr yaratmağa çalışırıq”.
N.Paşayev qeyd edib ki, zəruri ehtiyac yarandıqda sərnişinlərə ilkin tibbi yardım metronun əməkdaşları tərəfindən göstərilir, eyni zamanda, təcili yardım stansiyasına məlumat verilir: “Hələ elə bir hal olmayıb ki, bizdə tibbi yardıma ehtiyac olan şəxsə ilkin tibbi yardım göstərilməsin. İlkin tibbi xidmətdən sonra ehtiyac yaranarsa, dərhal təcili yardım stansiyasına xəbər verilir. İndiyədək çağırılan təcil tibbi yardım briqadalarının gecikməsinin də şahidi olmamışıq. Çünki demək olar ki, metronun bütün stansiyaları ətrafında təcili yardım maşınları olur və onlar da tez, vaxtında çatırlar. Təbii ki, burada söhbət insan həyatından və dərhal tibbi müdaxilədən gedirsə, biz də istəyirik ki, Metropolitenin özündə sərnişinlərə zəruri hallarda təcili tibbi yardım göstərən konkret tibbi personal olsun. Bundan əlavə, hazırda Metrpolitenin stansiyalarının, eləcə də işçilərinin sayı artır. Ona görə də bu gün Metropolitendə buna ehtiyac var”.
Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkiminin müavini Oqtay Şahmalıyev bildirib ki, Bakı Metropolitenindən təcili tibbi yardım stansiyalarına gün ərzində 4-5, ay ərzində isə orta hesabla 100-120 çağırış daxil olur: “Metroda həm platformaya sərnişinlər üçün, həm də giriş-çıxışlara çağırışlar olur. Bəzən elə olur ki, metronun öz işçilərinin də halı xarab olur. Çağırışlar müxtəlif xəstəliklərlə, adətən isə bayılma, özündəngetmə, böyrək ağrısı, halın pisləşməsi ilə bağlı olur”.
Metroda ölüm hallarının baş verməsinə gəlincə, O.Şahmalıyev qeyd edib ki, təəssüf ki, belə faktlara da rast gəlinir: "Bizdə bununla bağlı konkret statistika aparılmır, amma metroda ölüm hallarına çox nadir də olsa, rast gəlinir. Məsələn, elə dünən sentyabrın 22-də səhər bir ölüm qeydə alınıb. Vətəndaş tibbi yardım briqadası gələnə qədər keçinmişdi".
XƏBƏR LENTİ
Sevginin qarşılığında qazandıqlarımız
Qazlı içkidənsə, zəhər için
Azərbaycanda daha iki nəfər koronavirusa yoluxub - RƏSMİ
Məşhur cütlük “Netflix”lə müqavilə bağladı
Diqqət! İnfeksion xəstəliklər yayılır
Elmdə sensasiya: Ay məhv ola bilərdi
Koronavirusun asimptomatik gedişinin səbəbi bəlli oldu
Batareya texnologiyasında inqilab olacaq
Vineqret (foto resept)
İngiltərədə ən yaxşı məşqçi və futbolçu seçildi
Avqustda ilan sancmaları artıb
Ordumuz itki verməyib
Hazal Kaya gəlin olacaq-FOTO
Göyərtədə darıxan qadın “hava almaq” üçün təyyarənin qanadına çıxdı - VİDEO
Səbət modelləri
Baletin ruhu
Prezident: “Düşmən şərtlərimi qəbul etməsəydi, burada məhv olacaqdı”
Vanda tullantılardan rəsm əsərləri
Model 57 gündür koronavirusdan sağala bilmir-FOTO
İrem Derici pilləkənlərdən yıxıldı
Yeni ipoteka təklifi
Berkay tənqid olundu - FOTO
“Instagram” da bu funksiyanı aktivləşdirdi
Məşhur reperin saç stili TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Acun Muratla Aslının barışmasından danışdı-FOTO
Nikol Paşinyan: “Mən bacarmadım”
Amber yeni paylaşımı ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Günün qoroskopu: sizi çox çətin gün gözləyir
Elmar Məmmədyarovdan Qarabağ AÇIQLAMASI: "Vaxt çatıb"
Texnologiyanın uşaqlara zərəri
Böyük Britaniyada vətəndaşların bir-birinin evinə qonaq getməsi qadağan edildi
Britni Spirs hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO/VİDEO
Uşaq otağı dekorasiyası üçün maraqlı nümunələr
Burak Özçivitin 150 minlik maşını-FOTO
Məşhur alimdən zəlzələ AÇIQLAMASI-"9 bal gücündə"
Qadın.net ulduzlarının tarixi kökləri (I hissə)
107 yaşlı Gəncə sakini seçkilərə necə hazırlaşır
Rəngarəng geyimlər
Məşhur cütlüyün Toy Tarixi Bəlli oldu-FOTO
Kəvərli kolbasalı piroq(foto-resept)
Bu yol 25 gün bağlı olacaq
Məşhur aktrisadan gözlənilməz cavab
Facebook-dan Azərbaycana zərbə
“Bakı-2015” əhali arasında fotomüsabiqə elan edir
Məşhur alim 120 yaşa qədər sağlam yaşamağın sirlərini açdı
Saat neçədir?
Qız kilidli, kameralı alt paltarı ixtira etdi-FOTO
Sənsizəm...
Ancelina Colinin qızı əməliyyatdan sonra İLK DƏFƏ-FOTO
Allahşükür Paşazadə Qurban bayramı ilə bağlı fətva verilməməsinə aydınlıq gətirdi
- ŞƏRHLƏR