Bakıda hava 12°
USD AZN
EUR AZN

Ana olmaq istəyənlərə bunları deməyin

Həm karyerada, həm də ailədə uğur qazanmaq istəyən qadınların sayı indiki vaxtda sürətlə artır. Bu vəziyyət ana olmağa çalışan qadınları sonsuzluq problemi ilə qarşı-qarşıya qoyur. Çünki həyat şəraiti, bəslənmə və yaş qadının hamilə qalmasını çətinləşdirən təhlükəli üçlükdür. Problemin görünməyən digər qismini bu qadınlara dəstək olmağa çalışan yaxın ətrafı yaradır. 
Cərrah Op.Dr.Halit Fırat Erden ana namizədinin ətrafında olan insanların deməməsi lazım olan ən əhəmiyyətli 7 fikri və bunların yerinə hansı sözü demək lazım olduğunu bizlərlə bölüşüb. Bu mövzu çox aktual və vacib mövzulardan olduğu üçün mən bu məlumatları sizlərlə paylaşmaq qərarına gəldim. Buyurun, oxuyun.
Uşaqlar onsuz da oddur, həyat onlarsız daha yaxşı olacaq. 
Sonsuzluq ilə mübarizə apararkən ana namizədinə ən çox deyilən cümlə: Uşaqsız həyat daha gözəldir, daha rahatdır. Bütün gecə rahat yatırsan, pulu özün üçün xərcləyirsən. Bu tip cümlələr ana olmaq istəyən qadının xəyallarının dağılmasına səbəb ola bilər. Çünki o qadının tək xəyalı var; həsrətində olduğu uşağı bir an əvvəl qucağına almaq. 
Bunun əvəzinə uşağınızın etdiyi müsbət hərəkətlərdən danışın.
Ana olmaq istəyənlərə bunları deməyin
Narahat olma, olacaq, bilirəm.
Bu cümlə təhlükəlidir, çünki qadının uşaq sahibi olmama ehtimalı da var! Sonsuzluq problemi böyük və həllsiz ola bilər. Problemə müsbət yanaşmaq, mənəvi dəstək vermək istəyi çox insani bir davranışdır. Ona görə də o qadına kömək məqsədi ilə daim yanında olun, fikir bildirməyin. Fikir, duyğu və düşüncələri bir kənara buraxın. Dinləyici olun. Edilə biləcək ən əhəmiyyətli şey köməyə hazır olduğunuzu göstərib onlara qarışmamaqdır. Fikirlərinizə ehtiyacı olsa, bunu özü dilə gətirəcək.
Onuncu müalicədən sonra hamilə qaldı!
Tez müalicə müddəti, iynə, qan testi və digər çətin əməliyyatlar... Bunun bir də maddi tərəfi var. Qadın həyatının böyük bir hissəsini sırf sonsuzluğun müalicələri ilə keçirərkən bir çox qadın "mən edə bilməzdim" deyə bilər. 
Bunun yerinə həkimə gedərkən həyat yoldaşı gələ bilməyən yaxınınıza birlikdə getməyi təklif edin. Birlikdə gülüb, ağlaya biləcəyiniz bir rəfiqə hər şeyi bir az daha asanlaşdıra bilər.
Ana olmaq istəyənlərə bunları deməyin
Bilirəm, tətildə hamilə qalacaqsan.
"Rahatlaşsan, olar." cümləsinin bir başqa ifadə forması: tətildə hamilə qalarsan. Stress müalicəyə mənfi təsir edən əhəmiyyətli bir faktordur. Bəzən istirahətdə olmaq işə bir uğur gətirə bilər. Ancaq çox vaxt ana olmağa cəhd göstərən qadın üçün "istirahət" təklifi əsəb mənbəyi olur. Bunun əvəzinə bir axşam əyləncə planlaşdırın. Müalicə alan qadınlar üçün rahatlamaq çətin ola bilər, amma əylənmək, ona dayaq olmaq hər zaman faydalıdır.
Övladlığa uşaq götürə bilərsiniz.
Ümidini itirən ana namizədləri üçün övladlığa uşaq götürmək fikri uzun və çətin ola bilər. Çünki müalicə əsnasında uşaq sahibi olunacağına dair bir zəmanət yoxdur. 
Bunun yerinə yaxınınızın bu mövzu haqda danışmaqdan çox da xoşu gəlmədiyini hiss edirsinizsə, danışmayın. Aktual mövzulardan söhbət edin.
Ana olmaq istəyənlərə bunları deməyin
Onun hamilə olduğunu sən üzülmə deyə demədim. 
Sonsuzluq problemi olan bəzi qadınlar başqalarının hamilə olduğunu eşitmək istəməyə bilər. Ətrafındakıların hamiləliyə dair xəbərlər vermə mövzusunda tədbirli davranmaları lazımdır. Adamların onlara qəmli-qəmli baxmaları canlarını daha çox yandırar. 
Bunun əvəzinə yaxınınız üçün çətin də olsa, dəstək olmaq üçün yanında olun. Ona əsla yazığınız gəlməsin.
Allah belə istəyir.
Bəzi qadınların ana olmasına sadəcə daha qüdrətli bir varlıq kömək edə bilər. Amma bunu eşitmək ana namizədinə vəziyyətinin ümidsiz olduğunu hiss etdirər. 
Ondansa, yaxınınıza ibadətə yönəlməsini deyil, qeyri-adi insanların olduğu dəstək qruplarına və ya forumlara qatılmasını təklif edin. Bu onun üçün çox daha yaxşı olacaq. İbadət öz yerində olmalıdır, amma insana sırf insan tərəfindən edilən dəstək də lazımdır.
Ana olmaq istəyənlərə bunları deməyin
Səslərin sayı: 9
31
4439
loading...
Şərhlər
Offline
Aliyeva Naz
Ele o suali verecekler deye cox insandan uzaq gezirem ;( bezmiwem yox cvbi vermekden .
6 sentyabr 2015 21:50
Offline
SARISIN_ESMER
Amin.... bully feel winked )) Xeber ucun çox sağ olun.
20 iyul 2015 14:10
Offline
H.M
ALLAH hec bir evi uwaqsiz qoymasin.
24 dekabr 2014 01:52
Offline
Xanim_Xatun
Yadima gəlmirki yeni ailə quran tanişlarimdan sorucamki hamiləsən?olanda biləcəmdə..sorucmagin nə mənası var.
25 noyabr 2014 16:34
Offline
PƏRVANƏ ƏLİYEVA......
Umumiyyetle kiminse shexsi ishine ailesine qarishan adamlari sevmirem.Kime ne var axi kimin ushaqi olar ?ve ya niye olmur?Hec dexli var?Deyen lazimki sennen men maraqlanmishamki sende burnunu hara geldi soxursan.Menim birinciden sonra 11 il olmadi day beynimin etini yediler,Niye olmur?Hekim ne deyir?ay qiz bir ushaqla qalassan?Ushaqa qardash ya baci lazimdi.Deyirdim kimse mene qarishmasin.Allah qismetime yazibsa demey olacaq yazmiyibsa demey omrumu bir balama qurban verecem.Adam bezirde etrafdakilarin soz sohbetinnen.11 ilden sonra hamile qalanda 8 ayima teze kecmishdimki anam qaynanam bilib shoka dushduler.Cunki ne kimese qarishmaram nedeki neyise kimlerese elan etmerem.Sevmirem ele kupegiren insanlari..Allah kime ne yazibsa oda olacaq..Allah butun Ana olmaq arzusu ile yashiyan qadinlara Ana olmaqi nesib etsin..Aminnnnn.Xeyirlisi her kes ucun..Canim menim gozel xeberine gore coxsaqol. give_ros
29 oktyabr 2014 21:56
Offline
איסון ממדוב.
nigarka, give_ros
Sərt_Əsinti,
give_ros
29 oktyabr 2014 08:05
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Agat_Kris
Başqalarının işinə qarışan insanları sevmirəm. Ana olmaq istəyənlərin ətrafındakı adamların çox əslində paxıllıqlarından belə şeylər deyirlər.
29 oktyabr 2014 02:29
imza: Pozitiv olun!
Offline
nigar dadasova
Elbetdeki demek olmaz
3 oktyabr 2014 08:34
Offline
איסון ממדוב.
Zayka, give_ros
Kiçik Ürəkdə Böyük Arzular, give_ros
2 oktyabr 2014 00:01
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Kiçik Ürəkdə Böyük Arzular
Allah hec bir evi usaqsiz etmesin Amin Arzusunda olan herkese nesib etsin
1 oktyabr 2014 15:14
Offline
°ღ Zayka •.°ღ
Maraqli xeberdi baci cox pis seydi bu bele sozler adama pis tesir edir meselen men 10 aydan sora hamile qalmisam Allah olmayanlara qismet elesin ehatemdeki adamlarin zozleri meni hirslendirirdi duzuevvel menim vecime deyildi deyiremki ne yasim var menim deyirdim qismetimde olan vaxtim var qynanamda yaxsi insandi hecne demirdi amma qynanamin qaynanasi guya mene tedelli verirdi ele bele oturdugum vaxtda hes usaq barede fikirlesmediyim vaxtda ele bir soz deyirdi eseblesirdim ozumden asilli olmadan eseblesirdim"sen fikir eleme olacaq"bir defe dese deyerem he deyge basi bu sozu deyirdi mene mende pis olurdum
29 sentyabr 2014 13:55
Offline
איסון ממדוב.
Ayka Eliyeva,
Xəyalə Murad,
Q,
Fatma xanım,
Zeyneb-Esger,
Ruhəngiz,
Amma inanınki bele seviyyəsiz suallah ancaq bizim milletden gelir.Bizim gelinede el suallar verende mamayla mn gelinin evezine cavab veririk size ne biz narahat deilik size ne gelib Allah izniyle ne zaman meslehetdise o vaxt olacaq qacan qovalayan yoxdu biz müsəlmanlar nədən beləyik axı eziz ana olmaq istyen bacilarim hec kime fikir verməyin tək cavabiniz bu olsun Allah xeyli övladın zamanı gəldikdə özü nəsib edəcək bu sevinci tüm valideynləərə inşaallah
25 sentyabr 2014 11:20
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Ruhəngiz
Maraqlı mövzudur,çox sağ ol.Aysunum.
Mənim fikrimcə belə sualları verən insanlar gözübağlı insanlardır,dindən-imandan uzaq insanlardır.ALLAHIN məsləhəti belədir,bunun qarşısında nə etmək olar ki?Fikirləşmir ki hər halda qarşı tərəf səndən çox istəyir ki övladı olsun.Bunu hər dəfə deməklə insanı hətta depressiyaya da sala bilərlər.
ALLAH bütün gəlinlərimizə,xanımlarımıza bu sevinci yaşatsın.Amin.
25 sentyabr 2014 11:01
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Zeyneb-Esger
İnsallah butun qadinlara ana olmaq qismet olsun AMİN xeber ucun cox sag ol Aysun bacim
25 sentyabr 2014 10:47
Offline
Fatma xanım
Allah hər qadını ana hər kişini ata olmağı nəsib etsin övlad şirinliyinin dadını heç nə verə bilməz
25 sentyabr 2014 10:27
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Qəribə
Allah hər bir qadına qismət etsin ana olmağı. Amin! Təşəkkürlər Aysun bacim dəyərli xəbər üçün.
25 sentyabr 2014 00:57
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Online
Xəyalə Murad
Lazımlı xəbərdir. çoxumuz bilmədən səhv cümlələr qururuq. Amma mən hər zaman belə cətin günlər yaşayan yaxın qızlara əminliklə deyirəm mütləq olacaq, geci tezi var, zamanı var, amma olacaq. Əsas odur ümid. Ümidi kəsməyin hər zaman Allah böyükdür. Allah hər evə övlad sevinci nəsib etsin bütün qızlarımız xoşbəxt olsun AMİn
24 sentyabr 2014 22:56
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Ayka Eliyeva
Ehh ne deyimee bu haqda,menim en yarali yerimdi bu sohbetler..5-ci ildi aileliyem,tesevvur edin ki tanidigim tanimadigim butun insanlar mene bu suallari verir,niye yoxdu?mualiceye niye getmirsiz?yoldawindadi problem yoxsa sende?Ama bunu deyenler fikirlewmirki bu sozler mene nece pis tesir edir,onlar bilmirlerki men bu 5 ilde neler cekmiwem!!Hansi mualiceleri almiwam..Insana bele vaxta yalniz ALLAHA olan umud komek edir,ne deyim ALLAH hamimiza,butun isteyenlere xeyirli ve saglam ovlad versin amin!!!Movzu ucun tewekkurler..
24 sentyabr 2014 22:43
Offline
איסון ממדוב.
gun ka,
Amin can amin Allah
Elif♡, give_ros
Asi,
Can sen ozunu hecde sixma insallah qurban olduqum oz hediyyesen senede qismet edecek.
GÜLÇİN, give_ros
Dəniz84,
Amin Allah
24 sentyabr 2014 22:38
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Aysel İ.
Düşüncəsiz insanlar yalnız tez-tez bu sualları verir. Niyə müalicə almırsan? Niyə uşağın olmur??Niyə həkimə getmirsən?? Bu sualları verən insan heç də qarşındakının psixoloji durumunu düşünmür. Onsuz da bu insan həkimə getmək lazım olduğunu, müalicə almalı olduğunu daha yaxşı bilir.
Allah heç bir ailəni övladsız eləməsin. Əsasən də xeyrli övlad versin.
24 sentyabr 2014 21:52
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış