Bakıda hava 20°
USD 1.7000 AZN
EUR 1.9671 AZN
20 iyun 16:12Sima peri hara getmisdiki sayt? 20 iyun 16:12Sima necesiz qizlar 20 iyun 15:49PERI OLEYY SAYTIMIZ GERI GELDI 20 iyun 15:09Xəyalə Murad Hər vaxtınız xeyir olsun,Əziz Qadin.Netlilər!
38752

Yuxular və yuxuyozmalar (5)

Mətnə daxil edilmiş yuxular və yuxuyozmalar beynəlxalq psixoloji mərkəzlərdə yüksək ixtisaslı mütəxəssislər tərəfindən ekspertizadan keçirilmiş və nəşrə tövsiyyə olunmuş nümunələr içərsindən seçilərək əlifba sırası ilə düzülmüşdür.

A

Allah

1. Sizin iradənizə zalım adamın hakim olacağı barədə xəbərdarlıq.

2. Allahla edilən söhbət–bir neçə yozumu olan həyacanlı işarədir: məhkəməyə düşmə ehtimalı, işgüzar sahədə müvəffəqiyyətsizlik, səhhətin kəskin pisləşməsi və ya hətta qəfil ölüm.

3. Sizdən üz döndərmiş Allahı görmək–elə bir iş tutacaqsınız ki, sonradan təəssüflənəcəksiniz.

4. Əgər Allah rəhmli və üzügülərdirsə, demək, sizi nüfuzlu adamın himayəsi sayəsində müvəffəqiyyət gözləyir.

5. Allaha ibadət etmək rifaha yozulur. Allahın sizə müraciətini eşitmək qeyri–adi yuxudur. Bütün deyilənlər yerinə yetəcək.

Allaha and içmək

Kiminsə Allaha and içdiyini eşitmək–xeyirsiz tanışlığa və ləyaqətsiz cəmiyyətin məhvedici nəticələrinə yozulur.

Yuxular və yuxuyozmalar (5)

Almaz

1. Yuxuda almaz görmüsünüzsə xoşagəlməzliklər gözləyin, arzularınız həyata keçməyəcəkdir.

2. Almazların itməsi namusunuzu və ya dostunuzu itirəcəyinizdən xəbər verir. Almaq–dövlət, evlənmə, ailə əmin-amanlığı vəd edir. Almaz tapmaq böyük səadət, xoşbəxtlik vəd edir.

3. Almazın itməsi bu yuxunu görənin qeyri–adi nəyininsə itəcəyinə, eləcə də onun işlərinin tam dayanacağına işarədir.

Alt paltarı

Alt paltarı almaq xəstəliyə yozulur. Çirkli alt paltarı yumaq–xoşagəlməzliklər və incikliklərə yozulur. Yatanda alt paltarı ilə durmaq maraqlı yeni xəbərlər deməkdir. Yaş alt paltarını burub sıxmaq xəyanətin ifşa edilməsi, zivəyə asmaq uduş, miras alınması, yerbəyer etmək–düşmənçilik və xoşagəlməzliklərdir.

Alverçi

Alış və ya satış zamanı aldanacağınız haqqında xəbərdarlıqdır. Alverçiyə baş endirmək bədbəxtçilikdir.

Alver etmək

1. Yaxınlarınızı aldatmağa meyilli olduğunuza işarədir.

2. Gəlir vədi.

3. Qızğın alver–cəsarətlə seçdiyiniz işdə uğur. Əgər alver o qədər də uğurlu getmirsə, sizi kədər və pərtlik gözləyir.

Ana

1. Öz vətənində uğur qazanmağa və məhşurlaşmağa yozulur.

2. Ananın xəstəliyi qadınlar üçün uğursuz ailə həyatına, kişilər üçün isə uğursuz işlərə işarədir. Ananın ölümü qadınlar üçün boşanmaq, kişilər üçün isə karyerasının iflası kimi yozulur.

3. Diri-qayğı və zəhmətə, ölü-əməyə və firavanlığa, cənazə-vəziyyətin yaxşı tərəfə meylinə yozulur.

4. Hər hansı bir sahədə yaxşı nəticə və gəlirin qazanalacağına işarədir.

5. Ana ilə söhbət sizin, xüsusi ilə maraqlı olduğunuz işlərdə yeni, sevincli xəbərlər alacağınıza yozulur.

6. Qadınlar üçün ananı röyada görmək ailə xoşbəxtliyinə, maraqlı işlərlə məşğul olacağınıza işarədir. Başqasının anasını xəstə və yaxud ölü vəziyyətdə görmək kədərə yozulur.

7. Əgər ananızın sizi röyada çağırdığını görsəniz, bu işlərinizi düzgün aparmadığınıza və hamı tərəfindən tərk edilmənizə işarədir. Ana ağlamasını, ağısını eşitmək baş verəcək xəstəlik və ya bədbəxtlik təhlükəsinə yozulur. Ananınızı yuxuda görmək -mirasa qovuşacağınıza yozulur. Ananızı sizdən incimiş və acıqlı görmək işlərinizdə uğursuzluğa, gülərüzlü və sevinc içində görmək şad bir xəbərə işarədir. Ögey ana–kədər, qüssə və xoşagəlməz hadisələrə yozulur.

Yuxular və yuxuyozmalar (5)

Ananaslar

İşlərin xoş məcraya (suyun axdığı yataq, yola) düşəcəyini bildirir.

Anasından ayrılmamış bala

Qadın üçün ev quşunun balası cansıxıcı və üzücü qayğılara işarədir.

Aprel

Yuxuda aprel ayı olduğunu görmək–sizin qismətinizə çoxlu gəlir düşəcəyinə işarədir. Amma əgər həmin zaman hava pisdirsə, onda müvəffəqiyyətsizliklər gözləyin.

Aptek

1. Xəstəlik zamanı tezliklə sağalacağınızın müjdəsidir. Sağlam vaxtı xəstəlik haqda xəbərdarlıqdır.

2. Sirr verməyə və ya əsəb pozuntusuna işarədir.

Aptek işçisi 

Yalan və ya faydasız sazişin müjdəsidir.

Araba

Gözlənilməz qonaqlarınız gələcəyindən xoş səyahətdən imtina etməli olacaqsınız. Ağır yüklənmiş araba–ağır zəhmətlər və qayğılar.

Yuxular və yuxuyozmalar (5)

Arı

1. Mühüm uduş, var–dövlət haqqında vədə işarədir.

2. Uğurlu və gəlirli danışıqlar haqqında əvvəlcədən xəbər.

Armud

1. Səhhətnizin zəifliyi barədə xəbərdarlıqdır.

2. Kef vəd edir.

3. Armud yemək xəstəlik, ağacdan dərmək varlanmaq.

4. Dəymiş armud–şirin ləzzət. Cır, turş–qəm və kədərdir.

Arpa

Məhsuldar ilin gəlməsindən xəbər verir.

Asiya

Asiyaya səyahətə çıxmaq–pul mənfəəti olmayan dəyişikliklər.

Yuxular və yuxuyozmalar (5)

At

1. Tale sizə qarşı xeyirxahdır.

2. Ağ at–işiniz düzələcək, toyunuz olacaq (xanımlar üçün), sevgi, məhəbbət əlamətidir.

3. Atdan düşmək–vəzifənizi itirəcəksiniz. Ata minmək–arzularınız yerinə yetəcək.

Avqust

1. İşgüzar əməliyyat və sevgi münasibətləri üçün pis işarədir.

2. Cavan xanım üçün özünü avqustda ərə gedən görmək–yaxında qəm–qüssə vəd edir.

B

Bağ

1. Bağda gəzmək–müvəffəqiyyət, işlə bağlı sevincdir.

2. Çiçək dərmək, ləzzətdir.

3. Çiçəklənən, böyük bağ–işlərdə müvvəffəqiyyət və bolluq, baxımsız qalmış, qəmli, solğun bağ–kasıb, qocalıqdır.

Yuxular və yuxuyozmalar (5)

Bağça

Təsərrüfatda müvəffəqiyyətin və sabit gəlirin xəbərdarlığıdır.

Bağban

1. Çox mənfəətli insanla dostluq və tanışlığın əlamətidir.

2. Bağbanla söhbət etmək–etibarın itirilməsi əlaməti. Oğurluq pulun itirilməsidir.

Ardı var...

Müəllif: Azad Nəbiyev

Əsər psixoanalizin banisi Ziqmund Freydin solmaz xatirəsinə ithaf olunur.

Folklorda fasiləsiz transfer və yuxu pradiqmaları

Səslərin sayı: 9
23
9563
loading...
Şərhlər
Offline
Ellada Babayeva
PƏRVANƏ ƏLİYEVA......,
Allah rəhmət eləsin. recourse
Fidan Məmmədova,
Məndə baxmıram. Bu gün gördüyüm yuxu lap qarışıq idi. Heç baxmadım. smile

Aida M-ova,
Maraqlıdır. smile
28 oktyabr 2014 23:06
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Fidan Məmmədova
Həmişə yuxu yozmalara fikir verərdim son vaxtlar heç vaxt olmur fikirləşməyə
Mən fikirləşəndə yadımnan çıxır gördüklərimin çox
28 oktyabr 2014 10:23
Offline
Asi
PƏRVANƏ ƏLİYEVA......,
Allah rehmet elesin ekan cennet olsun INSALLAH
27 oktyabr 2014 21:29
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
Aida M-ova
Bu gün hey tanımadığım adamları görmüşəm dash
27 oktyabr 2014 21:26
Offline
PƏRVANƏ ƏLİYEVA......
Artiq 8 ci ildiki Atam rehmete gedib.Onu bu iller erzinde saysam 5 defe yuxuda gormushem..Cox istiyerdim hec olmasa yuxularima gelsin gorum onu.(((
27 oktyabr 2014 21:10
Offline
Asi
Allah qovuşdursun

Cox sagolun gerek gedim
27 oktyabr 2014 16:31
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
Fatma xanım
lap ozledim

Allah qovuşdursun
27 oktyabr 2014 16:30
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Asi
Yuxuda anami gordum air_kiss lap ozledim recourse
27 oktyabr 2014 16:28
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
Ellada Babayeva
Aida M-ova,
Bilmirəm. Məndə eyni şeyi fikrləşdim..

 ♥♥S.N.♥♥,
Mənədə. scratch_
Fatma xanım,
kiss
24 sentyabr 2014 17:32
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
♥♥S.Nur♥♥
Icerilerinde gorduklerim var,amma bu yozumlar mene hec anlamli gelmir niye gorese.Teshekkurler.
23 sentyabr 2014 23:27
Offline
Fatma xanım
Dəniz84,
Kaş ömrümdə bircə dəfə mən də öz anamı görəydim yuxumda
23 sentyabr 2014 23:08
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Zeyneb-Esger
Xeber ucun tesekkurler give_ros
23 sentyabr 2014 20:25
Offline
Şəri Babayeva
Yuxuda at,bağ,arı çox görmüşəm. no Təşəkkür bacıcan give_ros air_kiss blush
23 sentyabr 2014 18:46
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Qəribə
Cox sağ olun Ellada xanim, tesekkur edirem.
23 sentyabr 2014 17:55
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
♥Mira♥
Bunlarin hec birini gormemisem tesekurler xebere gore kiss :)
23 sentyabr 2014 16:15
Offline
Aida M-ova
Ellada Babayeva,
Mənə bu maraqlı gəldi bu niyə belə yozulur, scratch_
Allah

1. Sizin iradənizə zalım adamın hakim olacağı barədə xəbərdarlıq
23 sentyabr 2014 16:01
Offline
Ellada Babayeva
Aida M-ova,
Çalışıram. Özüm oxuyanda bir təhər oluram. İstəməzdim kiminsə kefi pozulsun. yes
23 sentyabr 2014 15:53
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Aida M-ova
Ellada Babayeva,
Ay çox sağ ol air_kiss bu yuxu yozan ki, var kiminsə sevinməyin istəmir mocking
23 sentyabr 2014 15:25
Offline
Ellada Babayeva
Aida M-ova,
Mən hələ seçim etmişəm. Elə söz var ki, yuxu görənə pis təsir edə bilər. Ona görə onları qeyd etməmişəm.
nigar dadasova,
Ceylan Mumoğlu,
Dəniz84,
Şərhiniz üçün çox sağ olun.. give_ros give_ros give_ros
23 sentyabr 2014 15:11
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Aida M-ova
Çox qəribə yozumlardı ürək açan çox az söz var. scratch_ Adamı yuxu görməkdən soyudur mocking
23 sentyabr 2014 15:00
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış