"Azəri-Çıraq-Günəşli" dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə "Əsrin müqaviləsi"nin imzalandığı 1994-cü il 20 sentyabr tarixindən artıq 20 il keçir. Məhz bu tarixdə Azərbaycan neftçiləri növbəti dəfə öz peşə bayramlarını - Neftçilər Gününü qeyd edirlər.
Bu müqavilə haqlı olaraq ümummilli lider Heydər Əliyevin banisi olduğu Azərbaycanın energetika strategiyasının əsas tendensiyasını müəyyən edən və Azərbaycanı dünyanın neft ixracatçılarından birinə çevirən özül hesab edirlər.
Neft-qaz sektoru indi də Azərbaycan iqtisadiyyatının hərəkətverici qüvvəsi qalmaqda davam edir. Müstəqillik əldə etdikdən sonra Azərbaycan SSRİ-nin mövcudluğunun son illərində durğunluğun yarandığı sahənin inkişafında böyük uğurlara nail oldu. Bu sahə dirçəlməyə başladı. Həm quruda, həm də dənizdə yataqların işlənməsi ilə bağlı bir sıra müqavilələr imzalandı. Nəticədə Azərbaycan “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları bloku və "Şahdəniz" qaz-kondensat yatağı kimi əfsanəvi karbohidrogen yataqlarını dünyaya hədiyyə etdi.
Azərbaycan artıq dünya bazarında özünü etibarlı neft ixracatçısı kimi təsdiqləyib və hazırda Azərbaycan qazının Avropa ölkələri bazarına çıxarılması istiqamətində aktiv işlər görülür. Artıq qazın Türkiyə ərazisindən Avropa sərhədlərinə nəql olunmasını təmin edəcək Trans-Anadolu qaz boru kəmərinin (TANAP) tikintisi ilə bağlı qərar qəbul edilib. Həmçinin bu ilin iyun ayında Trans-Adriatik boru kəməri (TAP) Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə konsorsium tərəfindən Azərbaycan qazının Avropaya nəqli üçün marşrut kimi seçilib. Azərbaycan qazının Avropaya nəqli yolunda növbəti addım "Şahdəniz" konsorsiumu və Avropanın qaz alıcıları arasında bağlanan sazişlər olub.
Azərbaycandan qazın Avropaya ixracının başlanğıcını Avropaya öz karbohidrogen tədarükü mənbələrini şaxələndirməyə və enerji təhlükəsizliyini yüksəltməyə, Azərbaycana isə Avropanın şəxsində yeni bazar əldə etmək imkanı verəcək "Cənub Qaz Dəhlizi" qoyacaq.
Yeni bazarlara qaz ixracının təmin olunması çərçivəsində 2013-cü il dekabrın 17-də "Şahdəniz" qaz-kondensat yatağının 2-ci mərhələsinin işlənməsi üzrə yekun investisiya qərarı qəbul edilib. Həmin qərara əsasən, hər il 10 milyard kubmetr həcmində qaz Avropa bazarlarına, 6 milyard kubmetr qaz isə Türkiyəyə ixrac olunacaq.
Yatağın ikinci mərhələsinin işlənməsi çərçivəsində qaz Türkiyəyə və Avropa bazarlarına Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi, TANAP və TAP-ın tikintisi yolu ilə ixrac olunacaq.
TAP-ın ilkin buraxılış qabiliyyəti ildə 10 milyard kubmetr təşkil edəcək. Sonradan bu göstərici 20 milyard kubmetrə qədər artırıla bilər. Öz başlanğıcını Türkiyə-Yunanıstan sərhədindən götürən РўРђР -a qədər Azərbaycan qazı Türkiyə ərazisi ilə TANAP vasitəsilə nəql ediləcək. TANAP-a qədər isə qaz hazırda fəaliyyət göstərən və gələcəkdə genişləndiriləcək 700 kilometrlik Cənubi Qafqaz qaz kəməri ilə nəql olunacaq.
Qeyd etmək lazımdır ki, 20 ildən sonra 20 sentyabr tarixi növbəti dəfə əbədiləşdiriləcək. Çünki bu il məhz bu tarixdə Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi layihəsinə başlanması mərasimi keçiriləcək ki, bu da faktiki olaraq “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasına start verilməsi deməkdir.
“Cənub Qaz Dəhlizi” çərçivəsində yaradılacaq qaz nəqliyyatı infrastrukturunun perspektiv imkanları gələcəkdə Azərbaycanın digər yataqlarından əlavə qaz həcmlərinin Avropa bazarlarına, eləcə də üçüncü ölkələrə ixracını təmin edəcək ki, bu da ölkəmizin ixrac və tranzit potensialının inkişafına öz töhfəsini verəcək.
Mənbə: Trend.Az
XƏBƏR LENTİ
Dünyanın gözəlliyini əks etdirən şəkillər
Dərini canlandıran maska
Xoşbəxt olmaq istəyirsiniz?
Obama müharibədən danışdı: "Nəhayət bitəcək"
Bakı metrosuna könüllülər lazımdır
Koronavirusla bağlı son STATİSTİKA
Bəzi tarixi yerlərə səyahət
Əmlakınıza qiymət qoyulacaq!
Rusiyanın xalq artistləri Bakıya gəlir
Hərbi xidmətdə yenilik
Zəmanə dəyişilib yoxsa insanlar?
Birgə təlimlərdə iştirak edən hərbi qulluqçular üçün Qurban bayramı tədbiri təşkil olunub - VİDEO
İqor Morskinin xəyal gücü
İlon Mask bir həftəyə sərvətini 13.5 milyard dollar artırdı
Ebru Gündeş Bakıya gəlir-FOTO
17 illik serialda "Haluk" olmayacaq?
Əliyevdən mesaj: Hərəkətə keçin
HAVA necə olacaq?
"Supermen" 0,05 saniyəyə klinik diaqnoz qoymaq qabiliyyətinə malikdir
İsrail raketləri Suriyanı vurdu
Qadın.Netlilərin körpələri- 4
HAVA necə olacaq?
İstilik sistemləri niyə işə salınmır?
Moskvada Malıy Teatrın səhnəsində “Yeddi gözəl” tamaşası səhnəyə qoyulub
Məşhur müğənni itinin ayı balası olduğunu öyrəndi-FOTO/VİDEO
Dadlı tort
Gəlin buketləri
Mədə-bağırsaq xəstəlikləri üçün
İrandan daha çox nə alırıq?
Düşmən 26 hərbiçsini itirib
Dekabrda neçə gün dincələcəyik?
Yemək yeyərək sərvət qazanır - FOTO
Maqnezium çatışmazlığı nəyə səbəb olur?
İş həyatında insanlara təsir etmək üçün...
ÜST nümayəndəsi kollektiv immunitetlə bağlı şübhələrini bölüşdü
Qarderobunuza əlavə etməli olduğunuz geyimlər
Rusiyadan gözlənilməz addım - "WhatsApp"a qadağa
200 kaloridən az olan 2 sağlam smoothie
Ramazan ayının 29-cu gününün duası
İlham Əliyev prezidentləri bir araya topladı
Braziliyalı Azərbaycan klubunda
Leyla Əliyeva Heydər Əliyevin 95 illiyinə həsr edilən tədbirdə iştirak edib - FOTO
Alimlərdən yeni rekord
Tkemali sousu (Gürcü mətbəxindən )
Leyla Əliyeva “Yeddi gözəl”i izlədi - FOTO
Elm ilk uşaqların daha ağıllı olduğunu deyir
Günün qoroskopu: Bədxərclik etməyin!
Simeoneyə da bir təklif
"Ufak Tefek Cinayetler"in aktrisası çəkilişlərə gələ bilmir-SƏBƏB
Azərbaycanda ilk
- ŞƏRHLƏR