“Zəlzələ bütün seysmoaktiv ərazilərdə olduğu kimi Azərbaycanda da həmişə qeydə alınır. Belə zəlzələlərdən biri də bu gün Lənkəran zonasında baş verib. Ondan əvvəl də Xəzər dənizində, Abşeron yaxınlığında da belə zələlələr olub. Bu zəlzələ nisbətən daha güclü olduğu üçün lokal ərazilərdə, episentrə yaxın ərazilərdəki məntəqələrdə hiss olunub. Şükr Allaha ki, bu güclü titrəyiş deyildi”.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli anspress-ə açıqlamasında bildirib.
Ekspert baş verən zəlzələlərin gözlənilən hal olduğunu bildirib. Onun sözlərinə görə, qırılma zonalarında əks istiqamətli tektonik hərəkətlər gedir. Bu zaman müəyyən həddə çatandan sonra süxurlar deformasiyaya uğrayır. Deformasiyaya uğrayan süxur tab gətirə bilmir və qırılır. Süxur qırılan kimi qəflətən titrəyiş baş verir. Bir neçə santimetrdən tutmuş daha güclü zəlzələlər bir neçə metrlərlə ölçülür. Gərginliyin toplanmasından, deformasiyaya uğrayan süxurun həcmindən, onlara təsir edən xarici qüvvələrin təzyiqindən asılı olaraq, zəif, orta-güclü və güclü zəlzələlər baş verir. Burada xırda süxurların qırılmasıdı. Buna görə nisbətən zəif zəlzələ müşahidə edilir.
Tahir Məmmədli onu da əlavə edib ki, Azərbaycanda seysmoloji aktivliyə nəzarət etmək üçün quraşdırılan yeni Seymoloji Stansiya və avadanlıqlar vasitəsilə yeraltı təkanları izləmək üçün gözəl imkanlar yaradır. Bu avadanlıqlar vasitəsilə baş verən zəlzələ yüksək dəqiqliyilə qeydə alınıb.
“Yeni avadanlıqlar vasitəsilə burada və ümumiyyətlə, Azərbaycan ərazisində ən zəif təkanları, hansı ki, əvvəlki stansiyalarda onları qeydə ala bilmirdik, onları yüksək dəqiqliklə görə bilirik. Bu da seysmoloqlara ölkədə seysmoloji aktivliyi dəqiqliklə öyrənməyə geniş imkanlar verir. Bu cihazlar bizə seysmoloji hadisələri dəqiqliklə izləməyə imkan verir. Seysmoloqlar da alınan məlumatlar əsasında müəyyən fikirlər söyləyə bilər. Amma ümumilikdə zəlzələnin nə zaman baş verəcəyini demək hələlik mümkün deyil”, - deyə Tahir Məmmədli vurğulayıb.
Alimin sözlərinə görə, Azərbaycanda bir çox seysmoloji aktiv zona var. Həmin ərazilərdə güclü zəlzələ olmasını gözləmək lazımdır: “Bəzi mütəxəssislər həmin ərazilərdə enerjinin boşalmasını deyirlər. Amma göründüyü kimi bu proqnozlar özünü doğrultmur. Yenə həmin yerlərdə titrəyişlər olur. Bu da onu göstərir ki, zəlzələlər hansısa qanunauyğunluq tanımır. Ona görə də, demək olmur ki, indi burda zəlzələ olub, bir də neçə vaxtdan sonra olacaq. Çünki bu çox mürəkkəb proseslərdir. Sadəcə, seysmoloqlar harada güclü zəlzələ ola bilər və onun gücünü deyə bilərlər”.
Tahir Məmmədli onu da əlavə edib ki, Azərbaycan üçün ən təklükəli zəlzələ ərazisi Şamaxı və İsmayıllı ərazisində olan ocaqlardır: “Şamaxı-İsmayıllıdan tutmuş Zaqatala-Balakən, Şəki-Qax, Şəkidən daha güclü Oğuz zonası, Lənkəranda, Xəzər zonasında güclü ocaqlar var. Bundan başqa, ən təhlükəli mənbələr Xəzər dənizindədir. Həmin ocaqlarda baş verən yeraltı təkanlar Bakıda güclü zəlzələ təhlükəsi yarada bilər. Xəzər dənizində ocaqlar çoxdur. Onlardan ən böyük seysmik təhlükəyə malik Abşerondan 50-60 kilometr cənubda, Xəzər dənizində yerləşən güclü ocaq zonasındadır. Yaxşı ki, bu ocaq 60 kilometr aralıdadır və 3035 kilometr dərinlikdədir. Buna baxmayaraq, bu ocaqda baş verən proses Bakı üçün 8 bal gücündə zəlzələ yarada bilər”.
Son zamanlar zəlzələnin olacağını əvvəlcədən proqnozlaşdırmaq kimi fikirlər yayılıb. Ekspert isə güclü zəlzələlərin baş verməsini prqonozlaşdırmağı mümkünsüz sayır: “Dünyada da belə sübut edilib ki, güclü zəlzələdən əvvəl də sakitlik ola bilər. Bəzən isə güclü yeraltı təkanlardan əvvəl zəif zəlzələlərin aktivləşməsi də ola bilər. Bu fikirlərdən ümumi nəticəyə gəlmək olar ki, zəif titrəyişdən sonra güclü zəlzələnin baş verib-verməməsini proqnozlaşdırmaq olmur. Ümumiyyətlə, həmin zonalar potensial ocaq zonalarıdır. Bəlkə də, uzun illər sonra orada güclü zəlzələ ola bilər, amma bunu qabaqcadan demək mümkün deyil”.
XƏBƏR LENTİ
Xallar xərçəng xəstəliyinin yaranması haqqında xəbər verə bilər
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Buraxılış imtahanları təxirə salındı
Hava şəraitinin dəyişəcəyi ilə bağlı XƏBƏRDARLIQ edildi
Gəlinlər üçün gözəl ayaqqabı modelləri
Bakı çimərliklərində dənizə girmək QADAĞAN EDİLDİ
Bakıya yenə yağış yağacaq
"Qalatasaray"dan biabırçı məğlubiyyət
Badımcan salatı (foto resept)
Bakı 2015-in biletləri satışda
Ördək dimdikli dinozavr növü tapıldı
Bələdiyyə başçısının zarafatı sosial şəbəkədə müzakirə olundu
BÜRCLƏR bizə nə vəd edir?- 3 fevral
Arda Kuralın vəziyyəti pisləşdi-FOTO
Badımcan, pomidor,bibər dolması (foto resept)
“Virtual məktəb”də qeydiyyat bu gündən mümkün olacaq
35 il sonra bir araya gəldilər - FOTO
“Coker” filmi daha bir uğura imza atdı
Ermənilərdən 15 sentyabr təxribatı
Bu müəllimlərin maaşı 40% artırılır
Ziyafət geyimləri
Yeni orfoqrafiya lüğətinə 4000 yeni söz daxil edilib
Can Yaman anası ilə -FOTO
Dadlı toyuq qızartması (foto resept)
Labirint-3
Polşa höküməti istefa verdi
Alzheimer xəstəliyinin çarəsi tapıldı - YENİ KƏŞF
Çaynikdə qalan çayı atmayın
Niderlandda Bakı küçəsi - FOTO
Rubl kəlləmayallaq diyirlənir
Xoşbəxt olmaq istəyiriksə...
64 kiloqram arıqladı kimsə tanımadı-FOTO
Azərbaycan ordusunun giziri şəhid oldu
Günün ulduz falı - 23.01.2014
Günün ulduz falı
NASA elə bir faktı dünyadan gizlədir ki...-Tədqiqatçıdan Şok açıqlama
Kubokda püşk atıldı: kimlər qarşılaşacaq?
Azərbaycan Rioda daha bir medal qazandı!
Ahmet Kurala qarşı şahid peyda oldu
Pentaqon Ukraynaya yardım edəcək
Uşaqların uğuruna mane olan 3 valideyn xətası
İnternet istifadəçilərinin kimliyi dəqiq bilinəcək
Megan Markl hərbi paradda hər kəsdən seçildi-FOTO
Rusiyanın qadağasının Azərbaycana aidiyyəti yoxdur?
Bakıda küləyin istiqaməti dəyişəcək
Gürcüstan azərbaycanlılarına şad xəbər
Düşmənin viranəyə çevirdiyi Ağdamın Cümə məscidinin görüntüləri - VİDEO
Məhəmməd Əmin Rəsulzadənin məzarı Azərbaycana gətiriləcək?
İşias ağrılarını azaldaq
Daşaltı əməliyyatından 23 il ötür