Rasim Əhmədov 30 ildir arıçılıqla məşğuldur. İsmayıllıdan qayıdarkən yol üstündə rastımıza çıxan arıçı Rasim bizimlə söhbətində bu sənətin sirlərindən danışdı. Rasim kişinin sözlərinə görə, 40 yeşik arısı var:
“Hər yeşikdə 80 min arı olur. Balı hər adam tanımır. Arıçılıq canlı işdir. Mən onlarla danışa bilirəm, dil tapıram.
Çünki peşəmdir. Onların yaz aylarında qarın ağrısı başlayır. Marağı olanlar üçün deyim ki, aprel və may ayının gülləri üstündə şeh olur. Arının ayağı şehə dəyəndə ona soyuq dəyir. Elə bilirsiniz ki, tək insana soyuq dəyir? Arıları da soyuqdan qorumaq lazımdır".
Arıçı deyir ki, qarın ağrısı olan arılara bir-bir dərman tökmək olmur: “Ona görə dərmana şərbət qatıb tökürük. Sonra payızda gənə olur. Malda olan kimi arıda da gənə olur. Onun da dərmanı var. Yəni bu işin çox çətinliyi var.
İndi payız mövsümü yaxınlaşır. Payız da arıçılıq dövrüdür. Mən oktyabra qədər burda olacağam. Bütün həyatımı bu sənətə həsr eləmişəm. Özüm də qələm adamlarına yaxın biriyəm. Şair dostlarım var".
R.Əhmədov danışır ki, kababçını həmişə kababın iyi tutur: “Ancaq arıçını bal tutmur. Bizdə belə problem olmur. Balsız mənim həyatım yoxdur. Ancaq onu çox yemək də olmaz. Çünki təzyiqi qaldırır. Bu peşənin ən müqəddəs və vacib şərti odur ki, bala haram qatmaq olmaz, günahdır. Kim bilmirsə bəkməz qatır.
Görün necə müqəddəs nemətdirsə, bal qanda olan mikrobları öldürür. Bir gün türkiyəli qonaq var idi. İlk dəfə ondan eşidirdim ki, il ərzində bir kilo bal yeyən insan pis xəstəliklərdən uzaq olar. Heç qrip ona yaxın gələ bilməz".
Rasim kişi təmiz balı tanımağın sirrini də bizə öyrətdi. Onun dediyinə görə, çay qaşığına balı töküb altını yandırırsan, əgər bal yanmayıb, qaynadısa, deməli, təmizdir: “Ancaq bala şəkər qatıldığını bilmək üçün qaşığı yandırırsan və balı alov götürür yanır. Elə bil ki, kağız parçasını yandırırsan. Bunu hər adam bilmir. O da təbiidir. Bu, mənim işimdir. Bir də balı keyfiyyətindən, dadından tanımaq olur. Bal yeyən adam ağzının dadını bilir ki, bu necə maldır. İndiki dövrdə təmiz bal tapmaq çətindir. Ona görə insanlarda inamsızlıq var. Ancaq mən apreldə bu yerə gəlirəm, bir də evə oktyabrda gedirəm. Burada balaca daxma düzəltmişəm, yeməyim, içməyim, hamısı burdadır”.
Rasim kişi deyir ki, nadir hallarda bu aylar ərzində evə baş çəkir: “Xeyir işlərə oğlum gedir, yas məclislərinə özüm. Başqa yerlərdə də arı yeşiklərim var. Ailəmi yalnız bu işlə dolandırıram. Elə gün olur ki, qazanc əldə etmirəm. Ruzi qismətdir”.
Həmsöhbətimiz Şəki-Zaqatala bölgəsində balın şabalıddan çəkildiyini də dedi. Müsahibimiz arıların kimləri daha çox sancdığını da açıqladı: “Arılar pis niyyətli adamlar yaxşı tanıyır. Siz xalq üçün işləyirsiz, sözün yaxşısını deyən adamlarsız, arı jurnalistləri heç vaxt sancmaz”.
R.Əhmədov bildirir ki, arıçılıqla təbabəti bir-birinə yaxınlaşdıran amillər var: “Arı məhsullarının, o cümlədən arı zəhəri, arı südü müxtəlif xəstəliklərin müalicəsindəki uğurlu nəticələridir.
Dünyada 20 mindən artıq arı növü var. İnanın ki, Antraktidadan başqa dünyanın istənilən yerində arıya rast gəlinir. Arılar həm yaxşı şirə olan yeri hiss edirlər, həm də onlara qulluq edən insanı tanıyırlar. Arı ailəsində bütün arıların işi var. Tək istisna erkək arılardı. Erkək arılar nə pətəyin qorunmasında, nə təmizliyində, nə də qida tədarükündə iştirak edərlər. Onların pətəkdəki yeganə funksiyaları ana arını mayalandırmaqdır".
Arıçı onu da deyir ki, bir pətəyin arıları digər pətəyin arılarını ora buraxmırlar: “Hər bir pətəyin qabağında keşikçi arılar olur.
Pətəyin içərisində müəyyən qruplar olur ki, digər arıların çöldən gətirdikləri xortumundakı şirəni, bəzən ayaqlarındakı çiçək yarpaqlarını, bəzi vaxtlarda isə gətirdikləri suyu yerbəyer etməklə məşğul olurlar. Su arıların balalamasında vacib rol oynayır. Əgər xəstə arı olarsa, o artıq işə yaramadığı üçün qanadlarını yonub pətəkdən bayıra atırlar”.
Qeyd edək ki, Azərbaycanda arıçılıq qədim tarixə malikdir. Hələ eramızdan əvvəl IX-VIII əsrlərdə Zaqafqaziyada arıçılıqla məşğul olublar. X-XII əsrlərdə Azərbaycanda arıçılıq daha da inkişaf edib.
XƏBƏR LENTİ
Ərdoğandan Azərbaycan xalqına BÖYÜK DƏSTƏK
Temperatur enir - Sabahın HAVAsı
Südlü düyü şorbası (foto resept)
Cəbhədə güclü atışma
Avropanın ən ucuz şəhəri seçilib
Kəbədə yağış gözyaşına qarışdı
Şahzadənin toyu ərəfəsində qalmaqal yaşanıb - FOTO
Ermənistan ərazisindən ən çox hədəfə alınan ərazilərimiz açıqlandı - RƏSMİ
Azərbaycanda ən çox yayılan xəstəliklər hansılardır?
Can Yamanı onlar da müdafiə etdilər
Ermənistan silahlı qüvvələri İran-Azərbaycan sərhədinə yaxınlaşsa Tehran Ermənistanı vuracaq
Uşaqlarda yalanın səbəbləri
Vulkan nəhəng lava gölü yaradıb-video
XTQ giziri: “Bir nəfər də qalsaq, o bayraq sancılmalı idi” - VİDEO
Astronavt müəmmalı VİDEO paylaşdı
Yaşlanmağın qarşısını alan maska
Lobya (foto-resept)
Uşaqlara xarici dil öyrətmək üçün 4 tövsiyə
Tarixdə minlərlə insanın ölümünə səbəb olan 3 virus
Azərbaycanda terrora qarşı mübarizə gücləndirilir
Qucağa öyrəşən uşaqlara necə davranmalı?
Bakının bazarları niyə "yanır" ?
Vətəndaşlara səhv göndərilən koronavirus nəticələrinin ümumi statistikaya təsiri ilə bağlı RƏSMİ AÇIQLAMA
Apple və Motorola barışır
"Milan" baş məşqçsini qovdu
Qarabağda şəhid olmuş əsgərlərin övladları indi qisas alır - VİDEO
Küçə sənəti - 2
Acun onu izləməyə aldı-FOTO
Hamilələrin isti suya girməsi zərərlidirmi?
Kirayəyə veriləcək mənzillərin siyahısı - FOTO
2017-ci ildə uğur qazanmaq istəyirsizsə, MÜTLƏQ BUNLARI EDİN! - TÖVSİYƏLƏ
National Geographic foto müsabiqəsi-5 (son)
Anamın ətli sırdağı (foto resept)
Facebook-da YENİLİK
Putin Qarabağ münaqişəsinin həllinin Rusiya üçün əhəmiyyətindən danışdı
Yaponlar yeməyi niyə çubuqla yeyir?
Cizgi film deyib yan keçməyin! (II hissə)
2011 şərfləri
Azərbaycanda Nazirlikdə "SOS"!
8 mart üçün fincan formalı açıqca
Whatsapp məhz bu telefonlarda işləməyəcək - SİYAHI
Ağ ciyər qıtlığı var
Şagirdlərin tətil günlərinin sayı açıqlandı
Qubadlı rayonundan görüntülər - VİDEO
Məşhur modeldən hamiləliklə bağlı suala reaksiya
Hansı halda qapanmaya gedilə bilər?
Nə üçün asqırdıqdan sonra şükür edirik
Mətbəx məsləhətləri
ABŞ-da iPad Air satışları başlandı
Rəsm olduğuna inanmayacaqsınız
- ŞƏRHLƏR