Falçı və fırıldaqçılara hər yerdə rast gəmək mümkündür. İstər internetdə, istər sosial şəbəkələrdə. Onlar internetdən başı çıxamayan insanların belə, əli çatacağı yerlərdə, yəni qəzetlərdə öz elanlarını çox rahatlıqla yerləşdirə bilirlər. Əslində isə onlar kimdir?
ANS bu dəfə məhz bu suala cavab tapmağa çalışdı. Səbəb son bir neçə ildə özünü ekstrasens və ya falçı adlandıran şəxslərin sayının kəskin artmasıdır. Məlum məsələdir ki, burada məqsəd əziyyət çəkmədən asan biznesin qurulması və elə asan gəlirin əldə olunmasıdır.
Kiçik araşdırmada bir neçə elan saytlarında internet istifadəçilərinə öz xidmətlərini təklif edən falçıları axtarmağa başladıq. Müəyyən üsullarla iki gənci bir-birinə sevdirməyi və insanları cadudan təmizləməyi bacardığını yazan şəxslər bu xidmətini 20 manata təklif edir. Bəziləri isə sadəcə, insanın üzünə baxaraq onun keçmişində baş verənləri və onu gələcəkdə gözləyənləri bildiyini yazır. Bu cür xidmətlərin minimum qiyməti də 20 manatdan başlayır.
Kiməsə cadu etdirmək istəyənlər böyük bir məbləğindən keçməlidir. Amma hər halda onlara bu pulu ödəyənlər var ki, günü-gündən bu sahənin "mütəxəssiləri"nin sayında artım müşahidə edilir.
Xülasə, bunları bir kənara qoyub elanda adları yazılan şəxslərlə əlaqə saxlayaraq onların qəbuluna yazılmaq istədiyimizi bildirdik. Əlaqə saxladığımız 4 elan sahibindən eşitdiyimiz sözlər isə dəhşətə gətirdi. Onlar qəbulun 1 həftə sonra baş tutacağını bildirdilər. Səbəb isə çox sayda müraciət edənin olmasıdır. İndi təsəvvür edin ki, minimum 20 manata xidmət göstərən bu falçılar gün ərzində 10-15 nəfəri qəbul edir və deməli, həmin şəxs heç bir əziyyət çəkmədən gün ərzində rahatlıqla 250- 300 manat gəlir əldə edir. Bu məbləği 1 ayın 30 gününə vurmaq isə kifayətdir.
Bu insanlar necə ekstrasens və ya falçı olurlar? Düzdür, ikisidə tamamilə fərqli bir sahədir. Lakin nə etmək olar ki, indi bu sahələri öz məqsədlərinə görə bir edən insanlar var. Müsahibimiz Ukaş Levidir. 15 yaşından ona xüsusi vergi verildiyini deyir. Onun dili ilə desəm, indi Ukaşin illərdir güclənən 6-cı hissi gözə görünməz varlıqlarla daha yaxşı əlaqə qurmağa yardımçı olur. O hətta ruhlarla belə danışmağı bacarır. Necə danışmağına gəlincə o, bunu belə izah etdi:
“Danışıq deyəndə biz digər varlıqların hər hansısa bir insan kimi oturub bizimlə söhbət etdiyini düşünməməliyik. Çünki onlar telepatiya vasitəsi ilə bizimlə danışırlar. Yəni sırf beyindən - beyinə ötürülən məlumatdır”.
Ona məhz hansı məlumatı ötürdükləri barədə suala cavabı isə belə oldu: "Bu insanın, yəni ekstrasensin özündən asılıdır. Hər hansısa bir məlumatı öyrənmək istəyirsə, o məlumatı ala bilir”.
Psixoloqlar isə özünü falçı və ya ekstrasens adlandıran şəxslərin əksəriyyətinin psixoloji problemlərinin olduğunu bildirirlər. Amma ən dəhşətlisi odur ki, bu falçılar onlara müraciət edənlərin gələcək həyatına müdaxilə etmiş olurlar.
Psixoloq Elnur Rüstəmov qeyd edir ki, əslində, onların özlərinin psixi problemləri var.
Psixoloji vəziyyəti bir az zəif olan və tez təsir altına düşən şəxslər öz həyatlarını özləri belə bilmədən məhz bu şəxslərin proqnozlarına uyğun yaşamağa başlayırlar.
O ki qaldı hansısa cinlə ruhla işbirliyi edib, lakin ətrafa özünü yaxşı əməl sahibi kimi göstərən falçılara bu dinimizdə, yəni İslamda haram sayılan əməllərdən biridir.
Dindar hacı Fuad deyir ki, "Qurani Kərim"də cinlərin varlığı var. O bildirir ki, Allaha inancı olmayan cinlərlə ünsiyyət qurmaq heç bir şəxsə xeyir verməyəcək, günah, haram və ilahi qəzəbdən başqa heç nə qazandırmayacaq.
Belə bir deyim var: “Fala inanma, falsız qalma”. Əgər həyatınız normal axarında davam etməsini istəyirsinizə, elə falsız qalmanız daha yaxşı olar.
XƏBƏR LENTİ
Türkiyəli jurnalist “Şuşa” yazılı formada
Kəpəkli şirniyyat (foto-resept)
Heyvanları bu cür gəzdirənlər CƏRİMƏLƏNƏCƏK!
Saç modellərinə yeni rəng qatan qız
Limonun cana faydası.
Yıldız Tilbe hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Atalar və qızlar
Arda Turan doğma klubuna qayıdır
Azərbaycan - doğma yurdum
Rəssam Nachi Diaz
5 rayonda əmək yarmarkaları keçiriləcək
"Dördbucaq" piroqu(foto resept)
Pazllar "Şirinlər"
Rusiya sülhməramlıları Qarabağda müşahidə postları qurmağa başladı
Toxumağı öyrənək. Dərs-3
Kraliçanın əri görünüşü ilə hər kəsi qorxudur-FOTO
Bu gün Müstəqillik Günüdür
Ağarmış saçlara çarə
Hazal Kayadan fərqli –FOTOsessiya
Erməni helikopterini məhv edən əsgərimiz danışdı
Döşlərinizi 10 günə 3 sm böyüdün!
Qorxulu hadisələr davam edir. Nəhəng dəlikləri nə yaradır?
Tramp dini azadlıqlar haqqında fərman imzaladı
Burak və Fəxriyyə karantində... - FOTO
Təbii məhsul,işlənmiş məhsul
Kəbin kəsilərkən qızla oğlanın iştirakı da vacibdirmi?
III qrupda ixtisasların sayı artırılır
Kəsmikli-moruqlu kekslər (foto resept)
Qızıldan “stress çarxı” satışa çıxarılır
Ramazan ayının 16-cü gününün duası
Dağıntılar altından 90 saat sonra çıxarılan möcüzə: Daha bir uşaq xilas edildi
İlham Əliyev: “Daha 16 kəndimiz işğaldan azad edildi”
Prezident İlham Əliyev Gəncədə
Twitter musiqiyə keçir
İnternetdə yazılan ən axmaq şərhləri yığıb kitab hazırladılar
Riçard Gir yenidən evlənir - FOTO
Məlum bitkilərin naməlum xassələri
Bayram günü əsgərlərə mükafat
Monika Belluçidən tətil FOTOsu
Qadin.Netlilərlə səyahət (4-cü hissə)
117 yaşlı qadın yeni rekorda imza atdı
Paraqvay Xocalı soyqırımını tanıdı - FOTO
Sabun daha faydalıdı, yoxsa duş geli?
Yapon qadınlarının gözəllik sirləri
Yalnız xanımlar üçün: onun verdiyi əziyyətlərdən xəbəriniz var?
Evlilik təklif edərkən
Çəki azaltmaq üçün quşburnu için!
Sistit üçün alt paltarı seçiminə diqqət
Uşaqlarda hisslərə nəzarət
Döşəməli plov (foto resept)