Bakıda hava 19°
USD 1.7008 AZN
EUR 2.0296 AZN
18:36Xəyalə Murad Axşamınız xeyir olsun! 10:01Iceberg Salam, hər vaxtınız xeyir olsun)) 09:34Xəyalə Murad Sabahınız xeyir olsun, Əziz Qadin.Netlilər!
37722

Uşaqlarla tətil

Uşaqlarla tətil
Həftə sonu gəldiyi zaman uşağlarınızın "Ana, bu həftə sonu nə edəcəyik? Çox darıxdım, bir yerlərə gedək!" kimi suallarından yorulmusunuzsa, onlar üçün şəhərdə edə biləcəyiniz ən gözəl fəaliyyətlər axtarırsınızsa, o zaman bu xəbər məhz sizin üçündür. Bu həftə sonu bir dəyişiklik edin və uşağınızı alış-veriş mərkəzinə aparmaq əvəzinə təbiətlə vəhdətdə ola biləcəyi fəaliyyətlərlə sevindirin. Budur, bütün ailənin birlikdə edə biləcəyi fəaliyyətlərlə tanış olun.
Şəhərdəki muzeyləri birlikdə kəşfə çıxın! Bakıda yaşayırsınızsa, muzeylərə gedə bilərsiniz və tarix dolu şəhəri bütün ailə ilə birlikdə gəzə bilərsiniz. İşə ilk olaraq uşağınızın xoşuna gələ biləcək yerləri seçməklə başlayın və həftə sonlarını mədəniyyət dolu bir fəaliyyətlə keçirin. Zamanla səfərə çıxan uşaqlar əldə etdikləri məlumatlarla fərqli bir gün keçirmiş olacaqlar.
Uşaqlarla tətil
Havaların gündən-günə gözəlləşməsi, gəzinti və təbiət qoynunda piknikin başlamasına imkan verir. Sərin payız günlərini ailənizlə birlikdə çıxdığınız gəzintilər və təbiət qoynunda piknik ilə qiymətləndirə bilərsiniz. Təbiətlə vəhdətdə olan uşaq bu vəziyyətdən həm həzz alacaq, həm də sizinlə əyləncəli bir həftə sonu keçirmiş olacaq. 
Uşağınızla edə biləcəyiniz möcüzəvi bir fəaliyyət də var: Çərpələng uçurtmaq. Küləkli günlər bu fəaliyyət üçün olduqca uyğundur. Uşağlığınızda çərpələng uçurduğunuz günlərdə nə qədər xoşbəxt olduğunuzu bir yadınıza salın. Bəs niyə uşağınız sizin kimi xoşbəxt olmasın?
Uşaqlarla tətil

Həftə sonu fəaliyyətinə bir az idman da qatmaq istəsəniz, ailəvi velosiped sürmək fikrini yaxşıca düşünüb bir qərar verin. Dəniz kənarı park bütün ailənizin rahatlıqla velosipedə minə biləcəyi məkandır. Bu fəaliyyətə bir az daha əyləncə qatmaq üçün velosiped turunu dayandıraraq bir dondurma yeyib kefinizə kef qata bilərsiniz. Velosiped, əyləncə və dondurma ... Uşaqlar bundan başqa nə istəyər ki?


Səslərin sayı: 6
19
1767
Loading...
loading...
Şərhlər
Offline
Leyla_
Çox saoqlun bu xebere gore blum
26 fevral 2015 20:22
Online
Xəyalə Murad
Uşaqlar həftəsonlarını həmişə səbirsizliklə gözləyir :)

Həm də necə ))Murad deyir axı dincəlmək də istəyirəm
26 oktyabr 2014 00:20
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Agat_Kris
Uşaqlar həftəsonlarını həmişə səbirsizliklə gözləyir :)
13 oktyabr 2014 15:50
imza: Pozitiv olun!
Offline
איסון ממדוב.
Zeyneb-Esger,
Sonay Quluzade,
Can bacim edirem desem cox boyuk yalan demis olaram cunki xeyr can mende o hosele yoxdu herden parka dusururem 15-20 deqiqeye kecende artiq mene eseb gelir goturub gelirem usaqlari eve
22 sentyabr 2014 16:59
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Sonay Quluzade
Tətillərinin yaxşı keçməsinə çalışdıq, amma həftəsonuna söz verə bilmərəm nea Bir az dərs oxusalar yaxşıdı. Velisoped zatən hər gün var demək olar, axşam gəzintisi də olur, amma çərpələng yalançı olaram mocking Yenə bayram günlərində nəsə fikirləşmək olar.
Təşəkkürlər, Aysun, heç olmasa dediklərini özün tətbiq edirsənmi crazy
22 sentyabr 2014 09:40
Offline
Zeyneb-Esger
Aysun can gozel xeber ucun tesekkurler air_kiss
22 sentyabr 2014 06:20
Offline
איסון ממדוב.
Q,
Ellada Babayeva,
Can siz uşaqlarada öyrədə bilərsiz ki uqrusqa əməliyyat keçirmək çün yo oynanmaqçundu
Fatma xanım,
Can xalam düz deyirsiz uşaq vaxtı tələsirəm tez böyüsün fikrin çatdira bilsin böyüyəndədi kiçiklikləri çün darıxırıq.
Dəniz84,
Can bizdə uşaq vaxtı ele idikdə düzdümü?
21 sentyabr 2014 16:55
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Aysel İ.
Bu dəqiqə uşaqlar həyətdə velosiprd sürürlər. Onların əyləncəsi bitmir heç vaxt. Bircə oynamaq həvəsi qədər oxumaq həvəsləri də olsa nə gözəl olardı.Təşəkürlər Aysun.
21 sentyabr 2014 16:48
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Fatma xanım
ə bil 70 yaşın var

50 ila 70 ne ferqi var canim
bizləri harasa aparsın

insallah canim amma bir sey var ki siz usaqlarin tez boyumasini istiyirsiz men isa usaqlarimin usaqliqi ucun darixiram
21 sentyabr 2014 16:38
Offline
Ellada Babayeva
Bizi mama uşaq olanda kinoteatra aparardı. Yayda çıxardıq qonşularla piknikə, hərə bir şey evdən götürərdi, süfrə açıb oturardıq. Oyuncaqlara bizim həvəsimiz elədə olmayıb. Bibim qızı bir dəfə bacımla mənə oyuncaq dələ almışdı. Bir oyuncağı elə saxlayardım ki, elə bil yeni alınıb. Nənəmdə mənə uşaq olanda, çanta almışdı hələdə sağ-salamatdı saxlayıram.
21 sentyabr 2014 15:58
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Qəribə
Gözəl xəbər hazirlamisan meleyim. Təşəkkür edirem.
21 sentyabr 2014 15:51
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
איסון ממדוב.
Ceylan Mumoğlu,
Behhh oyuncaqi hec demeyin Ceylan xanim burdan alinir hec aman vermirki en azindan masin 1 ce gun saq qalsin hemin deyqe o yaziq oyuncaqi oqlum analize aparir gorsunki baqirsaqi ureyi boyrəyi yerindədi hamisi yerinde olmaqina olur amma sonrasi hecde yaxsi olmur dash
21 sentyabr 2014 14:47
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Ceylan Mumoğlu
Velosiped, əyləncə və dondurma ...

Oy, bircə bunlarla bitsəydi nə var idi ki?
Oyuncaq istəyi bitməz bizimkində bully

Fatma xanım,
indi onlar meni aparirir

Elə yazırsan ki, elə bil 70 yaşın var biggrin
Çıx özün gəz də blum
21 sentyabr 2014 14:43
Offline
איסון ממדוב.
PEMBE DEFTER,
Buyur canım
21 sentyabr 2014 14:33
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Xalidə Həsənzadə
Aysun bacımmmmmm
21 sentyabr 2014 14:16
Offline
איסון ממדוב.
Aytac, give_ros
Fatma xanım,
Nə gözəl Fatma xala Allah o günü biz gənc analarada qismət etsin inşallah balalarımız bizləri harasa aparsın.
PEMBE DEFTER, give_ros
21 sentyabr 2014 14:14
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Xalidə Həsənzadə
Marağli xəbərə gorə çox sağol AySuN bacım
21 sentyabr 2014 14:11
Offline
Fatma xanım
Usaqlar korpa olanda men aparirdim indi onlar meni aparirir
21 sentyabr 2014 14:07
Offline
♥Mira♥
Super xeber hazirlamisan Aysun baci tesekkur edirem
21 sentyabr 2014 14:05
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır