RGA və Z COMPANY 2007 şirkətlərinin təşkilatçılığı ilə ilk dəfə Azərbaycanda "Baku Crystall Hall"ın səhnəsində nüfuzlu "Miss Globe International" 89-cu beynəlxalq gözəllik müsabiqəsinin finalı keçirildi. ANS PRESS-in məlumatına görə, "Baku Crystall Hall"da Natəvan Mirzəyevanın orijinal dizaynı ilə finalçılar üçün 7 çıxışlı, işıq və lazer effektli, 1700-1800 kvadratmetr sahəsi olan möhtəşəm səhnə quraşdırılmışdı. Dünyanın 70-dən çox ölkəsində yayımlanan bayram gecəsində 5 qitənin gözəlləri iştirak ediblər. Onlar milli geyimlərdə və model-dizayner Günel Behbudovadan gecə paltarlarında podiuma çıxıblar. Gecənin aparısıcı tanınmış televiziya aparıcısı Hüsniyyə Məhərrəmova olub. Konsertdə Azərbaycan Dövlət Rəqs Ansamblı, məşhur ifaçılar Demet Akalın, Hakan Levent, Gökhan Özen, İnna və Azərbaycanın gənc ifaçısı Vaqif Nağıyev iştirak ediblər.Münsiflər heyətinin tərkibinə Azərbaycan, Türkiyə, Braziliya, Yunanıstan və Myanma nümayəndələri daxil olublar. Onlar arasında münsiflər heyətinin sədri, "Miss Globe International" və RGA şirkətinin prezidenti Rasim Aydın, Z COMPANY 2007 şirkətinin prezidenti Zamiq Yunusov, Azərbaycanın əməkdar incəsənət xadimi, modelyer-dizayner Fəxriyyə Xələfova, əməkdar incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadə, əlbəyaxa döyüş üzrə beynəlxalq dərəcəli idman ustası Sair İsgəndərov və digərləri olub. Baş sponsor - Khazar Islands.Müsabiqənin qalibi Avstraliya təmsilçisi Esma Voloden elan edilib. Qalibə gümüşdən hazırlanmış və Günel Behbudovanın dizaynında dağ bülluru ilə bəzədilmiş tac təqdim olunub. Braziliyalı Şeyslin Dos Santos Reys ikinci, türkiyəli Gizem Gören üçüncü, azərbaycanlı Oksana Rizayeva dördüncü, boloviyalı Vivian Susanna Serrano beşinci yerə layiq görülüb. Münsiflər heyəti aşağıdakı iştirakçıları müxtəlif nomisayalarda xüsusi hədiyyələrlə mükafatlandırıb: "Miss National Dress" - Vivian Susanna Serrano Lanos (Boliviya), "Miss Khazar Islands" - Anastasiya Kostiç (Ukrayna), "Miss Cosmopolitan" - Gizelli Riva Reynberqs (Surinam), "Miss Model" - Züleyxa Eliana Verissimo Neves (Kabo-Verde), "Miss Femina" - Qianna Dimaki (Yunanıstan).
"Miss Globe International" dünyada məşhur olan gözəllik müsabiqəsidir. Müsabiqədə irqindən, dinindən və milliyətindən asılı olmayaraq 18-24 yaşlı subay qızlar iştirak edirlər. Müsabiqə ilk dəfə 1925-ci ildə İstanbulda keçirilib.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Panço tortu (foto resept)
Gəncə də ağ örpəyə büründü
Geyiminə görə tənqid olundu-FOTO
Prezident Polad Bülbüloğlunu təltif etdi
Badımcanlı, pendirli pide (foto-resept)
Hava haqqında
Gündəlik geyimlər
Cəbhədən son xəbər
Nostradamusun 2019-a dair SENSASIYALI PROQNOZU
Ukrayna nüvə enerjisinə keçir
Manat nə vaxt ucuzlaşacaq?
Krımı Rusiyadan azərbaycanlı general qoruyur
Dünyanın ən yaxşı cütlük şəkilləri
Bakıda ən bahalı torpaq haradadır?
Huawei yeni smartfonu göstərdi
Qovurmalı Quesadilla (foto-resept)
Yay üçün dəbli ətəklər
Adi bilet sahibi təyyarədə yeganə sərnişin olub
2014 - Yeni iliniz mübarək!
Bu romanlar insanı sağaldır
Gəlinlik saç düzümləri
Saç tökülməsinə qarşı ərik
Pomidor və nar suyu ilə dərinizi qoruyun
Cəbhədə son vəziyyət
10 yaşı var, amma çəkisi 144 kiloqramdır
Meyvə-tərəvəz buketləri
Azərbaycanda tikintiyə icazə ilə bağlı YENİ TƏLƏB
Həm fotoqraf, həm model olmağı bacaran Kimberly
Bakının istedadlı şagirdləri seçilir
104 yaşlı Nobel mükafatçısından 100 il yaşamağın SİRLƏRİ... - FOTO
Cüdoçumuz Avropa çempionu oldu
Gimnastlarımız Lissabondan medalla qayıdıblar
"Tiflis quberniyasında azərbaycanlılara qarşı 1905-ci il kütləvi qırğınları" kitabı nəşr olunub
Məşhur yazarın fikirləri QALMAQAL yaratdı
Tanıdığımız badımcanın tanımadığımız tərəfləri
Lənətlənmiş sərdabə açıldı - FOTO
Xınalıq yaxınlığındakı 2783 metr yüksəkliyə 2783 şəhidimizə həsr olunan xatirə lövhəsi quraşdırılıb
Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur - RƏSMİ
Qubalıların zəfər sevinci - VİDEO
Məşhur saytın rəhbəri işdən çıxarıldı
Şəkərli diabet xəstələri üçün dövlət hansı güzəştləri nəzərdə tutur?
Şokoladlı keks (foto-resept)
Ramazanın 26-cı gününün duası
Ən qatı dırnaq boyaları
Natalie Suarez
Laçında şəhid olan Milli Qəhrəmanın həyat yoldaşı: “Onun öldüyü torpağı öpəcəyəm” - VİDEO
Məşhur müğənni üçüncü dəfə ana oldu
Üz dərisinə qulluq
Məsamələri kiçildən 3 təbii maska
Azərbaycanda özəl detektivlər lazımdırmı?
- ŞƏRHLƏR