Dərdlərə dərmanmış ana laylası
Yuxumun balıdır, könlümün sazı,
Qovur ürəyimdən dərdi, ayazı.
Əridir dünyamı donduran buzu,
Dərdlərə dərmanmış ana laylası,
Necə möhtəşəmmiş ana laylası.
Qəbrinin üstünə gedə bilmirəm,
İnanın, yanıram, hey hönkürürəm.
Bu zalım dünyaya qurban kəsərəm
Gəlsə qulağıma bir də sədası,
Nə şirin məlhəmmiş ana laylası.
Gözlərim axtarır körpələr kimi,
Kim bilər, dinləyər sızlayan simi?
Atardım dünyada hər işlərimi,
Bəs edər səsinin əks sədası
Qayadan möhkəmmiş ana laylası.
İnciyib yuxumu narahat etmir,
Gözüm önündədir, hey baxır ,getmir,
Səsi də zamanla ərimir, itmir.
Bu imiş dar gündə dayaq durası,
Özü bir ömürmüş ana laylası.
İlham İdrisoğlu, Avqust 2014, Yevlax . Köyük kəndi.
Ata
Birdən ürəyiniz istəsə məni,
Tozlu yollar ilə qaçan mənəm, mən.
Saçlarım ağarıb, alnım qırışıb?
Qanadlı quş kimi uçan mənəm, mən.
Xırda nar çubuğu xatirəmdədir,
Neçə qarğı atı çapıb yormuşam.
Bir içim su üçün yüyəni çəkib,
Özüm bulaq üstə halsız qalmışam.
Mən körpə olmuşam xoş arzularla,
Qələmi, dəftəri atıb bir yana.
Qaçmışam, qovmuşam xırdaca topu,
Uşaqlıq dünyamda hər səmtə, yana.
Elə süst düşərdik axşam gəlincə,
Atam sərçə kimi yığardı bizi.
Biri yatıb artıq, biri mürgülü,
Birinin gündüzdən cızılıb dizi.
Əlləri dəmirdi, bir qala idi,
Necə xoşbəxt idim, qorxusuz idim.
Yorunuq olsam da, düşüb böyrünə,
Dönəndə əlləri üstdə gəlirdim.
Neçə ulduzları yola salmışam,
Qırpıb gözlərimi gizlin, xəlvətcə.
Hardan biləydim ki, ata gözləri
Tutub bicliyimi yenə o gecə.
Qapıya çatınca itərdi yuxum,
Qaçardım əlindən hey gülə-gülə.
Ay ata, bilmirəm niyə xoş günü,
Tale qısa yazdı, həm gilə-gilə?
Avqust 2014.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bu müəllimlər də imtahana çəkiləcək
27 il Şuşasız...
Gökçe Bahadırın qazancı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Hadisə həbs etdirdiyi fanatından danışdı
"Türkiyə Avropa Birliyini təhdid etməsin" - Jan Klod Yunker
Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərin nəzərinə
Baş nazirdən icbari tibbi sığorta ilə bağlı QƏRAR
Bakının balıq bazarından dəhşətli fakt
Burak Özçivitdən Fahriyəyə sürpriz - FOTO
İlk baxışdan eşq olarmı?
Üzüm çəyirdəyinin faydaları
“Saatlı Broyler” və “Ağdaş Quşçuluq” özəlləşdirilməyə çıxarılır
Hava haqqında - 20.08.2013
Məşhur Bloger Həbs Olundu-SƏBƏB/FOTO
Rusiya FHN Ağdamı minalardan təmizləyəcək
Ağdamda atışma başladı
Rahat "vetnamka" modelləri
Payızı sevməyin 10 səbəbi
Düşmənin başına od ələyən qəhrəman artilleriyaçılarımız - VİDEO
HAVA necə olacaq?
İranda olan azərbaycanlılar təxliyə olunacaq
Azərbaycanda ilk dəfə hava şəraitinin kəskin dəyişməsinin infarktın baş verməsinə təsiri geniş şəkildə araşdırılacaq
Simge tənqid olundu-SƏBƏB
Amsterdam “Eurovision-2020” mahnı müsabiqəsinə ev sahibliyindən imtina etdi
2014-cü ilin geyim trendləri
Əlinizdən qoymayacağınız 15 maraqlı kitab
Ağ qızıldan üzüklər
Qan şəkərinin düşməsinin səbəbləri
Fitneslə düzgün məşğul olmaq
Əsnəyən balacalar
Bir rəssamın çay paketlərindən tutduğu gündəlik
Xiaomi Mi-2 rekord vurur
7 yaşlı azərbaycanlı dünya çempionu oldu
Putin: "Hərə üç uşaq doğsun"
Arxiv fotosu yayıldı - heç kim tanımadı
22 minədək yeni iş yeri açılacaq
Xəzərin kefallarında virus tapılmadı
Ünvanlı sosial yardımın verilməsi qaydalarında dəyişiklik
Azərbaycan polisi peşə bayramını qeyd edir
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadan yeni layihə
Hind toyuğu ətindən kotlet(foto resept)
Günün tövsiyəsi: film, musiqi, kitab
Burak Özçivit yeni foto paylaşdı-FOTO
Çəkisinə görə pul qazanan model-FOTO
Tənbəl heyvanlar
Leysan yağacaq, dolu düşəcək
İlaxır çərşənbədə HAVA necə olacaq?
Avstriyalı alim koronavirusa qarşı “ən rasional” dərmanı hazırladığını açıqladı
Azərbaycan qazı ilə bağlı mühüm razılaşma əldə olunub
Müəllimlərin maaşlarının artma cədvəli
- ŞƏRHLƏR