Bakıda hava 22°
USD 1.7000 AZN
EUR 1.9479 AZN
12:50Feride Sima Peri salam qizlar Sagolun Xeyale xanim 11:24PERI sima necesen canim 10:52Sima sabahiz xeyir necesiz bacilar 09:13Xəyalə Murad Sabahınız xeyirli, gününüz uğurlu olsun,Əziz Qadin.Netlilər! 09:13Xəyalə Murad Yeni iş və dərs həftəsində hər birinizi salamlayıram!
39333

Amniotik maye

Amniotik maye
Ana bətnində körpənin ətrafını bürüyən və içində üzdüyü mayeyə "amniotik maye", "körpənin suyu" deyilir. Amniotik maye hamiləliyin əvvəllərində ananın qanının maye hissəsindən süzülərək əmələ gəlir. 12-ci həftədən sonra isə körpənin hüceyrələrarası mayesi dərisindən çölə çıxaraq bu suyu meydana gətirir. Bundan əlavə körpənin böyrəkləri də bu həftələrdə sidik ifraz etməyə başlayır. Lakin 20-ci həftədən sonra körpənin dərisi qalınlaşır və artıq körpə doğulana qədər amniotik mayenin böyük qismi körpənin sidiyindən meydana gəlir. Ana bətnində olan sidik böyüklərdəki kimi bədənin tullantı maddələrin böyrəklərdən təmizlənməsiylə meydana gəlməz. Körpənin tullantı maddələri plasenta yolu ilə anaya verilərək təmizlənər (yəni böyrək vəzifəsini plasenta boynuna götürür). Buna görə də körpənin sidiyi maddələr mübadiləsinin tullantıları deyil, çox əhəmiyyətli funksiyaya sahib bir mayedir. 
Amniotik maye
Körpə bütün hamiləlik müddətində bu steril mayeni udur və onunla nəfəs alır. Amniotik mayenin vəzifələrindən biri də körpəni bir yastıq kimi zədələrdən qoruyaraq zərbələrdən təsirlənməsini azaltmaqdır. Amniotik maye miqdarı hamiləlik irəlilədikcə artar və 33-cü həftədən sonra sabit qalar. 12 həftəlik hamiləlikdə ortalama 50 ml olan amniotik mayes 20-ci həftədə 400 ml, doğuma yaxın isə 1000 ml-yə çatır. Amniotik mayenin sabit miqdarda tutulması və mütəmadi olaraq əmilməsi (yəni dəyişməsi) qarışıq mexanizmlərlə təmin edilməkdədir. Bu maye mütəmadi olaraq dəyişir. Sidik ifrazının aşağı olması və ya pərdələrin cırılıb su gəlməsi kimi vəziyyətlərdə amniotik mayedə azalma ola bilər.  
Amniotik mayenin azalmasının tam əksi olaraq udmanın olmadığı, yemək borusu tıxanıqlığı kimi vəziyyətlərdə və hamiləlik şəkərində amniotik mayedə artma müşahidə olunur. Körpə bu mayenin içindəki bir mühitdə üzərkən əzələ, skelet sistemi inkişaf edərək hərəkət qabiliyyəti də qazanar. Bundan əlavə körpənin bədən istiliyini sabit tutur və az da olsa, bəsləyicilik vəzifəsi də var. Ana bətnindəki körpənin böyrəkləri 12-ci həftədən etibarən sidik ifraz etməyə başlayır. 
Səslərin sayı: 6
11
6914
loading...
Şərhlər
Offline
Agat_Kris
Narın, sayəndə bu barədə də məlumat əldə etdik. give_ros
13 oktyabr 2014 16:17
imza: Pozitiv olun!
Offline
Narin...
Şərhləriniz üçün minnətdaram xanımlar çox sağ olun. kiss Allah arzusunda olan hər kəsə nəsib eləsin bu gözəl hissi. girl_ang
18 sentyabr 2014 22:47
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Ellada Babayeva
Allahın bir möcüzəsidir. Necə gözəl yaradıb. Belə sənədli filmə baxmışam. Çox sağ olun Narın xanım. kiss
17 sentyabr 2014 14:32
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Qəribə
Çox maraqlı xəbərdir. Cox saq ol,Narinim. kiss
17 sentyabr 2014 12:55
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
nigar dadasova
Ay bebeyimk Narin tesekurler give_ros give_ros
17 sentyabr 2014 12:51
Offline
Gulum
Narıncım Allahın yaratdığı bu möcüzə haqqında verdiyin melumata göre təşəkkürlər sənə Allah her bir kəsə sağlam evlad bexş etsin inşaalah
17 sentyabr 2014 12:22
Offline
Aida M-ova
Belə mövzular haqqında heç bir məlumatım yoxdur... təşəkkürlər burdakı xəbərlərdə öyrənmiş oluruq give_ros
17 sentyabr 2014 11:44
Offline
Aysel İ.
Çox maraqlı xəbərdir. Şükr olsun tanrıya. Hər şeyi necə yaradıb. Amniotik maye həm də körpəni qoruyur xarici təsirlərdən. Təşəkkür Narin.
17 sentyabr 2014 11:26
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Fatma xanım
Çox maraqlı və dəyərli məlumatdır
17 sentyabr 2014 09:55
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
♥♥S.Nur♥♥
Cox saq ol,Narinim.Duzu bu haqda hec bir melumatim yox idi.Sayende yeni sheylr oyrendim.
Menim hamileliyimde amniotik maye az olub.Cox heyecan kecirirdim.Sukur Allaha,sag-salamat oldu

Allah saxlasin balanizi,xanim.
17 sentyabr 2014 09:27
Offline
2014
Maraqli melumatdir.Menim hamileliyimde amniotik maye az olub.Cox heyecan kecirirdim.Sukur Allaha,sag-salamat oldu
17 sentyabr 2014 01:39
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )