Bakıda hava 20°
USD AZN
EUR AZN
10:41aysel hesenli Sizinlə bahəm 08:38Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər! 08:38Xəyalə Murad Yeni iş və dərs həftəsində hər birinii salamlayırıq!
41080

Körpənin ilk anları

Körpənin ilk anları
1952-ci ildə Virginia Apgar tərəfindən dünyaya təqdim olunmuş olan"APGAR" hesabı yeni doğulmuş körpənin sağlıq vəziyyətini araşdırmağın ən tez və güvənilən bir yoludur. Bu dəyərləndirmə uşaq doğulan kimi yəni 1 və 5-ci dəqiqələrdə təyin edilir. Hər birinə 0-2 arası bal verilən 5 tapıntının dəyərləndirilməsindən ibarət olur. Bunlar;
1. Ürək döyüntülərinin surəti;
2. Nəfəs alıb-vermə;
3. Bütün əzələlərin möhkəmliyi;
4. Refleksləri;
5. Uşağın rəngidir. 
6-10 arası bal nisbəti normal sayılır. Əgər bu nisbət 4-dən aşağıdırsa, təcili müdaxilə tələb edir.
"APGAR" hesabı doğum vaxtı körpənin sağlıq vəziyyətini təyin etməkdə istifadə olunur. Əgər bu hesab zəifdirsə, həm ana, həm də körpəylə mənfiliklərin göstəricisi ola bilər. "APGAR" hesabı körpənin doğum zamanı oksigensiz qaldığını göstərməz və bu səbəblə əsla istifadə edilməməlidir. Doğum zamanı körpənin oksigensiz qalması ilə əlaqəli yaranan spastiklik (serebral iflic) diaqnozu qoya bilmək üçün çox sayda hesabatlanmış tibbi müayinı lazımdır. "APGAR" hesabına görə bu diaqnoz qoyula bilməz.
Doğumda "APGAR" hesabı aşağı olan körpələrin gələcəkdə spastiklik (serebral iflic) keçirmə riski 1%-dən də azdır. Əksinə spastiklik (serebral iflic) olan uşaqların 75%-də doğum zamanı "APGAR" hesabı normal müəyyən olunmuşdur. İstər normal, istərsə də qeysəriyyə doğumu olsun, yeni doğulan körpənin baxımı ilə əlaqədar lazımlı təhsili olan sağlamlıq personalının doğum salonunda olması lazımdır.
Körpənin ilk anları
Yeni doğulan körpəyə illik qulluq
Doğuş istər təbii yolla, istərsə də qeysəriyyə yolu ilə reallaşsın, körpənin başı, üzü doğulan kimi silinir və ağız, burnu yaxşıca təmizlənir. Göbək bağı kəsildikdən sonra körpə yeni doğulan uşaqların baxımı üçün nəzərdə tutlmuş otaqda təcrübəli olan tibb bacılarına təslim edilir. Buxarlaşma nəticəsində yaranacaq istilik itkisini minimuma endirmək üçün körpənin bədəni dərhal silinir və qurulanır və körpə isti bir yerə aparılır.
Yeni doğulan körpənin arıqlamağı
Yeni doğulan körpələrin bir çoxu ilk 3-4 gün içərisində sürətli bir şəkildə arıqlamağa başlayır və doğum kilosunun 30%-ni itirirlər. Erkən doğulan körpələr isə daha çox arıqlayır və doğum ağırlıqlarına çox gec qayıdırlar. Uşağın arıqlamağı gözlənilən çəkinin altındadırsa, bu, ananın körpəsini tam əmizdirə bilmədiyi mənasına gəlir. Vaxtında doğulan körpələr mütəmadi olaraq düzgün qidalanarsa, 10 gün sonra ilk doğum ağırlıqlarına, 5 ayın sonunda doğum ağırlıqlarının 2 qatına, 1 ilin sonunda isə ağırlıqlarının 3 qatına çıxarlar. Doğumdan sonra hər körpəyə hələ özünün istehsal edə bilmədiyi və ana südündə də olmayan K vitamini verirlər. K vitamini yeni doğulan körpəni ola biləcək qanamalara qarşı qoruyur.
Doğum sonrası hər körpəyə edilən digər bir tətbiq də Hepatit B peyvəndidir. Anada Hepatit B daşıyıcılığı vardırsa, körpəyə əlavə olaraq qoruyucu anticisim ehtiva edən bir dərman da tətbiq olunur. Əgər Hepatit B daşıyıcısınızsa, hamiləlik əsnasında və doğum üçün xəstəxanaya gedərkən də bunu həkiminizə xatırlatmalısınız.
Körpənin ilk anları
Yeni doğulan körpəyə dərman tətbiqi
İnkişaf etməkdə olan ölkələrdə daha çox olmaq üzrə dünyada hələ də doğuş zamanı korluq hadisələri müşahidə edilməkdədir. Bu görmə qabiliyyətinin itkisinin səbəbi körpənin doğum kanalından keçərkən anada olan bel soyuqluğu (gonora) və ya "chlamidya" kimi genital infeksiyalara səbəb olan mikroorqanizmlərin körpənin gözünə keçməyidir. Bu infeksiya doğumdan dərhal sonra körpənin gözünə damladılan sadə antibiotiklərlə önlənə bilər və bu, bütün körpələrə olaraq tətbiq olunur.
Səslərin sayı: 9
29
7478
loading...
Şərhlər
Offline
Leyla_
ay Allah ne gozeldiler
19 mart 2015 16:03
Offline
Narin...
Werhleriniz ucun her birinize cox tewekkur edirem.
18 fevral 2015 01:37
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Gunew
cox yaxsi super xeberdi cox beyendim
9 fevral 2015 19:17
Offline
Wirin Qiz
Xeberlere gore minatdaram girl_cray
16 yanvar 2015 13:18
Offline
Wirin Qiz
xebellere gore twkler
15 yanvar 2015 08:55
Offline
Pərvanə
Gürcüstanda yeni doğulan körpəni ilk anaya göstərirlər və sonra adı çəkilən otağa yox, atanın sinəsinə qoyurlar. Ata açıq bədəni ilə uşağı "isidir". Onların üzərindən bir qat da ədyal sərilir. Uşaq anadan və atadan aldığı mikroblarla öz bədənini 6 ay yad mikroblardan qorumuş sayılır. Həm də suni isitmə qurğulardındansa atanın bədən istiliyinə üstünlük verilər. Bunu ən təcrübəli həkimlər məsləhət görür

Bu ən maraqlı məlumat oldu mənimüçün
12 dekabr 2014 22:12
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
XƏYALƏ
Allah bütün evlərə körpə nəvazişi nəsib etsin inşallah
20 oktyabr 2014 19:18
Offline
Agat_Kris
Allah hər kəsin balasını saxlasın :)
13 oktyabr 2014 16:15
imza: Pozitiv olun!
Offline
Asi
ALLAH hec bir evden korpe sesini eskik etmesn AMIN// Narinim gozel xebere gore cox sagol smile
23 sentyabr 2014 18:17
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
Zeyneb-Esger
Gozel xeber ucun tesekkurler give_ros
19 sentyabr 2014 00:42
Offline
Narin...
Şərhləriniz üçün hər birinizə təşəkkür edirəm çox sağ olun xanımlar. Allah körpələrinizi qorusun olmayanlarada əməlisaleh övlad nəsib eləsin İnşAllah. kiss
18 sentyabr 2014 22:44
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
meryem eliyeva
Men bu gozel hissleri artiq 2 defe yasamisam yenede oxudum cox gozel xeberdi tesekkurler o korpeni dogulan kimi ananin sinesine qoyulmasi o hiss dunyalara beraberdi
18 sentyabr 2014 14:26
Offline
nigar dadasova
Ah girl_cray kovreldim
17 sentyabr 2014 15:30
Online
Xəyalə Murad
ilk dəfədi ki belə şey eşidirəm

Mən də buna ilk dəfə şahid olanda çox təəccüb etmişdim. Səbəbini biləndə aydın oldu.
Milana xanim,melumat ucun tesekkur,Ata haqqinda yazdiqlariniz daha cox maraqli geldi mene. . . .Bizim hekimlerin ekseriyyeti ananin sinesine qoymur hec korpeni,o ki qaldi ata. . . .

Düzdür. İnanın bir ata üçün həmin dəqiqələr dünyaya dəyər. Ata sevgisi sonradan formalaşdığı üçün həmin dəqiqələrin böyük təsiri var. Körpə özünü çox rahat və güvəndə hiss etdir. Axı atasını "tanıyır", hiss edir.
17 sentyabr 2014 13:27
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
איסון ממדוב.
Can cox gozel xeberdi Allah hec bir evden korpe sesin eksik etmesin insallah amin
16 sentyabr 2014 23:22
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
RUM
Teshekurrlar
16 sentyabr 2014 22:19
Offline
Farida_Asadova
Milana xanim,melumat ucun tesekkur,Ata haqqinda yazdiqlariniz daha cox maraqli geldi mene. . . .Bizim hekimlerin ekseriyyeti ananin sinesine qoymur hec korpeni,o ki qaldi ata. . . .
16 sentyabr 2014 20:54
Offline
Fatma xanım
Xəyalə Murad,
ilk dəfədi ki belə şey eşidirəm
16 sentyabr 2014 20:41
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Online
Xəyalə Murad
Göbək bağı kəsildikdən sonra körpə yeni doğulan uşaqların baxımı üçün nəzərdə tutlmuş otaqda təcrübəli olan tibb bacılarına təslim edilir. Buxarlaşma nəticəsində yaranacaq istilik itkisini minimuma endirmək üçün körpənin bədəni dərhal silinir və qurulanır və körpə isti bir yerə aparılır.

Gürcüstanda yeni doğulan körpəni ilk anaya göstərirlər və sonra adı çəkilən otağa yox, atanın sinəsinə qoyurlar. Ata açıq bədəni ilə uşağı "isidir". Onların üzərindən bir qat da ədyal sərilir. Uşaq anadan və atadan aldığı mikroblarla öz bədənini 6 ay yad mikroblardan qorumuş sayılır. Həm də suni isitmə qurğulardındansa atanın bədən istiliyinə üstünlük verilər. Bunu ən təcrübəli həkimlər məsləhət görür.
16 sentyabr 2014 20:28
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
AFƏR
Allah her bir qadina ana olmagi nesib etsin AMIN
16 sentyabr 2014 17:56
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!