Bakıda hava 15°
USD AZN
EUR AZN

Zədələnmiş saçları bərpa etməyin yolu

Gözəl saçlarınız müxtəlif səbəblərdən zərər görübsə, demək bu xəbər məhz sizlər üçündür. Saçlarınızın əvvəlki gözəl halına qayıtmaq üçün edilməsi lazım olanları bu xəbərdə tapa bilərsiniz. Elə isə buyurun, oxuyun. 

Düzləşdirici fenlərdən az istifadə edin.
Bilirəm ki, bir çoxumuz maşalara və saç düzləşdiricilərə çox bağlıyıq. Amma saçı məhv edən səbəblərdən ən birincisi elə budur. Düzləşdirici fenlərdən bacardıqca az istifadə etməliyik. Saçları təbii halına buraxmaq lazımdır. Beləcə, saçlarımızın təbii halıyla da nə qədər gözəl olduğunu fərq edəcəyik. Əgər həqiqətən özünə güvənirsənsə, saçlarını özünün qurumasına icazə ver. Ən sağlam saç təbii halda, fensiz quruyan saçdır.
Saç nəmləndiriciləri
Saçınıza saç nəmləndiriciləri tətbiq edə bilərsiniz. Saçlar üçün nəmləndirici maskalar var ki, onların da tərkibinə mayonez, yumurta və ya zeytun yağı vurmaq lazım gəlir. Bir çox xanımlar isə saçı bu maskadan təmizləmək üçün çox vaxt sərf edir və bu üsuldan yorulur. Nəzərinizə çatdırım ki, bunun alternativ bir yolu da var. Saçınıza ən uyğun olan bir nəmləndiricini seçib saç şampununuzla qatıb yuya bilərsiniz. Arqan tərkibli nəmləndiricidən istifadə edə bilərsiniz. Amma bunu 30 dəqiqə saçda saxlamaq lazım gələcək.
Şampundan az istifadə et.
Əvvəllər hər gün saçlarımı şampunla yumağı vərdiş etmişdim, sonradan gördüm ki, bu, sadəcə saçlarıma zərər verir. Artıq çöldəykən çox tərləməyəndə və iş günlərim istisna olmaqla saçlarımı əsla şampunla yumuram. Şampunlardan uzaq durun və saçlarınızı təbii losyonlarla təmizləyib öz formasına düşməyi təmin edin. Mən belə edirəm və indiki saçlarım çox təmiz və sağlamdır. 
Zədələnmiş saçları bərpa etməyin yolu
Doğru fırça istifadə edin.
Çox sıx dişli fırçadan istifadə etsəniz, saçlarınızı qırar və bu da sadəcə saçlarınıza zərər verər. Mən yumru uclu fırça istifadə edirəm və beləcə, saçlarımı hər gün darasam da, onlara zərər verməmiş oluram. Siz də bunu sınayın.
Kokos yağını sınayın.
Bəli, bilirəm, saçlarınızı bərpa etmək üçün yağ istifadə etmək məcburiyyətində deyilsiniz demişdim, amma kokos yağından istifadə etmək qətiliklə bir problem yaratmaz. Kokos yağının içindəki komponentlər qətiliklə saçlarınızın qabarmasına səbəb olmaz, çox istifadə etməyə ehtiyac yoxdur. Mən sadəcə bir miqdarı ovcuma vurub tətbiq edirəm, saç köpüyündən heç bir fərqi yoxdur. Ovcumda yumru dairələr çəkərək saç diblərinə yedirirəm və ən çox baxıma ehtiyacı olan saç uclarını isə iki əlimin arasına alır və ovuşdururam. İnanın ki, bu, saça mükəmməl bir parlaqlıq verir. Bu kiçik və sadə hərəkətlər saçlarım üçün çox gözəl nəticələr verir.
Zədələnmiş saçları bərpa etməyin yolu

Süni məhsullardan xilas ol.

Bir aylığına saç jelesi, sprey ya da köpük istifadə etməməyi sına. Əgər saçınıza nəsə vurmağa məcbursunuzsa, bu ya nəmləndirici, ya da istilikdən qoruyan bir şey olmalıdı. Jelelər, saç spreyləri və köpüklər süni kimyəvi məhsullardan başqa bir şey deyil və bunlar saçı qurudur, zərər verir. Təbiilik hər zaman daha yaxşıdır.
Zədələnmiş saçları bərpa etməyin yolu
Qidalanmana diqqət et.
Bunu deməliyəm, çox təəssüf ki, pəhriz saxlamaq da saçlara təsir edir. Saçların sağlamlığını qorumaq üçün orqanizmin müəyyən bir miqdar zülala və yağa ehtiyacı var. Saç quruluşu, forması onu gücləndirən zülallardan meydana gəlir. Sağlam yağlar isə saçın parlaqlığını, nəmliyini və dolğunluğunu təmin edir. Doğru və sağlam qidalanmanın gözəl saçlar üçün bir şərt olduğunu unutmayın. 
Saçlarınızı gecə yumağı tövsiyə edirəm, beləcə, saçlarınızı səhər formaya salmazdan əvvəl ona dincəlməyə və qurumağa vaxt vermiş olarsınız. Bu tətbiq ən azından saçlarınızın nəfəs almasını təmin edir. Unutma ki, yaş ya da yeni qurudulmuş saça maşa və ya saç düzləşdirici alətlərdən tətbiq etmək daha çox zərər verər. Əgər saçınıza bir müddət süni məhsullar vurmasanız, onlar özbaşına qaydasına düşəcək. 
Selcan Çabukel
Səslərin sayı: 7
32
9066
loading...
Şərhlər
Offline
gunay
Mende saciqiran yaranir ele hemise. Gerek sinayim. Tesekkurler .
29 yanvar 2015 09:38
Offline
Agat_Kris
Saçınıza ən uyğun olan bir nəmləndiricini seçib saç şampununuzla qatıb yuya bilərsiniz. Arqan tərkibli nəmləndiricidən istifadə edə bilərsiniz. Amma bunu 30 dəqiqə saçda saxlamaq lazım gələcək.-çox maraqlıdır, bunu da gərək yoxlayım.
4 noyabr 2014 07:42
imza: Pozitiv olun!
Offline
Realist
Çox sağolun ) Mən Oğlumun 15-ci ayından sonra fərqində oldum ki saçım artıq tökülmür. İndi şükür elə problem yaranmayıb. Amma ilk uşaqda var idi. ilk 15 ay tökülür hətta bəzi analarda diş əti belə zəyifləyir, qanayır. Süd verə-verə vitamin içə bilərsiz. Həkim nəzarətində lazımdı ancaq. Mən osteocare içmişdim(həblərini süd vermə ərəfəsində mənə pediatr yazmışdı saç tökülməsinə görə) Uşaqlara da ondan verirəm hal-hazırda. Tərkibi çox zəngindi. Ən çoxda saça dirnağa onurğa sütununa lazımı vitaminlər var

Təşəkkürlər, Xəyalə xanım. İnşəAllah 15-ci aydan sonra, mən də bu sözləri deyərəm. Mən də doğuşdan sonra 1 müddət vitamin kompleksi qəbuu etmişdim. Sonradan heç görünmədim həkimə. Aptekdən soruşacam, bu dərmanı. winked
1 oktyabr 2014 15:29
imza: "Bu dünya həyatı möminin zindanı, kafirin isə Cənnətidir". (Muslim, 2956; Əhməd 8272; Tirmizi 2426; İbn Məcəh 4113).
Offline
Xəyalə Murad
Burda Aysunum düz deyir. Lakin gözəl də məsləhətlər veriri.

Dəniz sən bu sahədə bilərsən. Zeytun yağını saça vurmaq olar? saç yağlı görünməz?
30 sentyabr 2014 12:17
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Aysel İ.
Yox mən də kimyavi heç nəy işlədən deyiləm sınayacam dedim birini aldım. Hər daşın altından erməni çıxır da

Allah qırsın onları))
Bunu deməliyəm, çox təəssüf ki, pəhriz saxlamaq da saçlara təsir edir.

Burda Aysunum düz deyir. Lakin gözəl də məsləhətlər veriri.
Sağlam yağlar isə saçın parlaqlığını, nəmliyini və dolğunluğunu təmin edir. Doğru və sağlam qidalanmanın gözəl saçlar üçün bir şərt olduğunu unutmayın.
30 sentyabr 2014 11:52
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Xəyalə Murad
Yaxşı ki. işlətməmisən Xəyalə)) Mən əgər isstəsəm təbii yağlardan istifadə edərəm. Belə satılan ampulalara inanmıram.

Yox mən də kimyavi heç nəy işlədən deyiləm sınayacam dedim birini aldım. Hər daşın altından erməni çıxır da
30 sentyabr 2014 11:49
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Aysel İ.
Dəniz salonların birində hazır ampula satırdılar. Saçların qalınlaşması, asan daranması üçün. Aldım birini amma ürək edib işlətmədim. Sonra bildim ki, erməni imiş ampulanı satan saç ustası.

shok Yaxşı ki. işlətməmisən Xəyalə)) Mən əgər isstəsəm təbii yağlardan istifadə edərəm. Belə satılan ampulalara inanmıram.
30 sentyabr 2014 11:42
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Xəyalə Murad
Çox şükür bunlardan istifadə etmək məcburiyyətində deyiləm.

Dəniz salonların birində hazır ampula satırdılar. Saçların qalınlaşması, asan daranması üçün. Aldım birini amma ürək edib işlətmədim. Sonra bildim ki, erməni imiş ampulanı satan saç ustası.
30 sentyabr 2014 11:31
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
איסון ממדוב.
Qəribə, give_ros
Forever Alone, give_ros
Gulum, give_ros
29 sentyabr 2014 22:33
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Gulum
Aysuncum teşekkürler bu xeber esl mene aiddir axır vaxtlar saclarım yaman tökülür hemde renglenen zaman yanıb mene de arqan yağını meslehet görübler soyuqlar düşen kimi istifade edecem
29 sentyabr 2014 21:11
Offline
Forever Alone
Aida M-ova,

Saçlarıma elədə baxmıram.
29 sentyabr 2014 21:03
Offline
Qəribə
Cox lazimli xeberdir. Cox sag ol bacim.
29 sentyabr 2014 20:38
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
איסון ממדוב.
Dəniz84,
Xəyalə Murad,
Realist (A-N),
Realist (A-N),
Xeyallarimin sevgilisi,
Nəzrin ,
Ellada Babayeva,
 ♥♥S.N.♥♥,
Sonay Quluzade,
askla olen cicek,
Ceylan Mumoğlu,
Aida M-ova,
ELIF ELIYEVA,
Cox saqolun xanimlar
29 sentyabr 2014 18:44
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Aysel İ.
Bir aylığına saç jelesi, sprey ya da köpük istifadə etməməyi sına.

Çox şükür bunlardan istifadə etmək məcburiyyətində deyiləm.
29 sentyabr 2014 18:35
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Xəyalə Murad
Xəyalə xanım, təşəkkür edirəm. Stimulyasiyaedici şərhiniz üçün. Allah sizin də balalarınızı qorusun. Amin. Görək də, dayanır, yoxsa mən həkimə getməli olacam. O da ki, Azərbaycanda tapılmır.

Çox sağolun ) Mən Oğlumun 15-ci ayından sonra fərqində oldum ki saçım artıq tökülmür. İndi şükür elə problem yaranmayıb. Amma ilk uşaqda var idi. ilk 15 ay tökülür hətta bəzi analarda diş əti belə zəyifləyir, qanayır. Süd verə-verə vitamin içə bilərsiz. Həkim nəzarətində lazımdı ancaq. Mən osteocare içmişdim(həblərini süd vermə ərəfəsində mənə pediatr yazmışdı saç tökülməsinə görə) Uşaqlara da ondan verirəm hal-hazırda. Tərkibi çox zəngindi. Ən çoxda saça dirnağa onurğa sütununa lazımı vitaminlər var
29 sentyabr 2014 17:44
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Realist
Allah balanızı saxlasın. ELədir Hamiləlikdən sonra saç tökülməsi (deyirlər uşaq anaya ilk güləndə ananın saçları tökülməyə başlayır). Amma yetəri qədər vitamin qəbul etsəniz bir problem olmayacaq. adətən körpənin 15 ayı tamam olanda ananın saç tökülməsi dayanır. İnşAllah sizdə də dayanar.

Xəyalə xanım, təşəkkür edirəm. Stimulyasiyaedici şərhiniz üçün. Allah sizin də balalarınızı qorusun. Amin. Görək də, dayanır, yoxsa mən həkimə getməli olacam. O da ki, Azərbaycanda tapılmır. dash
29 sentyabr 2014 17:12
imza: "Bu dünya həyatı möminin zindanı, kafirin isə Cənnətidir". (Muslim, 2956; Əhməd 8272; Tirmizi 2426; İbn Məcəh 4113).
Offline
Xəyalə Murad
Sadəcə, mənim saçlarm çox tökülür. Hamiləlikdən sonra başladı, süd verirəm, hələ də davam edir. Başıma daraq çəkəndə, əsəblərim qalxır. Çünki, tökülmə faizi, məni dəli edir. Bilmirəm ki, neyniyim.

Allah balanızı saxlasın. ELədir Hamiləlikdən sonra saç tökülməsi (deyirlər uşaq anaya ilk güləndə ananın saçları tökülməyə başlayır). Amma yetəri qədər vitamin qəbul etsəniz bir problem olmayacaq. adətən körpənin 15 ayı tamam olanda ananın saç tökülməsi dayanır. İnşAllah sizdə də dayanar.
29 sentyabr 2014 16:52
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Realist
Saçlarıma xüsusi, heç bir qulluq etmirəm. Sadəcə zamanında, şampunla yuyuram, vəssalam. İndiyə kimi də boyaqdan istifadə etməmişəm. İki ildən də çoxdur ki, düzləşdirici fen dəymir. Sadəcə, mənim saçlarm çox tökülür. Hamiləlikdən sonra başladı, süd verirəm, hələ də davam edir. Başıma daraq çəkəndə, əsəblərim qalxır. Çünki, tökülmə faizi, məni dəli edir. Bilmirəm ki, neyniyim.
29 sentyabr 2014 16:48
imza: "Bu dünya həyatı möminin zindanı, kafirin isə Cənnətidir". (Muslim, 2956; Əhməd 8272; Tirmizi 2426; İbn Məcəh 4113).
Offline
Xəyalə Murad
Hər dəfə saçımı yuduqda ən az 3 dəfə şampun vururam.))

Maşallah. Saçın uzundu? Mən 2 dəfə şampun vururam. Hava soyuduğu üçün növbəti aydan balzam da vuracam
29 sentyabr 2014 16:38
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Aysel İ.
Şampundan az istifadə et.

Hər dəfə saçımı yuduqda ən az 3 dəfə şampun vururam.))
29 sentyabr 2014 16:37
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış