Prezidenti İlham Əliyev Bakının Nizami rayonundakı 32 və 12 nömrəli tam orta məktəblərdə yaradılan şəraitlə tanış olub.
ANS PRESS-in məlumatına görə, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı qəbul edilən xüsusi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq bütün sosial sahələrdə olduğu kimi, təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının, uşaq bağçalarının inşası prosesi məqsədyönlü şəkildə uğurla həyata keçirilir. Paytaxtda və ətraf qəsəbələrdə, eləcə də respublikanın hər yerində orta məktəb binaları yüksək standartlara uyğun şəkildə yenidən qurulur və lazımı avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir, yeni yaşıllıq zolaqları salınır. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülür.
Prezident İlham Əliyev əvvəlcə 32 nömrəli tam orta məktəbdə həyata keçirilən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.
Qeyd edilib ki, 4 mərtəbədən ibarət olan məktəbdə 1050 şagird təhsil alır. Yeni dərs ili ərəfəsində məktəbin bütün sinif otaqları, fənn kabinetləri yüksək standartlara uyğun şəkildə əsaslı surətdə təmir edilib, lazımı avadanlıq və dərs ləvazimatları ilə təchiz olunub. Məktəbin istilik və işıqlandırma sistemləri də müasir tələblər səviyyəsində yenidən qurulub. Növbəti il üçün 640 şagird yerlik əlavə korpusun inşası nəzərdə tutulur.
Dövlət başçısı məktəbin ayrı-ayrı sinif otaqlarını gəzib, yaradılan şəraitlə tanış olub.
Sonra prezident İlham Əliyev 12 nömrəli tam orta məktəbə gəlib. Burada görülən təmir və yenidənqurma işləri ilə bağlı da dövlətimizin başçısına məlumat verilib. Bildirilib ki, 12 nömrəli tam orta məktəbin binası 1974-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə inşa edilib və Ulu Öndərin iştirakı ilə istifadəyə verilib. Üç mərtəbədən ibarət məktəbdə 43 sinif otağı var. Məktəbdə 1200-ə yaxın şagird təhsil alır. Növbəti dərs ili üçün 240 şagird yerlik əlavə korpusun inşası nəzərdə tutulur. Burada da bütün sinif otaqları və fənn kabinetləri yüksək standartlar səviyyəsində təmir edilib, müasir istilik və işıqlandırma sistemləri quraşdırılıb.
Dövlət başçısı 12 nömrəli tam orta məktəbdə əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə yaxından tanış olub.
XƏBƏR LENTİ
“Yıxıldım, bildim ki, ölmədim, minaya düşmüşəm, “gəlmə” deyə qışqırdım” - VİDEO
Fransa mətbuatı Parisdə təşkil olunmuş "Azərbaycan - tolerantlıq məkanı" fotosərgisindən yazır
“Aşkı memnu” 9 illik ənənəsini pozmadı - VİDEO
2018-2019 Qış şalvar trendləri
Səkkiz SMS göndərdi, cavab gəlməsə də, evdən çıxdı, həbs edildi
Ingilis Dili-XXII Dərs
Qadınlarla kişilər bərabərləşdilər
Digər planetlərdə həyatın olduğu sübut ediləcək
21 günə arıqla
Bakıda Novruz şənliyi keçiriləcək
Uşaq niyə ağlayır?
Nazirlər Kabineti fermerlərlə bağlı qərar verdi
Toyuq filesindən zapekanka (foto resept)
Dərman qəbul edərkən diqqətli olun!
Başlayan doğuşun əlamətləri
Quran öyrənib ölümdən qurtuldular
Gözəl rəsm əsərləri
Sinem Kobal doğulacaq körpəsi üçün 40 min xərclədi
Məşhur müğənni ərə gedir
Onlar çoxalmaq üçün insan qanını içirlər
Fevral ayının qalibləri!
1 həftəyə 15 kq arıqlayın
Məşhur model təyyarə qəzasında öldü-FOTO
Asiyalar niyə arıq olur?
Ərdoğan: "Azərbaycana dəstək davam edəcək"
Hansı bürclər gözəl ailə başçısı və ideal həyat yoldaşıdır?
Mikayıl Cabbarovdan məktəbəhazırlıq qrupları ilə bağlı ƏMR - YENİLƏNİB
Hava haqqında
Elif Şafakdan 5 sözlə eşq
Kor qızın gözü başına dəyən zərbə ilə açıldı
Qəribə, qorxulu heyvan tutuldu
Huawei yeni smartfonu göstərdi
Didmə salat (foto resept)
10 zərərli qida-onlardan faydalanmaq da olar!
"Facebook" 33 milyon dollar cərimələndi
Yuxu yozmaları - Ə
Otaqlar üçün dekorlar
Ermənilərin itkisi getdikcə artır
Aqillərin inamına görə...(3)
Yür kürəsi partlaya bilər
Günün ulduz falı - 21.02.2014
Səliqəsiz geyimli adamlar bu metroya buraxılmayacaq
Pulqabı modelləri (2)
Apollon və Dionis
Soyuqdəymə əleyhinə pulsuz dərman
Qəbələ rayonuna 2 milyon manat ayrıldı
Azərbaycanda daha 5 nəfər koronavirusdan vəfat etdi - 534 yeni yoluxma
Kral cangüdəni ilə evləndi - FOTO/VİDEO
Hava haqqında - 27.09.2013
HAVA necə olacaq? 18 Mart
- ŞƏRHLƏR