Elm adamları uzun illərdir qarışqaların qida axtarmaq üçün uzun məsafələr qət edib, sonra heç azmadan yuvalarına necə qayıtdıqlarını araşdırırlar. Xüsusilə Saxara səhrasında yaşayan səhra qarışqalarının günəş vasitəsilə istiqaməti müəyyən etdikləri məlum olsa da, onların bu diqqətçəkən xüsusiyyəti elm adamlarını bu sahədə daha dərin tədqiqatlara təşviq etmişdir.
Səhralarda istiqaməti müəyyən etməyə kömək edən heç bir iz və ya işarə olmadığı halda, ziqzaq xətt üzrə yem axtaran Saxara qarışqalarının yem tapdıqdan sonra gəldikləri ziqzaq yolun əksinə, düz xətt üzrə yüz metrlərlə yolu qət edib yuvalarına qayıtdıqları və bunun üçün Günəşdən istifadə etdikləri bundan əvvəl elmə məlum idi.
Ancaq Almaniyanın Ulm və İsveçrənin Sürix Universitetinin mütəxəssisləri tədqiqatlarını bir az da dərinləşdirdilər və sıx bitki örtüyünün olduğu yerlərdə qarışqaların yollarını necə tapdıqlarını tədqiq etməyə başladılar. Nəticədə, bu canlıların yuvalarına addımlarını sayaraq qayıtdığı məlum oldu. Bu kiçik canlıların belə bir xüsusiyyəti heyranedici idi. Catalglyphis fortis adlandırılan Saxara qarışqaları atdıqları addımları sayır və geri qayıdarkən eyni sayda addım ataraq yuvalarına çatırdılar.
Bu nəticəyə gəlmək üçün belə bir təcrübə keçirildi: Elm adamları Saxara qarışqalarının yuvalarından yemə qədər düz xətt boyu yerimələrini təmin etdilər. Qarışqalar yemə çatdıqdan sonra, yəni yem ilə yuvaları arasındakı məsafəni əzbərlədikdən sonra qarışqaların yarısının ayaqlarına fiziologiyalarına uyğun material əlavə edilərək ayaqlarının boyunu uzatdılar. Yəni addımlarını böyütdülər. Qarışqaların digər yarısının isə ayaqları bir əməliyyatla qısaldıldı, yəni addımları kiçildildi. Addımların ölçüsünün dəyişdirilməsində məqsəd qarışqaların yuvalarından çıxdığı andan etibarən öyrəndikləri məsafəni addımları ilə ölçüb-ölçmədiklərini müşahidə etmək idi. Yenidən yuvalarına qayıtmaq üçün yola buraxılan qarışqalardan addımları böyük olanlar yuvalarının yanından keçib gedirdilər. Ayaqları qısa, addımları kiçik olanlar isə hələ yuvaya çatmadan dayanırdı. Ancaq qarışqalar tədricən yeni ayaq uzunluqlarına alışdıqdan sonra yuva-yem arasındakı məsafəni yenidən öyrənir və heç yanılmadan yuva ilə yem arasında gedib-gəlirdilər.
Bu təcrübə ilə Ulm Universitetindən neyrobioloq Harald Vulfun rəhbərlik etdiyi tədqiqat qrupu belə nəticəyə gəldi ki, qarışqalar addımlarını sayırlar.
Qarışqa şüuru, ağlı, qərar vermə, mühakimə etmə qabiliyyəti olmayan canlıdır. Şübhəsiz ki, bu canlının öz iradəsi ilə yuvasından çıxıb addımlarını sayaraq yemə doğru gedib, sonra yenidən addımlarını sayaraq yuvasına qayıtması qeyri-mümkündür. Saxara qarışqaları da digər bütün canlılar kimi yaradıldıqları andan etibarən Allahın ilhamı ilə hərəkət edirlər.
R. Əkbərov
XƏBƏR LENTİ
Hadiseye söz atdı 6 illik həbs cəzası ilə üzləşdi
Soyuq qış günlərində bədəni təmizləyən 3 pilinq
Bakı bulvarında daha bir nəhəng layihə
Acun Türkiyə gözəli ilə SEVGİLİDİR?-FOTO
Nobel qardaşlarının Azərbaycandakı izi
Varikoz xəstəliyi
Nə ehtiyac var, bunlar kimə lazımdır axı?!
Qeyri-adi ev əşyaları
Özəl universitetlərə qəbul olanlar kimlərdir?
Yüzlərlə tələbə köpükləndi
Əcnəbi mütəxəssislərin işə cəlb edilməsi mexanizmi yaradılacaq
Ermənilər cəbhədə gərginlik yaratmaqda davam edirlər
Zəhərli qidalar
Yeni Zelandiya və Fici artıq yeni ilə qədəm qoydu
Yüksək balla tələbə ola bilməyənlər barədə AÇIQLAMA
Dəbli payız geyimləri
Dırnaqlarınızı qoruyun
Bakı Şərqlə Qərbin qapısı sayılır
İsti çayin ziyanı
2017-ci ilin ən yaxşı kosmos fotoları
Təhsil Nazirliyindən daha bir yenilik
Tanış olun: dünyanın yeni, ən yaraşıqlı canisi - FOTO
HAVA necə olacaq?-13 dekabr
Məşhur voleybolçu model olmağa çalışır-FOTO
Zidan evlənir
Günün qoroskopu: ailədə harmoniyanı qoruyun
Yeni doğulan körpələrdə qəbizliyi necə aradan qaldırmalı?
Asan tort (foto resept)
Azərbaycanda şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
Keytin şahzadə Diananı xatırlatdığını sübut edən FOTOLAR
Kibariyenin əri başqası ilə nikaha girdi
Stresdən necə çıxmaq olar?
Füzuli rayonunda minaya düşmüş şəxslərin ölümlərindən əvvəl çəkdikləri son VİDEO
The Best Of Rashid Behbudov (2002)
Azərbaycanda koronavirusa daha üç yoluxma faktı qeydə alındı
Azərbaycan valyuta bazarının həftəlik icmalı
Yeni trend: Afrika hörüyü
Sərnişin təyyarələrində yeni qadağa
Qarnını görənlər inana bilmirlər - FOTO
Mehriban Əliyeva "Qreys Kelli: Şahzadə və stil ikonası" sərgisində
"Çocuklar duymasın" serialı final etdi
Mərkəzi Bankdan kreditlərin manatla verilməməsi ilə bağlı
Onlar diqqətsizliyimizdən varlanırlar
Yeni doğulmuş körpəyə gigiyenik qulluq
Çəkinin artmasına səbəb olan xəstəliklər
2018-ci ilin unudulmayan trendləri
Keçmişdən gələn insan-sirli hadisələr
Geometrik sırğalar
XİNGAL (foto resept)
Hansı daha yaxşıdır: çay yoxsa qəhvə
- ŞƏRHLƏR